19 Oktyabr 2018 Cümə 05:40:19

Sual: Xahiş edirəm malın zəmanət müddətinin necə müəyyən edildiyi və satılan mala zəmanət müddətinin necə hesablandığı barədə məlumat verəsiniz.

Cavab: Zəmanət müddəti malın müvafiq normativ sənədlərdə nəzərdə tutulmuş zəmanət öhdəliklərinin qüvvədə olduğu müddətidir. "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinə əsasən, zəmanət müddəti, əgər alqı-satqı müqaviləsində ayrı müddət nəzərdə tutulmayıbsa, əşyanın alıcıya verildiyi andan başlanır.

Zəmanət müddəti zəmanət talonunda, malın (işin, xidmətin) pasportunda və ya nişanlama kağızında (yarlıqda) yaxud mala (işə, xidmətə) əlavə olunan digər sənəddə göstərilir.

Zəmanətli təmir aparılarkən malın (işin, xidmətin) zəmanət müddəti onun təmirdə olduğu müddət qədər uzadılır. Göstərilən müddət istehlakçının qüsurları aradan qaldırmaq tələbini irəli sürdüyü gündən hesablanır. Mal dəyişdirildikdə, zəmanət müddəti dəyişdirilmə günündən etibarən yenidən hesablanır.

VALYUTA ÇEVİRİCİSİ