23 Oktyabr 2018 Çərşənbə axşamı 23:43:15

«Reklam haqqında

» Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədilə qərara alıram:

 

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti bir ay müddətində:

    • qüvvədə olan normativ-hüquqi aktların «Reklam haqqında» Azərbaycan Respublikası Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
    • «Reklam haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin 2-ci bəndində nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanlarının icazəsinin verilməsi qaydalarını müəyyən edib Azərbaycan Respublikası Prezidentinə təqdim etsin;
    • «Reklam haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının razılığı tələb olunan halları və razılığının verilməsi qaydalarını hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
    • «Reklam haqqında» Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinin uyğun olaraq 1-ci və 2-ci bəndlərində nəzərdə tutulmuş, müvafiq icra hakimiyyəti orqanlarının razılığı tələb olunan halları və razılığının verilməsi qaydaları barədə təklifləri hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
    • «Reklam haqqında» Azərbaycan Respublikası Qanununun pozulmasına görə məsuliyyət növlərini müəyyən edən normativ-hüquqi aktların layihələrini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
    • yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə nəqliyyat vasitələrində yayılan reklamın məhdudlaşdırılması halları barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
    • Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ-hüquqi aktlarının «Reklam haqqında» Azərbaycan Respublikası Qanununa uyğunlaşdırılmasını təmin etsin və bu haqda Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
    • öz səlahiyyətləri daxilində həmin qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, on gün müddətində:

    • «Reklam haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin 3-cü bəndində nəzərdə tutulan «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini həyata keçirən orqanları müəyyən edib Azərbaycan Respublikası Prezidentinə təkliflər təqdim etsin.

3. Müəyyən edilsin ki:

    • «Reklam haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin 2-ci bəndində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini rayon və şəhər icra hakimiyyəti orqanları və «İçərişəhər» Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında «İçərişəhər» Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi həyata keçirirlər;
    • «Reklam haqqında» Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinin 1-ci bəndində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsi həyata keçirir;
    • «Reklam haqqında» Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinin 2-ci bəndində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi həyata keçirir;
    • «Reklam haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin 3-cü və 6-cı bəndlərində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi həyata keçirir;
    • «Reklam haqqında» Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinin 2-ci bəndində və 3-cü bəndinin dördüncü abzasında nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi və onun yerli qurumları həyata keçirirlər;
    • «Reklam haqqında» Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinin 1-ci bəndinin birinci və ikinci abzaslarında, 27-ci maddəsinin 1-ci bəndində, 2-ci bəndinin birinci və ikinci abzaslarındavə 3-cü bəndində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi və onun yerli qurumları həyata keçirir;
    • «Reklam haqqında» Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin 2-ci bəndinin birinci abzasında nəzərdə tutulan «müvafiq dövlət orqanları»nın səlahiyyətlərini müvafiq olaraq rayon və şəhər icra hakimiyyəti orqanları, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsi, Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi həyata keçirirlər.

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV

Bakı şəhəri, 24 noyabr 1997-ci il

№ 644

«Azərbaycan» qəzetində dərc edilmişdir (28 noyabr 1997-ci il, № 260)

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 yanvar 1998-ci il, № 1 (7), maddə 13)

11 oktyabr 2001-ci il tarixli, 587 nömrəli; 24 avqust 2002-ci il tarixli, 767 nömrəli; 7 fevral 2005-ci il tarixli, 193 nömrəli; 31 yanvar 2008-ci il tarixli, 704 nömrəli fərmanlara əsasən dəyişikliklər və əlavələrlə

VALYUTA ÇEVİRİCİSİ