17 Noyabr 2019 Bazar 17:48:12

Dekabrın 16-da İsmayıllıda İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin təşkilatçılığı ilə keçirilən tədbirlərdə aidiyyəti dövlət qurumlarının, ictimai təşkilatların nümayəndələri iştirak edib.
"Hər bir istehlakçı öz hüquqlarını bilməli və tələb etməlidir" mövzusunda keçirilən Konfransda istehlakçıların hüquqlarının qorunması istiqamətində görülən işlər barədə məlumat verilib, istehlakçı fəallığının artırılmasında maarifləndirmə tədbirlərinin əhəmiyyəti diqqətə çatdırılıb, istehlakçı hüquqlarına dair maarifləndirici materiallar paylanılıb.

Həmin gün eyni zamanda, İsmayıllı rayonunda fəaliyyət göstərən, malları (işləri, xidmətləri) dövlət vəsaitləri hesabına satın alan təşkilatların nümayəndələri üçün "Dövlət satınalmaları sahəsində şəffaflıq, ədalət və səmərəlilik" mövzusunda təlim kursu keçirilib.
Dövlət Xidmətinin əməkdaşları tərəfindən dövlət vəsaitlərindən daha səmərəli istifadə edilməsi, dövlət satınalmaları sahəsində mövcud qanunvericilik, satınalma prosesində rəqabət, ədalət və şəffaflığın təmini, satınalma prosedurlarına əməl olunması və səmərəliliyin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilib, təlim iştirakçılarının sualları cavablandırılıb.

VALYUTA ÇEVİRİCİSİ