31 May 2020 Bazar 04:44:50

Bijuteriya qiymətli olmayan materiallardan hazırlanmış bəzək əşyası olub istehsalında ən müxtəlif metallardan, nazik və rəngli şüşələrdən, o qədər də baha olmayan daşlardan, plastmas, keramika və s. istifadə edilir. Xarici görünüşcə bijuteriya məhsulları qiymətli zinyət əşyalarına bənzəsə də əslində material, qiymət və digər əlamətlərinə görə onlardan xeyli dərəcədə fərqlənirlər.

Bijuteriya qiymətli olmayan materiallardan hazırlanmış bəzək əşyası olub istehsalında ən müxtəlif metallardan, nazik və rəngli şüşələrdən, o qədər də baha olmayan daşlardan, plastmas, keramika və s. istifadə edilir. Xarici görünüşcə bijuteriya məhsulları qiymətli zinyət əşyalarına bənzəsə də əslində material, qiymət və digər əlamətlərinə görə onlardan xeyli dərəcədə fərqlənirlər.

Hazırda istehlak bazarında ən müxtəlif çeşidli bijuteriyaların satılması faktdır. Ona görə də lazım olan, keyfiyyətli və təhlükəsiz bijuteriya seçmək çox çətindir. Aidiyyəti dövlət orqanları tərəfindən onların keyfiyyət və təhlükəsizliyinə nəzarət olunmasına baxmayaraq hələ də bazarda bir qism bijuteriya məhsullarının mövcud tələblərə cavab verməməsi və təhlükə mənbəyi olması istisna olunmur. Bu səbəbdən bijuteriya alarkən xüsusilə diqqətli olmaq vacibdir.

Bir çox istehlakçılar bijuteriya alarkən onun daha ucuz olmasına, cəlbediciliyinə, parıltılı olmasına üstünlük verirlər. Lakin bijuteriya alarkən onun qeyd olunan əlamətlərindən daha çox keyfiyyəti və sağlamlığınıza təsirini düşünmək lazımdır. Nəzərə alın ki, əsasən ucuz bijuteriya istehsalında istifadə edilən xammalın tərkibində müəyyən zərərli maddələr ola bilər və bu  sağlamlığınız üçün təhlükəlidir. Ona görə də bu məhsulları seçərkən ilk növbədə onun sanitar-gigiyenik xüsusiyyətlərinə diqqət etmək lazımdır.

Ticarət şəbəkəsindən bu malları əldə edərkən mütləq diqqətlə nəzərdən keçirilməli, üzərində heç bir qüsur, qopuq, cızıq olmamalıdır. Eyni zamanda nəzərə alın ki, bijuteriya fiziki baxımdan da sağlam olmalıdır. Ucu iti formalı, çatlamış, qırılmış  bijuteriyaların alınması məsləhət deyil.

Ticarət şəbəkəsində bijuteriya məhsulları adətən müxtəlif formalı şüşə stellajların altında saxlanılmalı və istehlakçıların seçim etməsi üçün zəruri şərait yaradılmalıdır. Bu məhsulları alarkən onların materialına diqqət edin və komplekt olmasına üstünlük verin. Bijuteriya alınan zaman kiçik qutu və yaxud şəffaf bağlamaya qablaşdırılmalıdır.

Bijuteriya qiymətli zinyət əşyaları ilə müqayisədə kövrək xassəyə malik olduğundan onlar bir-birindən ayrı saxlanmalıdır. Həmçinin bu məhsullar saç üçün boya və parfümeriya məhsullarından mühafizə olunmalıdır. Belə ki, onların tərkibində olan kimyəvi elementlər bu məhsulu korlaya bilər.

Sonda bir daha qeyd etmək istəyirik ki, bijuteriya zəmanət müddətilə satılan mallar siyahısına daxil deyildir. Bu səbəbdən istehlakçılar bu məhsulları alarkən düqqətli olmalı və qeyd olunanları nəzərə almalıdır. Əgər bu məhsulların satışı zaqmanı hər hansı qanun qozuntularına rast gəlsəniz dərhal aidiyyəti üzrə Dövlət Xidmətinə müraciət edin.

VALYUTA ÇEVİRİCİSİ