SPİRTSİZ İÇКİ ALARKƏN NƏYƏ DİQQƏT EDİLMƏLİ
Spirtsiz içkilərin tərkibi və növləri.Spirtsiz içkilər susuzluğun yatırıl-masında və orqanizmdə su balansının tənzimlənməsində fizioloji əhəmiyyətə malikdir. Spirtsiz içkilərin tərkibində 7-10%-ə qədər şəkər, 0,1-1,2%-ə qədər üzvi turşu, eləcə də mineral maddələr, vitaminlər, boya maddələri və digər bioloji fəal maddələr olur.Təbii meyvə-giləmeyvə ekstraktları ilə hazırlanmış spirtsiz içkilərin tərkibində minerallı, rəngləyici və digər bioloji fəal maddələr mövcuddur.
Spirtsiz içkilər aşağıdakı kimi təsnif-ləşdirilir:
mineral sular;
qazsız spirtsiz içkilər;
qazlaşdırılmış spirtsiz içkilər;
meyvə-giləmeyvə və tərəvəz şirələri;
şərbətlər və s.
Markalanması
Spirtsiz içkilərin etiketlərində məhsulun və istehsalçı müəssisənin adı, mənşəyi və istehsal olunduğu ölkə, tərkibi, qida dəyərliliyi, istehsalçının ticarət nişanı, minerallaşma dərəcəsi, suyun təyinatı (müalicəvi süfrə və ya təbii süfrə), istehsalında istinad olunan standartın nömrəsi və sertifikatlaşdırma barədə qeyd, istehsal tariхi, saхlanma şəraiti və müddəti və s. məlumatlar göstərilməlidir.
Кeyfiyyətli spirtsiz içkilər şəffaf, çöküntüsüz və bulanıqsız olur. Meyvəli spirtsiz içkilərin rəngi, dadı və ətri onların adına müvafiq olmalıdır
Saxlama temperaturu və müddəti
Spirtsiz içkilər 0-
qazlı içkilər - 30 gündən 6 aya qədər;
diabetiklər üçün içkilər və süni mineral sular - 15 günə qədər;
bütün növ düşes limonadları - 20 günə qədər;
təbii mineral sular və meyvə-giləmey-və şirələri - 1 ilə qədər;
qazlı içki konsentratları - 2 ilə qədər.
Germetik tarada pasterizə edilmiş şərbətləri uzun müddət, digərlərini 7 aya qədər, açıq şəkildə isə 20 gün müd-dətində saхlamaq olar.
Saxlanma müddəti ötmüş spirtsiz içkilərdən istifadə edilməsi insanlarda zəhərlənmə, mədə-bağırsaq sisteminin pozulması və digər fəsadlara yol aça bilir.
Bu səbəbdən spirtsiz içki alarkən onun saxlanma müddətinə diqqət edin.














