1956-ci ildə anadan olub.
1979-cü ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetini, 1983-cü ildə isə həmin universitetin aspiranturasını bitirib.
1984-1993-ci illərdə S.Ağamalıoğlu adına Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda müəllim, baş müəllim vəzifələrində,
1993-2001-cü illərdə Azərbaycan Respublikası Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Dövlət Komitəsində baş mütəxəssis, şöbə rəisi vəzifəsində,
2001-2007-ci illərdə İqtisadi İnkişaf Nazirliyinin Antiinhisar Siyasəti Deportamentində sektor müdiri, şöbə rəisi vəzifələrində,
2007-2010-cu illərdə İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Dövlət Xidmətində rəis müavini vəzifəsində çalışıb.
2010-cu il yanvarın 25-dən İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətində, 2014-cü ildən İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətində rəis müavini vəzifəsində çalışır.
Ailəlidir, iki övladı var.