19 Noyabr 2018 Bazar ertəsi 01:46:10
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 3 aprel tarixli 94 nömrəli qərarı ilə “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları” təsdiq edilmişdir. Həmin qaydalara əsasən hüquqi və fiziki şəxslər ticarət şəbəkəsində malların saxlanılması zamanı aşağıdakılara əməl etməyə borcludur:
- malların anbarlarda saxlanılması, onların ticarət zallarında və xırda pərakəndə ticarət şəbəkələrində yerləşdirilməsi tələblərinə, mal qonşuluğu prinsiplərinə, sanitariya və yanğından mühafizə qaydalarına ciddi riayət edilməsinə;
- ticarət zalında olan malların istehlakçıların sərbəst seçə bilmələri üçün şüşəli şkaflara, asılqanlara, taralara, səbətlərə, soyuducu avadanlıqlara, kasetlərə və digər vasitələrə yığılmasına;
- malların saxlanma rejimi və formasının normativ-texniki sənədlərin, standartlar və təchizat müqavilələri ilə müəyyən edilmiş tələblərə cavab verməsinə;
- yararlılıq müddəti ötmüş, qablaşdırılması və markalanması normativ sənədlərin tələblərinə cavab verməyən malların satışda olan mallarla bir yerdə saxlanılmamasına;
- ticarət obyektinin işçilərinə həmin obyektə məxsus olmayan malları ticarət zalında saxlanılmamasına;
- ticarət obyektinin işçilərinin üst geyimləri və şəxsi əşyalarının bu məqsəd üçün nəzərdə tutulmuş xüsusi yerlərdə saxlanılmasına;
Bilin ki, malların mənşəyini və qiymətini təsdiq edən qaimə, uyğunluq sertifikatı (məcburi sertifikatlaşdırılmalı mallar üçün) olmadıqda, həmçinin pirat və ya kontrafakt malların ticarət şəbəkələrində saxlanılması qadağandır.
Əlavə məlumat əldə etmək üçün Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə müraciət edə bilərsiniz (əlaqə telefonları: (012) 498-15-01 və (012) 498-15-04).                                                               
 Antiinhisar Siyasəti və İstehlakçıların 

                                                                     Hüquqlarının Müdafiəsi Dövlət Xidməti

VALYUTA ÇEVİRİCİSİ