İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin 25 dekabr 2019-cu il tarixli ASİMDX-15/01-5/27928 nömrəli məktubu ilə satınalmaların "Dövlat satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş hallarda bir mənbədan satınalma üsulundan istifadə etmeklə həyata keçirilməsınə razılıq verilməsi barədə müraciətlərin satınalma müqaviləsi bağlanılması nəzərdə tutulan mal göndərənin (podratçının) ixtisas göstəricilərinin "Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsində müəyyən edilmiş tələblərə uyğunluğunu təsdiq edən sənədlərlə birlikdə təqdim olunması tələb olunmuşdur.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasət və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin 25 dekabr 2019-cu il tarixli ASİMDX-15/01-5/27928 nömrəli məktubu ilə satınalmaların "Dövlat satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş hallarda bir mənbədan satınalma üsulundan istifadə etmeklə həyata keçirilməsınə razılıq verilməsi barədə müraciətlərin satınalma müqaviləsi bağlanılması nəzərdə tutulan mal göndərənin (podratçının) ixtisas göstəricilərinin "Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsində müəyyən edilmiş tələblərə uyğunluğunu təsdiq edən sənədlərlə birlikdə təqdim olunması tələb olunmuşdur.
Bir mənbədən satınalma metodunun tətbiqi ilə bağlı satınalan təşkilatlardan daxil olan müraciətlərə əlavə edilmiş sənədlərə başlarkən, təqdim olunmuş sənədlərin bir sıra hallarda malgöndarənin (podratçının) ixtisas göstəricilərinə uyğunluğunun təsdiq olunmasına heç bir aidiyyati olmadığı, ixtisas tələblərinə uyğunluğun aidiyyati dövlət qurumları tərəfindən təqdim edilən sənədlərlə müəyyən edilməli olduğu hallar üzrə belə sənədlərin ümumiyyət1ə təqdim olunmadığı və s. müəyyən edilmişdir.
Bu halların mövcudluğu Dövlət Xidməti tərəfindən yeni sənədlər tələb olunmaqla müraciətlərə baxılmasının uzanmasına və əlavə yazışmalara səbəb olur.
Qeyd olunanları nəzərə alaraq bir mənbədən satınalma metodunun tətbiqi ilə bağlı malgöndərənin (podratçının) ixtisas göstəricilərinə uyğunluğunun müəyyən edilməsi məqsədilə bu məktuba əlavədə göstərilən qaydada (siyahı əlavə olunur) tərtib olunmuş sənədlərin (bir mənbədən satınalma metodunun tətbiqi ilə bağlı müraciət tarixinə) müraciətlərə əlavə olunmasını xahiş edirik
Satınalma prosedurlarında iştirak etmək üçün malgöndərənlərin (podratçıların) ixtisas göstəricilərinə dair tələb olunan sənədlərin siyahısı
1 Satınalma müqaviləsinin icrasını təmin etmək üçün malgöndərənin (podratçının) müvafiq sahədə: