12 Dekabr 2018 Çərşənbə 17:09:49

Sual: Satıcı mal haqqında istehlakçıya hansı məlumatları verməyə borcludur?

Cavab:"İstehlakşıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə əsasən, satıcı (icraçı) istehlakçını maraqlandıran malın (işin, xidmətin) qiyməti, istehlak xassələri (ərzaq malları barəsində isə həm də tərkibi, yararlılıq müddəti, kaloriliyi, sağlamlıq üçün zərərli maddələrin normativ sənədlərin tələbləri ilə müqayisəli miqdarı), əldə edilməsi şərtləri, təminat öhdəlikləri və iddiaların irəli sürülməsi, malın işlədilməsi, saxlanılması və təhlükəsiz istifadəsi üsulları və qaydaları barəsində istehlakçıya zəruri və düzgün məlumat verməyə borcludur.

Satılan mal barəsində yalnış məlumatın və ya kifayət qədər dolğun olmayan məlumatın verilməsi, istehlakçının lazımi xassələrə malik olmayan malı (işi, xidməti) almasına və ya istifadə etməsinə səbəb olmuşdursa, onun müqviləni ləğv etmək hüququ vardır.

VALYUTA ÇEVİRİCİSİ