26 Fevral 2018 Bazar ertəsi 05:28:25

«Təbii inhisarlar haqqında

» Azərbaycan Respublikası Qanununun tətbiq olunmasını təmin etmək məqsədi ilə qərara alıram:

 

Müəyyən edilsin ki:

    • «Təbii inhisarlar haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin 3-cü hissəsinin ikinci abzasında və 9-cu maddəsinin onuncu abzasında nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;
    • həmin Qanunun 6-cı maddəsinin 1-ci və 3-cü hissələrində; 7-ci maddəsində; 9-cu maddəsinin dördüncü, beşinci, altınci, onuncu və on birinci abzaslarında; 10-cu maddəsinin 1-ci və 2-ci hissələrində; 11-ci maddəsinin 1-ci hissəsinin 1.1-ci, 1.3-cü və 1.5-ci bəndlərində, 12-ci və 13-cü maddələrində nəzərdə tutulmuş «təbii inhisarları tənzimləyən orqanlar»ın səlahiyyətlərini öz səlahiyyəti hüdudlarında Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası həyata keçirirlər;
    • həmin Qanunun 8-ci maddəsinin 1-ci hissəsində, 2-ci hissəsinin birinci abzasında, 3-cü hissəsinin birinci abzasında, 4-cü, 5-ci, 6-cı və 7-ci hissələrində; 9-cu maddəsinin ikinci, üçüncü, yeddinci, səkkizinci və doqquzuncu abzaslarında; 10-cu maddəsinin 4-cü hissəsində nəzərdə tutulmuş «təbii inhisarları tənzimləyən orqan»ın və 11-ci maddəsinin 1.4 bəndində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi həyata keçirir.

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV.

Bakı şəhəri, 2 mart 2001-ci il.

№ 446.

«Azərbaycan» qəzetində dərc olunmuşdur (04 mart 2000-ci il, № 52)

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 mart 2001-ci il, № 3, maddə 154)

11 oktyabr 2001-ci il tarixli, 587 nömrəli; 14 iyun 2007-ci il tarixli, 588 nömrəli fərmanlara əsasən dəyişikliklərlə

VALYUTA ÇEVİRİCİSİ