19 İyun 2018 Çərşənbə axşamı 04:26:23

«Antiinhisar fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununda dəyişikliklər və əlavələr edilməsi barədə

» Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:

 

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, iki ay müddətində:

    • «Antiinhisar fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin 5-ci bəndində nəzərdə tutulan antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxılma qaydalarını hazırlayıb təsdiq etsin;
    • həmin Qanunun pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanunvericilik aktlarının layihələrini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

2. Müəyyən edilsin ki:

    • «Antiinhisar fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin 5-ci bəndində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;
    • həmin Qanunun 3-cü, 13-cü, 13-1-ci, 14-cü, 15-ci, 16-cı maddələrində, 17-ci maddəsinin 1-ci bəndində, 18-ci maddəsinin 1-ci, 2-ci və 4-cü bəndlərində və 19-cu maddəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi həyata keçirir;
    • həmin Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi və Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası öz səlahiyyətləri daxilində həyata keçirirlər.

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV

Bakı şəhəri, 2 dekabr 1997-ci il

№ 647

«Azərbaycan» qəzetində dərc edilmişdir (05 dekabr 1997-ci il, № 266)

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 dekabr 1997-ci il, № 6, maddə 503)

11 oktyabr 2001-ci il tarixli, 587 nömrəli; 14 iyun 2007-ci il tarixli, 588 nömrəli fərmanlara əsasən dəyişikliklərlə və əlavələrlə

VALYUTA ÇEVİRİCİSİ