Martın 15-də Ümumdünya İstehlakçıların Hüquqlarının Müdafiəsi Günü ilə əlaqədar İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətində aidiyyəti dövlət qurumlarının, yerli və beynəlxalq təşkilatların, sahibkarlıq subyektlərinin nümayəndələrinin iştirakı ilə “İstehlakçı-sahibkar münasibətləri: Qarşılıqlı hüquq və vəzifələr” mövzusunda Dəyirmi Masa keçirilib.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin təşkilatçılığı ilə martın 7-də Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində istehlakçı hüquqlarına dair Konfrans keçirilib.
"Hər bir istehlakçı öz hüquqlarını bilməli və tələb etməlidir" mövzusunda keçirilən tədbirdə Dövlət Xidmətinin əməkdaşları məruzələrlə çıxış edib, ticarət və xidmət qaydalarının tələblərinə əməl olunması, xidmət mədəniyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər, istehlakçıların mal alarkən diqqət yetirməli olduğu məsələlər və s. barədə ətraflı məlumat verib, tədbir iştirakçılarının suallarını cavablandırıblar.
Yetişməkdə olan gənc nəslin aparıcı qüvvəsi olan ali və orta ixtisas təhsil müəssisələri tələbələrinin maarifləndirilməsi məqsədilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən mütəmadi olaraq tədbirlər həyata keçirilir. İstehlakçıların hüquqlarının müdafiəsinin gücləndirilməsinə xidmət edən bu kimi tədbirlərin 2018-ci ildə də davam etdiriləcəyi nəzərdə tutulur.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin təşkilatçılığı ilə istehlakçıların hüquqları barədə növbəti konfrans və malları (işləri, xidmətləri) dövlət vəsaitləri hesabına satın alan təşkilatların nümayəndələri üçün treninq fevralın 16-da Biləsuvarda keçirilib.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin təşkilatçılığı ilə istehlakçıların hüquqlarının müdafiəsinin gücləndirilməsi məqsədi ilə 2018-ci ildə ilk konfrans və malları (işləri, xidmətləri) dövlət vəsaitləri hesabına satın alan təşkilatların nümayəndələri üçün treninq yanvarın 19-da Ucarda keçirilib.
Dövlət satınalmaları sahəsində qanunvericiliyin tələblərinə ciddi riayət olunması, satınalan təşkilatların mütəxəssislərinin ixtisas səviyyəsinin və nəzəri biliklərinin artırılması məqsədi ilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətində Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Aparatının müvafiq bölmələrinin, strukturlarına daxil olan və strukturuna daxil olmayan tabeliyindəki qurumların mütəxəssisləri üçün təlim kursu təşkil olunmuşdur.