23 Oktyabr 2018 Çərşənbə axşamı 23:42:12

Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalının artırılmasını stimullaşdırmaq və əhalinin ərzaqla təminatını yerli istehsal hesabına daha da yaxşılaşdırmaq məqsədi ilə qərara alıram:

 

1. «2008—2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı» təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. aidiyyəti mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə birlikdə Dövlət Proqramının icrasını təmin edən zəruri tədbirlər görsün;

2.2. Dövlət Proqramının icrasının gedişi barədə hər ilin yekununa görə Azərbaycan Respublikasının Prezidentinə məlumat təqdim etsin.

3. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti

İlham ƏLİYEV

Bakı şəhəri, 25 avqust 2008-ci il

№ 3004

«Azərbaycan» qəzetində dərc edilmişdir (26 avqust 2008-ci il, № 189)

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 avqust 2008-ci il, № 8 (134), maddə 765)

14 aprel 2009-cu il tarixli, 81 nömrəli; 7 oktyabr 2009-cu il tarixli, 163 nömrəli; 28 oktyabr 2009-cu il tarixli, 166 nömrəli; 10 noyabr 2009-cu il tarixli, 183 nömrəli; 10 fevral 2010-cu il tarixli, 216 nömrəli; 23 iyun 2010-cu il tarixli, 286 nömrəli; 2 iyul 2010-cu il tarixli, 291 nömrəli; 15 fevral 2011-ci il tarixli, 381 nömrəli Fərmanlara əsasən dəyişikliklər və əlavələrlə


Azərbaycan Respublikası Prezidentinin
2008-ci il 25 avqust tarixli,
3004 nömrəli Sərəncamı ilə
təsdiq edilmişdir

2008—2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair
Dövlət Proqramı

Etibarlı ərzaq təminatı hər bir ölkənin iqtisadi sabitliyinin və sosial dayanıqlılığının başlıca şərtidir. Ona görə də cəmiyyətin hər bir üzvünün əsas ərzaq məhsullarına olan tələbatının tam ödənilməsi üçün davamlı olaraq müvafiq tədbirlərin həyata keçirilməsi çox vacibdir.

Son bir neçə ildə enerji daşıyıcılarının qiymətinin kəskin artması, aparıcı ölkələrin maliyyə bazarında baş verən neqativ meyillər, habelə əhalinin sayının çoxalması nəticəsində ərzaq məhsullarına olan tələbatın yüksəlməsi, iqlim dəyişkənliyi, su ehtiyatlarının məhdudluğu və digər səbəblərə görə əsas ərzaq məhsullarının dünya bazarlarında qiymətləri artmağa başlamış, bəzi ölkələrdə ərzaq qıtlığı real təhlükəyə çevrilmişdir.

Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə, əgər 1950—1985-ci illərdə ərzaq istehsalının illik artımı 30 milyon ton, 1985—1995-ci illərdə 12 milyon ton təşkil edirdisə, 2030-cu ilədək bu göstərici cəmi 9 milyon ton səviyyəsində olacaqdır.

Azərbaycan Respublikasında əhalinin etibarlı ərzaq təminatı dövlətin iqtisadi siyasətinin başlıca istiqamətlərindən birini təşkil edir. Hələ keçən əsrin 90-cı illərinin ortalarında ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Müstəqil Dövlətlər Birliyi məkanında analoqu olmayan torpaq islahatları həyata keçirilmiş, kənd təsərrüfatı istehsalçılarına yardım mexanizmləri formalaşdırılmış, beynəlxalq təşkilatlarla birlikdə bu sahədə əhəmiyyətli layihələrin icrasına başlanmışdır. 2001-ci ildə ölkə Prezidentinin Sərəncamı ilə «Azərbaycan Respublikasının ərzaq təhlükəsizliyi Proqramı» təsdiq edilmiş və bu Proqram çərçivəsində görülmüş işlər nəticəsində kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalı əhəmiyyətli dərəcədə artmışdır.

Bununla yanaşı, «2003—2005-ci illər üçün Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı», «Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığın inkişafı üzrə Dövlət Proqramı (2002—2005-ci illər)», «Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004—2008-ci illər)» və digər qəbul olunmuş sənədlərdən irəli gələn vəzifələrin yerinə yetirilməsi, o cümlədən fermerlərə maliyyə və texniki dəstəyin göstərilməsi, sahibkarlığın inkişafı, regionlarda infrastruktur layihələrinin həyata keçirilməsi əhalinin istehlakında yerli məhsulların xüsusi çəkisinin artmasını təmin etmişdir. Lakin, ölkədə əsas ərzaq məhsullarına olan tələbatın yerli istehsal hesabına tam təminatı hələ ki, mümkün olmamışdır. Digər tərəfdən, dünya ərzaq bazarlarında müşahidə olunan qeyri-sabitlik Azərbaycanda da ərzaq məhsullarının qiymətinə öz təsirini göstərir. Mövcud vəziyyət daxili ərzaq bazarının idxaldan asılılığının maksimum azaldılması və ərzaq ehtiyatlarının yaradılması məsələsinə kompleks yanaşma tələb edir.

Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 1 may tarixli 2786 nömrəli Sərəncamına uyğun olaraq hazırlanmış Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı məhz bu məqsədə nail olmaq üçün 2008—2015-ci illər ərzində müvafiq tədbirlərin həyata keçirilməsini nəzərdə tutur.

I. Azərbaycan Respublikasında ərzaq məhsulları ilə təminat sahəsində mövcud vəziyyət

1.1. Makroiqtisadi sabitlik və əhalinin gəlirləri

Əhalinin etibarlı ərzaq təminatının başlıca şərtlərindən biri makroiqtisadi sabitliyə əsaslanan davamlı inkişafın əldə olunması və əhalinin gəlirlərinin fizioloji normalara əsaslanan tələbatının ödənilməsini təmin etməsidir.

Son beş ilin iqtisadi göstəricilərinin təhlili göstərir ki, Azərbaycan bu illər ərzində nəinki makroiqtisadi sabitliyi qoruyub saxlamış, hətta iqtisadi artıma görə dünyanın aparıcı ölkələrindən birinə çevrilmişdir. 2007-ci ildə 2002-ci illə müqayisədə ümumi daxili məhsul real ifadədə 2,6 dəfə artmışdır. Bu artım həm neft-qaz sektorunun, həm də qeyri-neft sektorunun dinamik inkişafı sayəsində mümkün olmuşdur. Həmin illərdə qeyri-neft sektorunun real artımı 76,1 faiz təşkil etmişdir. Bu illər ərzində ümumi daxili məhsulun adambaşına düşən həcmi 4,7 dəfə artaraq 3692 ABŞ dollarına çatmışdır.

Yüksək iqtisadi artım əhalinin sosial rifahının yaxşılaşdırılması üçün geniş imkanlar açmışdır. Keçən beş il ərzində orta aylıq əməkhaqqı 3,4 dəfə, əhalinin gəlirləri 2,9 dəfə artmışdır. Ölkədə minimum əməkhaqqının, pensiya və müavinətlərin, büdcədən maliyyələşən təşkilatlarda əməkhaqlarının artırılması, eyni zamanda ünvanlı sosial yardım mexanizminin tətbiqi nəticəsində əhalinin adambaşına orta aylıq gəlirləri davamlı olaraq artmaqdadır. Qeyd olunan tədbirlər ölkədə yoxsulluğun səviyyəsinin 15,8 faizədək azaldılmasına imkan vermişdir.

Neft ixracından əldə olunan daxilolmaların artması ölkənin maliyyə imkanlarını xeyli genişləndirmişdir. İndi Azərbaycan həm ölkə daxilində, həm də xaricdə iri transmilli layihələrin maliyyələşdirilməsində iştirak edir. Maliyyə imkanlarının artması sayəsində dövlət büdcəsinin gəlirlərini son beş ildə 6,6 dəfə artırmaq mümkün olmuşdur.

Beləliklə, əldə olunmuş nailiyyətlər dövlətin iqtisadi əsaslarını daha da möhkəmləndirmiş və mövcud sosial-iqtisadi problemlərin, o cümlədən işgüzar fəallığın artması, qeyri-neft sektorunun, infrastruktur sahələrin, regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsi, yoxsulluğun azaldılması, ərzaq təhlükəsizliyinin təmin olunması və digər məsələlərin həlli istiqamətində daha təsirli tədbirlərin həyata keçirilməsi üçün imkanları genişləndirmişdir. Bu kompleks tədbirlər qüvvədə olan digər dövlət proqramları ilə əlaqəli şəkildə həyata keçiriləcəkdir.

1.2. Aqrar bölmədə mövcud vəziyyət

2003—2007-ci illər ərzində aqrar bölmədə real artım hər il orta hesabla 4,5 faiz təşkil etmişdir. Bu sahədə aparılmış islahatlar nəticəsində:

    • aqrar-sənaye kompleksini inkişaf etdirmək, ərzaq təminatını yaxşılaşdırmaq üçün ilk növbədə bazar iqtisadiyyatı prinsiplərinə uyğun olan qanunvericilik bazası yaradılmış;
    • torpaq islahatları həyata keçirilmiş;
    • islahatlar nəticəsində ləğv edilmiş sovxoz, kolxoz və təsərrüfatlararası müəssisələrin özəlləşdirilən torpaq və əmlakları əsasında 1191 kollektiv, 156 kənd təsərrüfatı istehsalı kooperativləri, 2651 ailə-kəndli təsərrüfatı və digər özəl qurumlar yaranmış, 843,2 min ailə fiziki şəxs kimi fəaliyyətə başlamış;
    • 1999-cu ildən etibarən, kənd təsərrüfatı məhsulları istehsalçıları torpaq vergisi istisna olmaqla, bütün vergilərdən azad edilmiş;
    • aqrar islahatlar nəticəsində ləğv olunmuş, eləcə də işğal altında olan rayonlarda təsərrüfat subyektlərinin borcları silinmiş və onlara digər güzəştlər edilmiş;
    • Dünya Bankı, Beynəlxalq İnkişaf Assosiasiyası, Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fond, Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyi, Almaniya Texniki Əməkdaşlıq Cəmiyyəti, BMT-nin Beynəlxalq İnkişaf Proqramı və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı kimi nüfuzlu təşkilatların dəstəyi ilə ölkənin aqrar bölməsində ümumi dəyəri 158 milyon ABŞ dolları məbləğində mühüm layihələrin həyata keçirilməsi təmin edilmiş;
    • fermerlərə yanacağın, motor yağının və gübrənin alınmasına çəkilən xərclərin 50 faizinin dövlət tərəfindən ödənilməsinə, taxıl əkinlərinə görə subsidiyaların verilməsinə başlanılmış, texniki təminatın yaxşılaşdırılması üçün «Aqrolizinq» Açıq Səhmdar Cəmiyyəti yaradılmış, istehsalçılara lizinq yolu ilə güzəştli şərtlər əsasında texnikanın və gübrələrin verilməsi həyata keçirilir;
    • kənd təsərrüfatı məhsulları istehsalında özəl bölmənin xüsusi çəkisi 99,7 faizə çatmışdır.

1.2.1. Torpaq və sudan istifadə

Torpaqdan istifadə. Azərbaycan Respublikasının ümumi torpaq fondu 8641,5 min hektar təşkil edir ki, onun 4756,5 min hektarı və yaxud 55 faizi kənd təsərrüfatına yararlıdır. Ümumi ərazinin 1432,6 min hektarı və yaxud 16,6 faizi suvarılan torpaqlardır. Torpaq balansı üzrə kənd təsərrüfatına yararlı sahənin 1808,4 min hektarı əkin yeridir. Bu sahədən 181,6 min hektarı işğal altındadır. Kənd təsərrüfatına yararlı torpaq sahəsinin 224,7 min hektarı çoxillik əkmələr, 117,6 min hektarı biçənəklər, 2560,0 min hektarı örüşlər, 45,7 min hektarı isə dincə qoyulmuş sahələrdir. Ölkə üzrə həyətyanı sahələr 258,1 min hektar (ondan 227,6 min hektarı kənd təsərrüfatına yararlı), meşə sahələri isə 1038,8 min hektar təşkil edir.

Əhalinin artımı ilə əlaqədar olaraq torpaqların qeyri-kənd təsərrüfatı obyektlərinə və fərdi tikintilər altına ayrılması, digər tərəfdən isə torpaqların eroziyaya uğraması, Xəzər dənizinin səviyyəsinin qalxması nəticəsində yeraltı suların səviyyəsinin yüksəlməsi, meliorasiya tədbirlərinin lazımınca aparılmaması, əkinçilik texnologiyasının pozulması və s. ilə əlaqədar hər nəfərə düşən əkin sahəsi ilbəil azalmaqdadır. Əgər 1959-cu ildə bir nəfərə 0,36 hektar əkin sahəsi düşürdüsə, 1970-ci ildə bu rəqəm 0,23, 1979-cu ildə 0,21, 2006-cı ildə isə 0,155 hektara enmişdir.

Dağlıq ərazilərdə torpaqların 40 faizə qədəri müxtəlif dərəcədə eroziyaya uğramışdır. Suvarılan əkin sahələrinin təqribən 47 faizi müxtəlif dərəcədə şoranlaşmışdır. Bu səbəbdən 657 min hektar sahədə meliorativ tədbirlərin aparılmasına ehtiyac vardır.

Sudan istifadə. Ölkənin su ehtiyatları məhduddur. Yerüstü su ehtiyatlarının yalnız 10 milyard kubmetr və yaxud 30 faizi ölkənin öz ərazisində, qalan 70 faizi isə qonşu ölkələrin ərazisində formalaşır. Daxili çayların su axınının əsas sərfi yaz və payız mövsümünə düşür. Onların əksəriyyətinin axını tənzimlənmədiyindən, daşqın sularının yığılması və istifadə edilməsi çətinləşir. Bununla da hər il 3,2 milyard kubmetr keyfiyyətli suvarma suyundan istifadə etmək mümkün olmur. Mövcud süni su anbarlarında 21,5 milyard kubmetr həcmində su ehtiyatı toplamaq imkanı vardır. Bunların əsas hissəsi hidroenergetika və suvarma məqsədləri üçün istifadə olunur. Hazırda yeraltı su ehtiyatlarının təxminən üçdəbirindən istifadə olunur. Ölkədə ildə 7—9 milyard kubmetr su istifadə olunur ki, bunun 67 faizi kənd təsərrüfatının suya olan tələbatının ödənilməsinə sərf edilir.

Son onillikdə meliorasiya və su təsərrüfatı sahəsində aparılan işlər nəticəsində çaylarda axının qeyri-mütənasibliyinin qarşısını almaq və su ehtiyatlarından ölkə iqtisadiyyatında səmərəli istifadə etmək məqsədilə çaylar üzərində tutumu 104,6 milyon kubmetr olan 2 su anbarı, 600 km uzunluğunda suvarma kanalları, 136 km uzunluğunda kollektor drenaj şəbəkələri inşa edilmiş, yeraltı sulardan suvarma və məişət ehtiyaclarını ödəmək üçün 365 subartezian quyusu qazılmışdır. Əkin sahələrini və yaşayış məntəqələrini çayların daşqın və sel sularından qorumaq məqsədilə 72 km daş-beton, beton və torpaq bəndlər tikilmişdir. Həmin illərdə Naxçıvan Muxtar Respublikasında Vayxır su anbarının, Baş Mil-Muğan kollektorunun 31 km-lik hissəsinin tikintisi, Samur-Abşeron kanalının ilk 50 km-lik hissəsinin və 185,7 km uzunluğunda təsərrüfatlararası kanalların qurğularla birlikdə yenidən qurulması, 67,2 km uzunluğunda Xanarx kanalının inşası başa çatdırılmış, Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda Araz çayında, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, Göyçay, İsmayıllı, Ağsu, Qusar və Astara rayonlarında sel və daşqın təhlükəli çaylarda 49325 paqonmetr sahilbərkitmə işləri görülmüşdür. Hazırda ümumi su tutumu 268 milyon kubmetr olan Taxtakörpü su anbarının, Vəlvələçay-Taxtakörpü və Taxtakörpü-Ceyranbatan kanallarının tikintisi aparılır. Goranboy, Quba, Sabirabad, Naxçıvan Muxtar Respublikasının Babək və Şərur rayonlarında suvarma-drenaj şəbəkələrinin və Araz çayı üzərindəki Bəhrəmtəpə hidroqovşağının təmir-bərpa işlərinə başlanmışdır.

Bütün bunlarla yanaşı, bu sahədə hələ də problemlər qalmaqdadır. Belə ki, keçmiş kolxoz və sovxozların balansında olmuş təsərrüfatdaxili şəbəkələrin bərpa edilərək tam işlək vəziyyətə gətirilməsinə, uzun illər istismar olunan fiziki cəhətdən köhnəlmiş suvarma sistemlərinin bərpasına, torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılmasına, yeni su anbarlarının, suvarma və kollektor-drenaj şəbəkələrinin tikilməsinə ehtiyac vardır.

Eyni zamanda, ölkənin su ehtiyatlarının məhdudluğu mövcud su ehtiyatlarından səmərəli və qənaətlə istifadə edilməsini və bu məqsədlə suvarma sistemlərinin texniki vəziyyətinin yaxşılaşdırılmasını, suya qənaətedici mütərəqqi suvarma texnikası və texnologiyalarının tətbiqini tələb edir.

1.2.2. Bitkiçilik məhsullarının istehsalı və emalı

Bitkiçilik məhsullarının istehsalı. Aqrar islahatlar nəticəsində son illər kənd təsərrüfatı sürətlə inkişaf etmiş, adambaşına düşən ərzaq məhsullarının istehsalı xeyli artmışdır. Həyata keçirilən tədbirlər bir çox sahələrdə olduğu kimi, bitkiçilik məhsullarının istehsalının strukturunda da müəyyən dəyişikliklərə səbəb olmuşdur. Bu, ilk növbədə, ölkənin əkin strukturuna təsir edərək, onun daxili və xarici bazarın tələblərinə uyğun formalaşmasına imkan vermişdir. 1999-cu ildən başlayaraq bitkiçilik məhsullarının istehsalında artım müşahidə olunur. Belə ki, taxıl istehsalı 1999-cu ildəki 1098,3 min tondan 2007-ci ildə 2004,4 min tona, kartof 394,1 min tondan 1037,3 min tona, tərəvəz 670,8 min tondan 1227,3 min tona, bostan bitkiləri 206,3 min tondan 417,6 min tona, meyvə 436,5 min tondan 677,8 min tona çatdırılmışdır. Ölkədə bir sıra məhsullar üzrə ərzaq təminatının balansı müsbət saldoya doğru dəyişməyə başlamışdır. Artıq kartofa, tərəvəz və bostan məhsullarına və meyvəyə əhalinin illik tələbatı daxili istehsal hesabına təmin olunur və onların ixrac imkanları genişlənir.

Bununla belə, taxıl da daxil olmaqla, ümumən bitkiçilik məhsullarının istehsal göstəriciləri sahənin potensial imkanlarından xeyli aşağıdır. Əsas ərzaq məhsulu olan dənli və dənli-paxlalılar üzrə orta məhsuldarlıq Azərbaycanda 27,1 s/ha təşkil edir, bununla belə müasir texnologiyalar tətbiq etməklə, əkin sahələrini genişləndirmədən məhsul istehsalını əhəmiyyətli dərəcədə artırmaq mümkündür.

Ərzaq məhsullarına olan tələbatın ödənilməsində idxaldan ən yüksək asılılıq bitki yağlarının payına düşür. Eyni zamanda ölkədə bu məhsulun, xüsusilə zeytunun istehsalının artırılması üçün böyük potensial mövcuddur. Eynilə kartof, tərəvəz, şəkər çuğunduru və digər kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində təsərrüfat fəaliyyətinin intensivləşdirilməsi əsasında məhsul artımına nail olmaq mümkündür.

Toxumçuluq kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının artırılmasında, keyfiyyətinin yüksəldilməsində və ərzaq təminatının yaxşılaşdırılmasında xüsusi əhəmiyyətə malikdir. Hazırda toxum və ting istehsalı ilə 300-dən çox hüquqi və fiziki təsərrüfat subyekti, o cümlədən 20 dövlət kənd təsərrüfatı istehsalı müəssisəsi məşğul olur. Göstərilən təsərrüfatlarda hər il ölkə üzrə tələbatın cəmi 7—10 faizi həcmində taxıl toxumu istehsal olunur. Bununla bərabər, toxum və ting istehsalı ilə məşğul olan dövlət və özəl təsərrüfatlarda toxumçuluq sahəsindəki işləri müasir tələblərə uyğunlaşdırmağa ehtiyac vardır. Ümumilikdə, ölkədə dənli və dənli paxlalı bitkilərin toxumçuluğunda müəyyən irəliləyiş olsa da, yem, tərəvəz, kartof və bostan bitkilərinin toxumçuluğundakı, habelə tingçilik sahəsindəki problemlər hələ də öz həllini tam tapmamışdır.

Bitkiçilik məhsullarının emalı, saxlanılması və satışı. İstehsal olunmuş məhsulların emalı, saxlanılması və satışının təşkili mühüm məsələlərdən biridir. Son illər kənd təsərrüfatı məhsullarının emalı sahəsində böyük quruculuq işləri həyata keçirilmiş, onlarla yeni kiçik və iri müəssisələr tikilib, yaxud bərpa olunaraq yenidən fəaliyyətə başlamışdır. Bununla belə, məhsulun alqı-satqısı üçün yeni iqtisadi münasibətlərə uyğun bazarın mühüm atributları, infrastrukturu ləng yaradılır.

Kifayət qədər tədarük-satış bazaları olmadığından, meyvə-tərəvəzin yerlərdə tədarükü, saxlanılması və satışı lazımi səviyyədə təşkil edilmir. Hesablamalara görə qeyd olunan səbəblərdən hər il yetişdirilmiş meyvə və tərəvəzin 10—15 faizi itirilir.

Kənd təsərrüfatı məhsullarının ixracını artırmaq, xarici bazarda rəqabətqabiliyyətli məhsul satmaq üçün çeşidləmə, qablaşdırma, saxlama, reklam, nəqliyyat məsələləri həll olunmalı, istehsala və ixraca stimul yaradan tədbirlər həyata keçirilməlidir. Ölkədə bəzi kənd təsərrüfatı məhsullarının emalı müəssisələrinin olmaması və bəzilərinin də müasir tələbatdan geri qalması kənd təsərrüfatı məhsulları istehsalının artım səviyyəsinin ləngiməsinə, məhsulların müəyyən hissəsinin itkisinə səbəb olur, istehlakçıların çeşidli yerli məhsullarla təminatına mənfi təsir göstərir.

1.2.3. Heyvandarlıq məhsullarının istehsalı, emalı və damazlıq işi

Heyvandarlıq məhsullarının istehsalı. Heyvandarlıqda islahatlar 1994-cü ildən başlamışdır. Bu sahədə islahatların aparılması çox zəruri idi, çünki 1990-cı ildən başlayaraq hər il orta hesabla, iribuynuzlu malların sayı 70 min baş, xırdabuynuzluların sayı 243 min baş, ət istehsalı 25 min ton, süd istehsalı isə 47 min ton azalırdı. İslahatlar nəticəsində mal-qaranın sayında və heyvandarlıq məhsullarının istehsalında ciddi artım əldə edildi. Belə ki, 2008-ci il 1 yanvar tarixinə 2001-ci ilin müvafiq dövrünə nisbətən iribuynuzlu mal-qaranın sayı 490,2 min baş (24,2 faiz), xırdabuynuzlu heyvanların sayı isə 2 milyon baş (33,3 faiz) artmışdır. Hazırda ölkədə 26 quşçuluq müəssisəsi fəaliyyət göstərir. Bu müəssisələrdə istehsal olunan quş əti ölkə üzrə istehlakın təxminən 70 faizini təmin edir.

Bütün bunlara baxmayaraq, ölkədə ət və süd istehsalı sahəsində tələbatın tam ödənilməsi baxımından hələlik gerilik mövcuddur.

Heyvandarlığın inkişafında əsas problemlərdən biri də yem bazasının zəif olmasıdır. Senaj və silos kimi qiymətli yemlər heyvanların yem rasionundan çıxmışdır. 2007-ci ildə ölkədə cəmi 6,4 min ton yaşıl qarğıdalı kütləsi və 2,4 min ton kökümeyvəlilər istehsal olunmuşdur. İnək və camışlar əsasən kəndətrafı örüş sahələrinin hesabına saxlanılır. Bu sahələrin isə ot örtüyü xeyli seyrəkləşmiş, qış otlaqlarının quru ot məhsuldarlığı isə 3—4 sentnerə qədər azalmışdır. Hazırda quşçuluq müəssisələri istisna olmaqla qarışıq yem istehsal olunmur.

Damazlıq işi. Hər inək və camışdan 2007-ci ildə 1110 kq süd sağılması onu göstərir ki, iribuynuzlu mal-qara arasında damazlıq işi də tələb olunan səviyyədə aparılmır, qısırlığa qarşı mübarizə tədbirləri zəif həyata keçirilir.

Hazırda ölkədə 80-dən çox iri özəl damazlıq təsərrüfatı fəaliyyət göstərir. Eyni zamanda 11 regional, 60 şəhər və rayon süni mayalama mərkəzi, 900 kənd və qəsəbə süni mayalama məntəqəsi yaradılmışdır. 2007—2008-ci illərdə süni mayalama üzrə 255 nəfər texnik hazırlanmış və onlar lazımi avadanlıqlarla təmin olunmuşlar.

2007-ci ildə 16,3 min baş inək, camış və düyənin süni yolla mayalandırılması nəticəsində 12,9 min baş bala alınmışdır ki, bu da mövcud tələbatdan xeyli aşağıdır.

Bu sahədə problemlərin aradan qaldırılması üçün iribuynuzlu mal-qaranın cins tərkibinin yaxşılaşdırılması ilə bağlı aparılan işlər genişləndirilməli və hər il xaricdən ən azı 7—8 min baş cins mal gətirilməlidir.

Ət və süd məhsullarının emalı. Heyvandarlıq məhsullarının emalı şəbəkəsinin genişləndirilməsi əsas vəzifələrdən biridir. Ölkədə 45 ət, 127 kiçik süd emalı müəssisəsi fəaliyyət göstərir. Bu emal müəssisələrinin gücü tələbatı tam ödəmir. Məsələn, süd emalı müəssisələrinin kifayət qədər olmamasına görə hər il ən azı 150 min ton süd keyfiyyətini itirir. Kəsilmiş ətin 14 faizi və ya 23 min tonu sənaye üsulu ilə emal edilmədən satılır. İstehsal olunan südün yalnız 43,5 faizi sənaye üsulu ilə emal edilir ki, bu da əhalinin kərə yağına, pendirə, kəsmiyə və xamaya olan ehtiyacının böyük hissəsinin idxal hesabına ödənilməsinə gətirib çıxarır. Bununla əlaqədar olaraq ölkədə müasir tələblərə cavab verən, xammal bazasına yaxın ərazilərdə ət və süd emal edən yeni müəssisələrin yaradılması və xammalın saxlanılması üçün soyuducuların tikilməsi üzrə özəl sektorun təklifləri dəstəklənməlidir.

1.2.4. Aqrar bölmənin maddi-texniki bazası

Texniki təminat. Kənd təsərrüfatı istehsalçılarının müasir texnika ilə təmin olunması ərzaq istehsalının artırılmasının vacib şərtlərindən biridir. Belə ki, texnikanın çatışmazlığı aqrotexniki tədbirlərin müəyyən olunmuş müddətdə həyata keçirilməsini, məhsulun vaxtında və itkisiz yığılmasını çətinləşdirir, istehsal proseslərinə ciddi maneələr törədir. Mövcud köhnə texnika ilə aparılan işlər keyfiyyətsiz olduğundan xeyli itkilərə yol verilir. Ümumiyyətlə, maddi-texniki bazanın zəifliyi nəticəsində bitkiçilik sahəsində ildə orta hesabla ən azı 30—40 milyon manatlıq məhsul itkisinə yol verilir. Ona görə də müasir tələblərə cavab verən servis xidməti müəssisələrinin geniş şəbəkəsinin yaradılması zərurəti meydana çıxır.

Aqrar sahədə nəzərdə tutulan xidmət işlərinin yerinə yetirilməsini sürətləndirmək, sahibkarların əməyini yüngülləşdirmək, onların lazımi texnika ilə vaxtında və güzəştli şərtlərlə təmin edilməsi məqsədilə «Aqrar bölmədə lizinqin genişləndirilməsi sahəsində əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 23 oktyabr tarixli 468 nömrəli Sərəncamı ilə «Aqrolizinq» Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır. Hazırda ölkənin bölgələrində onun 10 satış xidmət bazası və 57 rayonda texniki xidmət servisləri fəaliyyət göstərir.

Gübrə və bitki mühafizəsi vasitələri ilə təminat. 1990-cı ilədək hər il orta hesabla ölkədə 740 min ton (fiziki çəkidə) mineral gübrə işlədilirdisə, 2001-ci ildə bu rəqəm cəmi 40 min ton olmuşdur.

2005-ci ildən başlayaraq «Aqrolizinq» ASC və özəl qurumlar tərəfindən ölkəyə 200 min tondan çox mineral gübrə, bitki mühafizəsini həyata keçirmək məqsədilə 294,3 ton pestisid idxal olunmuş və kənd təsərrüfatı istehsalçılarına güzəştli şərtlərlə çatdırılmışdır. Bununla belə, bu sahədə görülən işlər tələbatı tam ödəmədiyindən məhsuldarlıq aşağı düşür və itkilərə səbəb olur.

Bitkiçilik məhsullarının istehsalının artırılması məqsədilə sahənin gübrəyə və bitki mühafizəsi vasitələrinə olan tələbatının ödənilməsi üçün bir sıra tədbirlər həyata keçirilməlidir. Bu baxımdan ölkədə azot gübrəsi istehsal edən zavodun tikilməsi, rayonlarda gübrə və bitki mühafizəsi vasitələrinin topdan və pərakəndə satış şəbəkələrinin yaradılması, aqrokimyəvi, bitki mühafizəsi, karantin və toxumçuluq xidmətlərinin maddi-texniki bazasının möhkəmləndirilməsi və fəaliyyətinin gücləndirilməsi zəruridir.

1.2.5. Baytarlıq işinin təşkili

Hazırda sanitariya sağlamlığı, təhlükəli yoluxucu xəstəliklərin qarşısının alınması, insan sağlamlığı üçün yararlı və təhlükəsiz heyvandarlıq məhsullarının istehsalı, habelə əhalinin insan və heyvanlar üçün təhlükəli olan xəstəliklərdən qorunması istiqamətində bir sıra tədbirlər həyata keçirilir.

Baytarlıq məntəqələrində çalışan mütəxəssislər tərəfindən hər il orta hesabla 32,7 milyon baş kənd təsərrüfatı heyvanları və quşlarında xəstəliklərə qarşı dövlət vəsaiti hesabına profilaktiki və məcburi peyvəndləmələr aparılır. 162 baytarlıq-sanitariya ekspertiza laboratoriyalarında çalışan mütəxəssislər orta hesabla 24 infeksion və invazion xəstəliklərə qarşı 5,2 milyon diaqnostik müayinə həyata keçirirlər ki, bu da mövcud tələbatı tam ödəmir.

Son üç il ərzində bu sahənin inkişafına dövlət investisiyaları və xüsusi ayırmalar hesabına 13,4 milyon manat vəsait ayrılmışdır. Buna baxmayaraq, sahənin maddi-texniki bazasının zəifliyi və kadr çatışmazlığı baytarlıq tədbirlərinin tam və səmərəli yerinə yetirilməsinə imkan vermir.

Son illər Dövlət Baytarlıq Xidmətinin nəzarət funksiyasının artırılması ilə yanaşı, özəl baytarlıq xidmətinin genişlənməsi sahəsində də müəyyən işlər görülmüşdür. Belə ki, hazırda ölkənin şəhər və rayonlarında 25 özəl baytarlıq xidməti məntəqəsi fəaliyyət göstərir, 307 nəfər baytarlıq mütəxəssisi baytarlıqda işlədilən müalicə-profilaktika preparatlarının alqı-satqısı ilə məşğul olur və bu istiqamətdə işlər davam etdirilir.

1.2.6. Dövlət fitosanitar nəzarəti

2004-cü ildə Dövlət Fitosanitar Nəzarəti Xidməti yaradılmış, bu sahədə qanunvericilik bazası təkmilləşdirilmiş və müvafiq qaydalar təsdiq edilmişdir. Hazırda bitkilərin vegetasiya dövrü və məhsulun saxlanılması zamanı zərərverici orqanizmlərin təsiri nəticəsində 25—50 faizədək məhsul itkisinə yol verilir. Ona görə də kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının artırılması üçün onların xəstəlik, zərərverici və alaq otlarından mühafizəsi mühüm əhəmiyyət kəsb edir.

Düzgün mübarizə tədbirlərinin aparılması məqsədilə zərərverici orqanizmlərin diaqnostikası və inkişaf intensivliyini təyin etmək üçün fitosanitar diaqnostika ilə yanaşı, sahənin (əkinin) fitosanitar ekspertizası aparılmalı, zərərverici orqanizmlərin inkişafına təsir edən bütün amillər təhlil edilməli, zərərli bioobyektin kütləvi yayılmasının proqnozu və təhlükə dərəcəsi müəyyən edilməli, təsərrüfat üçün bioloji və iqtisadi cəhətdən səmərəli mühafizə sistemi seçilməlidir. Xidmətin maddi-texniki bazasının möhkəmləndirilməsi tədbirlərinin həyata keçirilməsi zəruridir.

1.2.7. Aqrar sahənin elmi təminatı

Azərbaycan Respublikasında aqrar sahədə müxtəlif mülkiyyət formaları, rəqabət mexanizmi əsasında fəaliyyət göstərən ərzaq və xammal bazarları təşəkkül tapmış, ölkə isə regional və beynəlxalq proseslərə getdikcə daha dərindən inteqrasiya etməkdədir. Bu proseslər istehsalın və xidmət qurumlarının rəqabət qabiliyyətinin daim yüksəldilməsini tələb edir ki, buna da elmi nailiyyətlərin tətbiqi vasitəsilə nail olmaq mümkündür. Bu tələbatı ödəmək üçün aqrar-sənaye kompleksini yeni texnologiyalarla təmin edən kənd təsərrüfatı elmi tədqiqatları sistemində dəyişikliklərin həyata keçirilməsi vacibdir. Bu sahədə paralelçilik aradan qaldırılmalı, elmi işlərdə vahid strateji istiqamətlər formalaşdırılmalı, elmi nəticələr istehsalata tətbiq olunmalıdır. Ölkədə aqrar sahə üzrə 26 elmi tədqiqat institutu, o cümlədən Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm Mərkəzinin strukturuna daxil olan 14 elmi tədqiqat institutu, «Araz» Elm İstehsalat Birliyi (Naxçıvan Muxtar Respublikası), 8 regional aqrar elm mərkəzi və elmi tədqiqat institutlarının 40-a yaxın təcrübə-istehsalat bazası fəaliyyət göstərir.

Aqrar elmin əsas məqsədi tədqiqatların regionlar üzrə təsərrüfat fəaliyyətinin prioritet istiqamətlərinə uyğunluğunu təmin etmək, mövzu planlarını sahibkarların tələbləri əsasında formalaşdırmaq, tədqiqatın nəticələrinin tətbiqi və yayılması sistemini təkmilləşdirmək, elmin maddi-texniki bazasını və kadr potensialını gücləndirməkdən ibarətdir. Bununla əlaqədar tədqiqatların planlaşdırılması və maliyyələşdirilməsi sistemi təkmilləşdirilməlidir.

Bazar iqtisadiyyatının tələblərinə və beynəlxalq standartlara cavab verən elmi nəticələrə nail olmaq üçün institutlar normal iş şəraiti, müasir laboratoriya, cihaz və avadanlıqlar, yüksək səmərəli kənd təsərrüfatı texnikası və digər maddi-texniki vasitələr ilə təmin olunmalıdır.

1.2.8. Aqrar sahə üçün kadr hazırlığı

Əhalinin ərzaq məhsulları ilə etibarlı təminatı sahəsində müasir tələblərə cavab verən kadr potensialının olması həlledici əhəmiyyət kəsb edir.

Ali və orta ixtisaslı kənd təsərrüfatı mütəxəssislərinin müasir tələblər baxımından professional hazırlıq səviyyəsi hələ aşağıdır. Bu ixtisasların kənd yerlərində cəlbedici olması üçün müvafiq tədbirlərin həyata keçirilməsinə, mütəxəssislərin sosial-məişət problemlərinin həllinə ehtiyac duyulur.

Hazırda Azərbaycan Respublikasının ali təhsil müəssisələrində 30, orta ixtisas təhsili müəssisələrində 6, ilk peşə-ixtisas təhsili müəssisələrində 23 ixtisas üzrə kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalı, emalı, saxlanması və iqtisadiyyatı sahəsində mütəxəssis hazırlanır. Ölkədə kənd təsərrüfatı üzrə baza ali təhsil müəssisəsi olan Azərbaycan Kənd Təsərrüfatı Akademiyasında kənd təsərrüfatı və onun məhsullarının emalı, iqtisadiyyatı və marketinqi sahəsində «bitkiçilik məhsullarının saxlanılması və emalı texnologiyası», «aqrar istehsalatın iqtisadiyyatı və idarə edilməsi», «marketinq», «menecment» ixtisasları üzrə mütəxəssis hazırlığı aparılır. Lakin bu sahələrdə müasir tələblər səviyyəsində mütəxəssis hazırlanması üçün maddi-texniki bazanın vəziyyəti günün tələblərinə cavab vermir. Eyni zamanda yüksək ixtisaslı pedaqoji kadrların çatışmazlığı müşahidə olunur.

1.3. Ərzaq məhsulları istehsalının infrastruktur təminatı

«Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004—2008-ci illər)»nın uğurlu icrası regionlarda istehsal və emal müəssisələrinin sayının artmasına, onların infrastruktur təminatının əhəmiyyətli dərəcədə yaxşılaşmasına səbəb olmuşdur.

2004—2007-ci illər ərzində regionlarda 139,6 km yeni magistral yol çəkilmiş, 488,4 km magistral, 536,3 km respublika əhəmiyyətli və 1193,3 km yerli əhəmiyyətli yollarda təmir işləri aparılmış, 42 yeni körpü tikilmiş, 17 körpü təmir edilmiş, 1041,9 km yeni elektrik verilişi xətti çəkilmiş, 228 yarımstansiya tikilmiş, 491 güc transformatoru quraşdırılmış, 1057 km qaz xətti çəkilmiş, 32 km qaz xətti əsaslı təmir olunmuş, 412,8 km yeni su xətti, 120,1 km kanalizasiya xətti çəkilmiş, 437 avtomat telefon stansiyası tikilmiş və rekonstruksiya edilmiş, 495 yeni poçt binası istifadəyə verilmiş, 575 avtomat telefon stansiyası tam elektronlaşdırılmışdır.

Nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi, rayondaxili və rayonlararası yolların bərpası və inkişafı ilə əlaqədar ötən müddət ərzində Naxçıvan və Gəncə hava limanları yenidən qurularaq istifadəyə verilmiş, Lənkəran və Zaqatalada isə hava limanlarının tikintisi davam etdirilir.

Son illərdə Gəncə-Daşkəsən-Xoşbulaq, Lənkəran-Lerik, Masallı-Yardımlı, Quba-Xınalıq avtomobil yolları, Hacıqabul-Kürdəmir avtomobil yolunun 75 km-lik hissəsi müasir standartlara uyğun tikilərək istifadəyə verilmişdir.

Elektrik enerjisi təminatının yaxşılaşdırılması məqsədilə Naxçıvan Muxtar Respublikasında, Astara, Şəki, Xaçmaz rayonlarında hər birinin gücü 87 MVt olan modul tipli elektrik stansiyaları istifadəyə verilmişdir.

Naxçıvan Muxtar Respublikasına təbii qazın verilməsi bərpa olunmuş, demək olar ki, ölkənin bütün rayon mərkəzləri təbii qazla təmin edilmişdir.

Su və kanalizasiya sistemlərinin təkmilləşdirilməsi məqsədilə dövlət investisiya xərcləri hesabına və beynəlxalq maliyyə təşkilatlarını cəlb etməklə regionlarda müvafiq layihələr həyata keçirilir. Bununla belə, əhalinin kənddə yaşayışını stimullaşdıran tam normal mühitin formalaşdırılmasına mane olan bir sıra problemlər qalmaqdadır. Ev təsərrüfatlarının hamısının elektrik şəbəkəsinə çıxışı olmasına baxmayaraq, kənddə elektrik təchizatında baş verən fasilələr məhsul istehsalına mənfi təsir göstərir. Eyni zamanda əhalinin etibarlı qaz və su ilə təminatında da problemlər qalmaqdadır. Hazırda kənd ərazilərində ailələrin hələ də müəyyən hissəsi suyu çaydan, göldən, irriqasiya kanalından götürür.

Ölkənin demək olar ki, bütün kəndlərinin il boyu işlək yolu vardır. Lakin kəndarası və kənddaxili yollar müasir tələblərə əsasən cavab vermir.

1.4. Ərzaq təminatı ilə bağlı sahibkarlıq fəaliyyəti

Əhalinin etibarlı ərzaq təminatında sahibkarlıq mühüm rol oynayır. Bununla əlaqədar olaraq, ölkədə işgüzarlıq mühitinin davamlı yaxşılaşdırılması dövlətin iqtisadi siyasətinin mühüm istiqamətlərindən birini təşkil edir. Ölkədə həyata keçirilən siyasət nəticəsində aqrar bölmədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərin sayı 15669-a çatmışdır. Onlardan 9521-i bilavasitə kənd təsərrüfatı ilə, 6148-i isə emal sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektləridir.

Kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalı sahəsində sahibkarlıq fəaliyyətini genişləndirmək məqsədilə dövlətin maliyyə dəstəyi uğurla həyata keçirilir. Belə ki, 2002—2007-ci illərdə və 2008-ci ilin altı ayı ərzində Sahibkarlığa Kömək Milli Fondu tərəfindən müvəkkil kredit təşkilatları vasitəsilə ölkənin 63 şəhər və rayonu üzrə ümumilikdə 6738 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 271,4 milyon manat güzəştli kredit verilmişdir. Həmin vəsaitin 147 milyon manatı kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə ərzaq məhsullarının istehsalı üzrə 5431 layihənin maliyyələşdirilməsinə yönəldilmişdir. Ondan:

    • müxtəlif ərzaq məhsullarının istehsalı yönümlü layihələrin maliyyələşdirilməsinə 25,5 milyon manat;
    • kənd təsərrüfatı məhsullarının emalı yönümlü layihələrin maliyyələşdirilməsinə 42,5 milyon manat;
    • kənd təsərrüfatı məhsullarının istehsalı, xüsusilə əkinçiliyin və heyvandarlığın inkişafı layihələrinin maliyyələşdirilməsinə 79 milyon manat vəsait ayrılmışdır.

Əldə edilmiş nailiyyətlərlə yanaşı, ərzaq təminatı sahəsində sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə, bununla bağlı əlavə həvəsləndirici tədbirlərin görülməsinə, aqrar sektorun kreditləşdirilməsinin artırılmasına ciddi ehtiyac vardır. Xüsusilə ərzaq məhsullarının saxlanılması üçün anbarların, soyuducu kameraların, elevatorların, eləcə də kənd təsərrüfatı texnikası və gübrə istehsalı, qablaşdırma müəssisələrinin yaradılması, taxıl, yem, ət və süd məhsulları, meyvə-tərəvəz və digər ərzaq məhsullarının istehsalının genişləndirilməsi, emal sənayesinin inkişafı ilə bağlı tədbirlərin görülməsi zəruridir.

1.5. Ərzaq məhsullarının təhlükəsizliyi və keyfiyyətinə nəzarət

Azərbaycan Respublikasında son illər ərzaq təhlükəsizliyinin təmin edilməsi, əsas ərzaq məhsullarının keyfiyyətinin yüksəldilməsi, ixrac potensialının artırılması sahəsində xeyli işlər görülmüşdür. Bakı şəhərində, Naxçıvanda və ölkənin digər regionlarında, o cümlədən Cəlilabad, Gəncə, Xaçmaz, Şəki və Saatlı şəhərlərində yüksək maddi-texniki bazaya və kadr potensialına malik müasir tipli laboratoriyalar yaradılmışdır. Həmin laboratoriyalarda bir sıra ərzaq məhsullarının keyfiyyət və təhlükəsizlik göstəricilərinin milli və beynəlxalq standartların tələblərinə uyğun olaraq orqanoleptik, fiziki-kimyəvi, toksiki, mikrobioloji müayinələri aparılır və müvafiq rəylər verilir.

Ərzaq məhsullarının keyfiyyətinə və təhlükəsizliyinə nəzarəti artırmaq məqsədilə, o cümlədən toksiki elementləri, nitrit, nitrat və mikroorqanizmləri aşkarlamaq üçün bir sıra beynəlxalq sertifikatlara malik cihaz və laboratoriya avadanlıqları alınmışdır. Müntəzəm olaraq xarici ölkələrdən laboratoriya işlərini gücləndirmək üçün mütəxəssislər dəvət olunur.

Görülmüş tədbirlərə baxmayaraq hələ də ticarət, ictimai iaşə, məişət və digər xidmət sahələrində müxtəlif növ yeyinti məhsulları normativ-texniki sənədlərin tələblərinə uyğun deyil, onların saxlanma müddətinə və şəraitinə əməl olunmur, satışda mənşəyi bilinməyən yeyinti məhsulları aşkar edilir. Bu halların aradan qaldırılması üçün keyfiyyətə nəzarətin idarəetmə sisteminin təkmilləşdirilməsinə, bununla bağlı qanunvericilik bazasına müvafiq dəyişikliklərin edilməsinə, milli standartların beynəlxalq tələblərə tam uyğunlaşdırılmasına, müasir laboratoriyalar şəbəkəsinin genişləndirilməsinə və beynəlxalq təşkilatlarla əməkdaşlığın dərinləşdirilməsinə ehtiyac vardır.

1.6. Fövqəladə vəziyyətə hazırlıq və dövlət ərzaq ehtiyatının yaradılması

Ərzaq təhlükəsizliyinin başlıca şərtlərindən biri dövlət ərzaq ehtiyatlarının təşkili və onların səmərəli idarə olunması, fövqəladə hallara yüksək səviyyəli hazırlığın təmin edilməsi, təbii fəlakətlərin nəticələrinin qısa zamanda aradan qaldırılmasından ibarətdir.

Hazırda dövlət ehtiyatlarının formalaşdırılması və təkmilləşdirilməsi, Dövlət Taxıl Fondunun yaradılması və idarə olunması ilə bağlı müəyyən işlər aparılır. Bu sahədə müvafiq qanunvericilik bazasının təkmilləşdirilməsi, Dövlət Taxıl Fondunun təşkili məqsədilə zəruri infrastrukturun yaradılması, o cümlədən tələbata uyğun yeni elevator və anbarların tikilməsi, zəruri hallarda taxıl bazarına əmtəə müdaxiləsi mexanizminin həyata keçirilməsi, əsas ərzaq məhsulları üzrə ehtiyatların formalaşdırılması, fövqəladə halların baş verməməsi üçün qabaqlayıcı tədbirlərin görülməsi, fəlakətlərin nəticələrinin aradan qaldırılması başlıca vəzifələrdəndir.

1.7. Əhalinin ərzaq məhsulları ilə təminatı

Azərbaycan Respublikasında əsas ərzaq məhsullarının adambaşına istehlakı 2007-ci ildə aşağıdakı kimi olmuşdur: taxıl və taxıl məhsulları 182,0 kq, o cümlədən, çörək və çörək məhsulları 158,9 kq, ət və ət məhsulları 22,8 kq, süd və süd məhsulları 178,7 litr, yumurta 97 ədəd, kartof 96,7 kq, tərəvəz 191,6 kq, meyvə və giləmeyvə 70,7 kq, şəkər (qənnadı məmulatları daxil olmaqla) 14,2 kq, o cümlədən şəkər 11,8 kq, bitki yağı 8,7 kq, balıq 2,4 kq.

2007-ci ildə gündəlik qida rasionunun kaloriliyi əvvəlki ilə nisbətən artaraq, adambaşına gündə 2505,4 kilokalori təşkil etmişdir ki, bu da minimum istehlak səbətinin tərkibində müəyyən olunmuş ərzaq məhsulları toplusunun minimal həddindən (adambaşına gündə 2258 kilokalori) 247,4 kilokalori, yaxud 10,9 faiz yüksəkdir. Bu, onu göstərir ki, son illər həyata keçirilən tədbirlər əhalinin ərzaq təminatının yaxşılaşdırılmasına müsbət təsir göstərmişdir. Eyni zamanda yaxın illərdə adambaşına düşən ərzaq istehlakının əhəmiyyətli dərəcədə artırılması və tədricən qabaqcıl ölkələrin səviyyəsinə çatdırılması zəruridir.

Bu sahədə qarşıda duran vəzifələrin yerinə yetirilməsinin başlıca şərtləri bir tərəfdən kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalının artırılması, digər tərəfdən isə yeni iş yerlərinin yaradılması, əhalinin sosial müdafiəyə daha çox ehtiyacı olan qruplarının gəlirlərinin, minimum pensiya və əməkhaqlarının artırılması və ehtiyac meyarının səviyyəsinin yaşayış minimumuna çatdırılmasından ibarətdir.

II. «2008—2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı»nın məqsəd və vəzifələri, ərzaq təminatı sahəsində dövlət siyasətinin əsas istiqamətləri

Dövlət Proqramının əsas məqsədi ölkənin hər bir vətəndaşının sağlam və məhsuldar həyat tərzi üçün onun qəbul edilmiş normalara uyğun ərzaq məhsulları ilə tam təmin edilməsinə nail olmaqdır.

Bu məqsədə nail olmaq üçün Dövlət Proqramı çərçivəsində aşağıdakı vəzifələrin yerinə yetirilməsi nəzərdə tutulur:

    • ölkədə ərzaq məhsulları istehsalını artırmaq;
    • əhalini təhlükəsiz və keyfiyyətli ərzaq məhsulları ilə təmin etmək;
    • ərzaq təminatı sahəsində risklərin idarə olunmasını təmin etmək;
    • ərzaq təminatı sisteminin institusional inkişafını həyata keçirmək və sahibkarlıq mühitini yaxşılaşdırmaq.

Qeyd olunan vəzifələrin yerinə yetirilməsi üçün bu sahədə həyata keçiriləcək tədbirlər ölkədə sabit və adekvat ərzaq təklifinin formalaşdırılmasına, səmərəli istehsal və satış infrastrukturunun yaradılmasına, ərzaq məhsullarının keyfiyyətinə nəzarət sisteminin təkmilləşdirilməsinə və hər bir vətəndaşın ərzaq məhsullarına çıxışının təmin olunmasına yönəldiləcəkdir.

Sabit və adekvat ərzaq təklifi, ilk növbədə, aqrar sektorda intensiv geniş təkrar istehsalın, o cümlədən kənd təsərrüfatı məhsullarının istehsalının və emalının inkişaf etdirilməsi yolu ilə əldə olunacaqdır. Bununla yanaşı, tələbatın bir qismi xarici asılılığı nəzarətdə saxlamaq şərtilə idxal hesabına ödəniləcəkdir.

Səmərəli istehsal, saxlanılma və satış infrastrukturunun yaradılması da ərzaq təminatı sisteminin ən vacib elementlərindəndir. Buna görə də bu sahələrə dövlət investisiyaları artırılacaq və özəl təşəbbüslər bundan sonra da hərtərəfli dəstəklənəcəkdir.

Ərzaq təklifinin səmərəli bazar mexanizmi vasitəsilə adekvat tələblə qarşılaşması üçün ölkə vətəndaşlarının hər biri istənilən zaman ərzaqla təmin olunmaq imkanına malik olmalıdır. Bu, həm ictimai resursların aztəminatlı vətəndaşlara birbaşa yönəldilməsi, həm də ödəmə qabiliyyətli tələbin formalaşdırılması vasitəsilə həyata keçiriləcəkdir.

Ərzaq təklifi kəmiyyətcə qənaətbəxş səviyyədə olmaqla yanaşı, həm də keyfiyyətcə ən müasir tələblərə cavab verməli, ölkə əhalisi ekoloji təmiz məhsullarla təchiz edilməlidir. Bunun üçün isə keyfiyyətə və təhlükəsizliyə səmərəli nəzarət sistemi qurulmalıdır.

Beynəlxalq təcrübə göstərir ki, etibarlı ərzaq təminatı sisteminin ən mühüm elementlərindən biri ehtimal olunan risklərin səmərəli şəkildə idarə edilməsindən ibarətdir. Bununla əlaqədar olaraq, qarşıdakı illərdə zəruri həcmdə dövlət ərzaq ehtiyatının yaradılması və onun müasir tələblər səviyyəsində idarə edilməsi təmin olunacaq, qabaqcıl sığorta mexanizmlərinin tətbiqi genişləndiriləcəkdir. Eyni zamanda, ərzaq təminatı sisteminin institusional inkişafı diqqət mərkəzində saxlanılacaq, aqrar bölmənin elmi və kadr potensialı gücləndiriləcək və sahibkarlığın inkişafı üçün qabaqcıl modellərin tətbiqi və dövlət tərəfindən maliyyə dəstəyi genişləndiriləcəkdir. Bunun üçün 2015-ci ilədək olan müddətdə dövlət siyasətinin istiqamətləri aşağıdakılardan ibarət olacaqdır:

Dayanıqlı ərzaq təminatının əldə olunması sahəsində:

    • iqtisadiyyatın sahəvi və regional baxımdan tarazlı inkişafının təmin edilməsi;
    • real sektorun inkişafına stimullaşdırıcı təsir göstərən pul və fiskal siyasətin həyata keçirilməsi;
    • regionlarda infrastruktur təminatının yaxşılaşdırılmasına, sosial xidmətlərin həcminin və keyfiyyətinin yüksəldilməsinə yönəldilmiş büdcə siyasətinin davam etdirilməsi;
    • ərzaq istehsalının artırılmasının həvəsləndirilməsinə yönəldilmiş vergi siyasətinin həyata keçirilməsi;
    • Ümumdünya Ticarət Təşkilatının tələbləri nəzərə alınmaqla, daxili ərzaq bazarının haqsız rəqabətdən qorunması ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi;
    • inflyasiyanın idarə olunan səviyyədə saxlanılması ilə bağlı qabaqlayıcı tədbirlərin görülməsi;
    • ekoloji tarazlığın və biomüxtəlifliyin qorunması istiqamətində siyasətin davam etdirilməsi;
    • torpaq və sudan istifadənin səmərəliliyinin artırılması ilə bağlı tədbirlərin davam etdirilməsi;
    • bitkiçilik və heyvandarlığın intensiv təsərrüfatçılıq əsasında inkişaf etdirilməsi, bu sahənin maddi-texniki təchizatının yaxşılaşdırılması, toxumçuluq və damazlıq işlərinin mövcud tələblər səviyyəsində qurulması;
    • aqrar sahənin statistikasının təkmilləşdirilməsi;
    • beynəlxalq təşkilatlarla ərzaq təminatının yaxşılaşdırılması sahəsində əməkdaşlığın inkişaf etdirilməsi;
    • əhalinin əməkhaqqı, pensiya və müavinətlərinin, eləcə də ünvanlı sosial yardımların artırılması, minimum əməkhaqqı və pensiyaların yaşayış minimumuna çatdırılması ilə bağlı siyasətin davam etdirilməsi.

Əhalinin təhlükəsiz və keyfiyyətli ərzaq məhsulları ilə təmin edilməsi sahəsində:

    • ərzaq məhsullarının istehsalı sahəsində İSO standartlarına uyğun keyfiyyətin idarə edilməsi sistemlərinin tətbiqi üçün normativ hüquqi bazanın yaradılması;
    • ərzaq təhlükəsizliyi mexanizmlərinin təkmilləşdirilməsi, beynəlxalq HACCP (Təhlükəli amillərin təhlili və kritik nöqtələrə nəzarət) sisteminə keçid üçün normativ hüquqi bazanın yaradılması;
    • ərzaq məhsullarının istehsalı sahəsində beynəlxalq təcrübə nəzərə alınmaqla milli standartların hazırlanması və tətbiqi;
    • «Tarladan süfrəyədək» prinsipi əsasında ərzaq istehsalı zəncirinin bütün mərhələlərində müvafiq sahələr üzrə keyfiyyətə nəzarət sisteminin və mexanizminin işlənib hazırlanması və həyata keçirilməsi.

Ərzaq təminatı ilə bağlı risklərin idarə olunması sahəsində:

    • fövqəladə vəziyyətə hazırlıqla bağlı ərzaq ehtiyatlarının yaradılmasına dair qanunvericilik bazasının hazırlanması;
    • Dövlət Taxıl Fondunun yaradılması və səmərəli idarə olunması;
    • əsas ərzaq məhsulları üzrə dövlət ehtiyatının yaradılması və idarə edilməsi;
    • ərzaq ehtiyatının tələb olunan səviyyədə saxlanılması üçün müasir tələblərə cavab verən infrastrukturun yaradılması;
    • fövqəladə halların qarşısının alınması məqsədilə çevik mexanizmin yaradılması.

Sahibkarlıq mühitinin yaxşılaşdırılması və ərzaq təminatı sisteminin institusional inkişafı sahəsində:

    • sahibkarlığın inkişafı ilə bağlı mütərəqqi modellərin tətbiqinin genişləndirilməsi;
    • kənd təsərrüfatı məhsullarının istehsalı və emalı müəssisələrinə ayrılan güzəştli kreditlərin həcminin artırılması;
    • fermerlərə subsidiyaların verilməsi, onların texnika, gübrə və kimyəvi vasitələrlə təminatının yaxşılaşdırılması tədbirlərinin davam etdirilməsi;
    • kənd təsərrüfatında ərzaq məhsullarının istehsalı sahəsində müasir sığorta mexanizmlərinin tətbiq olunması;
    • kənd təsərrüfatı və ərzaq məhsulları istehsalı sahəsində birliklərin, assosiasiyaların, kooperativlərin yaradılmasının dəstəklənməsi;
    • biznes mühitinin daha da yaxşılaşdırılması, bazara çıxış imkanlarının genişləndirilməsi;
    • haqlı rəqabət mühitinin inkişaf etdirilməsi, inhisarçı təsərrüfat subyektləri tərəfindən sui-istifadə hallarının qarşısının alınması;
    • emal müəssisələrində rəqabətqabiliyyətli məhsul istehsalının artırılmasının təşviqi sisteminin təkmilləşdirilməsi;
    • iş adamlarına məsləhət-informasiya xidmətlərinin göstərilməsi şəbəkəsinin genişləndirilməsi;
    • özəl texniki və digər xidmətlərin göstərilməsi sisteminin genişləndirilməsi;
    • aqrar sahənin elmi və kadr təminatının yaxşılaşdırılması.

III. Dövlət Proqramının 2015-ci il üçün əsas hədəfləri

Dövlət Proqramının 2015-ci il üçün icra meyarlarını təşkil edən hədəf göstəriciləri aşağıdakılardır:

    • dənli bitkilərin əkin sahələrini 900 min hektara, məhsuldarlığı 32 s/ha-ya, ümumi istehsalı 2,8 milyon tona;
    • ət istehsalını 340 min tona, süd və süd məhsullarının istehsalını 2,4 milyon tona;
    • sənaye üsulu ilə illik quş əti istehsalını 80 min tona, yumurta istehsalını 1,3 milyard ədədə;
    • kartof istehsalının həcmini 1,12 milyon tona;
    • tərəvəz və bostan bitkilərinin istehsalını 1,72 milyon tona;
    • meyvə istehsalını 800 min tona;
    • yağlı bitkilərin əkin sahələrini 135 min hektara;
    • şəkər çuğundurunun əkin sahəsini 20 min hektara;
    • çay yarpağı istehsalını 3 min tona;
    • yem bitkilərinin əkin sahələrini 500 min hektara;
    • yüksək keyfiyyətli, balanslaşdırılmış qarışıq yem istehsalını ildə 2 milyon tona çatdırmaq.

IV. Dövlət Proqramının maliyyə mənbələri

Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrası aşağıdakı mənbələr hesabına maliyyələşdiriləcəkdir:

    • dövlət büdcəsi;
    • büdcədənkənar fondlar;
    • yerli büdcələr;
    • yerli və xarici özəl birbaşa investisiyalar;
    • digər mənbələr.

V. «2008—2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı»nın həyata keçirilməsi üzrə Tədbirlər Planı

Sıra №-si

Tədbirin adı

İcraçılar

İcra müddəti (illər üzrə)

1

2

3

4

5.1. Torpaq və sudan istifadənin səmərəliliyinin artırılması tədbirləri

5.1.1.

Torpaq ehtiyatlarının inventarlaşdırılması, onların kəmiyyət və keyfiyyət göstəricilərinin dəqiqləşdirilməsi

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi

2009—2010

5.1.2.

Əkin sahələrinin tam uçotunun aparılması

Dövlət Statistika Komitəsi, Kənd Təsərrüfatı Nazirliyi

2009—2015
1 iyun vəziyyətinə

5.1.3.

Eroziyaya uğramış, şoranlaşmış, şorakətləşmiş və digər səbəblərdən deqradasiyaya məruz qalmış torpaqların müəyyən edilməsi və xəritələşdirilməsi, onlardan səmərəli istifadə olunması ilə bağlı təkliflərin hazırlanması

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Azərbaycan Milli Elmlər Akademiyası, Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC, yerli icra hakimiyyəti və bələdiyyə orqanları

2008—2015

5.1.4.

Meliorasiya tədbirlərinə ehtiyacı olan torpaqların müəyyən edilməsi, onların irimiqyaslı xəritələrinin hazırlanması

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC, Kənd Təsərrüfatı Nazirliyi, yerli icra hakimiyyəti və bələdiyyə orqanları

2009—2012

5.1.5.

Çirklənmiş və deqradasiyaya uğramış torpaqların rekultivasiyası layihələrinin həyata keçirilməsi

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Azərbaycan Milli Elmlər Akademiyası, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, yerli icra hakimiyyəti və bələdiyyə orqanları

2008—2015

5.1.6.

Torpaqların münbitliyinin və suvarılan torpaq sahələrinin artırılması istiqamətində işlərin genişləndirilməsi

Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, yerli icra hakimiyyəti və bələdiyyə orqanları

2008—2015

5.1.7.

Dağ çaylarının gətirmə konuslarında, arid iqlimə malik dağətəyi və düzən ərazilərdə olan şərti yararsız torpaqların kənd təsərrüfatı məhsulları istehsalı dövriyyəsinə cəlb edilməsi

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Azərbaycan Milli Elmlər Akademiyası, Kənd Təsərrüfatı Nazirliyi

2008—2015

5.1.8.

İnzibati rayonlar üzrə elektron (rəqəmli) torpaq-kadastr xəritələrinin hazırlanması

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Azərbaycan Milli Elmlər Akademiyası

2009—2015

5.1.9.

İstifadə olunmayan əkinə yararlı torpaqların əkin dövriyyəsinə cəlb edilməsinin stimullaşdırılması

Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC, yerli icra hakimiyyəti və bələdiyyə orqanları

2008—2015

5.1.10.

Əkinə yararlı torpaqlarda tikintilərin aparılmasının qarşısının alınması, həmin torpaqlardan yalnız təyinatı üzrə istifadə edilməsi, bu sahədə qanunvericiliyin pozulmasına görə məsuliyyətin artırılması ilə bağlı təkliflərin hazırlanması

Ədliyyə Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Əmlak Məsələləri Dövlət Komitəsi, Kənd Təsərrüfatı Nazirliyi, yerli icra hakimiyyəti və bələdiyyə orqanları

2009—2010

5.1.11.

Pay torpaqları əsasında formalaşmış xırda ailə və fermer təsərrüfatlarının könüllülük əsasında kooperasiyalarda birləşməsinin stimullaşdırılması

Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, yerli icra hakimiyyəti və bələdiyyə orqanları

2008—2015

5.1.12.

Sudan istifadə edənlər birliklərinin yaradılmasının genişləndirilməsi

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC, Ədliyyə Nazirliyi, yerli icra hakimiyyəti və bələdiyyə orqanları

2009—2015

5.1.13.

Kənd təsərrüfatı istehsalçılarına suvarılma suyunun çatdırılması mexanizminin təkmilləşdirilməsi onun iqtisadi və maliyyə səmərəliliyinin təmin edilməsi

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC, İqtisadi İnkişaf Nazirliyi, yerli icra hakimiyyəti və bələdiyyə orqanları

2011—2015

5.1.14.

Suvarmada mütərəqqi texnologiyaların tətbiqinin dəstəklənməsi

Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC

2008—2015

5.1.15.

Ətraf mühitin (torpaq və suyun) müntəzəm olaraq ekoloji monitorinqinin aparılması və müvafiq məlumatların istehsalçılara çatdırılması

Ekologiya və Təbii Sərvətlər Nazirliyi

2008—2015

5.2. Bitkiçiliyin inkişaf etdirilməsi tədbirləri

5.2.1.

Bitkiçilik məhsullarının istehsalında növbəli əkin sisteminin yerli şəraitə uyğun aparılması üçün müvafiq tədbirlərin həyata keçirilməsi

Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, yerli icra hakimiyyəti və bələdiyyə orqanları

2009—2015

5.2.2.

Kənd təsərrüfatı bitkilərinin bölgələr üzrə optimal əkin strukturunun və istehsal həcminin müəyyənləşdirilməsi, müvafiq tövsiyələrin fermerlərə çatdırılması

Kənd Təsərrüfatı Nazirliyi, yerli icra hakimiyyəti və bələdiyyə orqanları

2008—2015

5.2.3.

Yeni məhsuldar sortların sınaqdan keçirilməsi və rayonlaşdırılması

Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası

2008—2015

5.2.4.

Məhsuldar və keyfiyyətli buğda toxumlarının istehsalının stimullaşdırılması və daxili tələbatın ödənilməsi

Kənd Təsərrüfatı Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi

2008—2015

5.2.5.

Taxılın vaxtında və itkisiz yığılması üçün müvafiq texniki və digər zəruri tədbirlərin görülməsi

Kənd Təsərrüfatı Nazirliyi, «Aqrolizinq» ASC

2008—2015

5.2.6.

Taxıla olan dövlət ehtiyacının tənzimləmə mexanizminin işlənib hazırlanması

Fövqəladə Hallar Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Maliyyə Nazirliyi

2008—2009

5.2.7.

Faraş kartof və tərəvəz ixracının təşviq edilməsi

Kənd Təsərrüfatı Nazirliyi, yerli icra hakimiyyəti və bələdiyyə orqanları

2008—2015

5.2.8.

Tərəvəz yetişdirilən istixana sisteminin genişləndirilməsinin dəstəklənməsi

Kənd Təsərrüfatı Nazirliyi, yerli icra hakimiyyəti və bələdiyyə orqanları

2008—2015

5.2.9.

Mövcud yaşıl çay sahələrinin bərpası və genişləndirilməsi

Kənd Təsərrüfatı Nazirliyi, yerli icra hakimiyyəti və bələdiyyə orqanları

2008—2015

5.2.10.

Meyvə bağlarının bərpası və yenilərinin salınması, meyvə ixracının təşviq edilməsi

Kənd Təsərrüfatı Nazirliyi, yerli icra hakimiyyəti və bələdiyyə orqanları

2008—2015

5.2.11.

Üzümçülüyün inkişaf etdirilməsi, süfrə sortlarının istehsalının artırılması

Kənd Təsərrüfatı Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, yerli icra hakimiyyəti və bələdiyyə orqanları

2008—2015

5.2.12.

Abşeron yarımadasında və digər regionlarda zeytun bağlarının bərpası və genişləndirilməsinin dəstəklənməsi

Kənd Təsərrüfatı Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, yerli icra hakimiyyəti və bələdiyyə orqanları

2008—2015

5.2.13.

Şəkər çuğunduru istehsalının genişləndirilməsinin dəstəklənməsi

Kənd Təsərrüfatı Nazirliyi, yerli icra hakimiyyəti və bələdiyyə orqanları

2008—2015

5.2.14.

Günəbaxan, qarğıdalı və digər yağ verən bitkilərin yetişdirilməsinin stimullaşdırılması

Kənd Təsərrüfatı Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, yerli icra hakimiyyəti və bələdiyyə orqanları

2008—2015

5.2.15.

Lənkəran-Astara regionunda, Ağdaş, Zərdab, Salyan və digər rayonlarda çəltikçiliyin inkişafının dəstəklənməsi

Kənd Təsərrüfatı Nazirliyi, yerli icra hakimiyyəti və bələdiyyə orqanları

2008—2015

5.2.16.

Müasir aqrotexniki tədbirlərə əməl olunması, qabaqcıl becərmə texnologiyalarının tətbiqi və əkinçilik mədəniyyətinin artırılmasının tətbiqinin təşviq olunması

Kənd Təsərrüfatı Nazirliyi

2008—2015

5.2.17.

Toxumçuluqda dövlət himayəsinin həyata keçirilməsi və yüksək keyfiyyətli (orijinal, superelit, elit, R1 və R2) toxumlara olan tələbatın tam ödənilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi

Kənd Təsərrüfatı Nazirliyi, Maliyyə Nazirliyi

2009—2012

5.2.18.

Rayon dövlət toxum müfəttişliklərinin maddi-texniki bazasının möhkəmləndirilməsi və laboratoriyaların modernləşdirilməsi

Kənd Təsərrüfatı Nazirliyi, Maliyyə Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi

2008—2009

5.2.19.

Azot gübrəsi istehsal edən zavodun tikilməsi

Sənaye və Energetika Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Dövlət Neft Şirkəti, «Azərikimya» Dövlət Şirkəti, Azərbaycan İnvestisiya Şirkəti

2008—2010

5.3. Heyvandarlığın inkişaf etdirilməsi tədbirləri

5.3.1.

Ölkədə heyvandarlığın və onun yem bazasının intensiv texnologiyalar əsasında inkişaf etdirilməsinin stimullaşdırılması

Kənd Təsərrüfatı Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi

2008—2015

5.3.2.

Ətlik maldarlığın inkişaf etdirilməsi istiqamətdə müvafiq tədbirlərin həyata keçirilməsi

Kənd Təsərrüfatı Nazirliyi, yerli icra hakimiyyəti və bələdiyyə orqanları

2008—2015

5.3.3.

Bakıətrafı kəndlər və qəsəbələrdə südçülüklə yanaşı, intensiv özəl ətlik təsərrüfatlarının yaradılmasının dəstəklənməsi

Kənd Təsərrüfatı Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, yerli icra hakimiyyəti və bələdiyyə orqanları

2008—2015

5.3.4.

Dövlət damazlıq təsərrüfatlarının maddi-texniki bazasının möhkəmləndirilməsi

Kənd Təsərrüfatı Nazirliyi

2008—2011

5.3.5.

Xarici ölkələrdən cins heyvanların idxal edilərək, özəl və dövlət damazlıq kənd təsərrüfatı müəssisələrinə verilməsinin dəstəklənməsi

Kənd Təsərrüfatı Nazirliyi

2008—2015

5.3.6.

Heyvandarlıqda süni mayalama tədbirlərinin genişləndirilməsi, transplantasiya (rüşeymin köçürülməsi) işlərinin dəstəklənməsi

Kənd Təsərrüfatı Nazirliyi

2008—2011

5.3.7.

Damazlıq quşçuluq təsərrüfatlarının yaradılmasının və damazlıq materiallarının yetişdirilməsinin dəstəklənməsi

Kənd Təsərrüfatı Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, yerli icra hakimiyyəti və bələdiyyə orqanları

2008—2015

5.3.8.

Müasir tələblərə cavab verən rəqabətqabiliyyətli quşçuluq təsərrüfatlarının yaradılmasının dəstəklənməsi

Kənd Təsərrüfatı Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, yerli icra hakimiyyəti və bələdiyyə orqanları

2008—2015

5.3.9.

Ət, süd və digər ərzaq məhsulları istehsal edən müəssisələrin modernləşdirilməsinin və bu sahədə yeni müəssisələrin yaradılmasının dəstəklənməsi

Kənd Təsərrüfatı Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi

2008—2015

5.3.10.

Mal-qara və quşların tam uçotunun aparılması

Dövlət Statistika Komitəsi, Kənd Təsərrüfatı Nazirliyi

2009—2015 yanvarın 1-i vəziyyətinə

5.3.11.

Yem bitkilərinin, xüsusilə yonca, qarğıdalı, yem çuğunduru, arpa və digər əkin sahələrinin genişləndirilməsi

Kənd Təsərrüfatı Nazirliyi, yerli icra hakimiyyəti və bələdiyyə orqanları

2008—2015

5.3.12.

Qarışıq yem istehsalı müəssisələrinin yaradılmasının dəstəklənməsi

Kənd Təsərrüfatı Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, yerli icra hakimiyyəti və bələdiyyə orqanları

2008—2015

5.3.13.

Stasionar şəraitdə mal-qara və qoyunların saxlanılmasının dəstəklənməsi

Kənd Təsərrüfatı Nazirliyi

2008—2015

5.3.14.

Göl balıqçılığının inkişaf etdirilməsi

Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi

2008—2015

5.3.15.

Çəkikimilər balıq növünü əmtəə çəkisinədək yetişdirən nohur təsərrüfatlarının təşkili və inkişafı

Ekologiya və Təbii Sərvətlər Nazirliyi

2009—2015

5.3.16.

Dəniz qəfəslərdə əmtəə çəkisinədək əlvan qızıl xallı balıqların yetişdirilməsinin təşkili və inkişafı

Ekologiya və Təbii Sərvətlər Nazirliyi

2009—2015

5.3.17.

Arıçılığın inkişaf etdirilməsi

Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, yerli icra hakimiyyəti və bələdiyyə orqanları

2008—2015

5.4. Ərzaq məhsulları istehsalının infrastruktur təminatının yaxşılaşdırılması tədbirləri

5.4.1.

Dövlət investisiyalarının aqrar bölmənin infrastruktur təminatının yaxşılaşdırılmasına, kommunal xidmətlərin həcminin və keyfiyyətinin yüksəldilməsinə yönəldilən siyasətinin davam etdirilməsi

İqtisadi İnkişaf Nazirliyi, Maliyyə Nazirliyi və digər aidiyyəti dövlət qurumları

2008—2015

5.4.2.

Regionlarda yaşayış məntəqələrinin kənd təsərrüfatı və ərzaq istehsalı obyektlərinin etibarlı enerji təchizatı üçün mövcud yüksəkgərginlikli və paylayıcı elektrik şəbəkələrinin bərpası, genişləndirilməsi və yenidən qurulmasının təmin edilməsi

Sənaye və Energetika Nazirliyi, «Azərenerji» ASC, elektrikpaylayıcı şəbəkələr

2008—2015

5.4.3.

Regionlarda mövcud qaznəqletmə şəbəkəsinin genişləndirilməsi, yenidən qurulması və qaz təchizatının tələbata uyğun təmin edilməsi

Sənaye və Energetika Nazirliyi, Dövlət Neft Şirkəti

2008—2015

5.4.4.

Kənd yerlərində içməli su təchizatı və kanalizasiya sistemlərinin yaxşılaşdırılması ilə bağlı layihələrin həyata keçirilməsi

«Azərsu» SC

2008—2015

5.4.5.

Regionlarda istilik təchizatının yaxşılaşdırılması ilə bağlı layihələrin hazırlanması və həyata keçirilməsi

«Azəristiliktəchizat» ASC

2008—2015

5.4.6.

Avtomobil yollarının, o cümlədən kəndlərarası və kənddaxili yolların yenidən qurulmasının davam etdirilməsi

Nəqliyyat Nazirliyi, yerli icra hakimiyyəti və bələdiyyə orqanları

2008—2015

5.4.7.

Qapalı vaqonların və refrejirator-soyuducu vaqon parkının tələbata uyğun formalaşdırılması

Nəqliyyat Nazirliyi, «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyəti

2008—2015

5.4.8.

«Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin Ələt yük vaqonlarının dezinfeksiyaetmə-yuma stansiyasının yenidən qurulması və modernləşdirilməsi

Nəqliyyat Nazirliyi, «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyəti

2009—2010

5.4.9.

Regionlarda bank və poçt xidmətləri növlərinin və onların əhatə dairəsinin genişləndirilməsi

Mərkəzi Bank, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi

2008—2015

5.4.10.

Kənd təsərrüfatı və ərzaq istehsalı sahəsində informasiya-kommunikasiya sistemlərinin inkişafı və istifadə imkanlarının genişləndirilməsi

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi

2008—2015

5.4.11.

«Elektron ticarət»in yaradılması istiqamətində işlərin intensivləşdirilməsi

İqtisadi İnkişaf Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi

2008—2015

5.5. Meliorasiya və su təsərrüfatının inkişaf etdirilməsi tədbirləri

5.5.1.

Su ehtiyatlarının idarə olunmasının təkmilləşdirilməsi, onların səmərəli istifadə edilməsi

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC, İqtisadi İnkişaf Nazirliyi, Maliyyə Nazirliyi, Ədliyyə Nazirliyi

2009—2015

5.5.2.

Meliorasiya və irriqasiya sistemlərinin iş rejimlərinin yaxşılaşdırılması və potensialının gücləndirilməsi

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC, Maliyyə Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi

2008—2015

5.5.3.

Suvarma və kollektor-drenaj şəbəkələrinin bərpası, yenidən qurulması və tikintisi

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC, İqtisadi İnkişaf Nazirliyi, Maliyyə Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi

2008—2015

5.5.4.

Çaylarda sel və daşqınlara qarşı mübarizə tədbirlərinin davam etdirilməsi

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC, Fövqəladə Hallar Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Maliyyə Nazirliyi

2008—2015

5.5.5.

Qış otlaqlarının su təchizatı sistemlərinin bərpası və yenidən qurulması

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC, Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Maliyyə Nazirliyi

2009—2015

5.5.6.

Suvarılan torpaq sahələrinin genişləndirilməsi və torpaqların su təminatının yaxşılaşdırılması üçün su anbarlarının və suvarma kanallarının tikintisi

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC, İqtisadi İnkişaf Nazirliyi, Maliyyə Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi

2008—2015

5.5.7.

Suvarmada suya qənaətedici texnika və texnologiyaların tətbiqinin genişləndirilməsi

Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC, İqtisadi İnkişaf Nazirliyi, Maliyyə Nazirliyi

2010—2015

5.5.8.

Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinə daxil olan Taxtakörpü su anbarının, Vəlvələçay-Taxtakörpü və Taxtakörpü-Ceyranbatan kanallarının tikintisinin davam etdirilməsi

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC, İqtisadi İnkişaf Nazirliyi, Maliyyə Nazirliyi, Dövlət Neft Fondu

2008—2011

5.5.9.

Şəmkir çayı üzərində su anbarının tikintisi

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC, İqtisadi İnkişaf Nazirliyi, Maliyyə Nazirliyi

2009—2012

5.5.10.

Tovuzçay su anbarının tikintisinin davam etdirilməsi

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC, İqtisadi İnkişaf Nazirliyi, Maliyyə Nazirliyi

2008—2010

5.5.11.

Şəmkir maşın kanalının II növbəsinin tikintisi

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC, İqtisadi İnkişaf Nazirliyi, Maliyyə Nazirliyi

2009—2013

5.5.12.

Yuxarı Mil kanalının tikintisinin davam etdirilməsi

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC, İqtisadi İnkişaf Nazirliyi, Maliyyə Nazirliyi

2009—2013

5.5.13.

Neftçala magistral kanalının nasos stansiyası ilə birlikdə tikintisi

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC, İqtisadi İnkişaf Nazirliyi, Maliyyə Nazirliyi

2008—2013

5.5.14.

Mil-Qarabağ kollektorunun yenidən qurulması

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC, İqtisadi İnkişaf Nazirliyi, Maliyyə Nazirliyi

2009—2013

5.5.15.

Rayonlarda su təchizatının yaxşılaşdırılması məqsədilə subartezian quyularının qazılması və mövcud quyuların bərpası

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC, İqtisadi İnkişaf Nazirliyi, Maliyyə Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi

2008—2015

5.6. Baytarlıq xidmətinin səmərəliliyinin artırılması tədbirləri

5.6.1.

Baytarlıq-sanitariya sahəsində qanunvericiliyin beynəlxalq tələblərə uyğunlaşdırılması və baytarlıq sertifikatlarının Beynəlxalq Epizootiya Bürosunun Beynəlxalq Baytarlıq Kodeksinin tövsiyələrinə uyğunlaşdırılmasının təmin edilməsi

Kənd Təsərrüfatı Nazirliyi, Ədliyyə Nazirliyi

2008—2015

5.6.2.

Kənd təsərrüfatı heyvanlarının identifikasiya və qeydiyyatı ilə bağlı tədbirlərin həyata keçirilməsi

Kənd Təsərrüfatı Nazirliyi

2008—2015

5.6.3.

Özəl baytarlıq xidmətinin inkişaf etdirilməsinə yönəldilmiş tədbirlərin həyata keçirilməsi

Kənd Təsərrüfatı Nazirliyi, yerli icra hakimiyyəti və bələdiyyə orqanları

2008—2015

5.6.4.

Baytarlıq-sanitariya obyektlərinin modernləşdirilməsinin təmin edilməsi

Kənd Təsərrüfatı Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Maliyyə Nazirliyi

2008—2010

5.6.5.

Baytarlıq laboratoriyalarının maddi-texniki bazasının möhkəmləndirilməsi

Kənd Təsərrüfatı Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Maliyyə Nazirliyi

2009

5.6.6.

Azərbaycan Bioloji Kombinatının (Göygöl rayonu) avadanlıqlarla təmin edilməsi

Kənd Təsərrüfatı Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Maliyyə Nazirliyi

2010

5.6.7.

Müasir tələblərə cavab verən baytarlıq məntəqələrinin yaradılması və onların avadanlıqlarla təmin edilməsi

Kənd Təsərrüfatı Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Maliyyə Nazirliyi

2009—2015

5.6.8.

Transsərhəd və xüsusi təhlükəli heyvan xəstəliklərinin profilaktikasına yönəldilmiş sərhədyanı baytarlıq nəzarəti tədbirlərinin gücləndirilməsi

Kənd Təsərrüfatı Nazirliyi

2008—2015

5.6.9.

Heyvanların təhlükəli xəstəliklərdən qorunması və epizootiya əleyhinə mübarizə tədbirlərinin gücləndirilməsi

Kənd Təsərrüfatı Nazirliyi

2009—2015

5.6.10.

İri yaşayış məntəqələrində özəl əsaslarla sanitariya normalarına uyğun heyvan kəsimi meydançalarının (sallaqxanaların) tikintisinin dəstəklənməsi

Kənd Təsərrüfatı Nazirliyi, Səhiyyə Nazirliyi, yerli icra hakimiyyəti və bələdiyyə orqanları

2008—2015

5.7. Dövlət fitosanitar nəzarətinin səmərəliliyinin artırılması tədbirləri

5.7.1.

Fitosanitar nəzarəti üzrə qanunvericiliyin beynəlxalq standartların, qaydaların və tövsiyələrin tələblərinə uyğun təkmilləşdirilməsi və beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi

Kənd Təsərrüfatı Nazirliyi, Ədliyyə Nazirliyi

2008—2015

5.7.2.

Bitki mühafizəsi və karantini üzrə ölkə və regional əhəmiyyətli texnoloji reqlament tədbirlərinin və proqramların həyata keçirilməsi

Kənd Təsərrüfatı Nazirliyi

2008—2015

5.7.3.

Özəl fitosanitar xidmətinin fəaliyyətinin dəstəklənməsi

Kənd Təsərrüfatı Nazirliyi

2008—2015

5.7.4.

Fitosanitar vəziyyəti əks etdirən informasiya-məsləhət sisteminin yaradılması

Kənd Təsərrüfatı Nazirliyi

2008—2015

5.7.5.

Fitosanitar nəzarəti sahəsində mobil səyyar avtolaboratoriyalarla və digər texniki vasitələrlə təchizat tədbirlərinin görülməsi

Kənd Təsərrüfatı Nazirliyi

2008—2015

5.7.6.

İnteqrir və bioloji üsulla mübarizə tədbirləri sisteminin yaradılması və tətbiqinin genişləndirilməsi

Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası

2008—2015

5.7.7.

Pestisidlərin dövriyyəsinin bütün mərhələlərində onların keyfiyyətinə və tətbiqinə dövlət nəzarətinin gücləndirilməsi

Kənd Təsərrüfatı Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, Dövlət Gömrük Komitəsi

2008—2015

5.7.8.

Sərhəd-keçid və Rayonlararası bitkilərin karantini məntəqələrinin maddi-texniki bazasının gücləndirilməsi

Kənd Təsərrüfatı Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Maliyyə Nazirliyi

2008—2010

5.7.9.

Cəngi pestisidlər poliqonunun rekonstruksiyasının tamamlanması

Kənd Təsərrüfatı Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Maliyyə Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi

2008—2009

5.7.10.

Respublika Nəzarət-Toksikologiya və Respublika Bitkilərin Karantin Ekspertizası laboratoriyalarının müasir avadanlıqla təmin olunması

Kənd Təsərrüfatı Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Maliyyə Nazirliyi

2008—2010

5.7.11.

Bitki mühafizə mərkəzlərinin maddi-texniki bazasının yaxşılaşdırılması

Kənd Təsərrüfatı Nazirliyi, Maliyyə Nazirliyi

2008—2015

5.8. Ərzaq məhsullarının təhlükəsizliyi və keyfiyyətinə nəzarətin gücləndirilməsi tədbirləri

5.8.1.

Yeyinti məhsullarının təhlükəsizliyinə və keyfiyyətinə nəzarət sahəsində paralelçiliyin aradan qaldırılması və qanunvericilik bazasında zəruri dəyişikliklərin həyata keçirilməsi

İqtisadi İnkişaf Nazirliyi, Səhiyyə Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Ədliyyə Nazirliyi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi

2008—2010

5.8.2.

Azərbaycanın Codeks Alimentarius Komissiyasına qoşulması ilə əlaqədar təşkilati işlərin yekunlaşdırılması

İqtisadi İnkişaf Nazirliyi, Səhiyyə Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Xarici İşlər Nazirliyi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi

2008

5.8.3.

Yeyinti məhsullarına dair Codeks Alimentarius, İSO, HACCP, Avropa İttifaqı standartlarının milli standartlar sisteminə daxil edilməsi

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, İqtisadi İnkişaf Nazirliyi, Səhiyyə Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi

2008—2010

5.8.4.

Standartlar bazasını özündə cəmləşdirən məlumat-xidmət mərkəzinin yaradılması

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, İqtisadi İnkişaf Nazirliyi, Səhiyyə Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi

2008—2010

5.8.5.

Yeyinti məhsullarının sertifikatlaşdırılması sisteminin beynəlxalq təcrübəyə, o cümlədən Avropa İttifaqının qanunvericiliyinə uyğunlaşdırılmasının başa çatdırılması

İqtisadi İnkişaf Nazirliyi, Səhiyyə Nazirliyi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, Ədliyyə Nazirliyi

2008—2012

5.8.6.

Qida təhlükəsizliyinin idarə edilməsi sistemləri tətbiq olunan və sertifikatlaşdırılan müəssisə və təşkilatların, eləcə də istehsal olunan məhsulların təşviqinin aparılması

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, İqtisadi İnkişaf Nazirliyi, Səhiyyə Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi

2008—2015

5.8.7.

Yeyinti məhsullarının keyfiyyətinə və təhlükəsizliyinə nəzarət üzrə beynəlxalq standartlara uyğun mərkəzi qida laboratoriyasının yaradılması

İqtisadi İnkişaf Nazirliyi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi

2008—2009

5.8.8.

Genetik modifikasiya olunmuş orqanizmlərin və onların törəmələrinin dövriyyəsinə nəzarətin gücləndirilməsi

Səhiyyə Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi

2008—2015

5.8.9.

Uşaq qidalarının keyfiyyətinə və təhlükəsizliyinə nəzarətin gücləndirilməsi

İqtisadi İnkişaf Nazirliyi, Səhiyyə Nazirliyi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi

2008—2015

5.8.10.

Ərzaq məhsullarının təhlükəsizliyinin beynəlxalq tələblərə uyğunlaşdırılması üçün sanitar-epidemioloji nəzarət orqanlarının maddi-texniki bazasının gücləndirilməsi

Səhiyyə Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Maliyyə Nazirliyi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi

2008—2011

5.8.11.

Dövlət sərhədinin bütün buraxılış məntəqələrində sanitariya və karantin mühafizəsi üzrə tədbirlərin müasir tələblər səviyyəsində təşkili

Səhiyyə Nazirliyi, Dövlət Gömrük Komitəsi

2008—2011

5.8.12.

Gömrük laboratoriyaları şəbəkəsinin genişləndirilməsi

Dövlət Gömrük Komitəsi

2008—2010

5.8.13.

Yeyinti məhsullarının istehsalı, emalı, daşınması, saxlanması və satılması zamanı məhsulların keyfiyyəti ilə bağlı müvafiq qanunvericiliyin pozulması hallarına qarşı mübarizə tədbirlərinin gücləndirilməsi

İqtisadi İnkişaf Nazirliyi, Səhiyyə Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, Ədliyyə Nazirliyi

2008—2015

5.9. Fövqəladə vəziyyətə hazırlıq və dövlət ərzaq ehtiyatının yaradılması tədbirləri

5.9.1.

Taxıl və digər əsas ərzaq məhsulları üzrə dövlət ehtiyatının yaradılması və idarə olunması ilə bağlı qanunvericilik bazasının təkmilləşdirilməsi

Fövqəladə Hallar Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Maliyyə Nazirliyi, Ədliyyə Nazirliyi

2008—2010

5.9.2.

Mövcud elevatorların və taxıl anbarlarının reyestrinin tərtib edilməsi

Fövqəladə Hallar Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi

2008—2009

5.9.3.

Ölkənin mövcud və perspektiv tələbatı nəzərə alınmaqla, yeni elevatorların və taxıl anbarlarının tikilməsi planının hazırlanması və həyata keçirilməsi

Fövqəladə Hallar Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Maliyyə Nazirliyi

2008—2010

5.9.4.

Dövlət büdcəsinin tərtibi prosesində Dövlət Taxıl Fonduna tədarük olunacaq taxıl məhsullarının illik maliyyə tələbatının nəzərə alınması

Fövqəladə Hallar Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Maliyyə Nazirliyi

2008—2015

5.9.5.

Dövlət ərzaq ehtiyatlarının formalaşdırılması üçün ehtiyatların çeşid və həcmlərinin müəyyən edilməsi

Fövqəladə Hallar Nazirliyi, Maliyyə Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi

2008—2015

5.9.6.

Ərzaq ehtiyatları saxlanılan müəssisələrdə mövcud anbarların və digər mühəndis-texniki qurğularının əsaslı təmiri və ya yeni anbar binalarının tikintisi

Fövqəladə Hallar Nazirliyi, Maliyyə Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi

2008—2015

5.9.7.

Kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalında, saxlanılmasında yanğından mühafizə işlərinin təkmilləşdirilməsi

Fövqəladə Hallar Nazirliyi

2008—2015

5.10. Ərzaq məhsulları istehsalına maliyyə dəstəyinin göstərilməsi tədbirləri

5.10.1.

Kəndli təsərrüfatlarına və aqrar-sənaye müəssisələrinə kompleks maliyyə xidmətlərini göstərən universal özəl aqrar bankın yaradılması

Mərkəzi Bank, Maliyyə Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi

2009—2010

5.10.2.

Sahibkarlığa Kömək Milli Fondunun, Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinin və digər təşkilatların vəsaitləri hesabına sahibkarlara, o cümlədən kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalı ilə məşğul olan iş adamlarına güzəştli kreditlərin verilməsi siyasətinin davam etdirilməsi

İqtisadi İnkişaf Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi

2008—2015

5.10.3.

Banklar tərəfindən mikrokreditlərin verilməsinin dəstəklənməsi

Mərkəzi Bank

2008—2015

5.10.4.

Bank olmayan kredit təşkilatlarının fəaliyyətinin hüquqi çərçivəsinin yaradılması

Mərkəzi Bank

2008—2009

5.10.5.

Aqrar maliyyə xidmətlərinin transaksiya xərclərinin azaldılması məqsədilə normativ hüquqi bazanın təkmilləşdirilməsi

Mərkəzi Bank

2008—2009

5.10.6.

Sığortalanmasına maliyyə yardımı göstərilən kənd təsərrüfatı əmlakının və sığorta hadisələrinin növlərinin siyahısının təkmilləşdirilməsi

Maliyyə Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi

2009—2010

5.10.7.

Taxıl istehsalındakı risklərin qismən dövlət tərəfindən sığortalanması qaydalarının təkmilləşdirilməsi

Maliyyə Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi

2008—2009

5.10.8.

Xarici ölkələrin kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində istifadə etdikləri mütərəqqi sığorta təcrübəsinin tətbiqi

Maliyyə Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi

2009—2011

5.10.9.

Taxıl istehsalçılarına maliyyə stimulları mexanizminin təkmilləşdirilməsi

İqtisadi İnkişaf Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Maliyyə Nazirliyi

2008—2010

5.10.10.

Kənd təsərrüfatı məhsulları istehsalçılarına mineral gübrənin güzəştli şərtlərlə verilməsi qaydalarının təkmilləşdirilməsi

Kənd Təsərrüfatı Nazirliyi

2009—2010

5.10.11.

Yanacaq və motor yağlarına görə dövlət büdcəsi hesabına yardımın davam etdirilməsi

Kənd Təsərrüfatı Nazirliyi, Maliyyə Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi

2008—2015

5.11. Sahibkarlıq fəaliyyətinin dəstəklənməsi tədbirləri

5.11.1.

Ərzaq məhsullarının istehsalı sahəsində qanunvericilik bazasının təkmilləşdirilməsi

Ədliyyə Nazirliyi, müvafiq dövlət orqanları

2008—2015

5.11.2.

Ölkədə biznes mühitinin yaxşılaşdırılması ilə bağlı tədbirlərin davam etdirilməsi

İqtisadi İnkişaf Nazirliyi və digər dövlət qurumları

2008—2015

5.11.3.

Xüsusi iqtisadi zonaların, sənaye şəhərciklərinin, biznes-inkubatorların yaradılması ilə bağlı tədbirlərin davam etdirilməsi

İqtisadi İnkişaf Nazirliyi

2008—2015

5.11.4.

Ərzaq məhsullarının istehsalında, kənd təsərrüfatında sahibkarlığın inkişafı və rəqabətin qorunması ilə bağlı tədbirlərin həyata keçirilməsi

İqtisadi İnkişaf Nazirliyi

2008—2015

5.11.5.

Keyfiyyətli ərzaq məhsulları üzrə bazara giriş-çıxış maneələrinin aradan qaldırılması

İqtisadi İnkişaf Nazirliyi

2008—2015

5.11.6.

Daxili istehsalda sağlam rəqabət mühitinin yaradılması

İqtisadi İnkişaf Nazirliyi

2008—2015

5.11.7.

Ərzaq məhsullarının satışı zamanı yalan reklam hallarının qarşısının alınması

İqtisadi İnkişaf Nazirliyi

2008—2015

5.11.8.

Ərzaq məhsullarının əmtəə nişanlarının saxtalaşdırılması hallarının aradan qaldırılması məqsədilə monitorinqlərin təşkil edilməsi

İqtisadi İnkişaf Nazirliyi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi

2008—2015

5.11.9.

Ərzaq məhsulları bazarında inhisarçı subyektlərin sui-istifadə hallarının qarşısının alınması və aradan qaldırılması ilə bağlı tədbirlərin görülməsi

İqtisadi İnkişaf Nazirliyi

2008—2015

5.11.10.

Əsas kənd təsərrüfatı məhsullarının qiymətləri, idxalı, topdan və pərakəndə satış bazarları barədə və digər zəruri məlumatları müntəzəm olaraq kənd təsərrüfatı istehsalçılarına çatdıracaq informasiya sisteminin yaradılması

Kənd Təsərrüfatı Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası

2009—2010

5.11.11.

Kənd təsərrüfatı və ərzaq istehsalı sahəsində fəaliyyət göstərən iş adamları üçün məsləhət-informasiya, peşə hazırlığı və digər növ xidmətləri həyata keçirən biznes tədris mərkəzləri şəbəkəsinin genişləndirilməsi və işinin səmərəli şəkildə qurulması

İqtisadi İnkişaf Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi

2008—2015

5.11.12.

Əmtəə birjalarının fəaliyyətinin səmərəliliyinin artırılmasının, birja fəaliyyətinin genişləndirilməsinin dəstəklənməsi

İqtisadi İnkişaf Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi

2008—2015

5.11.13.

«Aqrolizinq» ASC-nin rayon aqroservis şəbəkələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, texnoloji avadanlıqların, emal xətlərinin, istixanaların lizinq yolu ilə satışı

Kənd Təsərrüfatı Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, «Aqrolizinq» ASC

2008—2015

5.11.14.

Mövcud müəssisələrdə kənd təsərrüfatı texnikasının istehsalının və təmirinin təşkili ilə bağlı tədbirlərin həyata keçirilməsi, bu sahədə yeni müəssisələrin yaradılmasının dəstəklənməsi

Sənaye və Energetika Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, İqtisadi İnkişaf Nazirliyi

2008—2015

5.11.15.

Özəl aqroservis müəssisələrinin yaradılmasının dəstəklənməsi

Kənd Təsərrüfatı Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi

2008—2015

5.11.16.

Uşaq qidası istehsal edən müəssisələrin yaradılmasının dəstəklənməsi

İqtisadi İnkişaf Nazirliyi, Səhiyyə Nazirliyi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi

2008—2015

5.11.17.

Ərzaq məhsullarının satış tədarük bazalarının və satış mərkəzlərinin, anbarların, soyuducu kameraların, qablaşdırma müəssisələrinin yaradılmasının dəstəklənməsi

İqtisadi İnkişaf Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, yerli icra hakimiyəti və bələdiyyə orqanları

2008—2015

5.12. Aqrar sahənin elmi təminatının yaxşılaşdırılması və kadr potensialının yüksəldilməsi tədbirləri

5.12.1.

Kənd Təsərrüfatı Nazirliyi nəzdində elmi tədqiqat institutlarının restrukturizasiyası və əsas elmi araşdırmaların istiqamətlərinin müəyyən edilməsi

Kənd Təsərrüfatı Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası

2008—2009

5.12.2.

Elmi tədqiqat institutlarının və regional aqrar-elm mərkəzlərinin modernləşdirilməsi, maddi-texniki bazalarının möhkəmləndirilməsi

Kənd Təsərrüfatı Nazirliyi, Maliyyə Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi

2009—2010

5.12.3.

Torpaqların münbitliyinin yaxşılaşdırılması, şoran, şorakət və eroziyaya uğramış torpaqların əkin dövriyyəsinə qaytarılmasının elmi əsaslarının hazırlanması və tətbiqi

Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC

2009—2015

5.12.4.

Suvarma suyunun idarə olunması, suya qənaətedici texnika və texnologiyaların işlənməsi və tətbiqi

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC, Kənd Təsərrüfatı Nazirliyi

2009—2015

5.12.5.

Biomüxtəlifliyin qorunması, saxlanması və istifadəsi, milli genetik bankın zənginləşdirilməsi

Azərbaycan Milli Elmlər Akademiyası, Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi

2009—2015

5.12.6.

Xarici mühitin əlverişsiz amillərinə, xəstəlik və zərərvericilərə qarşı davamlı, yeni yüksək məhsuldar bitki sortlarının və heyvan cinslərinin yaradılması

Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası

2009—2015

5.12.7.

Bitkilərin xəstəlik, zərərverici və alaq otlarından səmərəli mühafizəsi sahəsində inteqrir bitki mühafizəsi sisteminin elmi əsaslarının hazırlanması və tətbiqi

Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası

2009—2015

5.12.8.

Ərzaq məhsullarının mikrobioloji təsirə davamlılıq müddətinin artırılması üsullarının hazırlanması və tətbiqi

Azərbaycan Milli Elmlər Akademiyası, Kənd Təsərrüfatı Nazirliyi

2008—2015

5.12.9.

Elmin müasir sahələrinin, xüsusilə biotexnologiyanın, gen mühəndisliyinin və s. inkişaf etdirilməsi, bu sahədə elmi kadrların hazırlanması

Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası

2009—2015

5.12.10.

Ərzaq məhsullarının keyfiyyətinin və təhlükəsizliyinin öyrənilməsi, qidalanmanın elmi prinsiplərinin təkmilləşdirilməsi və inkişaf etdirilməsi ilə bağlı elmi tədqiqat işlərinin genişləndirilməsi

Səhiyyə Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi

2008—2015

5.12.11.

Dövlət maşın sınaq və sort sınaq stansiyalarının işlərinin yeni şəraitə uyğun təkmilləşdirilməsi

Kənd Təsərrüfatı Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Maliyyə Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi

2009—2010

5.12.12.

Azərbaycan Kənd Təsərrüfatı Akademiyasında ixtisasların strukturunun beynəlxalq təcrübə nəzərə alınmaqla təkmilləşdirilməsi, onun maddi-texniki bazasının gücləndirilməsi

Kənd Təsərrüfatı Nazirliyi, Təhsil Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Maliyyə Nazirliyi

2009—2012

5.12.13.

Zoobaytarlıq mütəxəssislərinin ixtisaslarının artırılması kurslarının təşkili

Kənd Təsərrüfatı Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Maliyyə Nazirliyi, Təhsil Nazirliyi

2009

5.12.14.

Meliorasiya və su təsərrüfatı sahəsinin layihə və elmi təminatının gücləndirilməsi, kadr peşəkarlığının artırılması

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC, Azərbaycan Milli Elmlər Akademiyası, Təhsil Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Maliyyə Nazirliyi

2009—2015

5.12.15.

Qida təhlükəsizliyinin idarə edilməsi sistemlərinin tətbiqi və sertifikatlaşdırılması sahəsində yüksək ixtisaslı kadrların hazırlanması

Təhsil Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi

2008—2015

5.12.16.

Fitosanitar tədbirlərin elmi əsaslarla həyata keçirilməsinin təmin edilməsi, bu məqsədlə kadr hazırlığı və əlavə təhsillə bağlı zəruri tədbirlərin görülməsi

Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası

2008—2015

5.12.17.

Regionlarda kənd təsərrüfatı üzrə ixtisaslaşmış ilk peşə-ixtisas təhsili müəssisələrinin bazasında müasir standartlar səviyyəsində və yeni ixtisaslar üzrə peşə hazırlığı müəssisələrinin yaradılması

Təhsil Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi

2008—2011

5.12.18.

Elmi tədqiqat və kadr hazırlığı mərkəzlərinin xarici elmi-tədris mərkəzləri ilə əlaqələrinin genişləndirilməsi, birgə elmi araşdırmaların həyata keçirilməsi

Kənd Təsərrüfatı Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası

2008—2015

VALYUTA ÇEVİRİCİSİ