20 Noyabr 2019 Çərşənbə 22:20:52

Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 18 iyun tarixli, 2231 nömrəli Sərəncamına əsasən iyunun 18-i ölkədə “İnsan Hüquqları Günü” kimi qeyd olunur və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) təşəbbüsü ilə may ayının 18-dən iyun ayının 18-dək Respublikamızda “İnsan Hüquqları Aylığı” elan olunub.

Bu çərçivədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin təşkilatçılığı ilə insan hüquqlarının tərkib hissəsi olan istehlakçıların hüquqlarının müdafiəsinin təmin edilməsi və onların maarifləndirilməsi məqsədi ilə 12 iyun 2019-cu il tarixində Şamaxı rayonunda aidiyyəti dövlət orqanlarının, ictimai təşkilatların, ictimaiyyət və kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə “Hər bir istehlakçı öz hüquqlarını bilməli və tələb etməlidir” mövzusunda konfrans keçirilmişdir.   

Şamaxı rayon İncəsənət Təhsili Mərkəzinin inzibati binasında keçirilən tədbirdə Dövlət Xidmətinin əməkdaşları məruzələrlə çıxış etmiş, ticarət, iş görülməsi və xidmət göstərilməsi qaydalarının tələblərinə əməl olunması, xidmət mədəniyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər, istehlakçıların mal alarkən diqqət yetirməli olduğu məsələlər və s. barədə ətraflı məlumat vermiş, tədbir iştirakçılarının suallarını cavablandırmışlar. Tədbirdə aidiyyəti dövlət orqanlarının, ictimai təşkilatların və ictimaiyyətin 150-ə yaxın nümayəndəsi iştirak etmişdir.

Sonda tədbir iştirakçılarına istehlakçı hüquqlarına dair maarifləndirici materiallar paylanmışdır.

VALYUTA ÇEVİRİCİSİ