15 Dekabr 2018 Şənbə 07:45:46

Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Kollegiyası “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin

2011-ci il 23 may tarixli, 429 nömrəli Fərmanının 2-1-ci hissəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli, 191 nömrəli qərarı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”nın 9.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli, 504 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi haqqında Əsasnamə”nin 4.7-ci və 5.11-ci bəndlərini rəhbər tutaraq, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununa” və “Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Kollegiyasının Əsasnaməsi”nin 1.2-ci bəndinə əsasən

 

QƏRARA ALIR:

1. Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi tərəfindən göstərilən aşağıdakıelektron xidmətlər üzrə inzibati reqlamentlər təsdiq edilsin:

1.1. “Əmtəə birjasının fəaliyyətinə xüsusi razılığın (lisenziyanın) verilməsi üçün müraciətin və sənədlərin qəbulu haqqında inzibati reqlament” (1 nömrəli əlavə);

1.2. “Əlvan metal, tərkibində qiymətli metallar və daşlar olan sənaye və istehsalat tullantılarının tədarükü, emalı və satışı fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi üçün müraciətin və sənədlərin qəbulu haqqında inzibati reqlament” (2 nömrəli əlavə);

1.3. “Kommersiya hüquqi şəxslərə münasibətdə qrant müqavilələrinin qeydiyyata alınması üçün müraciətin və sənədlərin qəbulu haqqında inzibati reqlament” (3 nömrəli əlavə);

1.4. “Malın mənşə ölkəsini təsdiq edən sertifikatın verilməsi üçün müraciətin və sənədlərin qəbulu haqqında inzibati reqlament” (4 nömrəli əlavə);

1.5. “İxrac olunan yeyinti məhsullarının keyfiyyətini və təhlükəsizliyini təsdiq edən keyfiyyət sertifikatının verilməsi üçün müraciətin və sənədlərin qəbulu haqqında inzibati reqlament” (5 nömrəli əlavə).

2. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin kollegiyasının 25.04.12. tarixli 02 nömrəli qərarı ilə təsdiq edilmiş “Malın mənşə ölkəsini təsdiq edən sertifikatın verilməsi Qaydaları”nın 2.11-ci bəndinin 2-ci cümləsində “zəruri olan” sözləri çıxarılsın.

3. Hüquq şöbəsinin müdiri vəzifəsinin müvəqqəti icraçısı Rəşad Mustafayevə tapşırılsın ki, bu Qərarın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün 3 gün müddətində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərilməsini təmin etsin.

 

 

4. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinə tapşırılsın ki, bu qərarın 1-ci bəndi ilə təsdiq  olunmuş texniki normativ-hüquqi aktların Nazirliyin rəsmi internet saytında yerləşdirilməsini təmin etsin.

5. Kollegiyanın məsul katibi, Ümumi şöbənin müdiri Rövşən Ataşova tapşırılsın ki, bu Qərarın surətinin göndərilmə siyahısına uyğun çatdırılmasını təmin etsin.

6. Bu Qərarın icrasına nəzarəti öz üzərimdə saxlayıram.

Əsas: İqtisadi İnkişaf Nazirliyinin kollegiyasının 30.07.12. tarixli iclasının protokolu.

 

Sədr,
iqtisadi inkişaf naziri

 

 Azərbaycan Respublikası İqtisadi İnkişaf
Nazirliyinin kollegiyasının 2012-ci il 30 iyul
tarixli, 04 nömrəli Qərarı ilə təsdiq edilmişdir
1 nömrəli əlavə

 

Əmtəə birjasının fəaliyyətinə xüsusi razılığın (lisenziyanın) verilməsi üçün müraciətin və sənədlərin qəbulu haqqında inzibati reqlament

 

1. Ümumi müddəalar

 

1.1. Elektron xidmətin adı: əmtəə birjasının fəaliyyətinə xüsusi razılığın (lisenziyanın) verilməsi üçün müraciətin və sənədlərin qəbulu.

1.2. Elektron xidmətin məzmunu: bu xidmət İqtisadi İnkişaf Nazirliyi tərəfindən hüquqi şəxslərə əmtəə birjası fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi ilə bağlı elektron xidmət qaydalarını müəyyən edir.

1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası:

1.3.1. “Əmtəə birjası haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsi;

1.3.2. “Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr  tarixli, 782 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydalar”;

1.3.3. “Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli, 782 nömrəli Fərmanı ilə təsdiq edilmiş Əlavə 2 “Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısı və həmin fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğləri”nin 23-cü hissəsi;

1.3.4. “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli, 429 nömrəli Fərmanının 1-ci və 2-ci hissələri;

1.3.5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 7 noyabr tarixli, 174 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fəaliyyət növlərinin xüsusiyyətindən asılı olaraq xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə Şərtlər”in 16-cı hissəsi;

1.3.6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli, 191 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron xidmət növlərinin Siyahısı”nın 24.4-cü bəndi.

1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi.

1.5. Elektron xidmətin digər icraçıları: yoxdur.

1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: tam avtomatlaşdırılmışdır.

1.7. Elektron xidmətin icra müddəti: 15 gün.

1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi: əmtəə birjası fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi.

 

2. Elektron xidmətin göstərilməsinin həyata keçirilməsi

 

2.1. Elektron xidmətin növü: interaktiv.

2.2. Elektron xidmət üzrə ödəniş: ödənişli:

“Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli, 782 nömrəli Fərmanı ilə təsdiq edilmiş Əlavə 2 “Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısı və həmin fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğləri”nin 23-cü hissəsinə əsasən 11000 (on bir min) manat təşkil edir.

Xüsusi razılıq (lisenziya) verilməsinə görə dövlət rüsumunun ödənilməsi üçün hesab:

Bank rekvizitləri: Dövlət Xəzinədarlıq Agentliyi

Bakı şəhər Vergilər Departamenti

VÖEN: 1400305751

SWİKT: CTREAZ22

KOD: 210005

Müxbir hesab: 0132033003944

VÖEN (bank) 14011555071

Hesablaşma hesab: 2117131

 

Köçürülən məbləğ:

Rəqəmlə

 

 

11000 (AZN)

 

Yazı ilə           on bir min manat.

2.3. Elektron xidmətin istifadəçiləri: hüquqi şəxslər.

2.4. Elektron xidmətin təqdim olunma yeri: http://economy.gov.az/e-xidmetler.

2.5. Elektron xidmət barədə məlumatlandırma: http://economy.gov.az/e-xidmetler,

office@economy.gov.az, telefon: 012 493-88-67, faks: 012 492-58-95, sorğu mərkəzi:

195-2.

2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması: elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər aşağıdakılardır və onların skan edilmiş surəti elektron formada təqdim olunur:

2.6.1. lisenziyanın alınması üçün ərizə (reqlamentə əlavə olunur);

2.6.2. ərizəçinin vergi orqanları tərəfindən uçota alınması haqqında müvafiq sənəd;

2.6.3. hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnamə;

2.6.4. ərizədə qeyd olunan obyektlərin hər biri üçün ərizəçinin istifadə hüququnu (mülkiyyət hüququ, icarə, istifadə və s. əsasları) təsdiq edən sənəd;

2.6.5. lisenziya almaq üçün dövlət rüsumunun ödənildiyini təsdiq edən sənədin (lisenziya verilməsindən imtina edilmədikdə təqdim edilir);

2.6.6. birjanın təsisçilərinin ümumi yığıncağında qəbul olunmuş və möhürlə təsdiq edilmiş birja ticarəti qaydaları;

2.6.7. əmtəə birjasının nizamnaməsi.

 

3. Elektron xidmətin göstərilməsi üçün inzibati prosedurlar

 

3.1. Elektron xidmət üçün sorğu:

3.1.1. sorğunun formalaşdırılması: ərizə forması elektron xidmətin təqdim edildiyi

internet ünvanından (http://economy.gov.az/e-xidmetler) yüklənərək doldurulur və istifadəçi tərəfindən bu reqlamentin 2.6-cı bəndində tələb olunan sənədlərin surətləri ilə  birlikdə təqdim edilir;

3.1.2. sorğunun qəbulu: sorğu http://economy.gov.az/e-xidmetler  internet  səhifəsinə daxil olduğu gün qeydiyyata alınır. Sorğunun qəbul edilməsi və sonrakı icrası ilə bağlı istifadəçiyə bildiriş göndərilir.

3.2. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:

3.2.1. birjanın təsis sənədləri və birja ticarət qaydaları “Əmtəə birjası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun gəlmədikdə sorğunun yerinə yetirilməsindən imtina olunur. Xüsusi razılıq (lisenziya) verilməsindən imtina edildikdə, bu barədə ərizəçiyə əsaslandırılmış yazılı məlumat verilir;

3.2.2. imtina üçün əsaslar olmadıqda xüsusi razılıq (lisenziya) verilməsi haqqında qərar qəbul olunur.

3.3. Sorğunun icrası:

3.3.1. sorğu qəbul edildikdən sonra Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat”a uyğun olaraq qeydiyyata alınır və məsul şöbəyə icra edilməsi üçün göndərilir;

3.3.2. məsul şöbədə sorğuya və ona əlavə edilən sənədlərə baxılır, aradan qaldırılması mümkün olan və imtina üçün əsas olmayan çatışmazlıqlar aşkar edildikdə bu barədə ərizəçiyə 5 gündən gec olmayaraq yazılı məlumat verilir. Onlar aradan qaldırıldıqdan və təkrar sorğu ilə müraciət edildikdən sonra onlara 5 gün müddətində baxılır və müvafiq qərar qəbul edilir;

3.3.3. çatışmazlıqlar və ya imtina üçün əsas olmadıqda, xüsusi razılıq (lisenziya) verilməsi haqqında qərar qəbul edilir. Xüsusi razılığın (lisenziyanın) verilməsi haqqında qərar qəbul edildikdən sonra istifadəçi lisenziya verilməsinə görə dövlət rüsumunun ödənildiyini təsdiq edən sənədi təqdim edir. Bundan sonra xüsusi razılıq (lisenziya) blankı rəsmiləşdirilərək istifadəçiyə birbaşa təqdim olunması və ya poçt rabitəsi vasitəsilə göndərilməsi yolu ilə verilir.

3.4. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət:

3.4.1. nəzarət forması: elektron kargüzarlıq;

3.4.2. nəzarət qaydası: Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat”la müəyyən edilmiş qaydada.

3.5. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr:

3.5.1. istifadəçilər xüsusi razılığın (lisenziyanın) verilməsinə dair qəbul edilmiş qərarlardan və vəzifəli şəxslərin hərəkətlərindən inzibati qaydada və (və ya) məhkəməyə şikayət edə bilərlər;

3.5.2. şikayət ərizəsi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır;

3.5.3. şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 78-ci maddəsində müəyyən olunmuş müddətdə baxılır.

 

Hüquqi şəxsin blankında

 

Azərbaycan Respublikasının
İqtisadi İnkişaf Nazirliyinə

 

Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli, 782 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydalar”a uyğun olaraq əmtəə birjasının fəaliyyətinə xüsusi razılıq (lisenziya)lisenziya verilməsi üçün

 

Ə R İ Z Ə

_______________________________________________________________

(istifadəçinin tam adı)

_______________________________________________________________

(rəhbərin vəzifəsi, adı və soyadı)

 

Təşkilati-hüquqi forması : ____________________________________________

Hüquqi ünvanı: ____________________________________________________

Fəaliyyət ünvanı: ___________________________________________________

 

Fəaliyyət növü:

 

Əmtəə birjasının fəaliyyətinə

 

 

 

Hesablaşma hesabının nömrəsi: _________________________________________

Bankın adı: ________________________________________________________

 

Tel:_________________________

 

Faks: ________________________

 

 

Əlavə olunan sənədlər:

1. hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnamənin surəti;

2. ərizəçinin vergi orqanları tərəfindən uçota alınması haqqında müvafiq sənədin surəti;

3. ərizədə qeyd olunan obyektlərin hər biri üçün ərizəçinin istifadə hüququnu (mülkiyyət hüququ, icarə, istifadə və s. əsasları) təsdiq edən sənədin surəti;

4. xüsusi razılıq (lisenziya) almaq üçün dövlət rüsumunun ödənildiyini təsdiq edən sənədin surəti (lisenziya verilməsindən imtina edilmədikdə təqdim edilir);

5. birjanın təsisçilərinin ümumi yığıncağında qəbul olunmuş və möhürlə təsdiq edilmiş birja ticarəti qaydaları.

6. əmtəə birjasının nizamnaməsinin surəti.

 

Təqdim olunan məlumatların həqiqiliyini təsdiq edirik.

 

 

 

_______________________

(istifadəçinin imzası)

 

 

 

___________________________________

(rəhbərin adı, soyadı)

 

 

« ____ » ________________ 20 ____

 

 

Azərbaycan Respublikası İqtisadi İnkişaf
Nazirliyinin kollegiyasının 2012-ci il 30 iyul
tarixli, 04 nömrəli Qərarı ilə təsdiq edilmişdir.
2 nömrəli əlavə

 

Əlvan metal, tərkibində qiymətli metallar və daşlar olan sənaye və istehsalat
tullantılarının tədarükü, emalı və satışı fəaliyyətinə xüsusi razılıq (lisenziya)
verilməsi üçün müraciətin və sənədlərin qəbulu haqqında inzibati reqlament

 

1. Ümumi müddəalar

 

1.1. Elektron xidmətin adı: əlvan metal, tərkibində qiymətli metallar və daşlar olan sənaye və istehsalat tullantılarının tədarükü, emalı və satışı fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi üçün müraciətin və sənədlərin qəbulu.

1.2. Elektron xidmətin məzmunu: bu xidmət İqtisadi İnkişaf Nazirliyi tərəfindən fiziki və hüquqi şəxslərə əlvan metal, tərkibində qiymətli metallar və daşlar olan sənaye və istehsalat tullantılarının tədarükü, emalı və satışı fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi ilə bağlı elektron xidmət qaydalarını müəyyən edir.

1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası:

1.3.1 “Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli, 782 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydalar”;

1.3.2. “Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr

tarixli, 782 nömrəli Fərmanı ilə təsdiq edilmiş Əlavə 2 “Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısı və həmin fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğləri”nin 5-ci hissəsi;

1.3.3. “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli, 429 nömrəli Fərmanının 1-ci və 2-ci hissələri;

1.3.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 7 noyabr tarixli, 174 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fəaliyyət növlərinin xüsusiyyətindən asılı olaraq xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə Şərtlər”in 4-cü hissəsi;

1.3.5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli, 191 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron xidmət növlərinin Siyahısı”nın 24.5-ci bəndi.

1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi.

1.5. Elektron xidmətin digər icraçıları: yoxdur.

1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: tam avtomatlaşdırılmışdır.

1.7. Elektron xidmətin icra müddəti: 15 gün.

1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi: əlvan metal, tərkibində qiymətli metallar və daşlar olan sənaye və istehsalat tullantılarının tədarükü, emalı və satışı fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi.

 

 

 

2. Elektron xidmətin göstərilməsinin həyata keçirilməsi

 

2.1. Elektron xidmətin növü: interaktiv.

2.2. Elektron xidmət üzrə ödəniş: ödənişli:

“Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli, 782 nömrəli Fərmanı ilə təsdiq edilmiş Əlavə 2 “Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısı və həmin fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğləri”nin 5-ci hissəsinə əsasən 2200

(iki min iki yüz) manat təşkil edir.

Xüsusi razılıq (lisenziya) verilməsinə görə dövlət rüsumunun ödənilməsi üçün

hesab:

Bank rekvizitləri: Dövlət Xəzinədarlıq Agentliyi

Bakı şəhər Vergilər Departamenti

VÖEN: 1400305751

SWİKT: CTREAZ22

KOD: 210005

Müxbir hesab: 0132033003944

VÖEN (bank) 14011555071

Hesablaşma hesab: 2117131

Köçürülən məbləğ:

 

Rəqəmlə

Yazı ilə

 

2200 (AZN)

iki min iki yüz manat

 

2.3. Elektron xidmətin istifadəçiləri: hüquqi və fiziki şəxslər.

2.4. Elektron xidmətin təqdim olunma yeri: http://economy.gov.az/e-xidmetler.

2.5. Elektron xidmət barədə məlumatlandırma: http://economy.gov.az/e-xidmetler, http://icazeler.gov.az, e-mail:office@economy.gov.az  , telefon: 012 493-88-67, faks: 012 492-58-95, sorğu mərkəzi: 195-2.

2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması: Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər aşağıdakılardır və onların skan edilmiş surəti elektron formada təqdim olunur:

2.6.1. lisenziyanın alınması üçün ərizə (reqlamentə əlavə olunur);

2.6.2. ərizəçinin vergi orqanları tərəfindən uçota alınması haqqında müvafiq sənəd;

2.6.3. hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnamə;

2.6.4. ərizədə qeyd olunan obyektlərin hər biri üçün ərizəçinin istifadə hüququnu (mülkiyyət hüququ, icarə, istifadə və s. əsasları) təsdiq edən sənəd;

2.6.5. lisenziya almaq üçün dövlət rüsumunun ödənildiyini təsdiq edən sənəd (lisenziya verilməsindən imtina edilmədikdə təqdim edilir);

2.6.6. əlvan metal tullantılarının emalı üçün avadanlıqlardan istifadə hüququnun (mülkiyyət hüququ, icarə, istifadə və s.) və bu avadanlıqlarla işləyənlərin müəyyən edilmiş qaydada attestasiyadan keçmiş mütəxəssislər olduqlarını təsdiq edən sənədlər;

2.6.7. fəaliyyət növü ilə əlaqədar avadanlıq və qurğuların dövlət standartlarının tələblərinə uyğun olması barədə Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin təsdiqedici sənədi.

 

3. Elektron xidmətin göstərilməsi üçün inzibati prosedurlar

 

3.1. Elektron xidmətlər üçün sorğu:

3.1.1. sorğunun formalaşdırılması: ərizə forması elektron xidmətin təqdim edildiyi internet ünvanından (http://economy.gov.az/e-xidmetler) yüklənərək doldurulur və müraciət edən tərəfindən bu reqlamentin 2.6-cı bəndində tələb olunan sənədlərin surətləri ilə birlikdə təqdim edilir;

3.1.2. sorğunun qəbulu: sorğu http://economy.gov.az/e-xidmetler internet səhifəsinə daxil olduğu gün qeydiyyata alınır. Sorğunun qəbul edilməsi və sonrakı icrası ilə bağlı istifadəçiyə bildiriş göndərilir.

3.2. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:

3.2.1. bu reqlamentin 2.6.5-ci və 2.6.6-cı yarımbəndlərində nəzərdə tutulmuş sənədlər qanunvericiliyin tələblərinə uyğun olmadıqda sorğunun yerinə yetirilməsindən imtina olunur. Xüsusi razılıq (lisenziya) verilməsindən imtina edildikdə, bu barədə ərizəçiyə əsaslandırılmış yazılı məlumat verilir;

3.2.2. imtina üçün əsaslar olmadıqda xüsusi razılıq (lisenziya) verilməsi haqqında qərar qəbul olunur.

3.3. Sorğunun icrası:

3.3.1. sorğu qəbul edildikdən sonra Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat”a uyğun olaraq qeydiyyata alınır və məsul şöbəyə icra edilməsi üçün göndərilir;

3.3.2. məsul şöbədə sorğuya və ona əlavə edilən sənədlərə baxılır, aradan qaldırılması mümkün olan və imtina üçün əsas olmayan çatışmazlıqlar aşkar edildikdə, bu barədə ərizəçiyə 5 gündən gec olmayaraq yazılı məlumat verilir. Onlar aradan qaldırıldıqdan və təkrar sorğu ilə müraciət edildikdən sonra onlara 5 gün müddətində baxılır və müvafiq qərar qəbul edilir;

3.3.3. çatışmazlıqlar və ya imtina üçün əsas olmadıqda, xüsusi razılıq (lisenziya) verilməsi haqqında qərar qəbul edilir. Xüsusi razılığın (lisenziyanın) verilməsi haqqında qərar qəbul edildikdən sonra istifadəçi lisenziya verilməsinə görə dövlət rüsumunun ödənildiyini təsdiq edən sənədi təqdim edir. Bundan sonra xüsusi razılıq (lisenziya) blankı rəsmiləşdirilərək istifadəçiyə birbaşa təqdim olunması və ya poçt rabitəsi vasitəsilə göndərilməsi yolu ilə verilir.

3.4. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət:

3.4.1. nəzarət forması: elektron kargüzarlıq;

3.4.2. nəzarət qaydası: Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat”la müəyyən edilmiş qaydada.

3.5. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr:

3.5.1. istifadəçilər xüsusi razılığın (lisenziyanın) verilməsinə dair qəbul edilmiş qərarlardan və vəzifəli şəxslərin hərəkətlərindən inzibati qaydada və (və ya) məhkəməyə şikayət edə bilərlər;

3.5.2. şikayət ərizəsi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır;

 3.5.3. şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 78-ci maddəsində müəyyən olunmuş müddətdə baxılır.

 

 

Fiziki şəxslər üçün

 

Azərbaycan Respublikasının
İqtisadi İnkişaf Nazirliyinə

 

Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli, 782 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydalar”a uyğun olaraq əlvan metal, tərkibində qiymətli metallar və daşlar olan sənaye və istehsalat tullantılarının tədarükü, emalı və satışı fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi üçün

 

Ə R İ Z Ə

________________________________________________________________

(istifadəçinin edənin adı, atasının adı, soyadı)

________________________________________________________________

 

Fəaliyyət növü: Əlvan metal, tərkibində qiymətli metallar və daşlar olan sənaye və

istehsalat tullantılarının tədarükü, emalı və satışı

 

 

Şəxsiyyət vəsiqəsinə dair məlumatlar

Seriya və nömrə: “___________”______________________________________

Nə vaxt və kim tərəfindən verilib: _________________________________

Ünvan: __________________________________________________________

 

Tel:________________________

 

Faks: ________________________

 

 

Əlavə olunan sənədlər:

1. ərizəçinin vergi orqanları tərəfindən uçota alınması haqqında müvafiq sənədin surəti;

2. ərizədə qeyd olunan obyektlərin hər biri üçün ərizəçinin istifadə hüququnu (mülkiyyət hüququ, icarə, istifadə və s. əsasları) təsdiq edən sənədin surəti;

3. xüsusi razılıq (lisenziya) almaq üçün dövlət rüsumunun ödənildiyini təsdiq edən sənəd (Xüsusi razılıq (lisenziya) verilməsindən imtina edilmədikdə təqdim edilir);

4. əlvan metal tullantılarının emalı üçün avadanlıqlardan istifadə hüququnun mülkiyyət hüququ, icarə, istifadə və s.) və bu avadanlıqlarla işləyənlərin müəyyən edilmiş qaydada attestasiyadan keçmiş mütəxəssislər olduqlarını təsdiq edən sənədlərin surəti;

5. fəaliyyət növü ilə əlaqədar avadanlıq və qurğuların dövlət standartlarının  tələblərinə  uyğun  olması barədə  Azərbaycan  Respublikasının Standartlaşdırma,  Metrologiya və Patent üzrə Dövlət Komitəsinin təsdiqedici sənədi.

 

Təqdim olunan məlumatların həqiqiliyini təsdiq edirik

 

__________________ (istifadəçinin imzası)

 

« ____ » _____________ 20 ___

 

 

Hüquqi şəxsin blankında

 

Azərbaycan Respublikasının
İqtisadi İnkişaf Nazirliyinə

 

Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli, 782 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydalar”a uyğun olaraq əlvan metal, tərkibində qiymətli metallar və daşlar olan sənaye və istehsalat tullantılarının tədarükü, emalı və satışı fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi üçün

 

Ə R İ Z Ə

________________________________________________________________

(istifadəçinin tam adı)

________________________________________________________________

(rəhbərin vəzifəsi, adı və soyadı)

 

Təşkilati-hüquqi forması : _____________________________________________

Hüquqi ünvanı: __________________________________________________

Fəaliyyət ünvanı: __________________________________________________

 

 

Fəaliyyət növü: Əlvan metal, tərkibində qiymətli metallar və daşlar olan sənaye və istehsalat tullantılarının tədarükü, emalı və satışı

 

 

Hesablaşma hesabının nömrəsi: _______________________________________

Bankın adı: _______________________________________________________

 

Tel: ___________________________________________

 

Faks: ___________________________________________

 

 

Əlavə olunan sənədlər:

1. hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin surəti;

2. ərizəçinin vergi orqanları tərəfindən uçota alınması haqqında müvafiq sənədin surəti;

3. ərizədə qeyd olunan obyektlərin hər biri üçün ərizəçinin istifadə hüququnu (mülkiyyət hüququ, icarə, istifadə və s. əsasları) təsdiq edən sənədin surəti;

4. xüsusi razılıq (lisenziya) almaq üçün dövlət rüsumunun ödənildiyini təsdiq edən sənəd (xüsusi razılıq (lisenziya) verilməsindən imtina edilmədikdə təqdim edilir);

5. əlvan metal tullantılarının emalı üçün avadanlıqlardan istifadə hüququnun (mülkiyyət hüququ, icarə, istifadə və s.) və bu avadanlıqlarla işləyənlərin müəyyən edilmiş  qaydada attestasiyadan keçmiş mütəxəssislər olduqlarını təsdiq edən sənədlərin surəti;

6. fəaliyyət növü ilə əlaqədar avadanlıq və qurğuların dövlət standartlarının  tələblərinə  uyğun  olması barədə  Azərbaycan  Respublikasının Standartlaşdırma,  Metrologiya və Patent üzrə Dövlət Komitəsinin təsdiqedici sənədi.

 

 

Təqdim olunan məlumatların həqiqiliyini təsdiq edirik.

 

_______________________

(istifadəçinin imzası)

 

 

___________________________________

(rəhbərin adı, soyadı)

 

 

« ____ » ____________ 20 __

 

 

Azərbaycan Respublikası İqtisadi İnkişaf

Nazirliyinin kollegiyasının 2012-ci il 30 iyul

tarixli, 04 nömrəli Qərarı ilə təsdiq edilmişdir

3 nömrəli əlavə

 

 

 

Kommersiya hüquqi şəxslərə münasibətdə qrant müqavilələrinin qeydiyyata

alınması üçün müraciətin və sənədlərin qəbulu haqqında inzibati reqlament

 

1. Ümumi müddəalar

 

1.1. Elektron xidmətin adı: kommersiya hüquqi şəxslərə münasibətdə qrant müqavilələrinin qeydiyyata alınması üçün müraciətin və sənədlərin qəbulu.

1.2. Elektron xidmətin məzmunu: bu xidmət kommersiya hüquqi şəxslərinə münasibətdə qrant alınmasına (verilməsinə) dair müqavilələrin (qərarların) qeydiyyata alınması ilə bağlı elektron xidmət qaydalarını müəyyən edir.

1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası:

1.3.1. “Qrant haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin 4-cü hissəsi;

1.3.2. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 12 fevral tarixli, 27 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Qrant alınmasına (verilməsinə) dair müqavilələrin (qərarların) qeydiyyata alınması Qaydaları”nın 1.3-cü bəndi; 1.3.3. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” 2003-cü il 2 yanvar tarixli, 834 nömrəli Fərmanının 3-cü hissəsi;

1.3.4. “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 2011-ci il 23 may tarixli, 429 nömrəli Fərmanının 1-ci və 2-ci hissələri;

1.3.5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli, 191 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron xidmət növlərinin Siyahısı”nın 24.3-cü bəndi.

1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi.

1.5. Elektron xidmətin digər icraçıları: yoxdur.

1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: tam avtomatlaşdırılmışdır.

1.7. Elektron xidmətin icra müddəti: 1 həftə.

1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi: kommersiya hüquqi şəxslərə münasibətdə qrant alınmasına (verilməsinə) dair müqavilələrin (qərarların) qeydiyyata alınması və bu barədə istifadəçiyə bildiriş verilməsi.

 

2. Elektron xidmətin göstərilməsinin həyata keçirilməsi

 

2.1. Elektron xidmətin növü: interaktiv.

2.2. Elektron xidmət üzrə ödəniş: ödənişsiz.

2.3. Elektron xidmətin istifadəçiləri: kommersiya hüquqi şəxslər.

 

2.4. Elektron xidmətin təqdim olunma yeri: http://economy.gov.az/e-xidmetler.

2.5. Elektron xidmət barədə məlumatlandırma: http://economy.gov.az/e-xidmetler, http://icazeler.gov.az , e-mail: office@economy.gov.az, telefon: 012 493-88-67, faks: 012 492-58-95, sorğu mərkəzi: 195-2.

2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması: elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər aşağıdakılardır və onların skan edilmiş surəti elektron formada təqdim olunur:

2.6.1. qrant alınmasına (verilməsinə) dair müqavilələrin (qərarların) qeydiyyata alınması üçün ərizə (reqlamentə əlavə olunur);

2.6.2. notarial qaydada təsdiq olunmuş qrant alınmasına (verilməsinə) dair müqavilə (qərar);

2.6.3. notarial qaydada təsdiq olunmuş xarici dildə tərtib edilmiş qrant alınmasına (verilməsinə) dair müqavilənin (qərarın) Azərbaycan dilinə tərcümə olunmuş nüsxəsi.

 

3. Elektron xidmətin göstərilməsi üçün inzibati prosedurlar

 

3.1. Elektron xidmət üçün sorğu:

3.1.1. sorğunun formalaşdırılması: ərizə forması elektron xidmətin təqdim edildiyi internet ünvanından (http://economy.gov.az/e-xidmetler) yüklənərək doldurulur və istifadəçi tərəfindən bu reqlamentin 2.6-cı bəndində tələb olunan sənədlərin surətləri ilə birlikdə təqdim edilir;

3.1.2. sorğunun qəbulu: sorğu http://economy.gov.az/e-xidmetler internet səhifəsinə daxil olduğu gün qeydiyyata alınır. Sorğunun qəbul edilməsi və sonrakı icrası ilə bağlı istifadəçiyə bildiriş göndərilir.

3.2. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:

3.2.1. qrant alınmasına (verilməsinə) dair müqavilələr (qərarlar) “Qrant haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olmadıqda sorğunun yerinə yetirilməsindən imtina olunur. Qrant alınmasına (verilməsinə) dair müqavilələrin (qərarların) qeydiyyata alınmasından imtina edildikdə, bu barədə istifadəçiyə əsaslandırılmış yazılı məlumat verilir;

3.2.2. imtina üçün əsaslar olmadıqda qrant alınmasına (verilməsinə) dair müqavilələrin (qərarların) qeydiyyata alınması haqqında qərar qəbul olunur və bu barədə istifadəçiyə bildiriş verilir.

3.3. Sorğunun icrası:

3.3.1. sorğu qəbul edildikdən sonra Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat”a uyğun olaraq qeydiyyata alınır və məsul şöbəyə icra edilməsi üçün göndərilir;

3.3.2. məsul şöbədə sorğuya və ona əlavə edilən sənədlərə baxılır, donor və (və ya) resipiyentin qeyri kommersiya hüquqi şəxs olması müəyyən edildikdə, sorğu və ona əlavə edilmiş sənədlər daxil olduğu tarixdən 5 gündən gec olmayaraq, qeyri-kommersiya hüquqi şəxslərə münasibətdə Ədliyyə Nazirliyinə, dini təşkilatlara və qurumlara münasibətdə isə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə göndərilir və bu barədə müraciət edənə məlumat verilir. Təqdim olunmuє sənədlərdə aradan qaldırılması ümkün olan və imtina üçün əsas olmayan çatışmazlıqlar aşkar edildikdə, bu barədə  istifadəçiyə sənədlərin daxil olduğu tarixdən 5 gündən gec olmayaraq yazılı məlumat verilir. Onlar aradan qaldırıldıqdan və sənədlər təkrar təqdim edildikdən sonra, onlara bir həftə ərzində baxılır və müvafiq qərar qəbul edilir;

3.3.3. çatışmazlıqlar və ya imtina üçün əsas olmadıqda, bir həftə ərzində qrant alınmasına (verilməsinə) dair müqavilənin (qərarın) qeydiyyata alınması haqqında qərar qəbul edilir və bu barədə bildiriş istifadəçiyə birbaşa təqdim olunması və ya poçt rabitəsi vasitəsilə göndərilməsi yolu ilə verilir. Qrantın alınmasına (verilməsinə) dair müqavilənin (qərarın) qeydiyyata alınmasına dair bildiriş verilərkən istifadəçi qrant alınmasına (verilməsinə) dair müqavilənin (qərarın) notarial qaydada təsdiq olunmuş surətini, xarici dildə tərtib olunmuş qrant alınmasına (verilməsinə) dair müqavilənin (qərarın) Azərbaycan dilinə tərcümə edilmiş nüsxəsinin notarial qaydada təsdiq olunmuş surətini bilavasitə xidmət göstərən orqana təqdim edir.

3.4. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət:

3.4.1. nəzarət forması: elektron kargüzarlıq;

3.4.2. nəzarət qaydası: Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat”la müəyyən edilmiş qaydada.

3.5. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr:

3.5.1. istifadəçilər qrant alınmasına (verilməsinə) dair müqavilənin (qərarın) qeydiyyata alınmasına dair qəbul edilmiş qərarlardan və vəzifəli şəxslərin hərəkətlərindən inzibati qaydada və (və ya) məhkəməyə şikayət edə bilərlər;

3.5.2. şikayət ərizəsi “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 74-cü maddəsinə uyğun olmalıdır;

3.5.3. şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 78-ci maddəsində müəyyən olunmuş müddətdə baxılır.

 

Azərbaycan Respublikasının

İqtisadi İnkişaf Nazirliyinə

 

Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 12 fevral tarixli, 27 nömrəli Fərmanı ilə

təsdiq olunmuş “Qrant alınmasına (verilməsinə) dair müqavilələrin (qərarların) qeydiyyata

alınması Qaydaları”na uyğun olaraq Qrant alınmasına (verilməsinə) dair müqavilələrin

(qərarların) qeydiyyata alınması üçün

 

Ərizə

_____________________________________________________________

(istifadəçinin tam adı)

______________________________________________________________

(rəhbərin vəzifəsi, adı və soyadı)

 

Təşkilati-hüquqi forması : __________________________________________

Hüquqi ünvanı: ________________________________________________

Fəaliyyət ünvanı: ________________________________________________

“Qrant haqqında” Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinin 4-cü

hissəsi  əsasən  __________________________________  müqavilənin  qeydiyyata alınmasını xahiş edirik.

 

Müqavilə üzrə aşağıdakı məlumatları diqqətinizə təqdim edirik :

§ donorun adı ______________________________________________;

§ resipiyentin adı ______________________________________________;

§ qrantın məqsədi ______________________________________________;

§ qrantın məbləği _______________________________________________;

§ müqavilənin (qərarın) qeydiyyat tarixi _____________________________.

Tel: ______________________

 

Əlavə olunan sənədlər:

1. qrant alınmasına (verilməsinə) dair müqavilənin (qərarın) notarial qaydada təsdiq olunmuş surəti;

2. xarici dildə tərtib edilmiş qrant alınmasına (verilməsinə) dair müqavilənin (qərarın) Azərbaycan dilinə tərcümə edilmiş nüsxəsinin notarial qaydada təsdiq olunmuş surəti.

 

 

Təqdim olunan məlumatların həqiqiliyini təsdiq edirik.

 

________________________

(müraciət edənin imzası)

 

____________________________________

(rəhbərin adı, soyadı)

 

 

« ____ » _______________ 20 ___

 

 

Azərbaycan Respublikası İqtisadi İnkişaf

Nazirliyinin kollegiyasının 2012-ci il 30 iyul

tarixli, 04 nömrəli Qərarı ilə təsdiq edilmişdir

4 nömrəli əlavə

 

Malın mənşə ölkəsini təsdiq edən sertifikatın verilməsi üçün müraciətin və sənədlərin qəbulu haqqında inzibati reqlament

 

1. Ümumi müddəalar

 

1.1. Elektron xidmətin adı: malın mənşə ölkəsini təsdiq edən sertifikatın verilməsi üçün müraciətin və sənədlərin qəbulu.

1.2. Elektron xidmətinin məzmunu: Azərbaycan Respublikasından ixrac olunan malların mənşə ölkəsinin müəyyən edilməsi üzrə ekspertizanın keçirilməsi və onun nəticələrini təsdiq edən sertifikatın verilməsi ilə bağlı elektron xidmət qaydalarını müəyyən edir.

1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası:

1.3.1. “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununun 30-cu maddəsinin 5-ci hissəsi;

1.3.2. “Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli fərmanından irəli gələn məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 5 mart tarixli, 717 nömrəli Fərmanının 3-cü hissəsi;

1.3.3. Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 25 dekabr tarixli, 203 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti haqqında Əsasnamə”nin 9.33-cü bəndi;

1.3.4. “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası  Prezidentinin 2011-ci il 23 may tarixli, 429 nömrəli Fərmanının 1-ci və 2-ci hissələri;

1.3.5. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2007-ci il 29 noyabr tarixli, 190 nömrəli Qərarı ilə təsdiq edilmiş “Malın mənşə ölkəsinin təyin edilməsi Qaydası”;

1.3.6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli, 191 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron xidmət növlərinin Siyahısı”nın 24.1-ci bəndi;

1.3.7. İqtisadi İnkişaf Nazirliyinin kollegiyasının 2012-ci il 25 aprel tarixli, 2 nömrəli Qərarı ilə təsdiq edilmiş və Ədliyyə Nazirliyi tərəfindən 2012-ci il 8 may tarixində 15201204250002 qeydiyyat nömrəsi ilə Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilmiş “Malın mənşə ölkəsini təsdiq edən sertifikatın verilməsi

Qaydaları”.

1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti (bundan sonra – Dövlət Xidməti).

1.5. Elektron xidmətin digər icraçıları: “İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC.

1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: tam avtomatlaşdırılmışdır.

1.7. Elektron xidmətin icra müddəti: 3 gün.

1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi: Azərbaycan Respublikasından ixrac olunan malların mənşə ölkəsini təsdiq edən sertifikatın verilməsi.

 

2. Elektron xidmətin göstərilməsinin həyata keçirilməsi

 

2.1. Elektron xidmətin növü: interaktiv.

2.2. Elektron xidmət üzrə ödəniş: ödənişli:

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 30-1-ci maddəsinə əsasən malın mənşə ölkəsini təsdiq edən sertifikatın verilməsinə görə 20 manat məbləğində dövlət rüsumu müəyyən edilmişdir. Malın mənşə ölkəsinin müəyyən edilməsi üzrə ekspertiza xidmətləri istifadəçi ilə “İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC arasında bağlanan müqavilələr əsasında ödənişli yolla həyata keçirilir. Bu xidmətlərin tarifləri Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2011-ci il 24 noyabr tarixli, 09 nömrəli Qərarı ilə müəyyən edilmişdir (həmin tariflər təyin edilən göstəricilərin növü, malın çeşidi, çəkisi və digər amillərdən asılı olaraq dəyişir).

Malın mənşə ölkəsini təsdiq edən sertifikatın verilməsinə görə dövlət rüsumunun ödənilməsi üçün hesab:

Bank rekvizitləri: Dövlət Xəzinədarlıq Agentliyi

Bakı şəhər Vergilər Departamenti

VÖEN: 1400305751

SWİFT: CTREAZ22

KOD: 210005

Müxbir hesab: 0132033003944

VÖEN (bank) 1401555071

Hesablaşma hesab: 2117131

Təsnifat kodu: 142219

Köçürülən dövlət rüsumunun məbləği:

 

Rəqəmlə

Yazı ilə

 

20 (AZN)

iyirmi manat.

 

 

Ekspertiza xidmətlərinin göstərilməsinə görə ödəmələr üçün hesab:

Bank rekvizitləri: “İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC

VÖEN: 1700752861

Azərbaycan Beynəlxalq Bankı Nəsimi filialı

KOD: 805614

VÖEN: 9900001881

Müxbir hesabı: 0137010002944

Swift BIK: İBAZAZ2X

Hesab: 33803019449384408207

 

Bank rekvizitləri: Dövlət Xəzinədarlıq Agentliyi (ƏDV üçün)

VÖEN: 1401555071

KOD: 210027

Müxbir hesab: 0132030004944

SWİFT: CTREAZ24

Hesablaşma hesab: 14001

Təsnifat kodu: 114110

2.3. Elektron xidmətin istifadəçiləri: fiziki və hüquqi şəxslər, dövlət orqanları.

2.4. Elektron xidmətin təqdim olunma yeri: http://economy.gov.az/e-xidmetler.

2.5. Elektron xidmət barədə məlumatlandırma: http://economy.gov.az/e-xidmetler , office@economy.gov.az  , telefon: 012 493-88-67, faks: 012 492-58-95, sorğu mərkəzi:

195-2, http://www.consumer.gov.az/, office@consumer.gov.az, telefon: 012 498-15-01, faks: 012 497-24-08.

2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması: elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər aşağıdakılardır və onların skan edilmiş surəti elektron formada təqdim olunur:

2.6.1. mənşə sertifikatının alınması üçün ərizə (reqlamentə əlavə olunur);

2.6.2. istifadəçi hüquqi şəxs olduqda dövlət qeydiyyatı haqqında şəhadətnamənin və hüquqi şəxslərin dövlət reyestrindən çıxarış;

2.6.3. istifadəçi hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olduqda fiziki şəxsin vergi uçotu haqqında şəhadətnamə;

2.6.4. istifadəçi ilə alıcı arasında bağlanmış müqavilə (olduğu halda);

2.6.5. qaimə-faktura (invoys);

2.6.6. ixrac olunan məhsulun ilkin xammalının, yarımfabrikatın yaxud məhsulların

hazırlanmasında iştirak edən digər materialların alınmasını təsdiq edən müqavilə və ya

başqa təsdiqedici sənədlər;

2.6.7. ixrac olunan məhsulun ilkin xammalı, yarımfabrikatı, yaxud məhsulların hazırlanmasında iştirak edən digər materialları xarici ölkə mənşəli olduğu təqdirdə, emal nəticəsində malın xarici iqtisadi fəaliyyətin əmtəə nomenklaturası (XİF ƏN) üzrə mövqeyində ilk dörd rəqəmdən ən azı birinin səviyyəsində dəyişmənin olması və ya advalor pay qaydası tətbiq olunduğu hallarda istifadə olunmuş materialların dəyərinin göndərilən malın qiymətinin faizlə müəyyən edilmiş həddə çatması ilə əlaqədar sənəd (kalkulyasiya);

2.6.8. dövlət rüsumunun ödənilməsi haqqında sənəd (sertifikat verilməsindən imtina edilmədikdə təqdim edilir).

 

3. Elektron xidmətin göstərilməsi üçün inzibati prosedurlar

 

3.1. Elektron xidmət üçün sorğu:

3.1.1. sorğunun formalaşdırılması: ərizə forması elektron xidmətin təqdim edildiyi internet ünvanından (http://economy.gov.az/e-xidmetler) yüklənərək doldurulur və istifadəçi tərəfindən bu reqlamentin 2.6-cı bəndində tələb olunan sənədlərin surətləri ilə  birlikdə təqdim edilir;

3.1.2. sorğunun qəbulu: sorğu http://economy.gov.az/e-xidmetler   internet  səhifəsinə daxil olduğu gün Dövlət Xidməti tərəfindən qeydiyyata alınır. Sorğunun qəbul edilməsi və sonrakı icrası ilə bağlı istifadəçiyə bildiriş göndərilir.

3.2. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:

3.2.1. bu reqlamentin 2.6-cı bəndində göstərilən sənədlərdə qeyri-dürüst və ya təhrif olunmuş məlumatlar olduqda sorğunun yerinə yetirilməsindən imtina olunur.

Mənşə sertifikatının verilməsindən imtina edildikdə bu barədə istifadəçiyə əsaslandırılmış yazılı məlumat verilir;

3.2.2. imtina üçün əsaslar olmadıqda mənşə sertifikatının verilməsi barədə qərar qəbul edilir.

3.3. Sorğunun icrası:

3.3.1. sorğu qəbul edildikdən sonra Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat”a uyğun olaraq qeydiyyata alınır və icra edilməsi üçün Dövlət Xidmətinə göndərilir. Dövlət Xidmətində sorğuya və ona əlavə olunmuş sənədlərə baxılır, onlarda çatışmazlıqlar aşkar edilmədikdə malın mənşə ölkəsinin müəyyən edilməsi üzrə ekspertizanın keçirilməsi üçün 1 gündən gec olmayaraq “İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC-yə təqdim olunur.

Sənədlər təqdim olunduğu tarixdən 2 gündən gec olmayaraq sorğuya əlavə olunmuş sənədlər və istifadəçi ilə bağlanan müqavilə əsasında “İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC-nin eksperti tərəfindən malın mənşə ölkəsinin müəyyən edilməsi qaydasına uyğun olaraq malın mənşə ölkəsi müəyyən edilir. Ekspertizanın keçirilməsi zamanı, həmçinin ixrac edilən mal partiyasının mövcudluğu, malın texnoloji prosesinin mərhələlər üzrə istehsal olunub-olunmadığı, istehsal üçün avadanlıqların və şəraitin olub-olmadığı araşdırılır. Ekspertiza nəticəsində tərtib olunan aktın bir nüsxəsi “İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC-də qalır, bir nüsxəsi istifadəçiyə verilir, digər nüsxəsi isə Dövlət Xidmətinə təqdim olunur. Ekspertizaların nəticələrinə əsasən Dövlət Xidməti tərəfindən istifadəçinin sorğusuna dair müvafiq qərar qəbul edilir;

3.3.2. Sorğuda və ona əlavə edilən sənədlərdə aradan qaldırılması mümkün olan və imtina üçün əsas olmayan çatışmazlıqlar aşkar edildikdə bu barədə ərizəçiyə 1 gündən gec olmayaraq yazılı məlumat verilir. Onlar aradan qaldırıldıqdan və təkrar sorğu ilə müraciət edildikdən sonra onlara 3 gün müddətində baxılır və müvafiq qərar qəbul edilir;

3.3.3. imtina üçün əsas olmadıqda, malın mənşə ölkəsini təsdiq edən sertifikatın verilməsi haqqında qərar qəbul edilir. Malın mənşə ölkəsini təsdiq edən sertifikatın verilməsi haqqında qərar qəbul edildikdən sonra istifadəçi dövlət rüsumunun ödənildiyini təsdiq edən sənədi təqdim edir. Bundan sonra sertifikat blankı rəsmiləşdirilərək istifadəçiyə birbaşa təqdim olunması və ya poçt rabitəsi vasitəsilə göndərilməsi yolu ilə verilir.

3.4. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət:

3.4.1. nəzarət forması: elektron kargüzarlıq;

3.4.2. nəzarət qaydası: Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat”la müəyyən edilmiş qaydada.

3.5. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr:

3.5.1. istifadəçilər malın mənşə ölkəsini təsdiq edən sertifikatın verilməsi barədə qəbul edilmiş qərarlardan və vəzifəli şəxslərin hərəkətlərindən inzibati qaydada və (və ya) məhkəməyə şikayət edə bilərlər;

3.5.2. şikayət ərizəsi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır;

 

3.5.3. şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 78-ci maddəsində müəyyən olunmuş müddətdə baxılır.

 

 Fiziki şəxslər üçün

 

Azərbaycan Respublikası

İqtisadi İnkişaf Nazirliyi

yanında Antiinhisar Siyasəti və

İstehlakçıların Hüquqlarının

Müdafiəsi Dövlət Xidmətinə

 

______________________________tarixdə _____________________________

 

(gün, ay, il)

 

(verdiyi orqanın adı)

 

____________________________________________________________verilmiş

______________________________________ nömrəli şəxsiyyət vəsiqəsinə malik

(seriya və nömrə)

fiziki şəxs __________________________________________________tərəfindən

(S.A.A.)

 

ƏRİZƏ

 

Xahiş edirəm______________________________________________________

(ölkə, şəhər, küçə)

__________________________________________________ ünvanında yerləşən

______________________________________________________________

(mal alanın adı)

ixrac edəcəyim ___________________________ miqdarda _________________

(kq, l, ton)                          (malın adı)

______________________________________________________________

üçün mənşə sertifikatını təsdiq edəsiniz.

Mallar ________________________________________________ istehsal olunub.

(istehsalçı ölkənin adı)

Bununla bəyan edirəm ki, yuxarıda qeyd olunanlar doğrudur, malların mənşəyi

həqiqətən də__________________________________ aiddir və malın mənşəyi

(istehsalçı ölkənin adı)

haqqında tələblərə uyğundur.

Mallar ____________________________________________________daşınacaqdır.

(nəqliyyat vasitəsinin növü)

 

 

________________________

(imza)

 

 

________________________

(tarix)

 

 

(Hüquqi şəxsin blankında)

 

Azərbaycan Respublikası

İqtisadi İnkişaf Nazirliyi

yanında Antiinhisar Siyasəti və

İstehlakçıların Hüquqlarının

Müdafiəsi Dövlət Xidmətinə

 

ƏRİZƏ

 

_______________________________________________________ xahiş edir ki,

(mal göndərənin adı)

_________________________________________ müqaviləyə (kontrakta) əsasən

______________________________________________________________

(mal alanın adı)

ixrac ediləcək ______________________________________________________

(malın miqdarı və adı)

_______________________________________________________________

________________________________________________________________

üçün mənşə sertifikatını təsdiq edəsiniz.

Mallar _______________________________________________ istehsal olunub.

(istehsalçı ölkənin adı)

Bununla bəyan edirik ki, yuxarıda qeyd olunanlar doğrudur, malların mənşəyi həqiqətən

də______________________________________________ aiddir və malın mənşəyi

(istehsalçı ölkənin adı)

haqqında tələblərə uyğundur.

Mallar__________________________________________________daşınacaqdir.

(nəqliyyat vasitəsinin növü)

Rəhbərin (vəzifəli şəxsin):

S.A.A.: __________________________________________________________

Vəzifəsi: ________________________________________________________

Tarix: ___________________________________________________________

İmza: ___________________________________________________________

M.Y.

 

Azərbaycan Respublikası İqtisadi İnkişaf

Nazirliyinin kollegiyasının 2012-ci il 30 iyul

tarixli, 04 nömrəli Qərarı ilə təsdiq edilmişdir

5 nömrəli əlavə

 

İxrac olunan yeyinti məhsullarının keyfiyyətini və təhlükəsizliyini təsdiq edən keyfiyyət sertifikatının verilməsi üçün müraciətin və sənədlərin qəbulu haqqında inzibati reqlament

 

1. Ümumi müddəalar

 

1.1. Elektron xidmətin adı: ixrac olunan yeyinti məhsullarının keyfiyyətini və təhlükəsizliyini təsdiq edən keyfiyyət sertifikatının verilməsi üçün müraciətin və sənədlərin qəbulu.

1.2. Elektron xidmətin məzmunu: Azərbaycan Respublikasından Avropa İttifaqı ölkələrinə ixrac olunan yeyinti məhsullarının keyfiyyətini və təhlükəsizliyini təsdiq edən sertifikatının verilməsi ilə bağlı elektron xidmət qaydalarını müəyyən edir.

1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası:

1.3.1. “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikasının Qanununun 6-cı

maddəsi;

1.3.2. “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli, 969 nömrəli Fərmanının 1-ci hissəsi;

1.3.3. Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 25 dekabr tarixli, 203 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti haqqında Əsasnamə”nin 9.34-cü bəndi;

1.3.4. “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli, 429 nömrəli Fərmanının 1-ci və 2-ci hissələri;

1.3.5 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 13 iyul tarixli, 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Avropa İttifaqı ölkələrinə yeyinti məhsullarının ixracı zamanı keyfiyyət sertifikatlarının verilməsi Qaydası”;

1.3.6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli, 191 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron xidmət növlərinin Siyahısı”nın 24.2-ci bəndi.

1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti (bundan sonra – Dövlət Xidməti).

1.5. Elektron xidmətin digər icraçıları: “İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC.

1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: tam avtomatlaşdırılmışdır.

1.7. Elektron xidmətin icra müddəti: 3 gün.

1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi: Azərbaycan Respublikasından Avropa İttifaqı ölkələrinə ixrac olunan yeyinti məhsullarına keyfiyyət sertifikatının verilməsi.

 

2. Elektron xidmətin göstərilməsinin həyata keçirilməsi

 

2.1. Elektron xidmətin növü: interaktiv.

2.2. Elektron xidmət üzrə ödəniş: ödənişli:

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 30.1.4-cü maddəsinə əsasən keyfiyyət sertifikatının verilməsinə görə 20 manat məbləğində dövlət rüsumu müəyyən edilmişdir. Keyfiyyət sertifikatı veriləcək məhsulun ekspertizası istifadəçi ilə “İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC arasında bağlanan müqavilə əsasında ödənişli yolla həyata keçirilir. Bu xidmətlərin tarifləri Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2011-ci il 24 noyabr tarixli, 09 nömrəli Qərarı ilə müəyyən edilmişdir (həmin tariflər təyin edilən göstəricilərin növü, malın çeşidi, çəkisi və digər amillərdən asılı olaraq dəyişir).

Keyfiyyət sertifikatının verilməsinə görə dövlət rüsumunun ödənilməsi üçün hesab:

Bank rekvizitləri: Dövlət Xəzinədarlıq Agentliyi (ƏDV)

Bakı şəhər Vergilər Departamenti

VÖEN: 1400305751

SWİKT: CTREAZ22

KOD: 210005

Müxbir hesab: 0132033003944

VÖEN (bank) 14011555071

Hesablaşma hesab: 2117131

Təsnifat kodu: 142219

Köçürülən dövlət rüsumunun məbləği:

Rəqəmlə         20 (AZN)

 

Yazı ilə

 

iyirmi manat.

 

 

Ekspertiza xidmətlərinin göstərilməsinə görə ödəmələr üçün hesab:

Bank rekvizitləri: “İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC.

VÖEN: 1700752861

Azərbaycan Beynəlxalq Bankı Nəsimi filialı

Kod: 805614

VÖEN: 9900001881

Müxbir hesabı: 0137010002944

Swift BIK: İBAZAZ2X

Hesab: 33803019449384408207

 

Bank rekvizitləri: Dövlət Xəzinədarlıq Agentliyi (ƏDV)

VÖEN: 1401555071

KOD: 210027

Müxbir hesabı: 0132030004944

SWİKT: CTREAZ24

Hesablaşma hesab: 14001

Təsnifat kodu: 114110

2.3. Elektron xidmətin istifadəçiləri: fiziki və hüquqi şəxslər, dövlət orqanları.

2.4. Elektron xidmətin təqdim olunma yeri: http://economy.gov.az/e-xidmetler.

2.5. Elektron xidmət barədə məlumatlandırma: http://economy.gov.az/e-xidmetler, office@economy.gov.az, telefon: 012 493-88-67, faks: 012 492-58-95, sorğu mərkəzi: 195-2, http://www.consumer.gov.az/, office@consumer.gov.az, telefon: 012 498-15-01, faks: 012 497-24-08.

2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması: elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər aşağıdakılardır və onların skan edilmiş surəti elektron formada təqdim olunur:

2.6.1. keyfiyyət sertifikatının alınması üçün ərizə (reqlamentə əlavə olunur);

2.6.2. mənşə sənədi;

2.6.3. uyğunluq sertifikatı;

2.6.4. gigiyenik sertifikatı;

2.6.5. alqı-satqı müqaviləsi (kontraktı) ;

2.6.6. ixrac olunan məhsulun növündən asılı olaraq mövcud qanunvericiliyə uyğun fitosanitar sertifikatı, baytarlıq şəhadətnaməsi, ovlanmış heyvanlara müvafiq orqanın icazəsi və ovun qadağan olunmamış müddətdə ovlanması və müəssisəyə daxil olduğu haqda sənəd, Avropa Komissiyasının müvafiq direktivləri və şura reqlamentləri ilə müəyyən edilmiş digər sənədlər;

2.6.7. ixrac ediləcək məhsula dair hesab-faktura (invoys);

2.6.8. dövlət rüsumunun ödənilməsi haqqında sənəd.

 

3. Elektron xidmətin göstərilməsi üçün inzibati prosedurlar

 

3.1. Elektron xidmət üçün sorğu:

3.1.1. sorğunun formalaşdırılması: ərizə forması elektron xidmətin təqdim edildiyi internet ünvanından (http://economy.gov.az/e-xidmetler) yüklənərək doldurulur və istifadəçi tərəfindən bu reqlamentin 2.6-cı bəndində tələb olunan sənədlərin surətləri ilə  birlikdə təqdim edilir;

3.1.2. sorğunun qəbulu: sorğu http://economy.gov.az/e-xidmetler internet səhifəsinə daxil olduğu gün Dövlət Xidməti tərəfindən qeydiyyata alınır. Sorğunun qəbul edilməsi və sonrakı icrası ilə bağlı istifadəçiyə bildiriş göndərilir.

3.2. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:

3.2.1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 13 iyul tarixli, 135 nömrəli Qərarı ilə təsdiq edilmiş “Avropa İttifaqı ölkələrinə yeyinti məhsullarının ixracı zamanı keyfiyyət sertifikatlarının verilməsi Qaydası”nın 2.7-ci bəndində göstərilən şərtlər yerinə yetirilmədikdə sorğunun yerinə yetirilməsindən imtina olunur. Keyfiyyət sertifikatının verilməsindən imtina edildikdə bu barədə istifadəçiyə əsaslandırılmış yazılı məlumat verilir;

3.2.2. imtina üçün əsaslar olmadıqda 3 gün müddətində Dövlət Xidməti tərəfindən keyfiyyət sertifikatının verilməsi barədə qərar qəbul olunur.

3.3. Sorğunun icrası:

3.3.1. sorğu qəbul edildikdən sonra Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat”a uyğun olaraq qeydiyyata alınır və icra edilməsi üçün Dövlət Xidmətinə göndərilir. Dövlət  Xidmətində sorğuya və ona əlavə olunmuş sənədlərə baxılır, onlarda çatışmazlıqlar aşkar edilmədikdə onlar sertifikat veriləcək məhsulun ekspertizasının keçirilməsi üçün 1 gündən gec olmayaraq “İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC-yə təqdim olunur. Məhsulun ekspertizası üçün analiz götürülür və ekspertiza aparılır. Ekspertiza nəticəsində tərtib olunan aktın bir nüsxəsi “İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC-də qalır, bir nüsxəsi istifadəçiyə verilir, digər nüsxəsi isə Dövlət Xidmətinə təqdim olunur. Ekspertizaların nəticələrinə əsasən Dövlət Xidməti tərəfindən istifadəçinin sorğusuna dair müvafiq qərar qəbul edilir;

3.3.2. Sorğuda və ona əlavə edilən sənədlərdə aradan qaldırılması mümkün olan və imtina üçün olmayan çatışmazlıqlar aşkar edildikdə bu barədə ərizəçiyə 1 gündən gec olmayaraq yazılı məlumat verilir. Onlar aradan qaldırıldıqdan və təkrar sorğu ilə müraciət edildikdən sonra onlara 3 gün müddətində baxılır və müvafiq qərar qəbul edilir;

3.3.3. imtina üçün əsas olmadıqda, keyfiyyət sertifikatının verilməsi barədə qərar qəbul edilir, sertifikat blankı rəsmiləşdirilərək istifadəçiyə birbaşa təqdim olunması və ya poçt rabitəsi vasitəsilə göndərilməsi yolu ilə verilir. İstifadəçi keyfiyyət sertifikatı verilərkən bu reqlamentin 2.6.3-2.6.7-ci yarımbəndlərində göstərilən sənədlərin əslini Dövlət Xidmətinə təqdim edir. Təqdim olunan sənədlərin əsli surəti ilə uyğunluğu müəyyən edildikdən sonra ərizəçiyə qaytarılır.

3.4. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət:

3.4.1. nəzarət forması: elektron kargüzarlıq;

3.4.2. nəzarət qaydası: Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat”la müəyyən edilmiş qaydada.

3.5. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr:

3.5.1. istifadəçilər keyfiyyət sertifikatının verilməsi barədə qəbul edilmiş qərarlardan və vəzifəli şəxslərin hərəkətlərindən inzibati qaydada və (və ya) məhkəməyə şikayət edə bilərlər;

3.5.2. şikayət ərizəsi “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 74-cü maddəsinə uyğun olmalıdır;

3.5.3. şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 78-ci maddəsində müəyyən olunmuş müddətdə baxılır.

 

Fiziki şəxslər üçün

 

Azərbaycan Respublikasının

İqtisadi İnkişaf Nazirliyi

yanında Antiinhisar Siyasəti və

İstehlakçıların Hüquqlarının

Müdafiəsi Dövlət Xidmətinə

 

Avropa İttifaqı ölkələrinə ixrac olunan yeyinti məhsullarının keyfiyyətini və təhlükəsizliyini təsdiq edən keyfiyyət sertifikatının verilməsi üçün

 

Ə R İ Z Ə

_________________________________________________________________

(müraciət edənin adı, atasının adı, soyadı)

_____________________________________________________________

 

Fəaliyyət növü: Yeyinti (məhsulun adı) məhsullarının istehsalı və ixracı

 

Şəxsiyyət vəsiqəsinə dair məlumatlar

Seriya və nömrə: “_________”__________________________________

Nə vaxt və kim tərəfindən verilib: _______________________________

Ünvan: ____________________________________________________

Tel: __________________________

Faks: __________________________

 

Əlavə olunan sənədlər:

1. fiziki şəxsin sahibkarlıq uçotu haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin nömrəsi və verilmə tarixi;

2. alqı-satqı müqaviləsi (kontraktı);

3. ixrac ediləcək məhsula dair hesab-faktura (invoys);

4. mənşə sertifikatı;

5. uyğunluq sertifikatı;

6. gigiyenik sertifikatı;

7. ixrac olunan məhsulun növündən asılı olaraq mövcud qanunvericiliyə uyğun fitosanitar sertifikatı, baytarlıq şəhadətnaməsi, ovlanmış heyvanlara müvafiq orqanın icazəsi və ovun qadağan olunmamış müddətdə ovlanması və müəssisəyə daxil olduğu haqda sənəd;

8. keyfiyyət sertifikatının verilməsinə görə dövlət rüsumunun ödənilməsi barədə qəbzin surəti.

 

Təqdim olunan məlumatların həqiqiliyini təsdiq edirik.

 

 

____________________ (istifadəçinin imzası)

 

 

« _____ » _______________ 20 ____

 

 (Hüquqi şəxsin blankında)

 

Azərbaycan Respublikasının

İqtisadi İnkişaf Nazirliyi

yanında Antiinhisar Siyasəti

və İstehlakçıların Hüquqlarının

Müdafiəsi Dövlət Xidmətinə

 

Avropa İttifaqı ölkələrinə ixrac olunan yeyinti məhsullarının keyfiyyətini və təhlükəsizliyini təsdiq edən Keyfiyyət sertifikatının verilməsi üçün

 

Ə R İ Z Ə

_______________________________________________________

(müraciət edənin adı, atasının adı, soyadı)

_______________________________________________________

 

Fəaliyyət növü: Yeyinti (məhsulun adı) məhsullarının istehsalı və ixracı

 

Şəxsiyyət vəsiqəsinə dair məlumatlar

Seriya və nömrə: “_________”________________________________

Nə vaxt və kim tərəfindən verilib: _______________________________

Ünvan: _________________________________________________

Tel: __________________________

Faks: __________________________

 

Əlavə olunan sənədlər:

1. vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin və hüquqi şəxsin rəhbərinin şəxsiyyət vəsiqəsinin nömrəsi və verilmə tarixi;

2. alqı-satqı müqaviləsi (kontraktı);

3. ixrac ediləcək məhsula dair hesab-faktura (invoys);

4. mənşə sertifikatı;

5. uyğunluq sertifikatı;

6. gigiyenik sertifikatı;

7. ixrac olunan məhsulun növündən asılı olaraq mövcud qanunvericiliyə uyğun fitosanitar sertifikatı, baytarlıq şəhadətnaməsi, ovlanmış heyvanlara müvafiq orqanın icazəsi və ovun qadağan olunmamış müddətdə ovlanması və müəssisəyə daxil olduğu haqda sənəd;

8. keyfiyyət sertifikatının verilməsinə görə dövlət rüsumunun ödənilməsi barədə qəbzin surəti.

 

Təqdim olunan məlumatların həqiqiliyini təsdiq edirik.

 

 

____________________ (istifadəçinin imzası)

 

 

« _____ » _______________ 20 ____

 

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 

1. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Kollegiyasının 17 aprel 2013-cü tarixli 06 nömrəli Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201304170006, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 26 aprel 2013-cü il)

2. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Kollegiyasının 17 aprel 2013-cü tarixli 07 nömrəli Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201304170007, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 26 aprel 2013-cü il)

3. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Kollegiyasının 20 iyul 2013-cü tarixli 10 nömrəli Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201307200010, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 07 avqust 2013-cü il)

VALYUTA ÇEVİRİCİSİ