23 Sentyabr 2018 Bazar 11:24:43

 İstehlakçıların hüquqlarının müdafiəsinin təmin edilməsi və onların maarifləndirilməsi sahəsində İqtisadiyyat Nazirliyi tərəfindən mütəmadi olaraq tədbirlər həyata keçirilir. Yetişməkdə olan gənc nəslin aparıcı qüvvəsi olan ali və orta ixtisas təhsil müəssisələri tələbələrinin maarifləndirilməsi məqsədilə Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən növbəti tədbir mayın 16-da Azərbaycan Universitetində keçirilmişdir. 

 “İstehlakçı hüquqlarının müdafiəsi prioritet vəzifəmizdir” mövzusunda təşkil olunan seminarda təhsil müəssisəsinin 100-ə yaxın müəllim və tələbə heyəti iştirak edib. Tədbirdə gənc nəslin aparıcı qüvvəsi olan təhsil müəssisəsinin tələbələrinə istehlakçı hüquqlarının qorunması, ticarət və xidmət qaydalarının tələblərinə əməl olunması, xidmət mədəniyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər, istehlakçıların mal alarkən diqqət yetirməli olduğu məsələlər barədə ətraflı məlumat vermiş, istehlakçıların hüquqlarının qorunması sahəsində hüquqi maarifləndirmə işinin təşkili, bu sahədə istehlakçıların biliklərinin artırılmasının zəruriliyi barədə müzakirələr aparılmışdır.

 Tədbir çərçivəsində iştirakçıların istehlakçı hüquqları ilə bağlı sualları cavablandırılmış, onlara müxtəlif maarifləndirici  materiallar paylanmışdır.

VALYUTA ÇEVİRİCİSİ