22 İyul 2018 Bazar 22:36:06

 Təklif edilmiş nümunələr əsasında mal almaq istəyərkən aldanmamaq, rastlaşa biləcəyiniz fors-major hallardan sğortalanmaq və hüquqlarınızın pozulmasına yol verməmək üçün müqavilə bağlayarkən diqqətli olun.

 Malların nümunələr üzrə alqı-satqı müqaviləsi hər iki tərəfin qarşılıqlı razılığı ilə tərtib edilmiş sənədlə (müqavilə) rəsmiləşdirilə və ya mal almaq haqqında poçt, teleqraf, teletayp, telefon, elektron və s. üsullarla bilavasitə tərəflərin iradəsilə bağlanıla bilər.

 Malların nümunələr üzrə alqı-satqı müqaviləsində (hansı formada bağlanılmasından asılı olmayaraq) aşağıdakılar göstərilməlidir:

- satıcının adı və hüquqi ünvanı;

- istehlakçının və ya onu təmsil edənin soyadı, adı, atasının adı, ünvanı;

- malın çatdırılma ünvanı və tarixi;

- malın adı, artikulu, komplektə daxil olan predmetlər, malın qiyməti;

- göstərilən xidmətin növü, yerinə yetirilmə müddəti və qiyməti;

- satıcı və istehlakçının öhdəlikləri.

 Malların nümunələr üzrə alqı-satqı müqaviləsi bilavasitə satış yerində malın dəyərinin ödənilməsi barədə istehlakçıya kassa, əmtəəçeki (digər sənəd) verildiyi andan və ya satıcının təklif etdiyi şərtlərlə istehlakçının mal almaq niyyətini bu və ya digər rabitə vasitəsiləçatdırdığı vaxtdan bağlanılmış hesab edilir.

 Müqavilədə digər qayda nəzərdə tutulmadıqda, satıcı malın daşınması, çatdırılması, mürəkkəb texniki malların quraşdırılması, istismara hazırlanması və saxlanılması xidmətlərini də həyata keçirməlidir.

 Əlavə məlumat əldə etmək üçün Antiinhisar Siyasəti vəİstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə müraciət edə bilərsiniz (əlaqə telefonları: 498-15-01 və 498-15-04).             

                                                              Antiinhisar Siyasəti və İstehlakçıların

                                                              Hüquqlarının Müdafiəsi Dövlət Xidməti

VALYUTA ÇEVİRİCİSİ