14 Oktyabr 2019 Bazar ertəsi 08:30:36

Malların (işlərin, xidmətlərin) miqdarı, çeşidi və keyfiyyəti haqqında dolğun və düzgün məlumat əldə etmək istehlakçıların hüquqlarından biridir. Bu baxımdan mebel alarkən istehlakçı hüquqlarınızın qorunması üçün satıcıdan aşağıdakıları tələb etməyi unutmayın:
-  malın adı və qiymətini;
-  istehsalçının adı və ünvanını;
-  malın məcburi tələblərə uyğunluğunu təsdiq edən sertifikatını;
-  zəmanət müddətini;
-  təminat öhdəliklərini və iddiaların irəli sürülməsi qaydalarını;
-  mebelin funksional təyinatını;
-  mebelin hazırlandığı və quraşdırılmasında istifadə olunan materiallar haqqında məlumatları;
-  mebelin daşınma üsulu, şərtləri və istehlakçıya təhvil verilməsi qaydalarını.
Eyni zamanda alqı-satqı zamanı satıcıdan malın və satıcının adı, satılan mebelin artikulu, qarnitura daxil olan predmetin, lazımi furniturun miqdarı, üzlük materialın növü, hər bir predmetin və mebel dəstinin qiyməti yazılmış əmtəə çekini almağı unutmayın.
Əlavə məlumat əldə etmək üçün Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə müraciət edə bilərsiniz (əlaqə telefonları: (012) 498-15-01 və (012) 498-15-04).                                                                                                                                       

 Antiinhisar Siyasəti və İstehlakçıların 

                                                                      Hüquqlarının Müdafiəsi Dövlət Xidməti

VALYUTA ÇEVİRİCİSİ