31 May 2020 Bazar 05:32:33

İstehlakçılara göstərilən çoxsaylı məişət xidmətləri sırasında fərdi geyim tikişi və təmiri atelyeləri öz popyulyarlığı ilə fərqlənir. Hazırlanmış geyim malları ölçüsünə, fasonuna və s. hər hansi səbəbdən tələblərimizə uyğun gəlmədikdə adətən üz tuturuq fərdi paltar tikişi və təmiri xidmətlərini təklif edən dərzi atelyelərinə. Belə məntəqələrə müraciət edərkən istehlakçı hüquqlarının pozulmaması üçün nəyi bilməli və hansı məqamlara diqqət etməlidir?

İstehlakçılara göstərilən çoxsaylı məişət xidmətləri sırasında fərdi geyim tikişi və təmiri atelyeləri öz popyulyarlığı ilə fərqlənir. Hazırlanmış geyim malları ölçüsünə, fasonuna və s. hər hansi səbəbdən tələblərimizə uyğun gəlmədikdə adətən üz tuturuq fərdi paltar tikişi və təmiri xidmətlərini təklif edən dərzi atelyelərinə. Belə məntəqələrə müraciət edərkən istehlakçı hüquqlarının pozulmaması üçün nəyi bilməli və hansı məqamlara diqqət etməlidir?

Bu baxımdan istehlakçının ilk növbədə icraçı müəssisə, onun təklif etdiyi xidmətlər barəsində məlumatlı olması vacib məqamlardandır. Qanunvericiliyə görə düzgün seçim imkanı yaratmaq üçün sifarişlərin qəbul edildiyi xidmət obyektlərində, o cümlədən atelyelərdə  istehlakçı üçün rahat və görünən yerdə göstərilən əsas və əlavə xidmətlərin siyahısı, təklif olunan xidmətlərin və onların icrası zamanı istifadə olunan materialların qiymətləri, xidmət göstərilməsində istifadə edilən əsas və köməkçi materialların istehlakçıya təklif olunan nümunələri, icraçının iş rejimi, hüquqi ünvanı və telefon nömrəsi haqqında məlumatlar verilməlidir.

Hər bir xidmətin icrasına aid müqavilə (qəbz və digər ciddi hesabat blankları) yazılı formada tərtib edilməli və xidmətin növü, qiyməti, sifarişin qəbul olunduğu tarix və icra müddəti, verilən zəmanət, sifarişi qəbul etmiş işçinin vəzifəsi və göstərilən xidmətin xüsusiyyətlərindən asılı olan digər məlumatlar əks olunmalıdır.

Atelye sifarişçiyə onun təqdim etdiyi materialların keyfiyyəti və yararlılığı, hazırlanmış məhsullardan təhlükəsiz və səmərəli istifadə, icraçıdan asılı olmadan göstərilən xidmətin keyfiyyətinə xələl gətirə biləcək amillər haqqında məlumat verməlidir. İstehlakçı bütün zəruri məlumatların müqavilədə (qəbzdə) qeyd olunmasına diqqət yetirilməli və qanunvericilikdə nəzərdə tutulmuş qaydada müqavilənin və ya onu əvəz edən sənədlərin verilməsini icraçıdan tələb etməlidir.

Əgər icraçı tərəfindən düzgün olmayan məlumatların verilməsi nəticəsində istehlakçının həyatına, sağlamlığına və ya əmlakına ziyan vurulularsa onun müqaviləni pozmaq və ona dəymiş ziyanın tam həcmdə ödənilməsini tələb etmək hüququ vardır.

İcraçı istifadəsi nəzərdə tutulan parça, yaxud digər materialın tikilməsi nəzərdə tutulan paltarın tam ya qismən körlanmasına səbəb olacaq hər hansı xüsusiyyəti barəsinda istehlakçını qabaqcadan xəbərdar etdiyi halda o məsuliyyətdən azad olur. Materialın özəl xüsusiyyətlərini bilməmək eləcə də bilib onlar haqqında qabaqcadan istehlakçını xəbərdar etməmək icraçını məsuliyyətdən azad etmir.

İcraçı sifarişi müqavilədə (qəbzdə) qeyd olunmuş tələblərə uyğun keyfiyyətlə və müddətdə icra etməlidir.

Nəzərə almaq lazımdır ki, icraçı təyin edilmiş iş rejiminə riayət edilməsini, göstərilən xidmətin lazımi keyfiyyətə, standartların tələblərinə və müqavilənin şərtlərinə uyğun olmasını, hazırlanmış (təmir edilmiş) məhsulların təyin edilmiş müddətlərdə təhvil verilməsini, göstərilən xidmətin təhlükəsizliyini, hazırlanmış (təmir edilmiş) məhsullar üzrə müəyyən edilmiş müddətlərdə zəmanət öhdəliklərinin yerinə yetirilməsini təmin etməlidir.

Əgər qəbul edilmiş sifarişin icrasına başlanılmayıb və ya xidmətin gedişatı zamanı sifariş müəyyən edilmiş müddətdə yerinə yetirilməyib, habelə sifarişin icra müddəti pozulubsa istehlakçı icraçıdan sifarişin icrasına başlanılması və ya onun tam yerinə yetirilməsi üçün yeni müddətin müəyyən edilməsini, sifarişin yerinə yetirilməsinin icraçının hesabına digər şəxsə tapşırılmasını, xidmətə görə haqqın müvafiq məbləğdə azaldılmasını, müqavilənin pozmasını və vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ var.

 Fərdi geyimlərin hazırlanmasının sifarişi zamanı icraçı öz vəzifələrinə riayyət etməli, istehlakçı isə öz hüquqlarını bilib tələb etməlidir. Onların arasında yaranmış mübahisə razılaşma yolu ilə həll edilmədiyi halda istehlakçının bu barədə müvafiq dövlət orqanına yaxud məhkəməyə müraciət etmək hüququ var.

VALYUTA ÇEVİRİCİSİ