26 Fevral 2018 Bazar ertəsi 05:47:43

  İstehlak bazarını keyfiyyətsiz, təhlükəli və saxta mallardan qorumaq, zəmanətli və müddətli satış şərtlərinin tələblərinə  əməl   etmək,  əmtəə  nişanlarından düzgün  istifadəyə   nəzarət etmək,  istehlakçıların ticarətdə aldadılmasının qarşısını almaq bu günün aktual  məsələlərindəndir.  Məhz  butün bunlara  görə ölkənin ərzaq təhlükəsizliyi,  istehlakçıların  təhlükəsiz  və  keyfiyyətli  məhsullarla  təmin  olunması,  ticarət  norma və qaydalarına əməl olunması dövlət başçısı tərəfindən mühüm vəzifələr kimi qarşıya qoyulmuşdur. Bu baxımdan istehlak bazarının tənzimlənməsi, ən müxtəlif mal və məhsulların zəruri standartlara  uyğunlaşdırılması, bütün istiqamətlərdə nəzarətin təşkili məsələləri ölkə iqtisadiyyatının faktiki keyfiyyət mərhələsinin başlıca tələblərindəndir.

  Bütün bu tələblər istehlak bazarının elə bir səviyyəyə çatdırılmasını nəzərdə tutur ki, hər bir istehlakçıda aldığı malın keyfiyyətinəəminlik yaransın və onda hər hansı qüsur aşkarladığı təqdirdə öz hüquqlarını müdafiə etmək imkanlarına malik olsun. Proseslərin gedişi və həyata keçirilən tədbirlərin intensivliyi onu deməyəəsas verir ki, ölkədəbelə bir mühit artıq formalaşdırılmışdır.

  İstehlak bazarında qanunvericiliklə müəyyən olunmuş ticarət norma və qaydalarına əməl olunması, istehsalçı və satıcıların məlumatlandırılması, istehlakçıların maarifləndirilməsi,eyni zamanda ticarət obyektlərinin modernləşdirilməsi ilə bağlı metodiki köməkliyn göstərilməsi və s. bu kimi tədbirlərqarşıya qoyulan məqsədə çatmaqda əhəmiyyətli rol oynamaqdadır.

  Məlum olduğu kimi, istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə bir sira  tələbləri ehtiva edir. Burda istehlak bazarında satılan malların (xidmətlərin, işlərin), ticarət norma və qaydalarına uyğun olmasına nəzarət, istehlakçıların (istifadəçilərin) aldadılmasının qarşısının alınması, insanların sağlamlığı, ətraf mühit üçün təhlükəli olan malların (xidmətlərin, işlərin) istehsalının, idxalının və satışının qadağan olunması nəzərdə tutulur.

  Faktiki olaraq istehlakçıların hüquqlarının müdafiəsi vəəmtəə bazarlarının keyfiyyətsiz və sağlamlıq üçün təhlükəli məhsullardan qorunması məqsədilə işlərin gücləndirilməsi ilə bağlı bir sıra tədbirlərin görülməsi davam etdirilir. Bu sahədəistehlak bazarında konkret mal qrupları üzrə geniş monitorinqlərin aparılması, keyfiyyətin kompleks yoxlanılması və qanun pozuntusuna şərait yarada bilən halların aradan qaldırılması, ticarət şəbəkəsində satılan malların keyfiyyət və təhlükəsizlik göstəriciləri üzrə laborator müayinələrin aparılması və nəticələrə uyğun olaraq operativ tədbirlərin görülməsi mühüm əhəmiyyət kəsb edir. Bundan əlavəqanun pozuntularının aradan qaldırılması ilə bağlı müvafiq qərar və göstərişlərin verilməsi, maliyyə sanksiyası və cərimələrin sərtləşdirilməsi, keyfiyyət və təhlükəsizlik göstəricilərində kənarlaşmalar aşkar edilmiş mallar üzərində nəzarətin gücləndirilməsi vəmüəyyən dövrdən bir onların təkrar laborator müayinələrinin aparılmasıfaktiki mərhələdə həyata keçirilən başlıca vəzifələrdəndir.

  Pərakəndə  ticarətlə məşğul olan sahibkarlıq subyektləri bilməlidir ki, standartların və digər normativ sənədlərin tələblərinə cavab verməyən malların satılması istehlakçıların hüquqlarının pozulmasına səbəb olur. İstehlakçıların hüquqlarının və qüvvədə olan ticarət qaydalarının pozulması isə mülki, əmlak, inzibati və cinayət məsuliyyətinə səbəb olur. Bununla əlaqədar Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, Cinayət Məcəlləsində və Mülki Məcəllədə hüquqi məsuliyyət tədbirləri (sanksiyalar) nəzərdə tutulmuşdur. Bütün bu tələblər isəistehlakçıların hüquqlarının daha da etibarlı şəkildə müdafiəsinin gücləndirilməsinə və istehlak bazarının tənzimlənməsinə xidmət edir.

VALYUTA ÇEVİRİCİSİ