Koronavirus pandemiyası ilə əlaqədar dünyada olduğu kimi, ölkəmizdə də bir sıra dərman vasitələrinə tələbat artıb. Bu səbəbdən dərman vasitələrinin təsdiq edilmiş qiymətdən fərqli qiymətə satışı və əsassız dövriyyədən çıxarılmaqla dərman qıtlığı yaradılmasının vaxtında müəyyən edilməsi və qarşısının alınması məqsədilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən aparılan monitorinqlər gücləndirilib
Əhalinin sağlam və keyfiyyətli un-çörək məhsulları ilə təmin edilməsi üçün xammalın keyfiyyətinin artırılmasına nəzarəti həyata keçirəcək yeni, sərtləşdirilmiş tələbləri ehtiva edən AZS 888:2020 “Buğda.Texniki şərtlər” dövlət standartı təsdiq edilib. Yeni standart keyfiyyətli buğdanın tədarükü (saxlanma) prosesinə nəzarəti də təmin edəcək
Son zamanlar bir sıra ticarət obyektlərində “Alınan mallar geri qaytarılmır” kimi lövhələrin asılması halları müşahidə olunur. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti bildirir ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanuna əsasən, istehlakçı aldığı malda zəmanət müddəti ərzində qüsur, saxtalaşdırma aşkar edərsə, satıcıdan aşağıdakılardan birini tələb edə bilər:
Dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi istiqamətində kompleks tədbirlər davam etdirilir. Dövlət qeydiyyatına alınan dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi Tarif (qiymət) Şurası tərəfindən aparılır. Qiymət tənzimlənməsi ilk növbədə həyatı vacib və daha çox tələb olunan dərman vasitələri üzrə həyata keçirilir. İndiyədək Tarif (qiymət) Şurası tərəfindən 12.114 dərman vasitəsinin qiyməti təsdiq edilib.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxsin təşəbbüsu əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti ilə birlikdə Əməyin təhlükəsizliyinin standartlaşdırılması üzrə Texniki Komitə (AZSTAND/TK 21) yaradılıb.
Dərman vasitələrinin, habelə tibbi spirt və maskaların qiymətində baş verə biləcək süni artımın və əsassız olaraq dövriyyədən çıxarılmaqla mal qıtlığı yaradılmasının vaxtında müəyyən edilməsi və qarşısının alınması məqsədilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən intensiv monitorinq və yoxlamalar davam etdirilir.