Qidalanma insan sağlamlığını təmin edən əsas faktorlardan biridir və ərzaq təhlükəsizliyinin qorunması ən vacib məsələlərdəndir. Bu məqsədlə ərzaq məhsullarının keyfiyyəti və təhlükəsizliyinə təkmil nəzarətin təşkili əsas məsələlərdən biridir. Ölkə qanunvericiliyinə görə, malların müvafiq standartın və digər normativ-texniki sənədlərin tələblərinə uyğun istehsal edilməsi sahibkarlıq subyektlərinin borcudur. Həmçinin malların daşınması, saxlanması, satışı zamanı mövcud ticarət qaydalarına, sanitar norma və digər tələblərə ciddi riayət olunmalıdır. Bununla yanaşı istehlakçılar da bu məsələdə diqqətli olmalı və məhsulların keyfiyyətini təyin etmək vərdişlərinə yiyələnməlidir. Ona görə də məhsulların keyfiyyət və təhlükəsizlik göstəriciləri barədə istilakçılara bəzi məlumatları çatdırmaq istəyirik.