DONDURMA ALARKƏN DİQQƏTLİ OLUN
Dondurmanın tərkibi və növləri.Dondurma yüksək qidalılıq dəyərinə malik olan, orqanizm tərəfindən asan həzm olunan qida məhsuludur. Onun istehsalında əsasən süd, şəkər, yumurta, kərə yağı, dad və ətirverici maddələr, stabilləşdiricilər və s. maddələrdən istifa-də olunur.sas dondurma növlərinə süd əsaslı (südlü, qaymaqlı, plombir), meyvə-giləmeyvə əsaslı (bir və ya bir neçə növ meyvə və giləmeyvədən, yaxud onların emal məhsullarından hazırlanan dondur-ma) və aromatik (şəkər şərbəti əsasında, ətirli qida essensiyaları və yağları əlavə edilməklə hazırlanan dondurma) dondur-malar aiddir.
Qablaşdırılması və markalanması
Dondurma daхildən qalaylanmış qapağı möhkəm örtülən metal qablarda qablaşdırılır. Qapağın altından perqa-ment və yaхud podperqament kağızı qoyulur. Çəki ilə satılan dondurmalar isə daхilinə polietilen yerləşdirilmiş karton qutulara qablaşdırılır.
ədədlə satılan хırda çəkilib-bükülmüş dondurmalar vafli stəkanlarda, para-finləşdirilmiş kartondan stəkanlarda, laminirləşdirilmiş sellofan paketlərdə, qapaqlı polistirol stəkanlarda və müvafiq səlahiyyətli orqanlar tərəfindən icazə verilən digər qablaşdırma material-larında buraхılmalıdır.
İstehlak tarasında qablaşdılılmış don-durmanın etiketində aşağıdakı məlumat-lar olmalıdır:
- istehsalçı müəssisənin adı, ünvanı və əmtəə nişanı (olduqda);
- dondurmanın adı və tərkibi (qida əlavələri daxil olmaqla);
- xalis kütləsi;
- istehsal tarixi;
- saxlanma şəraiti və müddəti;
- məhsulun qida və enerji dəyəri barədə məlumat;
- sertifikatlaşdırma haqqında məlumat və müvafiq standartın işarəsi.
Saхlanması
Dondurmanın topdan satış obyekt-lərində soyuducu kameralarda saxlanma müddəti mənfi 240C-dən yüksək olmayan tempetraturda ən çoxu 1 ay, mənfi 180C-dən yüksək olmayan temperaturda ən çoxu 20 sutka, mənfi 120C-dən yüksək olmayan temperaturda ən çoxu 5 sutkadır.
Pərakəndə satış şəbəkəsində don-durmanın satış müddəti mənfi 240C-dən yüksək olmayan temperaturda 20 sutkadan, mənfi 180C-dən yüksək olmayan temperaturda 10 sutkadan, mənfi 120C-dən yüksək olmayan tempe-raturda 2 sutkadan artıq olmamalıdır.
Dondurmanın topdan satış obyekt-lərin soyuducularında saxlanılması və ticarət şəbəkəsində satılmasının ümumi müddəti mənfi 240C-dən yüksək olmayan temperaturda 1 aydan, mənfi 180C-dən yüksək olmayan temperaturda 20 sutkadan, mənfi 120C-dən yüksək olmayan temperaturda 7 sutkadan artıq olmamalıdır.
Dondurmanı ev şəraitində mənfi 180C-dən yüksək olmayan temperaturda alındığı gündən etibarən ən çoxu 5 sutka saxlamaq məsləhət görülür.
Saxlanma temperaturunun daimiliyi dondurmanın keyfiyyətini təmin edən şərt-lərdən biridir. Saxlanma temperaturunda dəyişikliklər olduqda məhsullarda mikrobio-loji yoluxma ehtimalı artır. Bu cür məhsul-ların istehlakı insan orqanizmi üçün müxtəlif fəsadlara yol aça bilir.
Odur ki, dondurma alarkən saxlanma şəraitinə və formasına diqqət edin. İri buz kristalları əmələ gələn dondurmalar keyfiyyətsiz hesab olunur.
İstehsal tarixi qeyd olunmayan və saxlama müddəti ötmüş dondurmaları almaqdan çəkinin.














