22 Sentyabr 2021 Çərşənbə 12:14:25

                                     Məmməd Aslan oğlu Abbasbəyli

 

1975-ci il mayın 17-də Gəncə şəhərində anadan olmuşdur.

1997-ci ildə Azərbaycan Xəzər Universitetində (beynəlxalq əlaqələr fakültəsi) bakalavr dərəcəsinə və Bakı Dövlət Universitetinin hüquq üzrə elmi dərəcəsinə yiyələnib

1999-ci ildə ABŞ-ın Perdyu Universitetində (Purdue University) və 2000-ci ildə ABŞ-nın Corc Vaşinqton Universitetinin (George Washington University) hüquq fakültəsinin hüquq üzrə magistri dərəcələri almışdır.

2000-ci ildən Nyu-York ştatında Vəkillər Kollegiyasının (New York Bar) həqiqi üzvüdür.

2013-2014-ci illərdə ADA Universitetinin biznes fakültəsinin Himayədarlar Şurasının üzvü və Şura nəzdindəki komitənin həmsədri olmuşdur.

2016-ci ildə Azərbaycan Alpinizm Federasiyasının rəhbəri kimi də fəaliyyət göstərmişdir.

Peşəkar karyerasına 20 ildən əvvəl hüquqşünas kimi ABŞ-nın Nyu-York şəhərində yerləşən Salans Hertzfeld & Heilbronn (hazırkı Dentons) hüquq şirkətində başlamış, daha sonra firmanın Bakı ofisində işini davam etdirmişdir. (2000-2003)

Azərbaycanda bir sıra iri xarici sənaye və investisiya korporasiyalarında, o cümlədən Azpetrol International Holdings B.V.-də (2004), EUPEC Pipe-Coatings LLC (2004-2007) və BP Group (2007-2008) hüquqşünas, hüquq bölməsinin rəhbəri və baş menecer vəzifələrində çalışmışdır.

2009-2014-ci illərdə xarici və yerli investisiyaların idarə edilməsi üzrə Azərbaycanda fəaliyyət göstərən iri şirkətlərin çoxsahəli investisiya portfellərini idarə edən xarici şirkətin baş icraçı direktoru vəzifəsində çalışmışdır.

2015-2018-ci illərdə mobil və stasionar rabitə və telekommunikasiya şirkətlərinin, xarici qızıl və əlvan metal hasilatı şirkətinin, neft-qaz və iri tikinti sənayesi şirkətlərinin direktorlar şuralarının həmsədri və üzvü kimi fəaliyyət göstərmişdir.

Azərbaycan Respublikasının İqtisadiyyat nazirinin 2019-cu il 17 dekabr tarixli Əmri ilə İqtisadiyyat nazirinin müşaviri vəzifəsinə təyin edilmişdir.

Azərbaycan Respublikasının Prezidentinin 2020-ci il 08 iyul tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini vəzifəsinə təyin edilmişdir.

Azərbaycan Respublikasının İqtisadiyyat nazirinin 2020-ci il 11 iyul tarixli Əmri ilə Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondunun Müşahidə Şurasının üzvü təyin edilmişdir.

Azərbaycan Respublikasının İqtisadiyyat nazirinin 2020-ci il 24 iyul tarixli Əmri ilə Azərbaycan Respublikasının Apellyasiya Şurasının üzvü təyin edilmişdir.

Azərbaycan Respublikasının Prezidentinin 2021-ci il 30 mart tarixli Sərəncamı ilə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının üzvü təyin edilmişdir.

Evlidir, 3 övladı var.

VALYUTA ÇEVİRİCİSİ