05 İyul 2020 Bazar 14:03:42

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin təşkilatçılığı ilə oktyabrın 12-də Sumqayıt Tibb Kollecində “İstehlakçı hüquqlarının müdafiəsi prioritet vəzifəmizdir” mövzusunda seminar keçirilmişdir. Yetişməkdə olan gənc nəslin aparıcı qüvvəsi olan ali və orta ixtisas təhsil müəssisələri tələbələrinin istehlakçıların hüquqlarının qorunması ilə bağlı maarifləndirilməsi tədbirləri çərçivəsində təşkil olunan tədbirdə Kolleçin 100-ə yaxın müəllim və tələbə heyəti iştirak etmişdir.

Tədbir çərçivəsində iştirakçılara istehlakçıların hüquqlarının qorunması sahəsində qanunvericilik bazası, istehlakçıların bilməli olduğu aktual məsələlər barədə məlumat verilmiş, istehlakçı hüquqlarının təmin olunmasında dövlət orqanları ilə istehlakçılar arasında əlaqələrin genişləndirilməsinin əhəmiyyəti diqqətə çatdırılmışdır.
Seminarda istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı ətraflı fikir mübadiləsi aparılmış, iştirakçıların sualları cavablandırılmış və onlara istehlakçı hüquqlarına dair müxtəlif maarifləndirici  materiallar paylanmışdır.

VALYUTA ÇEVİRİCİSİ