İstehlak etdiyimiz qida məhsulları içərisində konservləşdirilmiş tərəvəzlər xüsusi çəkiyə malikdir. Ən geniş yayılmış tərəvəz konservləri pomidor, xiyar, kələm, badımcan, göbələk və s. məhsulların duza qoyulması ilə hazırlanır. Bu məhsullar yaxın keçmişə qədər əsasən ev şəraitində hazırlanırdısa, hazırda daha çox sənaye üsulu ilə istehsalına üstünlük verilir və bu onların çeşid müxtəlifliyinə, keyfiyyətinə müsbət təsir göstərmişdir. Belə ki, faktiki olaraq konservləşdirilmiş tərəvəzlər təbii, sous, marinə edilmiş, dietik, uşaq qidası və s. növlərdə buraxılır.