14 Avqust 2020 Cümə 06:48:42

Malların (işlərin, xidmətlərin) miqdarı, çeşidi və keyfiyyəti haqqında dolğun və düzgün məlumat əldə etmək istehlakçıların hüquqlarından biridir. Mebel alarkən istehlakçı hüquqlarınızın qorunması üçün satıcıdan aşağıdakıları tələb etməyi unutmayın:

Mebel alarkən diqqət edin!

 

Malların (işlərin, xidmətlərin) miqdarı, çeşidi və keyfiyyəti haqqında dolğun və düzgün məlumat əldə etmək istehlakçıların hüquqlarından biridir. Mebel alarkən istehlakçı hüquqlarınızın qorunması üçün satıcıdan aşağıdakıları tələb etməyi unutmayın:

-  malın adı və qiymətini;

-  istehsalçının adı və ünvanını;

-  zəmanət müddətini;

- malın məcburi tələblərə uyğunluğunu təsdiq edən sertifikatı və ya digər texniki normativ sənədləri;

-  təminat öhdəliklərini və iddiaların irəli sürülməsi qaydalarını;

-  mebelin funksional təyinatını;

- mebelin hazırlandığı və quraşdırılmasında istifadə olunan materiallar haqqında məlumatları;

-  mebelin daşınma üsulu, şərtləri və istehlakçıya təhvil verilməsi qaydalarını.

Almazdan əvvəl mebelin komplektliyini, yığılma (quraşdırılma) sxeminin və mebel qarnituruna daxil olan bütün predmetlərin mövcudluğunu yoxlayın.

Bilin ki, satışa çıxarılan mebel nümunələri ticarət zalında elə yerləşdirilməlidir ki, istehlakçılar onlarla sərbəst tanış olmaqla əlverişli seçim imkanlarından yararlana bilsin.

Əlavə məlumat əldə etmək üçün Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə müraciət edə bilərsiniz (əlaqə telefonları: (012) 498-15-01 və (012) 498-15-04).                                                                               

                                                                     

 Antiinhisar Siyasəti və İstehlakçıların 

                                                                            Hüquqlarının Müdafiəsi Dövlət Xidməti

VALYUTA ÇEVİRİCİSİ