16 Sentyabr 2019 Bazar ertəsi 21:24:02

Sual: İdxal olunan malların keyfiyyət və təhlükəsizliyinə necə nəzarət olunur?

Cavab: Xarici dövlətlərdən Azərbaycan Respublikasına dövlət gigiyena qeydiyyatına alınmış, müəyyən edilmiş qaydada verilmiş və ya tanınmış uyğunluq sertifikatları olan yeyinti məhsulları idxal edilə bilər. Azərbaycan Respublikasında qüvvədə olan normativ sənədlərə əsasən verilmiş müvafiq sertifikatları olmayan yeyinti məhsullarının Azərbaycan gömrük ərazisinə daxil edilməsinə yol verilmir. Yeyinti məhsullarının idxalı barədə alıcı və satıcı arasında bağlanmış müqaviləyə (kontrakta) məhsulun keyfiyyət və təhlükəsizlik göstəriciləri daxil edilməlidir.

İdxal edilmiş yeyinti məhsulunun müqavilədə və müşayiətedici sənədlərdə göstərilən keyfiyyət və təhlükəsizlik göstəricilərinə uyğunluğu, həmin məhsulun satışa çıxarılmasının mütləq şərtlərindən biridir.

VALYUTA ÇEVİRİCİSİ