19 Yanvar 2021 Çərşənbə axşamı 17:52:27

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin qətiyyəti, müzəffər Azərbaycan Ordusunun sücaəti nəticəsində topraqlarımız işğaldan azad olundu, Azərbaycan Vətən Müharibəsində böyük Zəfər qazandı.

44 günlük müharibədə tarix yazan rəşadətli Ordumuz, qəhrəman əsgər və zabitlərimiz Azərbaycanın haqq mübarizəsində sarsılmazlığını, qələbə əzmini, hərb meydanında yüksək döyüş məharətini bütün dünyaya nümayiş etdirdi.

Vətən Müharibəsi iştirakçıları arasında İqtisadiyyat Nazirliyinin əməkdaşları da var. Onlardan bir qrupu -  Sumqayıt Kimya Sənaye Parkının mütəxəssisi Nəsibov Asəf Səfəralı oğlu (ölümündən sonra), İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşları Bağırov Cavid Malik oğlu, Qafarlı Sərxan Qüdrət oğlu, Abasov Rəşad Barat oğlu, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin əməkdaşı Tağıyev Olxan Arif oğlu, “Təmiz Şəhər” ASC-nin əməkdaşları Abbasov Musa Zirəddin oğlu, Dəmirli Elməddin Mübariz oğlu Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə döyüşdə şücaətlərinə görə fərqləndikləri üçün “Cəsur döyüşçü”, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin digər əməkdaşı Alıyev Neməddin Sədrəddin oğlu isə “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif olunublar.

Qarabağ Azərbaycandır!

       

VALYUTA ÇEVİRİCİSİ