Axtarış

Bəner
Bəner
Bəner
Bəner
Bəner
Bəner

UŞAQ YEMƏKLƏRİ ALARKƏN DİQQƏTLİ OLUN!

Ümumi məlumat

ushaq_1_thumb100_Ana südü ilə tam təmin olunmayan uşaq-ların əlavə qidalandırılmasına zərurət yaranır. Bu zaman vitaminli, yüngül və tez həzm olunan qidalara üstünlük verilir.Uşaqların qidalandırılmasında uşaq yeməklərinin aşağıdakı nцvlərindən istifadə olunur:meyvə və giləmeyvə konservləri;quru məhsullar (sıyıqlar);tərəvəzli, tərəvəzli-meyvəli, tərəvəzli-ətli konservlər;un;quş əti konservləri;duru və pastaşəkilli süd məhsulları;quru süd məhsulları və s.Uşaq qıdası kimi istifadə olunan müxtəlif növ konservlərə süni boyalar və sintetik aromatlaşdırıcı maddələrin əlavə edilməsi yol verilməzdir.  Konservlərin tərkibində kənar iy və dad olmamalı və rəngi tərkibində olan meyvənin rənginə uyğun olmalıdır.


Markalanması

Uşaqlar üçün nəzərdə tutulan süni qida məhsullarının keyfiyyəti və təhlükəsizliyi standartların, sanitar-gigiyenik norma və qaydaların tələblərinə cavab verməlidir.  Süni qida məhsullarının üzərində aşağıdakı məlumatlar olmalıdır:

ana südünün üstünlüyü;

yalnız həkim məsləhəti ilə istifadə edilə bilməsi barədə qeyd;

qidanın düzgün hazırlanması və saxlan-ması barədə qeyd;

yararlılıq müddəti;

mənşəyi, istehsalзısının adı və ünvanı;

enerji dəyəri;

tərkibində əsas inqrediyentlərin heyvan və ya bitki mənşəli olması barədə qeyd;

kimyəvi tərkibi;

hazırlanmasında istinad olunan normativ-texniki sənəd və sertifikatlaşdırma barədə qeyd.

Saxlanması

Uşaq qidası kimi istifadə olunan konservlərin üzərində eyni zamanda tərkibində duz və şəkər qarışığının olmadığı və ekoloji təmiz məhsuldan hazırlandığı barədə qeyd.

Uşaq qidaları təmiz, quru, yaxşı vintilyasiya olunan anbarlarda aşağıdakı tempratur rejimində və müddətlərdə saxlanılmalıdır:

meyvə və giləmeyvə konservlərini 0°-25°C temperaturda 2 il;

quru məhsulları (sıyıqlar) və quş əti konservlərini 0°-20°C temperaturda istehsalзı tərəfindən müəyyən edilən və qutunun üzərində göstərilən müddətdə;

tərəvəzli, meyvəli və ətli konservləri şüşə qablarda 2 il, dəmir qablarda 1 il, konservlərə vitamin, süd, qaymaq, xama əlavə edildiyi təqdirdə 1 il;

duru və quru süd məhsulları, o cümlədən  erkən yaşda olan uşaq qidası üçün konservləşdirilmiş ət məhsulları hər bir növ məhsulun müvafiq normativ sənədinə uyğun olaraq konkret görünüşünə əsasən istehsalçı tərəfindən müəyyən olunan müddətdə;

ev şəraitində duru süd tərkibli uşaq qidalarını 4 ± 2°С temperaturda 24-78 saat müddətində.

Uşaq qidası alarkən diqqət edilməli olan məsələlər

Qablaşdırmanın tamlığına

əgər qabın цzü və ya qapağı zədələnibsə onu almaqdan çəkinin.

Hazırlanma tarixi və yararlılıq müddətinə

əgər qabın qapağı azacıq batıqdırsa bu həmin məhsulun təzə olmasına dəlalət edir.

Yaş həddinə

Uşaq qidasını alarkən onun üzərində “üşaq qidası” və “6, 8, 10 və 12 aylıq uşaqlar üзün” kimi qeydlərin olmasına diqqət yetirin.

Tərkibinə

Qidanı tərkibindəki inqredientlərə görə düzgün seçin.

Uşaq qidası kimi istifadə olunan konserv-lərin tərkibində duz və şəkər qarışığının olmamasına və ekoloji təmiz məhsuldan hazır-landığına xüsusi diqqət edin.

 

Xəbərdarlıq , yeni pəncərədə açılır ! Çap

Bəner
Bəner
Bəner
Bəner
Bəner
Bəner