İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti istehlakçıların hüquqlarının müdafiəsini təmin etmək, istehlak bazarını mənşəyi məlum olmayan, istifadə müddəti ötmüş və yararsız ərzaq məhsullarından qorumaq istiqamətində monitorinqləri davam etdirir.
İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidmətinin Binəqədi rayonu ərazisində keçirdiyi növbəti monitorinq zamanı 22-ci Dağlıq küçəsində yerləşən və Şahin Ağalarova məxsus topdansatış obyektində 25 çeşiddə 1957 ədəd (peçenye, düyü, karamel, şokolad, limonad və s.), Naxçıvani küçəsində Kazım Tarverdiyevin topdansatış ticarət obyektində isə kolbasa, kilkə, limonad olmaqla 5 adda 1518 ədəd istifadəyə yararsız ərzaq məhsulları aşkar olunmuş və satışdan çıxarılaraq məhv edilmişdir.
Məlumat verildiyi kimi, İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti sement bazarında saxta və satışa yararsız məhsulların dövriyyədən çıxarılması məqsədilə monitorinqlər keçirir.
İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti istehlak bazarının mənşəyi məlum olmayan, istifadə müddəti ötmüş və yararsız ərzaq məhsullarından qorunması ilə bağlı tədbirlərini davam etdirir.
İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidmətinin Xaçmaz şəhərində keçirdiyi nəzarət tədbiri zamanı İ.Qayıbov küçəsində yerləşən Ələddin Kərimova məxsus sement satışı mağazasında “Garadağ-Sement” ASC-nin əmtəə nişanı ilə nişanlanmış, əslində isə bu müəssisədə istehsal edilməyən 210 kisə mənşəyi məlum olmayan sement aşkar edilmişdir. Ümumi çəkisi 10,5 ton olan sement satışdan çıxarılaraq maddi-məsul saxlamaya verilmişdir.
Məlumat verildiyi kimi, İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti sement bazarında monitorinqlər keçirir.
Dövlət Xidmətinin keçirdiyi keyfiyyətə nəzarət üzrə növbəti tədbir zamanı Bakı şəhərində Dəniz Limanı ərazisində yerləşən sement satışı obyektində fiziki şəxs Möhübbət Məmmədova məxsus ümumi çəkisi 462,3 ton olan 9245 kisə mənşəyi məlum olmayan sement aşkar olunmuşdur.