Gündəlik həyatımızda geyimi ayaqqabısız təsəvvür etmək qeyri-mümkündür. Bəziləri ayaqqabını rahatlığına, bəziləri estetik görnüşünə, əksəriyyət isə qiymətinə görə seçir. Lakin sağlamlığınızı qorumaq üçün ayaqqabı seçimində diqqətli olmaq vacib şərtlərdəndir. Yəqin çoxları ayaqqabı alarkən satıcıların onun təmiz dəri olması, keyfiyyətinə söz olması barədə vədlərini eşidib.
Yuyucu vasitələr parça, metal, şüşə, keramik və sair səthlərdən çirklənmə və ləkələrin təmizlənməsi üçün istifadə edilən çoxkomponentli birləşmələrdir. Bu vasitələr yüksək effektivliyə malik olub istehsalı təsərrüfat sabunu ilə müqayisədə daha ucuz xammala əsaslanır.
Günəbaxan tumu istehlakçılar tərəfindən geniş istifadə edilən qida məhsuludur. Ondan insanlar tərəfindən çərəz, yeyinti sənayesində xammal kimi, toxumlarından isə təbabətdə istifadə edilir. Bir çoxlarinin sevimli məşguliyyəti olan günəbaxan tumunun istehlakı zamanı onun hansı əlamətlərinə diqqət edilməsi alıcıları düşündürən məsələlərindəndir. Əksər hallarda istehlak edilən günəbaxan tumunun keyfiyyəti, onun saxlanma şəraiti va müddəti istehlakçılar tərəfindən nəzərə alınmır. Əslində isə bu kimi amillər onun keyfiyyətinə mənfi təsir göstərir. Ona ğörə də günəbaxan tumu alarkən hər bir istehlakçının bilməli oldugu bəzi məlumatları diqqətinizə çatdırırıq.
Kombi mənzilinizin istilik və isti su ehtiyacını ödəyərək rahatlığınızı təmin edən cihazdır. Kombi sistemi vasitəsilə istənilən hava şəraitində istənilən mənzili isitmək və isti su ilə təmin etmək mümkündür. Bunun üçün sistemin bütün hissələrini tələb olunan qaydada yığmaq, qapalı və bütün otaqları əhatə edən su borularını çəkmək və cihaza qoşmaq kifayyətdir. Nəzərə alın ki, bu cihazları qidalandıran təbii qaz və su xəttinin layihəsi müvafiq icra orqanı tərəfindən təstiq edilməlidir. Təbii qaz və su xəttləri birləşdiriləndən sonra kombi elektron idarəetmə sistemi vasitəsilə suyu tələb olunan dərəcəyə qədər qızdırır və sistemə vurur.
Məlum olduğu kimi istehlakçıların hüquqlarının təmin olunması çoxsaylı amillərdən asılıdır. Təkmil qanunvericilik bazası ilə yanaşı istehlakçının tələbatının yüksək səviyyədə təmin olunması istehsalın inkişaf səviyyəsindən, bazara çıxarılan istehlak mallarının və xidmətlərin miqdarının onlara olan tələbə uyğun olmasından, mal, iş və xidmətlərin keyfiyyətindən, azad rəqabətin inkişafından, keyfiyyətin idarəedilməsi sistemlərinin inkişaf səviyyəsindən, keyfiyyət və təhlükəsizliklə bağlı standartların və tələblərin mövcudluğundan, bu məsələlərə nəzarət mexanizminin çevikliyindən və səmərəliliyindən, həmçinin istehsal, xidmət və istehlakçı mədəniyyətinin inkişafından asılıdır.
İstehlak bazarını keyfiyyətsiz, təhlükəli və saxta mallardan qorumaq, zəmanətli və müddətli satış şərtlərinin tələblərinə əməl etmək, əmtəə nişanlarından düzgün istifadəyə nəzarət etmək, istehlakçıların ticarətdə aldadılmasının qarşısını almaq bu günün aktual məsələlərindəndir. Məhz butün bunlara görə ölkənin ərzaq təhlükəsizliyi, istehlakçıların təhlükəsiz və keyfiyyətli məhsullarla təmin olunması, ticarət norma və qaydalarına əməl olunması dövlət başçısı tərəfindən mühüm vəzifələr kimi qarşıya qoyulmuşdur. Bu baxımdan istehlak bazarının tənzimlənməsi, ən müxtəlif mal və məhsulların zəruri standartlara uyğunlaşdırılması, bütün istiqamətlərdə nəzarətin təşkili məsələləri ölkə iqtisadiyyatının faktiki keyfiyyət mərhələsinin başlıca tələblərindəndir.