19 Oktyabr 2021 Çərşənbə axşamı 05:32:58

Bakı şəhəri, 5 dekabr 2000-ci il

«Azərbaycan Respublikasında ticarətin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 23 iyul tarixli 160 nömrəli Fərmanının icrası təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

 

1. Azərbaycan Respublikası Ticarət Nazirliyinin təsərrüfat hesablı mərkəzi sanitar-yeyinti laboratoriyası, keçmiş Taxil Məhsulları Dövlət Şirkətinin taxıl məhsullarının keyfiyyətinə nəzarət üzrə mərkəzi istehsalat laboratoriyası, Kənd Təsərrüfatı Nazirliyinin tərkibində olmuş emal sənayesi və kənd təsərrüfatı məhsullarının keyfiyyətinə dövlət nəzarəti müfəttişliyi ləğv edilsin.

2. Keçmiş «Azəryeyintisənaye» Dövlət Şirkətinin tərkibində olmuş Yeyinti Sənayesi Elmi-Tədqiqat İnstitutu yalnız elmi-tədqiqat funksiyaları saxlanılmaqla Azərbaycan Respublikası Ticarət Nazirliyinin İstehlak Mallarının Ekspertizası Mərkəzinə verilsin.

3. Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi nəzdində İstehlak Mallarının Ekspertizası Mərkəzinin sərəncamında olan Səbail rayonu, Xaqani küçəsi, 36 ünvanındakı sahə Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin balansına verilsin.

4. İstehlakçıların hüquqlarının müdafiəsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tabeliyində olan qurumlar vasitəsi ilə sifarişçilərin müraciətləri əsasında ödənişli yolla idxal və ixrac olunan, eləcə də istehlak bazarında dövriyyədə olan istehlak mallarının mənşə ölkəsinin müəyyən edilməsi üzrə ekspertizaların aparılmasını, onların nəticələrini təsdiq edən bu qərara əlavə olunan formalar üzrə «Malın mənşə sertifikatları»nın verilməsi ilə bağlı tədbirlər görsün.

5. Malın mənşəyini əks etdirən «Malın mənşəyi haqqında sertifikat» forması «CT-1», «A» və «Ümumi: forma» (1, 2 və 3 nömrəli əlavələr) və bu formalar üçün nəzərdə tutulan «Malın mənşəyi haqqında sertifikatın əlavə vərəqi» formaları (4, 5 və 6 nömrəli əlavələr) təsdiq edilsin.

6. Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi:

    • sifarişçilərin müraciətləri əsasında ödənişli yolla idxal və ixrac olunan, eləcə də istehlak bazarında dövriyyədə olan istehlak mallarının mənşə ölkəsinin müəyyən edilməsi üzrə ekspertizaların aparılmasını, onların nəticələrini təsdiq edən sənədlərin verilməsi ilə bağlı zəruri normativ hüquqi aktların təsdiq edilib dövlət qeydiyyatına alınmasını təmin etsin;
    • Azərbaycan Respublikasının iqtisadi-ticarət əlaqələri olan dövlətlərə malın mənşə ölkəsini təsdiq edən sertifikatın, imzaların və möhürlərin nümunələrinin müəyyən olunmuş qaydada göndərilməsini təmin etsin;
    • öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tabeliyində olan qurumların fəaliyyətinin təmin olunması ilə bağlı digər məsələləri həll etsin.

7. Qərarın icrasına nəzarət Azərbaycan Respublikası Nazirlər Kabineti İşlər İdarəsinin ticarət və pullu xidmətlər, iqtisadiyyat və maliyyə-kredit siyasəti şöbələrinə tapşırılsın.

8. Bu qərar imzalandığı gündən qüvvəyə minir. Qərara əlavə olunan formalar üzrə «Malın mənşəyi haqqında sertifikat» 2001-ci il yanvarın 15-i tarixindən Azərbaycan Respublikasının Ticarət Nazirliyi tərəfindən verilir.

Azərbaycan Respublikasının Baş naziri

A. RASİ-ZADƏ.

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 dekabr 2000-ci il, № 12, maddə 862)

7 avqust 2003-cü il tarixli, 100 nömrəli; 25 aprel 2008-ci il tarixli, 101 nömrəli; 5 oktyabr 2009-cu il tarixli, 163 nömrəli; 10 iyul 2012-ci il tarixli, 152 nömrəli Qərarlara əsasən əlavə və dəyişikliklərlə


Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2012-ci il 10 iyul tarixli
152 nömrəli qərarı ilə
təsdiq edilmişdir

1 nömrəli əlavə

Malın mənşəyi haqqında sertifikat
(Forma CT-1)

1. Yükgöndərən/İxracatçı

(adı və ünvanı)

4. №

Malın mənşəyi haqqında sertifikat
Forma CT-1

2. Yükalan/İdxalatçı

(adı və ünvanı)

Verilmişdir ________________________

(ölkənin adı)

Təqdim etmək üçün ____________________

(ölkənin adı)

3. Nəqliyyat vasitəsi və hərəkət marşrutu (məlum olduğu dərəcədə)

5. Xidməti qeydlər üçün

 

6. №

7. Yerlərin sayı və qablaşdır-manın növü

8. Malın təsviri

9. Mənşə meyarı

10. Malın miqdarı

11. Hesab- fakturanın nömrəsi və tarixi

           

 

12. Təsdiqetmə

Bununla təsdiq olunur ki, ərizəçinin bəyannaməsi həqiqətə uyğundur

13. Ərizəçinin bəyannaməsi

Aşağıda imza edən bildirir ki, yuxarıda göstərilən məlumatlar həqiqətə uyğundur, bütün mallar

______________________________________

(ölkənin adı)

istehsal olunmuş və ya kifayət qədər emal edilmişdir və onlar bu mallar üçün müəyyən edilmiş mənşə tələblərinə cavab verir

İmza

Tarix

Möhür

İmza

Tarix

Möhür

           

Утверждено
постановлением Кабинета министров
Азербайджанской Республики
от 10 июля 2012 года №152

Приложение № 1

Сертификат о происхождении товара
(Форма СТ-1)

1. Грузоотправитель/Экспортер

(наименование и адрес)

4. № ______

Сертификат о происхождении товара
Форма СТ-1

2. Грузополучатель/Импортер

(наименование и адрес)

Выдан в ______________________________

(наименование страны)

Для предоставления в __________________

(наименование страны)

3. Средства транспорта и маршрут следования (насколько это известно)

5. Для служебных отметок

 

6. №

7. Количество мест и вид упаковки

8. Описание товара

9. Критерий происхождения

10. Количество товара

11. Номер и дата счета-фактуры

           

 

12. Удостоверение

Настоящим удостоверяется, что декларация заявителя соответствует действительности

13. Декларация заявителя

Нижеподписавшийся заявляет, что вышеприведенные сведения соответствуют действительности: что все товары полностью произведены или подвергнуты достаточной переработке в ______________________________________

(наименование страны)

и что они отвечают требованиям происхождения, установленным в отношении таких товаров

Подпись

Дата

Печать

Подпись

Дата

Печать

           

Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2003-cü il 7 avqust tarixli
100 nömrəli qərarı ilə
təsdiq edilmişdir
2 nömrəli əlavə

Malın mənşəyi haqqında sertifikat
Forma A

1. Göndərən/İxracatçı (adı, ünvanı, ölkə)

№ ________________________________________

Ümumi imtiyazlar sistemi

Malın mənşəyi
haqqında sertifikat
(Bəyannamə və sertifikat)
Forma A

2. Alan/İdxalçı (adı, ünvanı, ölkə)

Verilmişdir ________________________________

(ölkənin adı)

3. Nəqliyyat vasitəsi və hərəkət marşrutu (məlum olduğu dərəcədə)

4. Xidməti qeydlər üçün

 

5. Sıra №-si

6. Markalama və yük yerlərinin sayı

7. Qablaşdırmanın növü, yük yerlərinin sayı, malların təsviri

8. Malın mənşə meyarları (arxadakı qeydə baxın)

9. Brutto çəkisi və ya digər göstərici

10. Hesab fakturanın nömrəsi və tarixi

           
           
           

 

11. Təsdiq etmə

12. İxracatçının bəyannaməsi

Bununla təsdiq olunur ki, yoxlamaya əsasən ixracatçının bəyannaməsi həqiqətə uyğundur

Aşağıda imza edən bildirir ki, yuxarıda göstərilən məlumatlar həqiqətə uyğundur, bütün mallar _____________________________________
(ölkənin adı)

tam istehsal olunmuş və ya kifayət qədər emal edilmişdir və bu mallar _________________

____________________________________________

(idxalçı ölkənin adı)

ixrac olunmaq üçün onlardan ötrü müəyyən edilmiş ümumi üstünlüklər sisteminin mənşə tələblərinə cavab verir.

Tarix, yer, məsul şəxsin imzası və möhür

Tarix, yer, məsul şəxsin imzası və möhür


Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2003-cü il 7 avqust tarixli
100 nömrəli qərarı ilə
təsdiq edilmişdir
3 nömrəli əlavə

Malın mənşəyi haqqında sertifikat
Ümumi forma

1. İxracatçı (adı, ünvanı, ölkə)

Orijinal

Malın mənşəyi
haqqında sertifikat

2. İdxalçı (adı, ünvanı, ölkə)

Verilmişdir _______________________________

(ölkənin adı)

3. Nəqliyyat vasitəsi və hərəkət marşrutu

4. Xidməti qeydlər üçün

5. Mənşə ölkəsi

6. Əlavə məlumatlar

 

7. №

8. Yerlərin sayı və qablaşdırmanın növü

9. Malın təsviri

10. Ümumi çəki və ya digər göstərici

11. Hesab fakturanın nömrəsi və tarixi

         
         
         
         

 

12. Təsdiq etmə

13. İxracatçının bəyannaməsi

Bununla təsdiq olunur ki, ixracatçının bəyannaməsi həqiqətə uyğundur

Aşağıda imza edən bildirir ki, bütün malların mənşəyi 5-ci qrafada göstərilən ölkədir və mallar _________________________
(idxalçı ölkənin adı)

ixrac olunur.

Tarix, yer, məsul şəxsin imzası və möhür

Tarix, yer, məsul şəxsin imzası və möhür


Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2012-ci il 10 iyul tarixli
152 nömrəli qərarı ilə
təsdiq edilmişdir

4 nömrəli əlavə

Malın mənşəyi haqqında sertifikatın (Forma CT-1) əlavə vərəqi
_________ nömrəli sertifikatın əlavə vərəqi

6. №

7. Yerlərin sayı və qablaşdırmanın növü

8. Malın təsviri

9. Mənşə meyarı

10. Malın miqdarı

11. Hesab-fakturanın nömrəsi və tarixi

           
           
           
           
           
           
           

 

12. Təsdiqetmə

Bununla təsdiq olunur ki, ərizəçinin bəyannaməsi həqiqətə uyğundur

13. Ərizəçinin bəyannaməsi

Aşağıda imza edən bildirir ki, yuxarıda göstərilən məlumatlar həqiqətə uyğundur, bütün mallar

______________________________________

(ölkənin adı)

istehsal olunmuş və ya kifayət qədər emal edilmişdir və onlar bu mallar üçün müəyyən edilmiş mənşə tələblərinə cavab verir

İmza

Tarix

Möhür

İmza

Tarix

Möhür

           

Утверждено
постановлением Кабинета министров
Азербайджанской Республики
от 10 июля 2012 года №152

Приложение № 4

Дополнительный лист сертификата о происхождении товара Форма СТ-1
Дополнительный лист сертификата № _______

6. №

7. Количество мест и вид упаковки

8. Описание товара

9. Критерий происхождения

10. Количество товара

11. Номер и дата счета-фактуры

           
           
           
           
           
           
           

 

12. Удостоверение

Настоящим удостоверяется, что декларация заявителя соответствует действительности

13. Декларация заявителя

Нижеподписавшийся заявляет, что вышеприведенные сведения соответствуют действительности: что все товары полностью произведены или подвергнуты достаточной переработке в ______________________________________

(наименование страны)

и что они отвечают требованиям происхождения, установленным в отношении таких товаров

Подпись

Дата

Печать

Подпись

Дата

Печать

           

Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2003-cü il 7 avqust tarixli
100 nömrəli qərarı ilə
təsdiq edilmişdir
5 nömrəli əlavə

Malın mənşəyi haqqında Sertifikatın (Forma A) əlavə vərəqi

_______________ №-li sertifikatın əlavə vərəqi

5. №

6. Yerlərin sayı və qablaşdırma növü

7. Malın təsviri

8. Mənşə meyarları

9. Brutto/
netto çəkisi (kq)

10. Hesab fakturanın nömrəsi və tarixi

           
           
           
           
           
           
           

 

11. Təsdiq etmə

12. İxracatçının bəyannaməsi

Bununla təsdiq olunur ki, yoxlamaya əsasən ixracatçının bəyannaməsi həqiqətə uyğundur

Aşağıda imza edən bildirir ki, yuxarıda göstərilən məlumatlar həqiqətə uyğundur, bütün mallar ____________________________________

(ölkənin adı)

tam istehsal olunmuş və ya kifayət qədər emal edilmişdir və onlar bu mallar üçün müəyyən edilmiş mənşə tələblərinə cavab verir

 

Yer

İmza

Tarix

Möhür

Yer

İmza

Tarix

Möhür

               

Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2003-cü il 7 avqust tarixli
100 nömrəli qərarı ilə
təsdiq edilmişdir
6 nömrəli əlavə

Malın mənşəyi haqqında Ümumi Forma sertifikatının əlavə vərəqi

________________ nömrəli sertifikatın əlavə vərəqi

7. Sıra №-si

8. Yerlərin sayı və qablaşdırmanın növü

9. Malın təsviri

10. Ümumi çəki və ya digər göstərici

11. Hesab-fakturanın nömrəsi və tarixi

         
         
         
         
         
         
         

 

12. Təsdiq etmə

13. İxracatçının bəyannaməsi

Bununla təsdiq olunur ki, ərizəçinin bəyannaməsi həqiqətə uyğundur

Aşağıda imza edən bildirir ki, bütün malların mənşəyi 5-ci qrafada göstərilən ölkədir və mallar _________ ___________________________________

(idxalçı ölkənin adı)

ixrac olunur.

Yer, tarix, səlahiyyətli şəxsin imzası, ixracatçı təşkilatı təsdiq edənin adı və möhürü

Yer, tarix, səlahiyyətli şəxsin imzası, möhür

VALYUTA ÇEVİRİCİSİ