19 Noyabr 2018 Bazar ertəsi 01:45:43

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 3 aprel tarixli 94 nömrəli qərarı ilə “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları” təsdiq edilmişdir. Həmin qaydalara əsasən hüquqi və fiziki şəxslər malların obyektə qəbulu zamanı aşağıdakılara əməl etməyə borcludur:
- malların qəbulunun müvafiq sənədlərə və qüvvədə olan qanunvericiliyə uyğun olaraq həyata keçirilməsinə;
- təchizatçının (malgöndərənin) rekvizitləri, daxil olmuş malın miqdarı, qiyməti və ümumi məbləği əks etdirilmiş müvafiq təsdiqedici sənədlərin olmasına;
- tez xarab olan ərzaq malları üzrə müşayiətedici sənədlərdə mal və ya məhsulun istehsal edildiyi saat və tarix, ən son istehlak tarixi və saatı, saxlanma şərtlərininmütləq göstərilməsinə;
- malların keyfiyyəti, markalanması, saxlanma rejimi və formasının normativ-texniki sənədlərin, standartlar və təchizat müqavilələri ilə müəyyən edilmiş tələblərə cavab verməsinə.
Bilin ki, malların mənşəyini və qiymətini təsdiq edən qaimə, uyğunluq sertifikatı (məcburi sertifikatlaşdırılmalı mallar üçün) olmadıqda, həmçinin pirat və ya kontrafakt malların ticarət şəbəkələrinə daxil edilməsi, saxlanılması və satışı qadağandır.
Əlavə məlumat əldə etmək üçün Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə müraciət edə bilərsiniz (əlaqə telefonları: (012) 498-15-01 və (012) 498-15-04).                                                              

 Antiinhisar Siyasəti və İstehlakçıların 

                                                              Hüquqlarının Müdafiəsi Dövlət Xidməti

VALYUTA ÇEVİRİCİSİ