24 Aprel 2018 Çərşənbə axşamı 12:59:16

1965-ci ildə anadan olub.

1989-cu ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirib.

1982-ci ilin iyul-noyabr aylarında Bakı şəhər Dezinfeksiya Stansiyasında sanitar vəzifəsində,

1982-1983-cü illərdə Mərkəzi Statistika İdarəsində ekspeditor vəzifəsində,

1983-cü ilin iyul-oktyabr aylarında Mənzil-Kommunal Təsərrüfatı Nazirliyinin Elmi-Tədqiqat Layihə Konstruktor Laboratoriyasında texnik vəzifəsində,

1983-1985-ci illərdə Zaqafqaziya Hərbi Dairəsində rota starşinası vəzifəsində,

1985-1988-ci illərdə Mənzil-Kommunal Təsərrüfatı Nazirliyinin Elmi-Tədqiqat Layihə Konstruktor Laboratoriyasında texnik vəzifəsində,

1988-1989-cu illərdə Bakı Taxıl Məhsulları Kombinatında iqtisadçı vəzifəsində,

1990-1991-ci illərdə Bakı şəhəri Xətai rayonu Komsomol Komitəsi Evlərdə Zəhmət Kombinatında azad komsomol katibi vəzifəsində,

1991-2000-ci illərdə Nəsimi rayonu Dövlət Vergi İnspeksiyasında vergi müfəttişi, böyük dövlət vergi müfəttişi, baş dövlət vergi müfəttişi vəzifələrində,

2000-2003-ci illərdə Əzizbəyov Rayonu Vergilər İdarəsində rəis müavini vəzifəsində,

2008-2009-cu illərdə Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli fondunda “Layihələrin monitorinqi və kreditlərin uçotu” şöbəsinin müdiri vəzifəsində,

2009-2010-cu illərdə Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına nəzarət Dövlət Xidmətində rəis müavini vəzifəsində çalışıb.

2010-cu il mayın 25-dən İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətində, 2014-cü ildən İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətində rəis müavini vəzifəsində çalışır.

Ailəlidir, iki övladı var.

VALYUTA ÇEVİRİCİSİ