15 Dekabr 2018 Şənbə 07:44:37

 Yetişməkdə olan gənc nəslin aparıcı qüvvəsi olan ali və orta ixtisas təhsil müəssisələri tələbələrinin maarifləndirilməsi məqsədilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən mütəmadi olaraq tədbirlər həyata keçirilir. İstehlakçıların hüquqlarının müdafiəsinin gücləndirilməsinə xidmət edən bu kimi tədbirlərin 2018-ci ildə də davam etdiriləcəyi nəzərdə tutulur. 

 Bu məqsədlə fevralın 21-də Bakı Mühəndislik Universitetində “İstehlakçı hüquqlarının müdafiəsi prioritet vəzifəmizdir” mövzusunda təşkil olunan seminarda təhsil müəssisəsinin 120-əyaxın müəllim və tələbə heyəti iştirak edib. Tədbirdə istehlakçıların hüquqlarının qorunması sahəsində hüquqi maarifləndirmə işinin təşkili, bu sahədə istehlakçıların biliklərinin artırılmasının zəruriliyi barədə ətraflı müzakirələr aparılmış, iştirakçılara istehlakçıların hüquqlarının qorunması sahəsində qanunvericilik bazası, istehlakçıların bilməli olduğu aktual məsələlər barədə məlumat verilmişdir.

 Tədbir çərçivəsində iştirakçıların istehlakçı hüquqları ilə bağlı sualları cavablandırılmış, onlara müxtəlif maarifləndirici  materiallar paylanmışdır.

VALYUTA ÇEVİRİCİSİ