19 Oktyabr 2018 Cümə 05:43:17

Sual: Alınan mala mağaza zəmanət verməyibsə, mal xarab çıxıbsa nə etmək olar?

Cavab: İstehsalçı (icraçı) malın (işin, xidmətin), həmçinin komplektləşdirici məmulatların qanunvericilikdə nəzərdə tutulan zəmanət müddəti ərzində bu müddətlərin olmadığı hallarda isə müqavilə ilə müəyyənləşdirilmiş qaydada normal işini (tətbiqini və istifadəsini) təmin edir.

İstehlakçı satıcı (istehsalçı, icraçı) qarşısında zəmanət müddəti müəyyən edilməmiş mallarda aşkar olunmuş qüsurlar barədə, əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 589.2-ci maddəsi ilə müəyyən edilmiş 2 il və daha uzun müddətdən gec olmamaq şərti ilə öz tələblərini irəli sürmək hüququna malikdir.

VALYUTA ÇEVİRİCİSİ