23 Oktyabr 2018 Çərşənbə axşamı 23:41:49

 İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlakçıların maarifləndirilməsi istiqamətində tədbirlərini davam etdirir. Dövlət Xidmətinin təşkilatçılığı ilə növbəti tədbir martın 28-də Azərbaycan Memarlıq və İnşaat Universitetində keçirilmişdir.

“İstehlakçı hüquqlarının müdafiəsi prioritet vəzifəmizdir” mövzusunda keçirilən seminarda  təhsil müəssisəsinin 100-ə yaxın müəllim və tələbə heyyəti iştirak etmişdir. Seminarda istehlakçıların hüquqlarının qorunması sahəsində hüquqi maarifləndirmə işinin təşkili, bu sahədə istehlakçıların biliklərinin artırılmasının zəruriliyi barədə ətraflı müzakirələr aparılmış, iştirakçılara istehlakçıların hüquqlarının qorunması sahəsində qanunvericilik bazası, istehlakçıların bilməli olduğu aktual məsələlər barədə məlumat verilmişdir.

Tədbir çərçivəsində iştirakçıların istehlakçı hüquqları ilə bağlı sualları cavablandırılmış, onlara müxtəlif maarifləndirici  materiallar paylanmışdır.

VALYUTA ÇEVİRİCİSİ