19 Avqust 2018 Bazar 19:33:19

Ttikinti materialları (kərpic, sement, çınqıl, qum, dam örtüyü materialları, su və istilik keçirməyən materiallar, şüşə və s.) və tikinti məmulatları (sanitar-texniki avadanlıqlar, divar kağızları, linoleum, süni bəzək materialları və s.) satışqabağı hazırlıq mərhələsindən keçirilməlidir.
Bu malların miqdarı, çeşidi və keyfiyyəti haqqında dolğun və düzgün məlumat əldə etmək istehlakçıların əsas hüquqlarından biridir. Bu baxımdan tikinti materialları və məmulatları alarkən istehlakçı hüquqlarınızın qorunması üçün satıcıdan aşağıdakıları tələb etməyi unutmayın:
-  malın adı və qiymətini;
-  istehsalçının adı və ünvanını;
- malın məcburi tələblərə uyğunluğunu təsdiq edən sertifikatını;
- malın əsas xüsusiyyətləri və istehlak xassələrini;
- malın səmərəli və təhlükəsiz istifadə qaydalarını;
- materialların və məmulatların ölçülməsi qaydasını;
- təminat öhdəliklərini və iddiaların irəli sürülməsi qaydalarını;
- malın materialı, markası, tipi, ölçüsü və digər əsas göstəriciləri haqqında məlumatları.
Komplektlə satılan tikinti materialları və məmulatları alarkən komplektə daxil olan məmulatların sənədlərinin, o cümlədən komplektə daxil olan tikinti materiallarının siyahısının, quraşdırma təlimatının mövcud olmasını yoxlayın.
Eyni zamanda bilin ki, satıcı istehlakçıya aldığı malın çəkisini, ölçüsünü və növünü yoxlamaq üçün hər cür şərait yaratmalıdır.
Əlavə məlumat əldə etmək üçün Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə müraciət edə bilərsiniz (əlaqə telefonları: (012) 498-15-01 və (012) 498-15-04).                                                                                                                                                   

 Antiinhisar Siyasəti və İstehlakçıların 

                                                                 Hüquqlarının Müdafiəsi Dövlət Xidməti

VALYUTA ÇEVİRİCİSİ