16 Sentyabr 2019 Bazar ertəsi 21:22:00

Sual: Xarab olmuş malı təmirə verərkən sənədləşmə hansı qaydada aparılmalıdır?

Cavab: Xarab olmuş malı təmirə verərkən sənədləşmə sadə yazılı formada rəsmiləşdirilə bilər və sifarişçiyə talon, kassa çeki və ya qəbz verilməlidir. Təqdim edilən sənədlərdə əsasən sifarişin qəbul olunduğu tarix, görüləcək işin qiyməti və s. məsələlər əksini tapmalıdır.
Sifarişin qəbulu zamanı tərtib edilmiş müqavilə və ya sənədin şərtləri Azərbaycan Respublikasının Mülki Məcəlləsi, «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş istehlakçıların hüquqlarını məhdudlaşdırarasa, həmin müqavilə və ya sənəd etibarsız sayılır.
Sifarişin rəsmiləşdirildiyi müqavilə (qəbz) və ya digər sənəd itirildikdə, yerinə yetirilmiş iş (göstərilmiş xidmət) istehlakçıya onun təqdim etdiyi ərizə və şəxsiyyəti təsdiq edən sənədə əsasən verilir (buraxılır).

VALYUTA ÇEVİRİCİSİ