16 Sentyabr 2019 Bazar ertəsi 21:22:59

Sual: Mal alarkən müqavilə bağlamaq zəruridirmi və bu nə formada həyata keçirilir?

Cavab: Mülki döviyədə istehlakçılar arasında münasibətlər bir qayda olaraq müqavilələrlə nizama salınır və icraçı tərəfindən öhdəliklərin icra edilmədiyi hallarında dəymiş zərərə görə istehlakçı öz hüquqlarını bağladığı müqavilə əsasında müdafiə edə bilər.

Mal alış verişi həyata keçirilən zaman alqı-satqı müqaviləsinin imzalanması zəruridir. Belə müqavilələrə görə, satıcı əşyanı alıcının mülkiyyətinə verməyə, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyə borcludur. Alqı-satqı müqavilələri şifahi və ya yazılı ola bilər. Gündəlik tələbat mallarının, kiçik dəyərli əşyaların alqı-satqısı zamanı yazılı müqavilələrin bağlanmasına ehtiyac olmur. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Bu zaman gələcəkdə yarana biləcək hər hansı anlaşılmazlığın qarşısını almaq üçün istehlakçı ödədiyi pulun kassa çekini tələb etməldir.

VALYUTA ÇEVİRİCİSİ