17 Noyabr 2019 Bazar 17:51:27

I fəsil. Ümumi müddəalar

Maddə 1. Dövlət rüsumu anlayışı

1.1. Dövlət rüsumu — dövlət orqanları tərəfindən hakimiyyət səlahiyyətlərinin icrası zamanı göstərilən və hüquqi nəticələrin yaranmasına səbəb olan xidmətlərə və hüquqi hərəkətlərə görə (sənədlərin tərtibi, qeydiyyatı, razılıqların verilməsi və s.) ödənilən haqdır (ödənişdir).

 

Heç bir hüquqi və ya fiziki şəxs dövlətin adından bu Qanunun 1.1-ci maddəsinin birinci abzasında göstərilən hakimiyyət səlahiyyətlərini həyata keçirə bilməz.

1.2. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin II hissəsinə uyğun olaraq icra hakimiyyəti orqanları qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişlərini müəyyən edə bilməzlər.

1.3. Bu Qanunda müəyyən edilmiş hallar istisna olmaqla, Azərbaycan Respublikasının digər qanunlarında dövlət rüsumunun məbləğləri və ödənilməsi ilə bağlı müddəalar nəzərdə tutula bilməz.

Maddə 2. Dövlət rüsumunun tutulduğu hallar

2.0. Dövlət rüsumu aşağıdakı hallarda tutulur:

2.0.1. məhkəməyə verilən iddia ərizələrinin və şikayətlərin, hüquqi əhəmiyyət kəsb edən faktların müəyyən edilməsi barədə ərizələrin və məhkəmə qərarları barəsində şikayətlərin verilməsi, məhkəmə tərəfindən sənədlərin surətinin təkrar verilməsi;

2.0.2. notariat kontorları və dövlət orqanları tərəfindən notariat hərəkətlərinin aparılması, notariat fəaliyyəti ilə məşğul olmaq üçün şəhadətnamənin verilməsi və onun müddətinin uzadılması;

2.0.3. vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı;

2.0.3-1. sənədə apostil verilməsi;

2.0.4. Azərbaycan Respublikası vətəndaşlarına və Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə şəxsiyyət vəsiqəsi, habelə Azərbaycan Respublikasında 30 gündən artıq yaşayan əcnəbilərə qeydiyyat vəsiqəsi, əcnəbiyə və vətəndaşlığı olmayan şəxsə Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsi, müvəqqəti olma müddətinin uzadılması barədə qərar, Azərbaycan Respublikasında qaçqın statusu almış şəxslərə Qaçqın vəsiqəsi və Yol sənədinin verilməsi, Azərbaycan Respublikası vətəndaşlığına qəbul, bərpa və ya vətəndaşlığından çıxma;

2.0.5. Azərbaycan Respublikasında və ya Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəliklərində konsul əməliyyatlarının aparılması;

2.0.6. standartlaşdırma və metrologiya sahəsində hüquqi hərəkətlər, ixtiranın, faydalı modelin, sənaye nümunəsinin, əmtəə nişanının, coğrafi göstəricinin, əsərin, əlaqəli hüquqlar obyektinin qeydə alınması, müvafiq mühafizə sənədlərinin verilməsi və onlarla bağlı digər hüquqi hərəkətlər, habelə icazələrin bəzi növlərinin verilməsi nəqliyyat vasitələrinə və onların idarə edilməsi ilə bağlı hüquqi və fiziki şəxslərə xidmətlərin göstərilməsi

2.0.7. xüsusi razılıq (lisenziya) alınması tələb olunan sahibkarlıq fəaliyyəti növlərinə xüsusi razılıq (lisenziya) verilməsi;

2.0.8. hüquqi şəxslərin dövlət qeydiyyatı və yenidən qeydiyyatı;

2.0.9. qiymətli kağızların qeydiyyata alınması (özəlləşdirmə qaydasında qeydə alınması halları istisna olmaqla) və dövlət reyestrinə daxil edilməsi;

2.0.10. Azərbaycan Respublikası ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən icazənin verilməsi;

2.0.11. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsi, habelə girovun dövlət qeydiyyatı;

2.0.12. qiymətli metallardan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının əyarlanması və damğalanması, ekspertizası, materialların tətbiqi, qiymətli daşların ekspertizası və diaqnostikası.

2.0.13. Baytarlıq şəhadətnaməsinin, sertifikatının və baytarlıq preparatlarının qeydiyyat şəhadətnaməsinin verilməsi;

2.0.14. Pestisidlərə, bioloji preparatlara və aqrokimyəvi maddələrə qeydiyyat şəhadətnaməsinin, idxal karantin icazəsinin və fitosanitar sertifikatlarının verilməsi;

2.0.15. Dənizçilik sahəsində şəhadətnamələrin, təsdiqnamələrin, gəmi reyestrindən çıxarışların, sertifikatların, dənizçinin qeyd kitabçasının və şəxsiyyət sənədinin verilməsi, kiçik həcmli gəmilərin qeydiyyata alınması, onlara gəmi biletinin verilməsi və texniki baxışın keçirilməsi, kiçik həcmli gəmilərin gəmi reyestrindən çıxarış verilməsi, kiçik həcmli gəmilərin sürücülərinə sürücülük vəsiqələrinin verilməsi;

2.0.16. Mülki aviasiya sahəsində sertifikatların verilməsi, tanınması və müddətinin uzadılması, şəhadətnamələrin, habelə uçuşlara icazələrin verilməsi;

2.0.17. Tikinti, memarlıq və şəhərsalma sahəsində xidmətlərin göstərilməsi, mövsümi (səyyari) ticarət və xidmət yerlərinin müəyyən edilməsi, habelə küçə reklamının yerləşdirilməsinə birdəfəlik icazənin verilməsi;

2.0.18. xarici ölkələrin ali təhsil müəssisələrinin diplomlarının tanınması;

2.0.19. dərman vasitələrinin və maddələrinin dövlət qeydiyyatı və gigiyenik sertifikatının verilməsi;

2.0.20 malın mənşə ölkəsini təsdiq edən sertifikatın verilməsi.

Maddə 3. Dövlət rüsumunun ödəyiciləri

3.1. Bu Qanunla nəzərdə tutulmuş işlərin görülməsi, xidmətlərin göstərilməsi və hüquqların əldə edilməsi üçün Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər, vətəndaşlığı olmayan şəxslər və hüquqi şəxslər dövlət rüsumunun ödəyiciləridirlər.

3.2. Azərbaycan Respublikasının Mərkəzi Bankı dövlət rüsumunun bütün növlərinin ödənilməsindən azaddır.

Maddə 4. Dövlət rüsumunun hesablanması və ödənilməsi qaydaları

4.1. Dövlət rüsumu tam məbləğdə dövlət büdcəsinə ödənilir.

Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsinə görə ödənilən dövlət rüsumunun 30 faizi müvafiq icra hakimiyyəti orqanının işçilərinin («ASAN xidmət» mərkəzlərində fəaliyyət göstərən işçilər istisna olmaqla) sosial müdafiəsini gücləndirmək və maddi təminatını yaxşılaşdırmaq məqsədi ilə xüsusi hesaba köçürülür.

ASAN xidmət» mərkəzlərində dövlət orqanları tərəfindən həyata keçirilən xidmətlərə görə ödənilən dövlət rüsumlarının 30 faizi müvafiq icra hakimiyyəti orqanının işçilərinin və həmin mərkəzlərdə fəaliyyət göstərən digər dövlət qulluqçularının sosial müdafiəsini gücləndirmək və maddi təminatını yaxşılaşdırmaq məqsədi ilə xüsusi hesaba köçürülür.

4.2. Notariat hərəkətlərinin aparılmasına, beynəlxalq avtomobil daşımalarını tənzimləyən icazənin verilməsinə, habelə sənaye mülkiyyəti obyektlərinin qeydə alınması, müvafiq mühafizə sənədlərinin verilməsi və onlarla bağlı digər hüquqi hərəkətlərə görə tutulan dövlət rüsumunun 15 faizi dövlət rüsumu tutan orqanların xüsusi hesabına, 85 faizi isə dövlət büdcəsinə keçirilir.

4.3. Dövlət rüsumları milli valyutada nağd, elektron ödəmə sistemləri, o cümlədən internet vasitəsilə və ya köçürmə yolu ilə dövlət büdcəsinə ödənilir. Dövlət rüsumunun dövlət büdcəsinə nağd şəkildə ödənilməsi barədə ödəyiciyə müəyyən edilmiş formada bank və ya poçt qəbzinin əsli, elektron ödəmə sistemləri, o cümlədən internet vasitəsilə ödənildikdə müvafiq ödəmə sistemindən çıxarış, ödəyicinin hesabından köçürüldükdə isə ödənişin icrasını təsdiqləyən bank və ya poçt sənədi verilir.

4.4. Bu Qanunla dövlət rüsumunun məbləği xarici valyutada nəzərdə tutulduğu hallarda dövlət rüsumu Azərbaycan Respublikası ərazisində ödənildikdə ödəniş tarixinə Mərkəzi Bankın rəsmi məzənnəsinə uyğun yalnız manatla ödənilir.

Xarici ölkədə dövlət rüsumu həmin ölkənin valyutası ilə tutulur.

4.5. Bu Qanunda nəzərdə tutulan hallar istisna olmaqla, bütün hallarda dövlət rüsumu tutulduqdan sonra bir bank günü ərzində dövlət büdcəsinə köçürülür.

4.6. Dövlət rüsumunun ödənilməsi tələb olunan hallarda dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədən əməliyyat icra olunmur.

4.7. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunu tutan şəxslər hesabat rübündən sonrakı ayın 20-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş formada hesabat təqdim etməlidirlər.

4.8. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə rüsumlar haqqında bu Qanunla və ona müvafiq olaraq qəbul edilmiş normativ hüquqi aktlarda nəzərdə tutulmuş müddəalardan fərqli müddəalar müəyyən edildikdə, həmin beynəlxalq müqavilələrin müddəaları tətbiq edilir.

Maddə 5. Düzgün tutulmamış və artıq ödənilmiş dövlət rüsumunun büdcədən qaytarılması qaydaları

5.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır:

5.1.1. bu Qanunla müəyyən edilmiş miqdardan artıq dövlət rüsumu ödənildikdə;

5.1.2. ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə;

5.1.3. məhkəmələr tərəfindən iş üzrə icraata xitam verildikdə.

5.2. Bu Qanunun 5.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır.

5.3. Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumu, dövlət rüsumunun ödəyicisinin ərizəsinə əsasən 45 gün müddətində ona qaytarılır.

5.4. Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması üçün 5 il ərzində iddia verilə bilər.

5.5. Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Maddə 6. Dövlət rüsumu tutan orqanların məsuliyyəti

6.1. Dövlət rüsumu tutan idarə və təşkilatların vəzifəli şəxsləri rüsumun düzgün tutulması və dövlət büdcəsinə vaxtında və tam köçürülməsi üçün məsuliyyət daşıyırlar.

6.2. Dövlət rüsumunun məbləğləri barədə məlumat müvafiq xidmət göstərən dövlət orqanının olduğu binanın (otağın) görünən yerində lövhədə yerləşdirilməlidir.

Maddə 7. Dövlət rüsumunun ödənilməsinə nəzarət

Dövlət rüsumunun düzgün hesablanmasına və vaxtında dövlət büdcəsinə köçürülməsinə nəzarət müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir.

II fəsil. Dövlət rüsumunun dərəcələri və ödənilməsinin xüsusiyyətləri

Maddə 8. Məhkəməyə verilən iddia ərizələrinin və şikayətlərin, hüquqi əhəmiyyət kəsb edən faktların müəyyən edilməsi barədə ərizələrin və məhkəmə qərarları barəsində şikayətlərin verilməsi, məhkəmə tərəfindən sənədlərin surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri

Dövlət rüsumu tutulmalı olan hərəkətlər

Dövlət rüsumunun məbləği

8.1. Məhkəməyə verilən iddia ərizələrindən:

 

8.1.1. iddia qiyməti 500 manatadək olduqda

20 manat

8.1.2. iddia qiyməti 500 manatdan çox olduqda

30 manat

8.2. İddianın predmetinə dair müstəqil tələb irəli sürən üçüncü şəxslərin işə qoşulması barədə ərizələrindən:

 

8.2.1. iddia qiyməti ilə bağlı olduqda

bu Qanunun 8.1-ci maddəsində müəyyən edilmiş dövlət rüsumu

8.2.2. hüquqi əhəmiyyət kəsb edən faktların müəyyən edilməsi barədə ərizələrdən

10 manat

8.3. Məhkəmə əmri haqqında ərizələrdən

20 manat

8.4. Apellyasiya və kassasiya şikayətlərindən:

 

8.4.1. birinci instansiya məhkəməsinə müraciət edilərkən;

bu Qanunun 8.1-ci maddəsi ilə müəyyən edilmiş dövlət rüsumunun 50 faizi

8.4.2. iş üzrə icraatın xitam verilməsindən, iddianın baxılmamış saxlanmasından, məhkəmə cərimələrinin qoyulması barədə şikayətlərdən

20 manat

8.4.3. mübahisəsiz qaydada (akseptsiz) ödənilən cərimələr üzrə icra və digər sənədin icra olunmasının təsdiqi barədə mübahisələr üzrə iddia ərizələrindən

10 manat

8.4.4. qanunla mübahisəsiz qaydada (akseptsiz) tutulması nəzərdə tutulmayıbsa, dövlət orqanları, yerli özünüidarə orqanları və nəzarət funksiyalarını həyata keçirən digər orqanları tərəfindən cərimələrin ödənilməsi barədə mübahisələr üzrə iddia ərizələrindən

40 manat

8.4.5. nəzarət funksiyasını həyata keçirən orqanlar tərəfindən qanunun və ya digər normativ hüquqi aktın tələblərini pozmaqla, mübahisəsiz qaydada (akseptsiz) pul vəsaitinin büdcədən qaytarılması barədə mübahisələr üzrə iddia ərizələrindən

10 manat

8.4.6. müəssisənin təsis sənədlərinin etibarsız hesab edilməsi, hüquqi və fiziki şəxslərin ödəmə qabiliyyəti olmayan hesab edilməsi barədə mübahisələr üzrə iddia ərizələrindən

10 manat

8.4.7. vergi ödəmələri barədə mübahisələr üzrə iddia ərizələrindən

10 manat

8.4.8. məhkəmə aktlarının və surətlərinin təkrarən verilməsinə görə

10 manat

8.4.9. nikahın və təkrar nikahın ləğv olunması haqqında iddia ərizələrindən

20 manat

8.4.10. nikah ləğv edilərkən əmlak bölüşdürüldükdə

40 manat

8.4.11. yaşayış binalarının (mənzillərin) icarə müqavilələrinin dəyişdirilməsi və ya ləğv edilməsi, vərəsəliyin qəbul edilməsi müddətinin uzadılması, əmlak üzrə həbsin götürülməsi barədə iddia ərizələrindən, qeyri-əmlak xarakterli və ya qiymət qoyulmayan digər iddia ərizələrindən

10 manat

8.4.12. müqavilələrin dəyişdirilməsi və ya ləğv edilməsi barədə mübahisələr üzrə iddia ərizələrindən

10 manat

8.4.13. qanunda nəzərdə tutulan müqavilələr üzrə mübahisələrə dair və yaxud tərəflərin razılığı ilə mübahisənin inzibati-iqtisadi məhkəmənin həllinə verilməsi barədə mübahisələr üzrə iddia ərizələrindən

20 manat

8.4.14. ixtiranın, faydalı modelin, sənaye nümunəsinin, əmtəə nişanının və coğrafi göstəricinin mühafizəsi ilə bağlı ərizə və şikayətlərdən

30 manat

Maddə 9. Məhkəməyə verilən iddia ərizələrinin və şikayətlərin, hüquqi əhəmiyyət kəsb edən faktların müəyyən edilməsi barədə ərizələrin və məhkəmə qərarları barəsində şikayətlərin verilməsinə, məhkəmə tərəfindən sənədlərin surətinin təkrar verilməsinə görə dövlət rüsumundan azad edilməsi və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri

9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar:

9.1.1. əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə — iddiaçılar;

9.1.2. aliment alınması barədə iddialar üzrə — iddiaçılar;

9.1.3. şikəstlik, səhhətə digər xəsarətlər yetirilməsinə və ya ailəni dolandıranın ölümü nəticəsində dəyən ziyanın ödənilməsi barəsində iddialar üzrə — iddiaçılar;

9.1.4. müəlliflik mübahisələri üzrə — müəlliflər, müəlliflik hüququ, ixtiralar, faydalı modellər, sənaye nümunələri, habelə əqli mülkiyyətin digər növlərinə dair hüquqlardan irəli gələn iddialar üzrə — iddiaçılar;

9.1.5. istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə — iddiaçılar;

9.1.6. zərərçəkənə və ya onun ailə üzvlərinə ödənilmiş müavinət və ya pensiya məbləğinin zərər vurandan tutulması barədə reqres iddialar üzrə — sosial sığorta orqanları və əhalinin sosial müdafiə mərkəzləri;

9.1.7. sosial müdafiə vəsaitlərinin tələbi barədə iddialar üzrə — sosial təminat orqanları;

9.1.8. borcludan tutulmalı olan, lakin borc tutan şəxsin hesabına keçirilməyən məbləğə görə iddialar üzrə — iddiaçılar;

9.1.9. cinayət nəticəsində dövlətə vurulmuş maddi zərərin ödənilməsi barədə prokuror tərəfindən verilən iddialar üzrə — iddiaçılar;

9.1.10. aliment verməkdən, şikəst etmə və ya səhhəti sair şəkildə zədələnmə ilə, habelə ailəni dolandıranın ölümü ilə vurulan ziyanı ödəməkdən, vergilərin və digər məcburi ödəmələrin tutulmasından boyun qaçıran şəxslərin axtarışı ilə əlaqədar xərclərin tələb olunması üzrə — polis orqanları;

9.1.11. cinayət işləri və aliment işləri ilə əlaqədar olaraq vətəndaşlara, müəssisələrə və təşkilatlara sənədlər (arayışlar) verilməsi üçün —vətəndaş, müəssisə, idarə və təşkilatlar;

9.1.12. inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə — vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər;

9.1.13. qanunsuz olaraq qəti imkan tədbiri kimi həbsə alınmaqla, yaxud həbs və ya islah işləri növündə qanunsuz olaraq inzibati tənbeh verilməsi ilə fiziki şəxsə vurulmuş zərərin ödənilməsi ilə əlaqədar mübahisələr üzrə — tərəflər;

9.1.14. məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə — büdcə təşkilatları, Milli Bank və onun qurumları, bələdiyyələr;

9.1.15. başqa şəxslərin hüquqlarının, azadlıqlarının və qanunla qorunan mənafelərinin, dövlət mənafeyinin müdafiəsi üçün verilən ərizələr üzrə — dövlət orqanları;

9.1.16. öz hüquqlarının müdafiəsi barədə ərizələr üzrə — yetkinlik yaşına çatmayanlar;

9.1.17. məhkəmə qərardadlarından verilən şəkayətlər üzrə — işdə iştirak edən şəxslər;

9.1.18. qiyabi icraat qaydasında qəbul edilmiş qərarlara yenidən baxılması haqqında birinci instansiya məhkəmələrinə verilən ərizələr üzrə — tərəflər;

9.1.19. yeni açılmış hallara görə qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yenidən baxılması üçün verilmiş ərizələr üzrə — tərəflər;

9.1.20. məhkəmədə verilən iddialar üzrə — şəhid ailələri, müharibə veteranları, qaçqınlar və məcburi köçkünlər, habelə Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər.

9.1.21. Hüquqi şəxsin təqsiri üzündən icra sənədi üzrə borcludan tutulmalı olan məbləğin tutulmamasına görə ona qarşı iddialar üzrə - tələbkar;

9.1.22. İcra üzrə icraat zamanı borclunun və ya onun əmlakının tapılması ilə əlaqədar elan olunmuş axtarış üzrə xərcləri ödəməkdən borclu imtina etdikdə və ya yayındıqda, tələbkar tərəfindən çəkilmiş xərclərin əvəzinin ödənilməsi barədə iddialar üzrə - tələbkar

9.2. Məhkəmə aktlarının surəti işdə iştirak edən şəxslərə dövlət rüsumu alınmadan verilir. Məhkəmə aktları təkrarən verildikdə dövlət rüsumu alınır.

9.3. Məhkəmədə təkrar verilmiş iddialar üzrə dövlət rüsumu yenidən ümumi qaydada alınır.

9.4. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür.

Maddə 10. Notariat kontorları və dövlət orqanları tərəfindən notariat hərəkətlərinin aparılmasına, notariat fəaliyyəti ilə məşğul olmaq üçün şəhadətnamənin verilməsinə və onun müddətinin uzadılmasına görə dövlət rüsumunun dərəcələri

Dövlət rüsumu tutulmalı olan hərəkətlər

Dövlət rüsumunun məbləği

10.1. Daşınmaz əmlakın (torpaq sahələri və torpaqla möhkəm bağlı olub təyinatına tənasübsüz (hədsiz) zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan bütün əşyalar, o cümlədən binalar, qurğular, yaşayış və qeyri-yaşayış sahələri, əmlak kompleksi kimi müəssisələr) və ya mülkiyyətində daşınmaz əmlak olan müəssisədəki payın özgəninkiləşdirilməsi və yaşayış sahələrinin müvəqqəti istifadəyə verilməsi barədə müqavilələrin təsdiqi üçün:

 

10.1.1. müqavilə üzrə əmlak ərin (arvadın), uşaqların, valideynlərin, babanın, nənənin, nəvənin, qardaşın, bacının mülkiyyətinə keçirsə

20 manat

10.1.2. müqavilə üzrə əmlak başqa şəxslərin mülkiyyətinə keçirsə:

 

10.1.2.1. Bakı şəhərində

200 manat

10.1.2.2. digər şəhər və rayonlarda

80 manat

10.1.3. yaşayış sahələrinin müvəqqəti istifadəyə verilməsi üçün

20 manat

10.2. Nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsi müqavilələrinin təsdiqi üçün:

 

10.2.1. müqavilə üzrə əmlak ərin (arvadın), uşaqların, valideynlərin, babanın, nənənin, nəvənin, qardaşın, bacının mülkiyyətinə keçirsə

25 manat

10.2.2. müqavilə üzrə əmlak digər şəxsin mülkiyyətinə keçirsə

50 manat

10.3. Yaşayış evlərinin tikintisi üçün torpaq sahələrinin müddətsiz istifadəyə verilməsi haqqında müqavilələrin təsdiqi üçün:

 

10.3.1. müqavilə üzrə istifadə hüququ ərə (arvada), uşaqlara, valideynlərə, babaya, nənəyə, nəvəyə, qardaşa, bacıya keçirsə

10 manat

10.3.2. müqavilə üzrə istifadə hüququ digər şəxsə keçirsə

15 manat

10.4. Kredit müqavilələrinin təminatı kimi bağlanılan girov (ipoteka) müqavilələri üzrə:

 

10.4.1. dəyəri 2000 manatadək

5 manat

10.4.2. dəyəri 2000 manatdan 5000 manatadək

20 manat

10.4.3. dəyəri 5000 manatdan çox olduqda

30 manat

10.5. İpoteka krediti hesabına alınan yaşayış sahəsinə dair qarışıq müqavilə formasında bağlanan alğı-satqı və ipoteka müqaviləsinin təsdiqi üçün:

 

10.5.1. Bakı şəhərində

110 manat

10.5.2. digər şəhər və rayonlarda

44 manat

10.6. Qanunvericilikdə nəzərdə tutulmuş güzəştli ipoteka krediti hesabına alınan yaşayış sahəsinə dair qarışıq müqavilə formasında bağlanan alğı-satqı və ipoteka müqaviləsinin təsdiqi üçün:

 

10.6.1. Bakı şəhərində

55 manat

10.6.2. digər şəhər və rayonlarda

22 manat

10.7. Qiymətləndirilən başqa müqavilələrin təsdiqi üçün:

 

10.7.1. tərəflər ər (arvad), uşaqlar, valideynlər, baba, nənə, nəvə, qardaş, bacıdan ibarətdirsə

10 manat

10.7.2. tərəflərdən biri kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fiziki və ya hüquqi şəxsdirsə

10 manat

10.7.3. tərəflər digər şəxslərdirsə

80 manat

10.8. Əmlak bölgüsü, zaminlik, təsis və başqa qiymətləndirilməyən müqavilələrin, əvvəllər bağlanmış müqavilələrin ləğvi barədə sazişin təsdiqi üçün:

 

10.8.1. tərəflər ər (arvad), uşaqlar, valideynlər, baba, nənə, nəvə, qardaş, bacıdan ibarətdirsə

10 manat

10.8.2. tərəflər digər şəxslərdirsə

20 manat

10.9. Vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilməsi üçün:

 

10.9.1. qanunla müəyyən edilən bütün növbəli vərəsələrə (şəhadətnamənin qanun üzrə və ya vəsiyyətnamə üzrə verilməsindən asılı olmayaraq)

20 manat

10.9.2. vərəsə digər şəxsdirsə

40 manat

10.10. Ər-arvadın birgə nikah müddətində əldə etdikləri ümumi birgə əmlakındakı paya mülkiyyət hüququ haqqında şəhadətnamələrin verilməsi üçün

10 manat

10.11. Nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsi və ona sərəncam verilməsi ilə bağlı verilən etibarnamələrin təsdiqi üçün:

 

10.11.1. etibarnamə ərə (arvada), uşaqlara, valideynlərə, babaya, nənəyə, nəvəyə, qardaşa, bacıya verilərsə

10 manat

10.11.2. etibarnamə digər şəxslərə verilərsə

20 manat

10.12. Nəqliyyat vasitələrindən istifadə edilməsi və başqa etibarnamələrin təsdiqi üçün:

 

10.12.1. etibarnamə ərə (arvada), uşaqlara, valideynlərə, babaya, nənəyə, nəvəyə, qardaşa, bacıya verilirsə

5 manat

10.12.2. etibarnamə digər şəxslərə verilirsə

10 manat

10.13. Vərəsəlik əmlakının mühafizəsi barədə tədbir görülməsi üçün

20 manat

10.14. Dəniz protestlərinin tərtibi üçün

20 manat

10.15. Vəsiyyətnamələrin təsdiqi üçün

10 manat

10.16. Notariat qaydasında təsdiq edilmiş sənədlərin təkrarən verilməsi (dublikat) üçün

5 manat

10.17. Sənədlərdəki imzanın həqiqiliyinin, həmçinin tərcüməçinin imzasının həqiqiliyinin (hər imza üçün) təsdiqi üçün

2 manat

10.18. Sənədlərin bir dildən başqa dilə tərcüməsinin düzgünlüyünün təsdiqi (hər səhifəyə görə), sənədlərdən surət və çıxarışların düzgünlüyünün təsdiqi və vətəndaşla fotoşəkildəki şəxsin eyniliyinin təsdiqi üçün

2 manat və sənədlərdən surət və çıxarışların düzgünlüyünün təsdiqi üçün hər səhifəyə görə əlavə 0,50 manat

10.19. İcra qeydlərinin aparılması üçün

10 manat

10.20. Fiziki və hüquqi şəxslərin, dövlət orqanlarının və bələdiyyələrin ərizələrinin digər fiziki və hüquqi şəxslərə, dövlət orqanlarına və bələdiyyələrə verilməsi və bu Qanunun 10.1-10.19-cu maddələrində göstərilən hərəkətlərdən başqa notariat hərəkətləri üçün

5 manat

10.21. Müştərinin verdiyi bildiriş üzrə əvvəlcədən razılaşdırılmış vaxtda qəbulu üçün

5 manat

10.22. Bu Qanunda nəzərdə tutulmuş notariat hərəkətlərinin müştərinin qabaqcadan verdiyi bildiriş üzrə iş yerindən kənarda aparılmasına görə (1 saat üçün)

10 manat (notariusun iş yerindən kənarda notariat hərəkətlərinin aparılmasına görə 1 saatdan əlavə sərf olunan hər saat üçün 5 manat)

10.23. Ödəniş (qiymətli) kağızlarına dair təsdiq qeydi və imtina (protest) aktlarının rəsmiləşdirilməsi üçün

5 manat

10.24. Notariat fəaliyyəti ilə məşğul olmaq üçün şəhadətnamənin verilməsinə görə

100 manat

10.25. Notariat fəaliyyəti ilə məşğul olmaq üçün şəhadətnamənin müddətinin uzadılmasına görə

50 manat

Maddə 11. Notariat hərəkətlərinin aparılması üzrə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri

11.1. Notariat hərəkətlərinin aparılmasına görə aşağıdakı hallarda dövlət rüsumu ödənilmir:

11.1.1. doğumu, ölümü, övladlığa götürülməni və atalığı (analığı) təsdiqləyən sənədləri almaq üçün;

11.1.2. təminatlı kreditorun iştirakçısı olduğu girov müqaviləsi ilə bağlı notariat hərəkətləri aparılarkən dövlət rüsumu tutulmuşdursa, həmin müqavilədən irəli gələn borc öhdəliklərinin təmin edilməsi üçün iflas prosesi zamanı təminatlı kreditor ilə əmlak inzibatçısı arasında bağlanmış saziş ilə əlaqədar notariat hərəkətləri üzrə —təminatlı kreditor və əmlak inzibatçısı;

11.1.3. mənzil və ya ev (evin bir hissəsi) alqı-satqısı və dəyişdirilməsi ilə bağlı notariat hərəkətləri üzrə — birinci qrup işləməyən əlillər, sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslər, qaçqınlar və məcburi köçkünlər;

11.1.4. Mülki-hüquqi əqdlərin bağlanması zamanı, habelə mənzil (fərdi ev) alınması və ya dəyişdirilməsi əqdləri ilə bağlı notarial hərəkətləri üzrə — «Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər və qəyyumluqda (himayədə) olan uşaqlar;

11.1.5. pensiya, müavinət, yardım və alimentin alınması üçün verilən etibarnamələr üzrə.

11.2. Notariat hərəkətlərinə görə dövlət rüsumu notarius tərəfindən qəbul edilərək, iki bank günü ərzində dövlət büdcəsinə köçürülür.

Notarius tərəfindən notariat hərəkətlərinə görə dövlət rüsumunun qəbulu zamanı ödəyiciyə dövlət rüsumunun ödənilməsini təsdiq edən rəsmi sənədin (mədaxil qəbzi, kassa mədaxil orderi və s.) əsli verilir.

Maddə 12. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün dövlət rüsumunun dərəcələri

Dövlət rüsumu tutulmalı olan hərəkətlər

Dövlət rüsumunun məbləği

12.1. Nikahın qeydə alınması üçün:

5 manat

12.2. Nikahın pozulmasının qeydə alınması üçün:

 

12.2.1. yetkinlik yaşına çatmamış ümumi uşaqları olmayan ər-arvadın qarşılıqlı razılığı əsasında;

15 manat

12.2.2. məhkəmə qətnaməsi əsasında (qətnamədə dövlət rüsumunu tərəflərdən hansının ödəməli olduğu göstərilmədikdə, qeydiyyat üçün birinci müraciət etmiş tərəfdən);

15 manat

12.2.3. digər tərəf müəyyən edilmiş qaydada xəbərsiz itkin düşmüş yaxud fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişsə, yaxud ən azı üç il müddətinə azadlıqdan məhrum edilmiş şəxsdirsə.

2 manat

12.3. Soyadın, adın və ata adının dəyişdirilməsinin qeydə alınması üçün.

10 manat

12.4. Vətəndaşlıq vəziyyəti aktlarının qeydlərində dəyişikliklərin, düzəlişlərin və əlavələrin edilməsi və onların bərpası ilə əlaqədar şəhadətnamələrin verilməsi üçün.

2 manat

12.5. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması barədə təkrar şəhadətnamələrin verilməsi üçün.

2 manat

12.6. Xaricdə istifadə edilməsi məqsədi ilə verilən eyni cür şəhadətnamələr üçün

11 manat

12.7. Dənizçinin şəxsiyyət sənədinin verilməsi üçün

11 manat

Maddə 13. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması üçün dövlət rüsumunun ödənilməsindən azadolmalar

Doğumun, ölümün, övladlığa götürülmənin və atalığın (analığın) müəyyən edilməsinin qeydə alınması və bu barədə ilkin şəhadətnamələrin verilməsi üçün dövlət rüsumu ödənilmir.

Maddə 13-1. Müvafiq sənədə apostil verilməsi üçün tutulan dövlət rüsumunun dərəcəsi

Dövlət rüsumu tutulmalı olan hərəkətlər

Dövlət rüsumunun məbləği

1

2

Müvafiq sənədə apostil verilməsi.

10 manat

Maddə 14. Azərbaycan Respublikası vətəndaşlarına və Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə şəxsiyyət vəsiqəsi, habelə Azərbaycan Respublikasında 30 gündən artıq yaşayan əcnəbilərə qeydiyyat vəsiqəsi, əcnəbiyə və vətəndaşlığı olmayan şəxsə Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsi, müvəqqəti olma müddətinin uzadılması barədə qərar, Azərbaycan Respublikasında qaçqın statusu almış şəxslərə Qaçqın vəsiqəsi və Yol sənədinin verilməsi, Azərbaycan Respublikasının vətəndaşlığına qəbul, vətəndaşlığa bərpa və ya vətəndaşlıqdan çıxmaq üçün dövlət rüsumunun dərəcələri

Dövlət rüsumu tutulmalı olan hərəkətlər

Dövlət rüsumunun məbləği

14.1. Azərbaycan Respublikasının vətəndaşlarına xaricə getmək hüququ verən ümumvətəndaş pasportlarının verilməsinə və ya dəyişdirilməsinə görə:

 

14.1.1. on iş günü müddətində verildikdə və ya dəyişdirildikdə, yaxud Azərbaycan Respublikası vətəndaşının və ya onunla gedən şəxslərin təcili müalicəsi, yaxud xaricdə yaşayan yaxın qohumunun ağır xəstəliyi və ya ölümü ilə bağlı hallarda iki iş günü müddətində verildikdə və ya dəyişdirildikdə

120 manat

14.1.1.1. bir yaşınadək uşaqlar üçün

10 manat

14.1.1.2. bir yaşından üç yaşınadək uşaqlar üçün

20 manat

14.1.1.3. üş yaşından on səkkiz yaşınadək uşaqlar üçün

30 manat

14.1.1.4. on səkkiz yaşına çatmış vətəndaşlara

40 manat

14.1.2. beş iş günü müddətində verildikdə və ya dəyişdirildikdə

 

14.1.2.1. bir yaşınadək uşaqlar üçün

20 manat

14.1.2.2. bir yaşından üç yaşınadək uşaqlar üçün

40 manat

14.1.2.3. üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün

60 manat

14.1.2.4. on səkkiz yaşına çatmış vətəndaşlara

80 manat

14.1.3. bir iş günü müddətində verildikdə və ya dəyişdirildikdə

 

14.1.3.1. bir yaşınadək uşaqlar üçün

40 manat

14.1.3.2. bir yaşından üç yaşınadək uşaqlar üçün

80 manat

14.1.3.3. üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün

120 manat

14.1.3.4. on səkkiz yaşına çatmış vətəndaşlara

160 manat

14.2. Azərbaycan Respublikasının hüdudlarından kənara getməsi üçün Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsə şəxsiyyət vəsiqəsinin verilməsinə görə.

11 manat

14.3. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə:

 

14.3.1. üç iş günü müddətində verildikdə və ya dəyişdirildikdə

10 manat

14.3.2. üç iş günündən sonrakı müddətdə verildikdə və ya dəyişdirildikdə

1 manat.

14.4 Azərbaycan Respublikası ilə həmsərhəd olan dövlətlərə vətəndaşların sadələşdirilmiş qaydada gediş-gəlişi üçün sənədlərin verilməsinə görə.

3 manat

14.5. Azərbaycan Respublikasının vətəndaşları 25, 35, 50 yaşına çatdıqda, həmçinin onların soyadı, adı, atasının adı, yaşayış yeri, ailə vəziyyəti və hərbi vəzifəsi dəyişdikdə şəxsiyyət vəsiqəsinin dəyişdirilməsinə görə.

2 manat

14.6. Şəxsiyyət vəsiqəsi vətəndaşın öz təqsiri üzündən itdikdə və ya yararsız hala düşdükdə onun dəyişdirilməsinə görə.

3 manat

14.7. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin xarici pasportlarının və ya onu əvəz edən sənədlərin qeydə alınmasına və ya qeydə alınması müddətinin uzadılmasına görə.

6 manat

14.8. Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqələrinin verilməsinə və müddətinin uzadılmasına görə:

 

14.8.1. Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin verilməsinə və müddətinin uzadılmasına görə:

 

14.8.1.1. 3 ayadək

30 manat

14.8.1.2. 6 ayadək

60 manat

14.8.1.3. 1 ilədək

120 manat

14.8.1.4. tələbələr üçün illik

40 manat

14.8.2. Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsinin verilməsinə və müddətinin uzadılmasına görə:

300 manat

14.9. Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə itirilmiş Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqələrinin və müvəqqəti olma müddətinin uzadılması barədə qərarın yenidən verilməsinə görə.

10 manat

14.10. Azərbaycan Respublikası vətəndaşlarının (eləcə də keçmiş SSRİ vətəndaşlarının) qeydiyyata alınmasına görə.

2 manat

14.11. Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün 16 yaşına çatdıqdan sonra Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsə şəxsiyyət vəsiqəsinin verilməsinə görə.

6 manat

14.12. Azərbaycan Respublikasında 30 gündən artıq yaşamaq istəyən əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin qeydiyyata alınması haqqında vəsiqə verilməsinə görə.

10 manat

14.13. İtirilmiş xarici pasportların və ya onu əvəz edən sənədlərin yenidən verilməsinə görə.

şərti maliyyə vahidinin 5,0 misli

14.13. Azərbaycan Respublikası vətəndaşlarına, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasına dəvət olunması haqqında sənədlərin verilməsinə görə.

6 manat

14.14. Azərbaycan Respublikası vətəndaşlığına qəbul edilmək, bərpa edilmək və ya ondan çıxmaq barədə ərizələrdən.

110 manat

14.15. ölkədə müvəqqəti olma müddətinin uzadılması barədə qərarın verilməsinə görə:

 

14.15.1. 1 ayadək

30 manat

14.15.2. 1 aydan 2 ayadək

60 manat

14.15.3. 2 aydan 3 ayadək

90 manat

14.16. Azərbaycan Respublikasında qaçqın statusu almış şəxslərə Qaçqın vəsiqəsinin və ya Yol sənədinin verilməsinə görə

5 manat

Maddə 15. Azərbaycan Respublikası vətəndaşlarına və Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə şəxsiyyət vəsiqəsi verilərkən, habelə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul üçün dövlət rüsumunun ödənilməsindən azadolmalar

Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün şəxsiyyət vəsiqəsinin verilməsinə görə qaçqınlar, məcburi köçkünlər , 16 yaşına çatmamış Azərbaycan Respublikasının vətəndaşları və Azərbaycan Respublikasında daimi yaşayan 16 yaşına çatmamış vətəndaşlığı olmayan şəxslər, həmçinin Azərbaycan Respublikası vətəndaşlığına qəbul edilməsi barədə vəsatət qaldıran xaricdə yaşayan azərbaycanlılar, dövlət rüsumunu ödəməkdən azad olunurlar.

Maddə 16. Azərbaycan Respublikasında və ya Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəliklərində aparılan konsul əməliyyatları üçün dövlət rüsumunun dərəcələri

Dövlət rüsumu tutulmalı olan hərəkətlər

Dövlət rüsumunun məbləği

16.1. Pasportların və vizaların verilməsinə görə:

 

16.1.1. Azərbaycan Respublikasının vətəndaşlarına xaricə getmək hüququ verən xidməti pasportların verilməsinə və ya dəyişdirilməsinə və vaxtının uzadılmasına görə;

11 manat

16.1.2. ümumvətəndaş pasportlarının alınması məqsədi ilə sənədlərin səfirlikdə və ya konsulluqda tərtib edilib göndərilməsinə görə;

55 ABŞ dolları

16.1.3. ölkəyə qayıtmaq üçün pasportu əvəz edən qayıdış şəhadətnaməsinin verilməsinə görə;

40 ABŞ dolları

16.1.4. xarici ölkələrin səfirliklərinə və konsulluqlarına viza rəsmiləşdirilməsi üçün verilən notaya görə;

4 manat

16.1.5. səfirliklərə və konsulluqlara vizaların verilməsinə dair göstərişlərin göndərilməsinə görə;

4 manat

16.1.6. Şəxsi dəvətlə, turist sifəti ilə işgüzar və kommersiya işləri ilə əlaqədar dövlət və ictimai siyasi təşkilatlar və eləcə də xarici iqtisadi fəaliyyətlə məşğul olan özəl strukturların müraciəti ilə adi giriş vizalarının rəsmiləşdirilməsinə görə (3 gündən 3 ayadək müddətə):

 

16.1.6.1. birdəfəlik giriş vizası;

50 ABŞ dolları

16.1.6.2. ikidəfəlik giriş vizası;

100 ABŞ dolları

16.1.7. Qanunla müəyyən edilmiş hallarda 1 il müddətinə çoxdəfəlik giriş-çıxış üçün giriş vizalarının rəsmiləşdirilməsi üçün

350 ABŞ dolları

16.1.8. Turistlərin (yalnız turist vauçeri və ya turist göndərişini təqdim edənlərə şamil olunur) və şəxsi kontraktla təhsil alan tələbələrin vizalarının rəsmiləşdirilməsi üçün

20 ABŞ dolları

16.1.9. tranzit vizaların rəsmiləşdirilməsi üçün:

 

16.1.9.1. adi tranzit vizası;

20 ABŞ dolları

16.1.9.2. ikidəfəli tranzit vizası;

40 ABŞ dolları

16.1.10. viza müddətinin artırılması üçün:

 

16.1.10.1. 24 saat;

10 ABŞ dolları

16.1.10.2. 48 saat;

20 ABŞ dolları

16.1.10.3. 72 saat;

30 ABŞ dolları

16.1.10.4. 3 gündən 1 ayadək;

40 ABŞ dolları

16.1.10.5. 1 aydan 3 ayadək;

80 ABŞ dolları

16.1.11. vaxtı bitmiş vizaların müddətlərinin artırılması üçün, hər ay üçün.

50 ABŞ dolları

16.2. Vətəndaşlıq məsələləri ilə əlaqədar sənədlərin rəsmiləşdirilməsinə görə:

 

16.2.1. vətəndaşlığın bərpa edilməsi üçün vəsatətin rəsmiləşdirilməsinə görə;

150 ABŞ dolları

16.2.2. vətəndaşlığa xitam verilməsi üçün vəsatətin rəsmiləşdirilməsinə görə.

400 ABŞ dolları

16.3. VVAQ məsələlərinə dair konsulluq əməliyyatlarına görə:

 

16.3.1. nikahın qeydə alınması və bu barədə şəhadətnamənin verilməsinə görə;

40 ABŞ dolları

16.3.2. boşanmanın qeydə alınması və bu barədə şəhadətnamənin verilməsinə görə;

40 ABŞ dolları

16.3.3. Qanunla müəyyənləşdirilmiş qaydada itkin düşmüş və ya ruhi xəstəlik nəticəsində və ya cinayət əməli törətdiklərinə görə 3 ildən artıq müddətə məhkum olunmuş şəxslərə boşanmanın qeydə alınmasına görə;

10 ABŞ dolları

16.3.4. adın, soyadın, ata adının dəyişdirilməsinə (nikahla əlaqədar olan hallar istisna olmaqla) dair materialların rəsmiləşdirilməsinə görə;

50 ABŞ dolları

16.3.5. vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında arxiv materiallarına əsasən təkrar şəhadətnamələrin verilməsinə görə;

40 ABŞ dolları

16.3.6. doğum, ölüm, nikah və boşanma haqqında akt qeydlərində dəyişikliklərin, düzəlişlərin, əlavələrin edilməsi və akt qeydlərinin bərpa olunması ilə əlaqədar şəhadətnamələrin verilməsinə görə;

20 ABŞ dolları

16.3.7. xarici ölkələrin VVAQ orqanları tərəfindən nikahın qeydə alınması məqsədi ilə subaylıq haqqında arayışın verilməsinə görə.

30 ABŞ dolları

16.4. Sənədlərin sorğu əsasında alınmasına görə:

 

16.4.1. sənədlərin sorğu əsasında alınmasına görə (hər sənəd üçün):

 

16.4.1.1. Azərbaycan Respublikasında;

4 manat

16.4.1.2. ölkə xaricində.

25 ABŞ dolları

16.5. Sənədlərin leqallaşdırılmasına görə:

 

16.5.1. Azərbaycan Respublikasında

4 manat

16.5.2. xarici ölkədə

50 ABŞ dolları

16.6. Notariat hərəkətlərinin aparılmasına görə:

 

16.6.1. Azərbaycan Respublikasının ərazisində yerləşən daşınmaz əmlak istisna olmaqla, əmlakdan, o cümlədən avtonəqliyyat vasitələrindən istifadə etmək və ona sərəncam vermək, kredit əməliyyatlarını yerinə yetirmək hüququ verən etibarnamələrin notariat təsdiqinə görə;

50 ABŞ dolları

16.6.2. müxtəlif şəxslərdən və idarələrdən poçt yolu ilə daxil olmuş pul vəsaitlərinin, bağlamaların, korrespondensiyaların bank idarələrindən alınması və ona sərəncam verilməsi barədə etibarnamələrin təsdiqinə görə;

25 ABŞ dolları

16.6.3. müqavilələrin və əqdlərin notariat təsdiqinə görə:

 

16.6.3.1. əmlak bölgüsü, zaminlik və digər qiymətləndirilməyən müqavilələrin təsdiqinə görə;

75 ABŞ dolları

16.6.3.2. qiymətləndirilən digər müqavilələrin təsdiqinə görə;

150 ABŞ dolları

16.6.3.3. avtonəqliyyatın özgəninkiləşdirilməsinə dair müqavilənin təsdiqinə görə;

100 ABŞ dolları

16.6.3.4. sair müqavilələrin təsdiqinə görə

50 ABŞ dolları

16.6.4. təhsil, əmək, VVAQ sənədlərinin surətinin, həmçinin bu sənədlərdən çıxarışların təsdiq edilməsinə görə;

20 ABŞ dolları

16.6.5. Azərbaycan Respublikasının vətəndaşlarının diplomatik nümayəndəliklərdə və konsulluqlarda saxlanılan əmlak və maliyyə sənədlərinin surətlərinin və onlardan çıxarışların verilməsinə görə;

20 ABŞ dolları

16.6.6. imzaların həqiqiliyinin notariat təsdiqinə görə (hər sənəd üçün);

60 ABŞ dolları

16.6.7. sənədin tərcüməsi və eyni zamanda tərcümənin düzgünlüyünün notariat təsdiqinə görə (hər səhifə üçün):

 

xarici dillərdən;

20 ABŞ dolları

xarici dillərə;

40 ABŞ dolları

16.6.8. qəyyumun təyin edilməsinə dair aktın tərtib edilməsinə görə;

50 ABŞ dolları

16.6.9. əmlakın idarə edilməsinə dair qəyyumun hesabatının təsdiq edilməsinə görə;

50 ABŞ dolları

16.6.10. vərəsəlik əmlakının siyahısının tərtib edilməsinə və bu əmlakın mühafizə olunması üçün qəbul edilməsinə görə;

100 ABŞ dolları

16.6.11. maraqlı şəxslərin xahişinə əsasən təqdim edilmiş siyahı əsasında əmlakın yoxlanılmasına görə;

100 ABŞ dolları

16.6.12. vəsiyyətnamənin notariat təsdiqinə görə;

100 ABŞ dolları

16.6.13. miras qoyanın xahişinə əsasən vəsiyyətnaməyə hər hansı dəyişikliklərin və əlavələrin edilməsinə görə;

100 ABŞ dolları

16.6.14. vəsiyyətnamənin konsulluqda saxlanmasına görə;

100 ABŞ dollar

16.6.15. Konsulluğun vəzifəli şəxsi tərəfindən vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinə görə;

200 ABŞ dolları

16.6.16. malların və digər əmlakın satışına görə;

100 ABŞ dolları

16.6.17. Konsulluqda sənədlərin (vəsiyyətnamə istisna olmaqla) saxlanmasına görə;

20 ABŞ dolları

16.6.18. pulun, qiymətli kağızların və sair qiymətli əşyaların (miras istisna olmaqla) saxlanmasına görə (hər ay üçün);

50 ABŞ dolları

16.6.19. əmlakın və pul məbləğlərinin aidiyyətı üzrə çatdırılması üçün 6 aylıq müddətədək ümumi depozitə qəbul edilməsinə görə (hər ay üçün);

50 ABŞ dolları

16.6.20. icra qeydlərinin aparılmasına görə;

30 ABŞ dolları

16.6.21. sənədlərin diplomatik poçtla hüquqi şəxslərin ünvanına göndərilməsinə görə;

100 ABŞ dolları

16.6.22. xarici dövlətin bayrağı altında üzən gəminin yüklənməsi və ya boşaldılmasına dair şəhadətnamənin, digər arayışların və bəyannamələrin verilməsinə görə.

50 ABŞ dolları

16.7. Digər konsul əməliyyatlarına görə.

20 ABŞ dolları

Maddə 17. Azərbaycan Respublikasında və ya Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik Nümayəndəliklərində aparılan konsul əməliyyatları üçün dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri

17.1. Aşağıdakı hallarda bu Qanunun 16-cı maddəsində nəzərdə tutulmuş dövlət rüsumu alınmır:

17.1.1. xidməti və diplomatik pasportların verilməsinə və ya dəyişdirilməsinə görə;

17.1.2. Azərbaycan Respublikası ilə xarici dövlətlər arasında mülki, ailə və cinayət işlərində hüquqi yardım haqqında, alimentlər haqqında, pensiya haqqında və övladlığa götürmə məsələləri haqqında müqavilələrə uyğun olaraq bu ölkənin səlahiyyətli orqanlarının və ayrı-ayrı vətəndaşlarının sorğusuna əsasən sənədlərin tələb olunub alınmasına görə;

17.1.3. Dövlət nümayəndə heyətinin tərkibində xarici ölkələrə ezam olunan şəxslərin pasport və digər gediş sənədləri rəsmiləşdirildikdə;

17.1.4. Azərbaycan Respublikasının xeyrinə əmlakın bağışlanmasına dair müqavilələrin və vəsiyyətnamələrin təsdiq edilməsinə görə;

17.1.5. Azərbaycan Respublikasının gəmi, hava və digər nəqliyyat vasitələrinin heyət üzvlərinin, habelə vətəndaşlarının ölümündən sonra qalmış əmlakının mühafizəsinə görə.

17.2. Bu Qanunun 16-cı maddəsində nəzərdə tutulmuş dövlət rüsumları Azərbaycan Respublikasına gələn aşağıdakı əcnəbilərdən alınmır:

17.2.1. Dövlət nümayəndə heyəti üzvləri və rəsmi şəxslərdən;

17.2.2. Azərbaycan Respublikasında beynəlxalq humanitar təşkilatları təmsil edənlərdən;

17.2.3. Dövlət xətti ilə təhsil alan və pedaqoji fəaliyyət göstərənlərdən;

17.2.4. Müdafiə xətti ilə səfər edənlərdən.

17.3. Azərbaycan Respublikasına qrup halında gələn əcnəbilərin hər birindən vizanın rəsmiləşdirilməsinə və ya onun etibar müddətinin artırılmasına görə dövlət rüsumu tutulur.

17.4. Bu Qanunun 16.6-cı maddəsində göstərilən dövlət rüsumundan əlavə vərəsələr və miras qoyanlar daşınmaz vərəsəlik əmlakının mühafizəsi üçün, otaq icarəsi, mühafizəsi, nəqliyyat, ezamiyyət, poçt, dəftərxana və sair faktiki xərcləri ödəyirlər.

17.5. Sənədlərin saxlanılması və qəbulu zamanı ehtimal olunan saxlama müddətinə görə dövlət rüsumu əvvəlcədən ödənilir və tamamlanmamış ay tamamlanmış ay kimi nəzərə alınır.

17.6. Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəliklərində aparılan konsul əməliyyatları üçün alınan dövlət rüsumu bir ay ərzində dövlət büdcəsinə köçürülür.

17.7. Xarici ölkələrdə dövlət xətti ilə təhsil alan, pedaqoji fəaliyyət göstərən, xarici ölkələrin cəzaçəkmə müəssisələrindən azadlığa buraxılan və ya xarici ölkələrdən deportasiya edilən Azərbaycan Respublikasının vətəndaşlarına ölkəyə qayıtmaq üçün pasportu əvəz edən qayıdış şəhadətnaməsinin verilməsinə görə dövlət rüsumu tutulmur;

17.8. xarici ölkələrin müvafiq orqanları tərəfindən Azərbaycan Respublikasının vətəndaşlarına münasibətdə viza rəsmiləşdirilməsi üçün tutulan rüsumun məbləği bu Qanunla eyni hərəkətlərə görə müəyyən edilmiş məbləğdən fərqli olduqda, dövlət rüsumunun dərəcəsi müvafiq icra hakimiyyəti orqanının qərarı ilə həmin ölkələrdə Azərbaycan Respublikasının vətəndaşlarına münasibətdə tutulan rüsum səviyyəsində tətbiq edilir.

Maddə 18. İxtiranın, faydalı modelin, sənaye nümunəsinin, əmtəə nişanının, coğrafi göstəricinin, əsərin, əlaqəli hüquqlar obyektinin, inteqral sxem topologiyasının və məlumat toplularının qeydə alınması, müvafiq mühafizə sənədlərinin verilməsi və onlarla bağlı digər hüquqi hərəkətlər, habelə icazələrin bəzi növlərinin verilməsi, nəqliyyat vasitələrinə və onların idarə edilməsi ilə bağlı hüquqi və fiziki şəxslərə xidmətlərin göstərilməsi üçün dövlət rüsumunun dərəcələri

18.1. İxtira, faydalı model və sənaye nümunəsinə iddia sənədinin verilməsi üçün (iddia sənədinin ilkin ekspertizası və ekspertizası daxil olmaqla):

18.1.1. bir ixtira, bir faydalı model və bir sənaye nümunəsi üçün—10 manat.

18.1.2. əlavə olaraq, çoxbəndli düsturun 1-dən artıq hər asılı olmayan bəndi üçün—7 manat.

18.1.3. əlavə olaraq, çoxbəndli düsturun 10-dan artıq hər asılı olan bəndi üçün—7 manat.

18.1.4. sənaye nümunəsinin 20-dən artıq hər əlavə sənaye nümunəsi üçün—5 manat.

18.1.5. iddia sənədinin mətninin 30-dan artıq hər səhifəsi üçün—1 manat.

18.2. İddia sənədi üzrə ilkinliyin xahiş edilməsi üçün (bir ədəd ilkinlik üçün)—7 manat.

18.3. İddia sənədinin verildiyi tarixdən 1 ay keçdikdən sonra iddia sənədi materiallarında düzəliş və əlavələrin aparılması üçün—6 manat.

18.3-1. İddiaçının vəsatəti əsasında «Patent haqqında» Azərbaycan Respublikası Qanununun 28-ci maddəsinin 9-cu bəndinə uyğun olaraq, müddətin əlavə 2 ay uzadılması üçün — 20 manat;

18.4. Ekspertizanın sorğusuna cavabın verilmə müddətinin uzadılması üçün (12 aydan artıq olmamaq şərti ilə, hər bir ay üçün)—5 manat.

18.5. İddia sənədinə dair məlumatın müəyyən edilmiş müddətdən tez dərci üçün—20 manat.

18.6. İddia sənədi barəsində məlumatın dərci üçün—6 manat.

18.7. İxtira, faydalı model və sənaye nümunəsi barəsində məlumat axtarışı aparılması üçün vəsatət verilməsinə görə—7 manat.

18.8. Vəsatət əsasında ixtira, faydalı model və sənaye nümunəsi barəsində iddia sənədinin mahiyyətcə ekspertizasının aparılması:

18.8.1. bir ədəd ixtira üçün—50 manat;

18.8.2. bir ədəd faydalı model üçün—40 manat;

18.8.3. bir ədəd sənaye nümunəsi üçün—40 manat;

18.8.4. əlavə olaraq, çoxbəndli düsturun 1-dən artıq hər asılı olmayan bəndi üçün—25 manat;

18.8.5. əlavə olaraq, çoxbəndli düsturun 10-dan artıq hər asılı olan bəndi üçün—10 manat;

18.8.6. sənaye nümunəsinin 20-dən artıq hər əlavə sənaye nümunəsi üçün—10 manat.

18.9. İxtira barəsində iddia sənədinin faydalı model barəsində iddia sənədinə çevrilməsi üçün—5 manat.

18.10. Faydalı model barəsində iddia sənədinin ixtira barəsində iddia sənədinə çevrilməsi üçün—7 manat.

18.11. Apellyasiya şurasına etirazla müraciət edilməsi:

18.11.1. ixtira, faydalı model və sənaye nümunəsinə patentin verilməsindən imtina qərarına qarşı—10 manat;

18.11.2. ixtira, faydalı model və sənaye nümunəsi barəsində dərc olunmuş iddia sənədinə qarşı—6 manat;

18.11.3. ixtira, faydalı model və sənaye nümunəsinə patentin verilməsinə qarşı—40 manat.

18.12. Ötürülmüş müddətlərin bərpası:

18.12.1. patent verilməsindən imtina qərarı barəsində iddiaçı tərəfindən apellyasiya şurasına etirazla müraciət edilməsi üçün—20 manat;

18.12.2. dərc olunmuş iddia sənədi üzrə daxil olan etirazla bağlı iddiaçının apellyasiya şurasına cavab verilməsi üçün—25 manat.

18.13. İxtiranın, faydalı modelin, sənaye nümunəsinin qeydiyyatı, patentin verilməsi və dərc olunması ilə bağlı:

18.13.1. ixtira üçün—10 manat;

18.13.2. faydalı model üçün—7 manat;

18.13.3. sənaye nümunəsi üçün—7 manat;

18.13.4. patentə məxsus təsvirin düsturla birlikdə 30-dan artıq hər səhifəsi üçün—1 manat.

18.14. Dərc olunduqdan sonra iddia sənədinin materialları ilə tanış olmaq üçün—10 manat.

18.15. Patentin dublikatının və patentə görə hüquqların qismən başqa şəxsə keçməsinə dair patentin verilməsi üçün- 7 manat.

18.16. Verilmiş patentdə dəyişikliklər edilməsi üçün—7 manat.

18.17. İxtira, faydalı model, sənaye nümunəsi ilə bağlı hüquqların verilməsi barəsində müqavilələrin qeydiyyata alınması üçün:

18.17.1. bir ədəd ixtira, bir ədəd faydalı model və bir ədəd sənaye nümunəsinə dair iddia sənədi üzrə, ayrılıqda hər biri üçün—10 manat;

18.17.2. bir ədəd ixtira patenti, bir ədəd faydalı model patenti və bir ədəd sənaye nümunəsi patenti üzrə, ayrılıqda hər biri üçün—25 manat;

18.17.3. ixtira, faydalı model, sənaye nümunəsinə görə bir neçə iddia sənədi üçün (birdən artıq hər patent üçün)—10 manat;

18.17.4. ixtira, faydalı model və sənaye nümunəsinin bir neçə patenti üçün (birdən artıq hər patent üçün)—10 manat.

18.18. İxtira, faydalı model və sənaye nümunəsi obyektindən istifadə hüququnun verilməsi barədə müqavilənin qeydiyyata alınması üçün:

18.18.1. bir iddia sənədi üçün—10 manat;

18.18.2. bir neçə iddia sənədi üçün (hər əlavə iddia sənədi üçün)—10 manat.

18.18-1. Patent hüququnun girov qoyulması barədə müqavilənin (bir ədəd ixtira patenti, bir ədəd faydalı model patenti və bir ədəd sənaye nümunəsi patenti üzrə, ayrılıqda hər biri üçün) qeydiyyata alınması üçün — 50 manat;

18.19. Lisenziya müqavilələrinin qeydiyyata alınması:

18.19.1. ixtira, faydalı model və sənaye nümunəsinin hər birinin ayrılıqda bir ədəd patenti üçün—25 manat;

18.19.2. ixtira, faydalı model və sənaye nümunəsinin hər birinin ayrılıqda bir neçə patenti üçün (birdən artıq nəzərdə tutulan hər patent üçün)—20 manat.

18.20. İddia sənədi və ya patenti üzrə hüquqların verilməsinə dair qeydiyyata alınmış müqavilələrdə və ya obyektin istifadəsi ilə bağlı qeydiyyata alınmış lisenziya müqavilələrində dəyişikliklərin edilməsi üçün—10 manat.

18.21. İlkin istifadəçinin hüquqlarının tanınması məqsədi ilə onun iddiasına baxılması üçün—25 manat.

18.22. İxtira patentinin qüvvədə saxlanması üçün:

18.22.1. 3-cü ildən 10-cu ilə kimi—fiziki şəxslər, dövlət büdcəsindən maliyyələşdirilən təşkilatlar və bələdiyyələr üçün 10 manat, hər artan il üçün 6 manat artırılmaqla, digər şəxslər üçün 50 manat, hər artan il üçün 30 manat artırılmaqla;

18.22.2. 11-ci ildən 20-ci ilə kimi—fiziki şəxslər, dövlət büdcəsindən maliyyələşdirilən təşkilatlar və bələdiyyələr üçün 60 manat, hər artan il üçün 8 manat artırılmaqla, digər şəxslər üçün 300 manat, hər artan il üçün 40 manat artırılmaqla;

18.22.3. 21-ci ildən 25-ci ilə kimi — fiziki şəxslər, dövlət büdcəsindən maliyyələşdirilən təşki latlar və bələdiyyələr üçün 142 manat, hər artan il üçün 10 manat artırılmaqla, digər şəxslər üçün 710 manat, hər artan il üçün 50 manat artırılmaqla.

18.23. Faydalı model patentinin qüvvədə saxlanılması üçün, 3-cü ildən 10-cu ilə kimi—fiziki şəxslər, dövlət büdcəsindən maliyyələşdirilən təşkilatlar və bələdiyyələr üçün 10 manat, hər artan il üçün 6 manat artırılmaqla, digər şəxslər üçün 50 manat, hər artan il üçün 30 manat artırılmaqla.

18.24. Sənaye nümunəsi patentinin qüvvədə saxlanılması üçün:

18.24.1. 3-cü ildən 10-cu ilə kimi — fiziki şəxslər, dövlət büdcəsindən maliyyələşdirilən təşkilatlar və bələdiyyələr üçün 10 manat, hər artan il üçün 6 manat artırılmaqla, digər şəxslər üçün 50 manat, hər artan il üçün 30 manat artırılmaqla;

18.24.2. 11-ci ildən 15-ci ilə kimi — fiziki şəxslər, dövlət büdcəsindən maliyyələşdirilən təşkilatlar və bələdiyyələr üçün 60 manat, hər artan il üçün 8 manat artırılmaqla, digər şəxslər üçün 300 manat, hər artan il üçün 40 manat artırılmaqla.

18.25. Patentin qüvvədə olma ilində illik rüsumun ödənilməsi ilə bağlı ötürülən müddətin 12 aya qədər verilməsinə görə, hər ay üçün—fiziki şəxslər, dövlət büdcəsindən maliyyələşdirilən təşkilatlar və bələdiyyələr üçün 3 manat, digər şəxslər üçün 15 manat.

18.26. Əmtəə nişanının və ya coğrafi göstəricinin qeydə alınması barəsində verilən iddia sənədi üçün (əmtəənin və ya göstərilən xidmətin 5-dən artıq olmayan sinifləri üçün):

18.26.1. iddia sənədinin ilkin ekspertizası üçün—10 manat;

18.26.2. iddia sənədinin ekspertizası üçün—50 manat.

18.27. Əmtəənin və ya göstərilən xidmətin 5-dən artıq hər sinfi üçün—25 manat.

18.28. İddiaçının vəsatəti əsasında «Əmtəə nişanları və coğrafi göstəricilər haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 12-ci hissəsinə uyğun olaraq, müddətin əlavə 2 ay uzadılması üçün—20 manat.

18.29. Əmtəə nişanına dair ilkinliyin istənilməsi üçün—15 manat.

18.30. Əmtəə nişanına və coğrafi göstəriciyə dair verilmiş iddia sənədi materiallarında düzəlişlərin, dəqiqləşdirmələrin aparılması, əlavələrin edilməsi üçün—15 manat.

18.31. Ekspertizanın sorğusuna cavabın verilmə müddətinin uzadılması üçün—25 manat.

18.32. Əmtəə nişanına və coğrafi göstəriciyə dair iddia sənədinin verilən tarixdən bir ay ərzində ekspertizasının aparılması üçün—45 manat.

18.33. Ötürülmüş müddətin bərpası ilə bağlı, iddia sənədi barədə ekspertizanın qərarı ilə razı olmadıqda apellyasiya şurasına etiraz verilməsi üçün—20 manat.

18.34. Apellyasiya şurasına etirazın verilməsi:

18.34.1. əmtəə nişanına dair iddia sənədinə baxılma barədə ilkin ekspertizanın rədd qərarına qarşı—20 manat;

18.34.2. coğrafi göstəriciyə dair iddia sənədinə baxılma barədə ilkin ekspertizanın rədd qərarına qarşı—20 manat;

18.34.3. əmtəə nişanına dair iddia sənədi barəsində ekspertizanın qərarına qarşı—60 manat;

18.34.4. coğrafi göstəriciyə dair iddia sənədi barəsində ekspertizanın qərarına qarşı—35 manat;

18.34.5. qeydə alınmış əmtəə nişanına qarşı—80 manat;

18.34.6. qeydə alınmış coğrafi göstəriciyə qarşı—45 manat.

18.34-1. Əmtəə nişanının geniş tanınmasına dair Apellyasiya şurasına ərizənin verilməsi üçün —150 manat.

18.34-2. Geniş tanınmış əmtəə nişanına qarşı verilmiş etirazla bağlı Apellyasiya şurasına müraciət üçün —120 manat.

18.34-3. Apellyasiya şurasına etirazın baxılma müddətinin altı aydan çox olmayan müddətə uzadılması üçün —40 manat.

18.35. Qeydə alınması, məlumatın dərci və şəhadətnamənin verilməsi üçün:

18.35.1. əmtəə nişanı üçün—45 manat;

18.35.2.coğrafi göstərici üçün—30 manat;

18.35.3.kollektiv nişan üçün—60 manat.

18.35-1. Əmtəə nişanları və coğrafi göstəricilərin qeydə alınması ilə bağlı dövlət rüsumunun ödənilməsi müddətinə əlavə olaraq dörd ay möhlət verilməsi üçün — 30 manat.

18.36. Reyestrdə və şəhadətnamədə qeydiyyatla bağlı məlumatlarda dəyişikliklər edilməsi üçün—25 manat.

18.37. Əmtəə nişanı və coğrafi göstəriciyə dair şəhadətnamələrin dublikatının və əmtəə nişanına hüquqların qismən başqa şəxsə keçməsinə dair şəhadətnamənin verilməsi üçün—10 manat.

18.38. İxtiranın, faydalı modelin, sənaye nümunəsinin, əmtəə nişanının və coğrafi göstəricinin reyestr məlumatlarından çıxarış verilməsi üçün—10 manat.

18.39. Əmtəə nişanına dair hüquqların verilməsi barədə müqavilələrin qeydiyyatı üçün:

18.39.1. iddia sənədi üzrə bir ədəd əmtəə nişanı üçün—35 manat;

18.39.2. iddia sənədləri üzrə bir neçə əmtəə nişanı üçün (birdən artıq hər əmtəə nişanı üçün)—20 manat;

18.39.3. qeydə alınmış bir ədəd əmtəə nişanı üçün—60 manat;

18.39.4. qeydə alınmış bir neçə əmtəə nişanları üçün (birdən artıq hər əmtəə nişanı üçün)—50 manat.

18.39-1. Qeydiyyata alınmış əmtəə nişanına dair müstəsna hüquqların müqavilə əsasında başqa şəxsə girov kimi verilməsi ilə bağlı girov müqaviləsinin qeydiyyatı üçün — 60 manat.

18.40. Lisenziya müqavilələrinin qeydə alınması:

18.40.1. bir ədəd əmtəə nişanı üçün—80 manat;

18.40.2.bir neçə əmtəə nişanı üçün (birdən artıq hər əmtəə nişanı üçün—50 manat.

18.41. Əmtəə nişanı barəsində qeydə alınmış lisenziya müqavilələrində, hüquqların verilməsi barədə müqavilələrdə dəyişikliklərin aparılması üçün—11 manat.

18.42. Qeydiyyatın qüvvədə olma müddəti qurtardıqdan sonra onun müddətinin uzadılması üçün:

18.42.1. əmtəə nişanı üçün—95 manat;

18.42.2. coğrafi göstərici üçün—45 manat;

18.42.3. kollektiv nişan üçün—145 manat.

18.43. Qeydiyyatın qüvvədə olma müddəti keçdikdən sonra müddətin uzadılması üçün verilən 6 aya görə, hər ay üçün:

18.43.1. əmtəə nişanı üçün—5 manat;

18.43.2. coğrafi göstərici üçün—5 manat;

18.43.3. kollektiv nişan üçün—5 manat.

18.44. Patent müvəkkillərinə namizədin patent müvəkkili kimi attestasiya olunması üçün—20 manat.

18.45. Patent müvəkkillərinin qeydiyyata alınması üçün—5 manat.

18.46. Patent müvəkkillərinə şəhadətnamə verilməsi üçün—10 manat.

18.47. Qeydiyyata alınmış patent müvəkkili barədə məlumatların dərc olunması üçün—5 manat.

18.48. Apellyasiya şurasının qərarına görə, apellyasiya şurasına etiraz vermək üçün—20 manat.

18.49. İxtiraya görə patent alınması üçün Avrasiya Patent İdarəsinə iddia sənədinin verilməsinə görə (formal əlamətlər üzrə ekspertizanın tələblərinə uyğunluğun yoxlanılması)—10 manat.

18.50. Azərbaycan Respublikasına aid Avrasiya patentlərinin qüvvədə saxlanması üçün:

18.50.1. 3-cü ildən 10-cu ilə kimi—10 manat, hər artan il üçün 3 manat artırılmaqla;

18.50.2. 11-ci ildən 20-ci ilə kimi—40 manat, hər artan il üçün 5 manat artırılmaqla;

18.50.3. 21-ci ildən 25-ci ilə kimi — 100 manat, hər artan il üçün 10 manat artırılmaqla.

18.51. Patent Kooperasiyası haqqında müqaviləyə və Sənaye nümunələrinin beynəlxalq qeydiyyatı haqqında Haaqa müqaviləsinin Cenevrə Aktına müvafiq olaraq iddia sənədinin alınması və Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Beynəlxalq Bürosuna göndərilməsi üçün—10 manat.

18.52. İddiaçının xahişi ilə bir ədəd milli iddia sənədinin və ya onun barəsində məlumatların (Patent Kooperasiyası haqqında müqavilənin təlimatının 17.1(v) qaydası, ilkin sənəd) təsdiqlənmiş surətinin Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Beynəlxalq Bürosuna göndərilməsi üçün—10 manat.

18.53. Nişanların beynəlxalq qeydiyyatı barədə sazişə uyğun olaraq (Madrid sazişi) əmtəə nişanının beynəlxalq qeydiyyatı üçün iddia sənədlərinin verilməsinə görə—10 manat.

18.54. Əmtəə nişanının beynəlxalq qeydiyyatının qüvvədə olma müddətinin uzadılması üçün—10 manat.

18.55. Odlu ov və ya idman silahının saxlanması, təyinatı üzrə istifadə edilməsi hüququnu təsdiq edən şəhadətnamənin verilməsinə görə:

18.55.1. ilkin qeydiyyata görə—10 manat;

18.55.2. təkrar qeydiyyata görə—5 manat.

18.56. Xidməti silahın əldə edilməsinə icazənin verilməsinə görə:

18.56.1. ilkin qeydiyyata görə—10 manat;

18.56.2. təkrar qeydiyyata görə—5 manat.

18.57. Ov icazələrinin verilməsi üçün—5 manat.

18.58. Əcnəbilərin Azərbaycan Respublikasında haqqı ödənilən əmək fəaliyyətini həyata keçirmələri üçün fərdi icazələrin alınmasına və onların müddətinin uzadılmasına görə:

18.58.1. ilkin icazəyə görə—1000 manat;

18.58.2. icazənin müddətinin uzadılmasına görə—1000 manat;

18.59. Qaz qurğularının xəritələrindən (sxemlərindən) istifadəyə görə—10 manat.

18.60. Seleksiya nailiyyətləri sahəsində:

18.60.1. seleksiya nailiyyətinə sifarişin verilməsi və onun ilkin ekspertizası üçün—10 manat;

18.60.2. sifarişçinin təşəbbüsü ilə seleksiya nailiyyətinin sifariş sənədlərində əlavələr, dəqiqləşmələr və düzəlişlər üçün—5 manat;

18.60.3. sifarişçinin təşəbbüsü ilə seleksiya nailiyyətlərinin adının dəyişdirilməsi üçün—25 manat;

18.60.4. seleksiya nailiyyətinə güzəştlə patent hüququnun başqasına verilməsi üçün—25 manat;

18.60.5. sortun yeniliyinə görə ekspertizası üçün—10 manat;

18.60.6. seleksiya nailiyyətlərinin yeniliyinə görə iddia edildikdə—10 manat;

18.60.7. seleksiya nailiyyətlərinin yekcinsliyinin, sabitliyinin sınaqdan keçirilməsinə görə—60 manat;

18.60.8. patentin verilməsi və seleksiya nailiyyətlərinin Dövlət reyestrində qeydiyyatdan keçirilməsinə görə—35 manat;

18.60.9. müəlliflik şəhədətnaməsi verilməsi üçün—35 manat;

18.60.10. patentin surətinin verilməsinə görə—25 manat;

18.60.11. patentin saxta olmasına aid ərizə daxil olduqda—25 manat;

18.60.12. seleksiya nailiyyətinə açıq lisenziyanın verilməsinə görə—25 manat;

18.60.13. seleksiya nailiyyətinə açıq lisenziyanın fəaliyyətinin dayandırılması haqda sifariş edildikdə—25 manat;

18.60.14. seleksiya nailiyyətinə məcburi lisenziyanın verilməsinə təqdim edilən ərizə üçün—25 manat;

18.60.15. seleksiya nailiyyətinə məcburi lisenziyanın verilməsinə görə—25 manat;

18.60.16. seleksiya nailiyyətinə məcburi lisenziyanın fəaliyyət müddətinin uzadılmasına görə—25 manat.

18.61. İl ərzində seleksiya nailiyyəti patentinin qüvvədə saxlanmasına görə bitki qrupları üzrə:

18.61.1. dənli, dənli-paxlalılar, qarğıdalı, pambıq, tütün, şəkər çuğunduru, kartof, pomidor, badımcan, bibər, kələm üçün və s. üçün—10 manat, hər artan il üçün—7 manat artırılmaqla;

18.61.2. bəzək bitkiləri, meşə bitkiləri üçün—7 manat, hər artan il üçün 6 manat artırılmaqla;

18.61.3. digər bitkilər üçün—9 manat, hər artan il üçün 6 manat artırılmaqla.

18.62. Adlar verilən şərabçılıq məhsullarına görə:

18.62.1. ekspertiza üçün—25 manat;

18.62.2. dövlət reyestrində qeydiyyata alınma üçün—10 manat;

18.62.3. attestasiya üçün—10 manat.

18.62-1. Müəlliflik hüququ və əlaqəli hüquqlar sahəsində:

18.62-1.1. əsərin, əlaqəli hüquqlar obyektinin qeydiyyatı üçün - hüquqi şəxslər 20 manat, fiziki şəxslər 5 manat;

18.62-1.2. əsərin, əlaqəli hüquqlar obyektindən istifadə ilə bağlı hüquqların (əmlak hüquqlarının) tam və ya qismən verilməsi haqqında müqavilənin qeydiyyatı üçün - hüquqi şəxslər 20 manat, fiziki şəxslər 10 manat.

18.63. İnteqral sxem topologiyası sahəsində:

18.63.1. topologiyanın qeydiyyatı — hüquqi şəxslər 20 manat, fiziki şəxslər 5 manat;

18.63.2. topologiyaya əmlak hüquqlarının vərəsəlik üzrə keçməsinin qeydiyyatı üçün — hüquqi şəxslər 20 manat, fiziki şəxslər 5 manat;

18.63.3. topologiyaya əmlak hüquqlarının tam və ya qismən verilməsi haqqında müqavilələrin qeydiyyatı üçün — hüquqi şəxslər 20 manat, fiziki şəxslər 5 manat.

18.64. Məlumat topluları sahəsində:

18.64.1. müəlliflik hüququ və ya xüsusi qorunma hüququ ilə qorunan məlumat toplusunun rəsmi qeydiyyatı üçün—hüquqi şəxslər 30 manat, fiziki şəxslər 10 manat;

18.64.2. müəlliflik hüququ və ya xüsusi qorunma hüququ ilə qorunan məlumat toplusuna hüquqların tam və ya qismən verilməsi haqqında müqavilənin rəsmi qeydiyyatı üçün—hüquqi şəxslər 30 manat, fiziki şəxslər 10 manat.

18.65. Nəqliyyat vasitələrinə və onların idarə edilməsi ilə bağlı hüquqi və fiziki şəxslərə xidmətlərin göstərilməsi:

18.65.1. Nəqliyyat vasitələrinin qanunla müəyyən edilmiş hallarda texniki baxışdan keçirilməsinə görə:

18.65.1.1. avtonəqliyyat vasitələri üçün—20 manat;

18.65.1.2. motonəqliyyat vasitələri, traktor, tikintidə, meşə və kənd təsərrüfatında, başqa işlərdə istifadə üçün nəzərdə tutulan özügedən maşınlar, texnoloji, yarış məqsədli idman və digər mexaniki nəqliyyat vasitələri, qoşqular, yarımqoşqular üçün—10 manat;

18.65.2. Nəqliyyat vasitələrinin texniki uçot göstəricilərinə dəyişikliklər edilməsi zamanı və ya nəqliyyat vasitəsi alıcısının tələbi ilə nəqliyyat vasitələrinə texniki baxış keçirilməsi üçün:

18.65.2.1. avtonəqliyyat vasitələri üçün—20 manat;

18.65.2.2. motonəqliyyat vasitələri, traktor, tikintidə, meşə və kənd təsərrüfatında, başqa işlərdə istifadə üçün nəzərdə tutulan özügedən maşınlar, texnoloji, yarış məqsədli idman və digər mexaniki nəqliyyat vasitələri, qoşqular, yarımqoşqular üçün—10 manat;

18.65.3. Nəqliyyat vasitələrinin qeydiyyatına (təkrar qeydiyyatına, daimi və müvəqqəti uçota alınmasına, nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsi haqqında müqavilələrin müvafiq icra hakimiyyəti orqanlarında dövlət qeydiyyatına) görə:

18.65.3.1. avtonəqliyyat vasitələri üçün—10 manat;

18.65.3.2. motonəqliyyat vasitələri, traktor, tikintidə, meşə və kənd təsərrüfatında, başqa işlərdə istifadə üçün nəzərdə tutulan özügedən maşınlar, texnoloji, yarış məqsədli idman və digər mexaniki nəqliyyat vasitələri, qoşqular, yarımqoşqular üçün—5 manat;

18.65.4. Sürücülük vəsiqəsinin verilməsi üçün imtahanların qəbuluna görə:

18.65.4.1. avto-motonəqliyyat vasitələrinin, tramvay və trolleybusların idarə olunmasının milli və beynəlxalq sürücülük vəsiqəsi üçün—20 manat;

18.65.4.1-1. avto-moto nəqliyyat vasitələrinin, tramvay və trolleybusların idarə olunmasının milli və beynəlxalq sürücülük vəsiqəsinin alınması üçün imtahanların təkrar qəbuluna görə — 10 manat.

18.65.4.2. digər sürücülük vəsiqəsi, o cümlədən traktorçu maşinist vəsiqəsi üçün—5 manat

18.65.5. Sürücülük vəsiqəsinin verilməsi və ya sürücülük vəsiqəsinin dəyişdirilməsi:

18.65.5.1. avto-moto nəqliyyat vasitələri üçün — 18 manat;

18.65.5.2. traktor, tikintidə, meşə və kənd təsərrüfatında, başqa işlərdə istifadə üçün nəzərdə tutulan özügedən maşınlar, texnoloji, yarış məqsədli idman və digər mexaniki nəqliyyat vasitələri, onların qoşqu və yarımqoşquları üçün — 5 manat.

18.65.6. Dövlət qeydiyyat nişanlarının verilməsinə görə:

18.65.6.1.avtonəqliyyat vasitələri üçün verilən dövlət qeydiyyat nişanında əks olunmuş rəqəmlərin və ya hərflərin kombinasiyası üzrə:

Dövlət qeydiyyat nişanında əks olunmuş rəqəmlərin kombinasiyası

Dövlət rüsumunun məbləği (manatla)

seriyası müxtəlif hərflərdən ibarət olduqda

seriyası eyni hərflərdən ibarət olduqda

001, 002, 003, 004, 005, 006, 007, 008, 009

1500

2500

100, 200, 300, 400, 500, 600, 700, 800, 900

1000

1500

111, 222, 333, 444, 555, 666, 777, 888, 999

500

1000

18.65.6.2. bu Qanunun 18.65.6.1-ci maddəsinin cədvəl hissəsində göstərilmiş rəqəm və ya hərflərin kombinasiyası istisna olmaqla, avtonəqliyyat vasitələri üçün digər dövlət qeydiyyat nişanlarının verilməsinə, habelə cədvəl hissəsində göstərilmiş rəqəm və ya hərflərin kombinasiyası da daxil olmaqla, dövlət qeydiyyat nişanının təkrar verilməsinə görə — 22 manat.

18.65.6.3. motonəqliyyat vasitələri, traktor, tikintidə, meşə və kənd təsərrüfatında, başqa işlərdə istifadə üçün nəzərdə tutulan özügedən maşınlar, texnoloji, yarış məqsədli idman və digər mexaniki nəqliyyat vasitələri, onların qoşqu və yarımqoşquları üçün dövlət qeydiyyat nişanlarının verilməsinə görə — 11 manat.

18.65.7. Qeydiyyat şəhadətnaməsinin verilməsi:

18.65.7.1. avto-moto nəqliyyat vasitələri üçün — 17 manat;

18.65.7.2. traktor, tikintidə, meşə və kənd təsərrüfatında, başqa işlərdə istifadə üçün nəzərdə tutulan özügedən maşınlar, texnoloji, yarış məqsədli idman və digər mexaniki nəqliyyat vasitələri, onların qoşqu və yarımqoşquları üçün — 5 manat.

18.65.8. Yol şəbəkəsinin müəyyən hissələrinə yük daşıyan nəqliyyat vasitələrinin və avtobusların buraxılması barədə xüsusi buraxılış vəsiqələrinin verilməsi — 10 manat;

18.65.9. Avtomobil yollarının ayırma zolağında inşa olunan obyektlərdə təhlükəsiz hərəkət sxemlərinin hazırlanması və razılaşdırılması — 10 manat;

18.66. Baytarlıq şəhadətnaməsinin, sertifikatının və baytarlıq preparatlarının qeydiyyat şəhadətnaməsinin verilməsi üçün:

18.66.1. Baytarlıq şəhadətnaməsinin verilməsi (bir sənəd) — 5 manat;

18.66.2. Baytarlıq sertifikatının verilməsi (bir sənəd) — 5 manat;

18.66.3. Baytarlıq preparatlarının qeydiyyat şəhadətnaməsinin verilməsi (bir preparat) — 50 manat.

18.67. Pestisidlərə, bioloji preparatlara və aqrokimyəvi maddələrə qeydiyyat şəhadətnaməsinin, idxal karantin icazəsinin və fitosanitar sertifikatlarının verilməsi üçün:

18.67.1. Pestisidlərə, bioloji dir və aqrokimyəvi maddələrə qeydiyyat şəhadətnaməsinin verilməsi (bir sənəd) — 50 manat;

18.67.2. İdxal karantin icazəsinin verilməsi (bir icazə) — 3 manat;

18.67.3. Fitosanitar sertifikatlarının verilməsi üçün:

18.67.3.1. Bir poçt göndərişinə (dəst) — 20 qəpik

18.67.3.2. Növündən asılı olmayaraq bir nəqliyyat vasitəsinə (>

18.68. Alternativ və bərpa olunan enerji mənbələri üzrə fəaliyyətə xüsusi icazənin verilməsi — 100 manat

Maddə 19. İxtiranın, faydalı modelin, sənaye nümunəsinin, əmtəə nişanının, coğrafi göstəricinin, əsərin, əlaqəli hüquqlar obyektinin qeydə alınması, müvafiq mühafizə sənədlərinin verilməsi və onlarla bağlı digər hüquqi hərəkətlər, habelə icazələrin bəzi növlərinin verilməsi, nəqliyyat vasitələrinə və onların idarə edilməsi ilə bağlı hüquqi və fiziki şəxslərə xidmətlərin göstərilməsi üçün dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri

19.1. Bu Qanunun 18.54-cü maddəsində göstərilən dövlət rüsumunun məbləği göndərilən materialların göndərilmə xərclərini, habelə beynəlxalq sazişlərə əsasən beynəlxalq təşkilatlara ödənilməli olan müvafiq ödənişləri əhatə etmir.

19.2. Patent kooperasiyası haqqında müqaviləyə (PCT) uyğun ixtira, faydalı model barəsində iddia sənədinin milli fazaya daxil olması və digər hüquqi hərəkətlər üçün ödənilən rüsumun məbləği ixtira, faydalı model barəsində iddia sənədinin verilməsi və digər hüquqi hərəkətlər üçün müəyyən edilən məbləğə bərabər tutulur.

19.3. Bu Qanunun 18.65-ci maddəsində nəzərdə tutulmuş hərəkətlərə görə büdcə təşkilatlarından dövlət rüsumu tutulmur.

Maddə 20. Hüquqi şəxslərin dövlət qeydiyyatı və yenidən qeydiyyatı üçün dövlət rüsumunun dərəcələri

Dövlət rüsumu tutulmalı olan hərəkətlər

Dövlət rüsumunun məbləği

20.1. Bankların, birjaların, sığortaçıların, sığorta birlik və brokerlərinin, xarici hüquqi şəxslərin nümayəndəliklərinin və filiallarının qeydiyyatı üçün.

220 manat

20.2. Kənd təsərrüfatı sahəsində fəaliyyəti həyata keçirən hüquqi şəxslərin qeydiyyatı üçün.

3 manat

20.3. Digər hüquqi şəxslərin qeydiyyatı üçün.

11 manat

20.4. Hüquqi şəxslərin yenidən qeydiyyatı üçün.

bu Qanunun 20.1 - 20.3-cü maddələrdə göstərilən məbləğin 50 faizi

20.5. Hüquqi şəxslərə qeydiyyat şəhadətnaməsinin dublikatının verilməsi üçün

2 manat

20.6. Sənədlərin surəti şəklində dövlət reyestrindən çıxarışların verilməsi üçün (hər səhifəyə görə)

1 manat

Maddə 20-1. Hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə dövlət rüsumundan azadolmalar

20-1.1. Dövlət reyestrində dəyişikliklər rüsumsuz aparılır.

20-1.2. Dövlət orqanlarına və təsisçilərə sənədlərin surəti şəklində dövlət reyestrindən çıxarışlar rüsumsuz verilir.

20-1.3. Hüquqi şəxslərin elektron dövlət qeydiyyatı rüsumsuz aparılır.

Maddə 21. Qiymətli kağızların qeydiyyata alınması (özəlləşdirmə qaydasında qeydiyyata alınması halları istisna olmaqla) və dövlət reyestrinə daxil edilməsi üçün dövlət rüsumunun dərəcələri

Dövlət rüsumu tutulmalı olan hərəkətlər

Dövlət rüsumunun məbləği

21.1. Qiymətli kağızların emissiya prospektinin qeydiyyata alınması üçün:

 

21.1.1. emissiya məbləği 99000 manatadək olduqda;

220 manat

21.1.2. emissiya məbləği 99000 manatdan 198000 manatadək olduqda;

440 manat

21.1.3. emissiya məbləği 198000 manatdan çox olduqda.

880 manat

21.2. Depozit sertifikatlarının emissiyasının dövlət qeydiyyatına alınması üçün.

1100 manat

21.3. Veksellərin dövlət reyestrinə daxil edilməsi üçün.

3 manat

21.4. Çeklərin dövlət reyestrinə daxil edilməsi üçün (hər bir çek kitabçası üçün).

1 manat

21.5. İpoteka kağızının dövlət qeydiyyatı üçün

5 manat

21.6. İpoteka kağızının əlavə qeydiyyatı üçün

2 manat

Maddə 22. Xüsusi razılıq (lisenziya) alınması tələb olunan sahibkarlıq fəaliyyəti növlərinə xüsusi razılıq (lisenziya) verilməsi üçün dövlət rüsumunun dərəcələri

Dövlət rüsumu tutulmalı olan hərəkətlər

Dövlət rüsumunun məbləği

22.1. Xüsusi razılıq (lisenziya) alınması tələb olunan sahibkarlıq fəaliyyəti növlərinə xüsusi razılıq (lisenziya) alınması üçün təqdim edilmiş sənədlərə rəy verilməsinə görə.

11 manat

22.2. Xüsusi razılıq (lisenziya) alınması tələb olunan sahibkarlıq fəaliyyəti növlərinə xüsusi razılıq (lisenziya) verilməsinə görə.

110 manatdan—22000 manatadək

Maddə 23. Xüsusi razılıq (lisenziya) alınması tələb olunan sahibkarlıq fəaliyyəti növlərinə xüsusi razılıq (lisenziya) verilməsi üzrə dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri

23.1. Xüsusi razılıq (lisenziya) alınması tələb olunan sahibkarlıq fəaliyyəti növlərinə müvafiq icra hakimiyyəti orqanı tərəfindən xüsusi razılıq (lisenziya) verilməsinə görə dövlət rüsumunun məbləği müəyyən edilmədiyi hallarda dövlət rüsumu bu Qanunun 22.2-ci maddəsində müəyyən edilmiş minimal hədd məbləğində ödənilir.

23.2. Sərnişin və yük daşıma sahəsində bu Qanunun 22.2-ci maddəsində müəyyən edilmiş dövlət rüsumunun alınması hər bir nəqliyyat vasitəsinə görə həyata keçirilir.

23.2. Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinə görə alınmış dövlət rüsumu barədə hesabat xüsusi razılıq (lisenziya) verən icra hakimiyyəti orqanları tərəfindən rübdə bir dəfə rübdən sonrakı ayın 20-dək xüsusi razılıq (lisenziya) blanklarının onlara verilməsini təmin edən orqana təqdim edirlər.

23.3. Sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və ya fiziki şəxsin adının, təşkilati-hüquqi formasının dəyişdiyi halda və ya fəaliyyəti dayandırılmış xüsusi razılığın (lisenziyanın) bərpa edilməsi hallarında xüsusi razılıq (lisenziya) yenidən rəsmiləşdirilərkən dövlət rüsumu tutulmur.

Maddə 24. Azərbaycan Respublikası ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən icazənin verilməsi üçün dövlət rüsumunun dərəcələri

Dövlət rüsumu tutulmalı olan hərəkətlər

Dövlət rüsumunun məbləği

24.1. Giriş-çıxış və tranzit gedişinə görə:

 

24.1.1. Azərbaycan Respublikasının avtomobil daşıyıcılarının başqa ölkələrə getməsi üçün:

 

24.1.1.1. Yük avtomobil daşıyıcılarına görə

hər bir icazə üçün 20 ABŞ dolları;

24.1.1.2. Sərnişin avtobusları üçün

hər bir icazə üçün 10 ABŞ dolları.

24.1.2. Beynəlxalq avtomobil daşımalarına aid Azərbaycan Respublikası ilə Hökumətlərarası Sazişi olan xarici dövlətlərin yük və sərnişin avtomobil daşıyıcıları üçün giriş-çıxış və tranzit keçid kvota ilə müəyyən edildiyindən artıq olduqda ödəniş haqqı:

 

24.1.2.1. Yük avtomobilləri üçün

hər bir icazə üçün—100 ABŞ dolları.

24.1.2.2. Sərnişin avtobusları üçün

hər bir icazə üçün—50 ABŞ dolları.

24.1.3. Beynəlxalq avtomobil daşımalarına aid Azərbaycan Respublikası ilə Hökumətlərarası Sazişi olmayan yük və sərnişin avtomobil daşıyıcıları üçün:

 

24.1.3.1. Yük avtomobilləri üçün

hər bir icazə üçün—150 ABŞ dolları.

24.1.3.2. Sərnişin avtobusları üçün

hər bir icazə üçün—75 ABŞ dolları.

24.2. Xarici avtomaşınların Azərbaycan Respublikası ərazisində yüklənməsinə görə.

hər bir icazə üçün 100 ABŞ dolları

24.3. Üçüncü ölkəyə və üçüncü ölkədən daşımalar üçün.

hər bir icazə üçün 600 ABŞ dolları

24.4. Xarici nəqliyyat vasitələrinin Azərbaycan Respublikası ərazisinə yüksüz daxil olması üçün:

 

24.4.1. yük avtonəqliyyat vasitələrinin yüksüz daxil olması üçün;

hər bir icazə üçün 350 ABŞ dolları

24.4.2. avtobusların sərnişinsiz daxil olması üçün.

hər bir icazə üçün 80 ABŞ dolları

24.5. İri tonnajlı xarici yük avtonəqliyyat vasitələrinin Bakı, Sumqayıt və Gəncə şəhərlərinə daxil olması üçün.

hər bir icazə üçün 25 ABŞ dolları

24.6. Dövlətlərarası sazişləri pozan xarici avtomobil daşıyıcıları Azərbaycan Respublikası ərazisindən çıxdıqda.

hər bir icazə üçün 400 ABŞ dolları

24.7. «Avropa Nəqliyyat Nazirlər Konfransı»nın jurnallarının satışı

hər bir vahidinə görə 500 ABŞ dolları.

Maddə 25. Azərbaycan Respublikası ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən icazənin verilməsi üçün dövlət rüsumunun tutulmasının xüsusiyyətləri

Azərbaycan Respublikasının avtomobil daşıyıcılarına digər dövlətlərdə bu Qanunla müəyyən edilmiş dövlət rüsumundan əlavə dövlət rüsumu tətbiq edildikdə həmin ölkələrin avtomobil daşıyıcılarına eyni qaydada dövlət rüsumu tətbiq edilir.

Maddə 26. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsi, habelə girovun dövlət qeydiyyatına alınması üçün tutulan dövlət rüsumunun dərəcələri

Dövlət rüsumu tutulmalı olan hərəkətlər

Dövlət rüsumunun məbləği

26.1. Daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı ilə bağlı hərəkətlər:

 

26.1.1. daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışın verilməsi;

30 manat

26.1.2. daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) verilməsi

50 manat

26.2. Vərəsəlik nəticəsində əldə edilmiş hüquqların, bölünmə nəticəsində əvvəlki hüquq sahibində qalan hissə üzərindəki hüquqların, yüklülüyün (girov, ipoteka, icarə, istifadə, lizinq, servitut və s.), icarə və istifadə hüquqlarının yüklülüyünün və özgəninkiləşdirilməsinin dövlət qeydiyyatının aparılması

20 manat

26.3. Tikintisi başa çatdırılmamış daşınmaz əmlak üzərində hüquqların qabaqcadan dövlət qeydiyyatı, məhv olmuş daşınmaz əmlakın və onun üzərindəki hüquqların dövlət qeydiyyatının ləğvi və dövlət reyestrindən məlumatın verilməsi

20 manat

26.4. İpotekanın təkrar və əlavə qeydiyyatı, girovun əlavə qeydiyyata alınması, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması, daşınmaz əmlakın yüklülükdən (ipoteka, icarə, istifadə, lizinq, servitut və s.) azad edilməsi, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışın dublikatının verilməsi, daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) dublikatının verilməsi

10 manat

26.5. Torpaq sahələri üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün mərzçəkmə işləri ilə bağlı pilonun vurulmasına görə — hər döngə nöqtəsi üçün

20 manat

26.6. Daşınmaz əmlak üzərində hüquqların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışın verilməsinə görə

10 manat

Maddə 27. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsi üzrə dövlət rüsumundan azadolmalar

27.1. Dövlətə öz əmlakını bağışlayan vətəndaşlardan, müəssisələrdən və təşkilatlardan dövlət rüsumu tutulmur.

27.2. Daşınmaz dövlət əmlakının bələdiyyə mülkiyyətinə keçməsi ilə əlaqədar mülkiyyət şəhadətnaməsinin verilməsi üçün dövlət rüsumu tutulmur.

27.3. Alınmanın nəticəsi ilə bağlı hüquqların dövlət qeydiyyatı üçün dövlət rüsumu «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən ödənilən kompensasiyanın məbləğinə daxil edilmədikdə, alınmanın təsirinə məruz qalan şəxsdən dövlət rüsumu tutulmur.

Maddə 27-1. Qiymətli metallardan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının əyarlanması və damğalanması, ekspertizası, materialların tətbiqi, qiymətli daşların ekspertizası və diaqnostikası üçün dövlət rüsumunun dərəcələri

27-1.1. qiymətli metallardan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının əyarlanması və damğalanması (1 məmulat üçün)—2 manat;

27-1.2. qiymətli metalların, qiymətli daşların və onlardan hazırlanmış məmulatların və tərkibində qiymətli metallar olan materialların ekspertizası (1 ədəd üçün)—2 manat;

27-1.3. qiymətli daşların adlarının, kütləsinin və keyfiyyətinin təyin edilməsi (hər bir daş üçün)—20 qəpik;

27-1.4. qiymətli metal tərkibli məmulatların və materialların analiz edilməsi (1 ədəd üçün)—6 manat;

27-1.5. qiymətli metallardan hazırlanmış zərgərlik və digər məişət məmulatları istehsalçılarının ad damğalarının qeydiyyatı:

27-1.5.1. ad damğasının ilk dəfə qeydiyyata alınması üçün—4 manat;

27-1.5.2. hər il yenidən qeydiyyata alınması üçün—2 manat.

Maddə 28. Dənizçilik sahəsində xidmətlərə və ya hüquqi hərəkətlərə görə tutulan dövlət rüsumunun dərəcələri

Dövlət rüsumu tutulmalı olan hərəkətlər

Dövlət rüsumunun məbləği

28.1. Azərbaycan Respublikası Dövlət bayrağı altında üzmək hüququ haqqında Şəhadətnamənin verilməsi

50 manat

28.2. Berbout-çarter reyestrində qeydiyyata və ya təkrar qeydiyyata alınaraq gəmilərə Azərbaycan Respublikasının Bayrağı altında üzmək hüququ haqqında müvəqqəti Şəhadətnamənin verilməsi

50 manat

28.3. Dövlət Gəmi Reyestrində qeydiyyata və ya təkrar qeydiyyata alınaraq gəmilərə Mülkiyyət hüququ haqqında Şəhadətnamənin verilməsi

50 manat

28.4. Heyətin tərkibi haqqında Şəhadətnamənin verilməsi

40 manat

28.5. Neftlə çirklənmənin qarşısının alınması haqqında Şəhadətnamənin verilməsi

50 manat

28.6. Gəmi Reyestrindən çıxarışın verilməsi

25 manat

28.7. Gəminin «Gəmi və Liman Vasitələrinin Mühafizəsi haqqında Beynəlxalq Məcəllə»nin tələblərinə uyğun olması haqqında Şəhadətnamənin verilməsi

50 manat

28.8. Gəminin «Əmniyyətli İdarəetmə haqqında Beynəlxalq Məcəllə»nin tələblərinə uyğun olması haqqında Şəhadətnamənin verilməsi

50 manat

28.9. Limanın (liman məntəqəsinin) «Gəmi və Liman Vasitələrinin Mühafizəsi haqqında Beynəlxalq Məcəllə»nin tələblərinə uyğun olması haqqında Şəhadətnamənin verilməsi

50 manat

28.10. Dənizçilik şirkətinin «Əmniyyətli İdarəetmə haqqında Beynəlxalq Məcəllə»nin tələblərinə uyğun olması haqqında Şəhadətnamənin verilməsi

50 manat

28.11. Gəmi komandir və sıravi heyət üzvlərinə İxtisas şəhadətnamələrinin (işçi diplomların) və təsdiqnamələrin verilməsi

30 manat

28.12. Gəmi heyət üzvləri üçün hazırlıq kursları sertifikatlarının verilməsi

10 manat

28.13. Dənizçinin Qeyd Kitabçasının verilməsi

25 manat

28.14. Dənizçinin şəxsiyyət sənədinin verilməsi

30 manat

28.15. Kiçik həcmli gəmilərə gəmi biletinin verilməsi

10 manat

28.16. Mühərriksiz kiçik həcmli gəmilərin qeydiyyata alınması

5 manat

28.17. Mühərrikli kiçik həcmli gəmilərin qeydiyyata alınması:

 

28.17.1. Asma və stasionar mühərrikli gəmilər

5 manat

28.17.2. Yelkənli qayıqlar və yaxtalar

5 manat

28.17.3. Üzən nasoslar, torpaq sovuran qurğular

5 manat

28.18. Kiçik həcmli gəmilərə texniki baxışın keçirilməsi:

 

28.18.1. Asma və stasionar mühərrikli gəmilər

5 manat

28.18.2. Yelkənli qayıqlar və yaxtalar

5 manat

28.18.3. Üzən nasoslar, torpaq sovuran qurğular

5 manat

28.18.4. Kiçik həcmli gəmilərin dayanacağı üçün baza və körpülər

10 manat

28.18.5. Mühərriksiz kiçik həcmli gəmilər

5 manat

28.19. Kiçik həcmli gəmilərin gəmi reyestrindən çıxarış verilməsi

10 manat

28.20. Kiçik həcmli gəmilərin sürücülərinə sürücülük vəsiqələrinin verilməsi

15 manat

28.21. Bunker yanacağı ilə çirklənmə nəticəsində vurulan zərərə görə mülki məsuliyyət ilə bağlı sığorta və ya digər maliyyə təminatı haqqında Sertifikatın verilməsi — 50 manat.

 

Maddə 29. Mülki aviasiya sahəsində xidmətlərə və ya hüquqi hərəkətlərə görə tutulan dövlət rüsumunun dərəcələri

Dövlət rüsumu tutulmalı olan hərəkətlər

Dövlət rüsumunun məbləği

29.1. Aeroportlar və ya aerodromlara uyğunluq sertifikatının verilməsi

100 manat

29.2. Hava nəqliyyatı istismarçılarına sertifikatın verilməsi

100 manat

29.3. Mülki aviasiya sahəsində fəaliyyət göstərən digər subyektlərə uyğunluq sertifikatının verilməsi

100 manat

29.4. Mülki aviasiya sahəsində fəaliyyət göstərən digər subyektlərə uyğunluq sertifikatının təkrar verilməsi

50 manat

29.5. Hava gəmilərinə qeydiyyat şəhadətnaməsinin verilməsi

50 manat

29.6. Hava gəmisinin tipinin sertifikatının tanınması

50 manat

29.7. Hava gəmilərinə uçuşa yararlılıq sertifikatının verilməsi

50 manat

29.8. Hava gəmilərinə uçuşa yararlılıq sertifikatının müddətinin uzadılması

30 manat

29.9. Hava təhlükəsizliyi və aeronaviqasiya üçün istifadə olunan avadanlıqlara uyğunluq sertifikatının verilməsi

30 manat

29.10. Aviasiya təhlükəsizliyi üçün istifadə olunan avadanlıqlarının sertifikatının tanınması

30 manat

29.11. Xüsusi şəraitdə uçuşların yerinə yetirilməsinə icazə verilməsi

30 manat

29.12. Müntəzəm marşrutlara uçuş icazəsinin verilməsi

20 manat

29.13. Çarter marşrutlara uçuş icazəsinin verilməsi

30 manat

29.14. İATA-nın «Mülki Aviasiya rüsumu» ekonom sinif

1 avro

29.15. İATA-nın «Mülki Aviasiya rüsumu» biznes və birinci sinif

3 avro

Maddə 30. Standartlaşdırma və metrologiya sahəsində hüquqi hərəkətlərə görə tutulan dövlət rüsumunun dərəcələri

Dövlət rüsumu tutulmalı olan hərəkətlər

Dövlət rüsumunun məbləği

30.1. Məhsulların (işlərin, xidmətlərin) idarəetmə sistemlərinin (keyfiyyətin, ətraf mühitin, əməyin mühafizəsinin və təhlükəsizliyinin, ərzaq məhsullarının təhlükəsizliyinin və s.) sertifikatlaşdırılması:

 

30.1.1. Məhsulların (işlərin, xidmətlərin) istehsalına və idxal-ixracına sertifikatın verilməsi

20 manat

30.1.2. İdarəetmə sistemlərinə (keyfiyyətin, ətraf mühitin, əməyin mühafizəsinin və təhlükəsizliyinin, ərzaq məhsullarının təhlükəsizliyinin və s.) sertifikatın verilməsi

20 manat

30.1.3. İdarəetmə sistemlərinin (keyfiyyətin, ətraf mühitin, əməyin mühafizəsinin və təhlükəsizliyinin, ərzaq məhsullarının təhlükəsizliyinin və s.) yaradılması sahəsində fəaliyyəti həyata keçirən hüquqi və fiziki şəxslərin AZS Milli Sertifikatlaşdırma Sistemində qeydiyyatı

20 manat

30.1.4. Avropa İttifaqı ölkələrinə ixrac edilən yeyinti məhsullarının keyfiyyət sertifikatının verilməsi

20 manat

30.2. Laboratoriya (sınaq və kalibrləmə) və sertifikatlaşdırma üzrə orqanın akkreditasiya olunması barədə attestatın verilməsi:

 

30.2.1. Sınaq və kalibrləmə laboratoriyalarının akkreditasiyası barədə attestatın verilməsi

20 manat

30.2.2. Sertifikatlaşdırma üzrə orqanın akkreditasiyası barədə attestatın verilməsi

20 manat

30.3. Standartlaşdırma sahəsində normativ sənədlərin dövlət qeydiyyatı və onlarda dəyişikliyin aparılması

2 manat

30.4. Ölçmə vasitələrinin tipinin təsdiqi, dövlət reyestrinə salınması və sınaqların aparılaraq sertifikatın verilməsi

20 manat

Maddə 30-1. Malın mənşə ölkəsini təsdiq edən sertifikatın verilməsinə görə tutulan dövlət rüsumunun dərəcəsi

Malın mənşə ölkəsini təsdiq edən sertifikatın verilməsi — 20 manat

Maddə 31. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilən hüquqi hərəkətlərə görə tutulan dövlət rüsumunun dərəcələri

Dövlət rüsumu tutulmalı olan hərəkətlər

Dövlət rüsumunun məbləği

31.1. Tikinti, memarlıq və şəhərsalma sahəsində xidmətlərə görə:

 

31.1.1. tikintinin layihəsinin qanunvericiliklə müəyyən edilmiş qaydada təsdiq edilməsi və qeydiyyatdan keçirilməsi

60 manat

31.1.2. qanunvericiliklə nəzərdə tutulmuş hallarda və qaydada tikintinin eskiz, arxitektura-işçi, konstruksiya layihəsinin ekspertizası

30 manat

31.1.3. yenidənqurulma və yenidən planlaşdırılma işlərinə icazənin verilməsi

50 manat

31.1.4. inşaat pasportunun verilməsi

50 manat

31.1.5. inşaat pasportunun dublikatının verilməsi

10 manat

31.2. Mövsümi (səyyari) ticarət və xidmət yerlərinin müəyyən edilməsinə görə:

 

31.2.1. Bakı şəhəri üzrə

60 manat

31.2.2. Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan, Xırdalan şəhərləri və Abşeron rayonu üzrə

20 manat

31.2.3. digər regionlar

10 manat

31.3. Küçə reklamı lövhəsinin yerləşdirilməsinə görə birdəfəlik icazənin verilməsi:

31.3.1. Bakı şəhəri üzrə

70 manat

31.3.2. Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan, Xırdalan şəhərləri və Abşeron rayonu üzrə

50 manat

31.3.3. digər regionlar

35 manat

Maddə 32. Xarici ölkələrin ali təhsil müəssisələrinin diplomlarının tanınması üçün tutulan dövlət rüsumunun dərəcəsi

Dövlət rüsumu tutulmalı olan hərəkətlər

Dövlət rüsumunun məbləği

Xarici ölkələrin ali təhsil müəssisələrinin diplomlarının tanınması

15 manat

Maddə 33. Dərman vasitələrinin və maddələrinin dövlət qeydiyyatı və gigiyenik sertifikatın verilməsinə görə tutulan dövlət rüsumunun dərəcələri:

Dövlət rüsumu tutulmalı olan hərəkətlər

Dövlət rüsumunun məbləği

33.1. Dərman vasitələrinin və maddələrinin dövlət qeydiyyatı

100 manat

33.2. Gigiyenik sertifikatın verilməsi

15 manat

Maddə 34. Yekun müddəalar

28.1. Bu Qanunun 4.2-ci maddəsi 2003-cü il yanvarın 1-dək qüvvədə qalır.

28.2. Bu Qanun qüvvəyə mindiyi gündən aşağıdakı qanunlar qüvvədən düşmüş hesab edilir:

28.2.1. «Dövlət rüsumu haqqında» 1995-ci il 24 mart tarixli Azərbaycan Respublikasının Qanunu;

28.2.2. «Notariat haqqında» Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 6, maddə 414).

28.2.3. «Notariat haqqında» Azərbaycan Respublikası Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 1, maddə 10) aşağıdakı dəyişikliklər edilsin:

28.2.3.1. 30-cu maddəyə aşağıdakı dəyişikliklər və əlavələr edilsin:

  • ikinci hissə aşağıdakı redaksiyada verilsin: «Dövlət rüsumunun dərəcələri qanunla müəyyən edilir»;
  • üçüncü hissə çıxarılsın;
  • dördüncü hissədən «Bu Qanunun 1 saylı Əlavəsində müəyyən edilmiş» sözləri çıxarılsın;

28.2.3.2. 31-ci maddə çıxarılsın.

Maddə 35. Qanunun qüvvəyə minməsi

Bu Qanun 2002-ci il yanvarın 1-dən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV

Bakı şəhəri, 4 dekabr 2001-ci il

№ 223-IIQ

«Azərbaycan» qəzetində dərcedilmişdir (28 dekabr 2001-ci il, № 297).

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 dekabr 2001-ci il, № 12, maddə 740) .

22 noyabr 2002-ci il tarixli 382-IIQD nömrəli; 24 dekabr 2002-ci il tarixli 409-IIQD; 27 iyun 2003-cü il tarixli 494-IIQD nömrəli; 7 noyabr 2003-cü il tarixli, 512-IIQD nömrəli; 5 dekabr 2003-cü il tarixli, 540-IIQD nömrəli; 3 dekabr 2004-cü il tarixli, 793-IIQD nömrəli; 15 aprel 2005-ci il tarixli, 885-IIQD nömrəli; 10 iyun 2005-ci il tarixli, 925-IIQD nömrəli; 1 sentyabr 2005-ci il tarixli, 979-IIQD nömrəli; 30 sentyabr 2005-ci il tarixli, 1021-IIQD nömrəli; 21 oktyabr 2005-ci il tarixli, 1030-IIQD nömrəli; 3 mart 2006-cı il tarixli, 79-IIIQD nömrəli; 3 mart 2006-cı il tarixli, 82-IIIQD nömrəli; 12 may 2006-cı il tarixli, 110-IIIQD nömrəli; 28 noyabr 2006-cı il tarixli, 180-IIIQD nömrəli; 19 dekabr 2006-cı il tarixli, 203-IIIQD nömrəli; 1 fevral 2007-ci il tarixli, 234-IIIQD nömrəli; 30 noyabr 2007-ci il tarixli, 489-IIIQD nömrəli; 1 fevral 2008-ci il tarixli, 542-IIIQD nömrəli; 2 iyun 2008-ci il tarixli, 618-IIIQD nömrəli; 13 iyun 2008-ci il tarixli, 648-IIIQD nömrəli; 28 oktyabr 2008-ci il tarixli, 708-IIIQD nömrəli; 2 dekabr 2008-ci il tarixli, 727-IIIQD nömrəli; 30 dekabr 2008-ci il tarixli, 757-IIIQD nömrəli; 2 fevral 2009-cu il tarixli, 764-IIIQD nömrəli; 30 iyun 2009-cu il tarixli, 858-IIIQD nömrəli; 20 oktyabr 2009-cu il tarixli, 889-IIIQD nömrəli; 5 mart 2010-cu il tarixli, 972-IIIQD nömrəli; 11 may 2010-cu il tarixli, 1011-IIIQD nömrəli; 30 sentyabr 2010-cu il tarixli, 1082-IIIQD nömrəli; 30 sentyabr 2010-cu il tarixli, 1083-IIIQD nömrəli; 30 dekabr 2010-cu il tarixli, 39-IVQD nömrəli; 11 fevral 2011-ci il tarixli, 64-IVQD nömrəli; 18 mart 2011-ci il tarixli, 91-IVQD nömrəli; 30 sentyabr 2011-ci il tarixli, 206-IVQD nömrəli; 15 noyabr 2011-ci il tarixli, 245-IVQD nömrəli; 30 dekabr 2011-ci il tarixli, 286-IVQD nömrəli ; 20 aprel 2012-ci il tarixli, 342-IVQD nömrəli; 22 may 2012-ci il tarixli, 357-IVQD nömrəli; 29 may 2012-ci il tarixli, 374-IVQD nömrəli; 1 oktyabr 2012-ci il tarixli, 434-IVQD nömrəli; 20 noyabr 2012-ci il tarixli, 470-IVQD nömrəli; 21 dekabr 2012-ci il tarixli, 524-IVQD nömrəli; 21 dekabr 2012-ci il tarixli, 511-IVQD nömrəli; 15 fevral 2013-cü il tarixli, 558-IVQD nömrəli; 19 aprel 2013-cü il tarixli, 625-IVQD nömrəli (1.2-ci maddəsi 2014-cü il yanvarın 1-dən qüvvəyə minir); 22 oktyabr 2013-cü il tarixli, 786-IVQD nömrəli; 22 oktyabr 2013-cü il tarixli Qanunlara əsasən əlavələr və dəyişikliklərlə.

VALYUTA ÇEVİRİCİSİ