Elektroenergetika haqqında Azərbaycan Respublikasının Qanunu № 459-IQ, 3 aprel 1998-ci il
I fəsil. Ümumi müddəalar
Maddə 4. Elektrik və istilik enerjisi sahəsində idarəetmə və dövlət nəzarəti
Müvafiq icra hakimiyyəti orqanları: elektrik və istilik enerjisinin istehsalı, ötürülməsi, paylanması və satılması üçün xüsusi icazə verilməsi; elektrik və istilik enerjisinin müəyyən ərazi hüdudunda nəql edilməsi və paylanmasına hüquq verən müqavilələrin bağlanması; elektrik və istilik enerjisinin qiymətlərinin (tariflərinin) tənzimlənməsi; elektrik və istilik enerjisi sahəsində fəaliyyətin inhisarsızlaşdırılması; elektrik enerjisinin ixrac və idxal edilməsi əməliyyatlarına xüsusi icazənin verilməsi; enerjinin səmərəli, təhlükəsiz və etibarlı istehsalı, nəqli, paylanması və istehlakı üzrə dövlət nəzarətinin aparılması; elektrik və istilik enerjisinin istehsalı, ötürülməsi, satılması, paylanması üzrə, həmçinin elektrik və istilik qurğularının təhlükəsiz, etibarlı tikilməsi üzrə ümumi qaydaların və standartların müəyyən edilməsi, onların yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi üçün məsuliyyət daşıyır.
II fəsil. Elektrik və istilik enerjisi sahəsində fəaliyyətə xüsusi icazə
Maddə 5. Xüsusi icazə
Enerjinin istehsalı, nəqli və paylanması ilə əlaqədar fəaliyyət növləri qanunvericiliklə müəyyən edilmiş hallar istisna olmaqla xüsusi icazə əsasında həyata keçirilir. Mülkiyyət növündən asılı olmayaraq hüquqi və fiziki şəxslərə xüsusi icazə qanunvericiliklə müəyyən olunmuş qaydada müsabiqə yolu ilə verilir. Xüsusi icazə müstəsna hallarda Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının qərarı ilə müsabiqəsiz də verilə bilər. Elektrik və istilik enerjisi ilə əlaqədar fəaliyyətlərə xüsusi icazə istənilən maraqlı tərəfin müraciəti əsasında Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. Müraciətdə aşağıdakılar əks etdirilir: nəzərdə tutulmuş fəaliyyətin əsas əlamətlərinin təsviri; müraciət edən şəxsin və onun işçilərinin müvafiq ixtisas dərəcəsi haqqında sənədlər; ictimai texniki təhlükəsizliyə riayət edilməsi haqqında arayış; fəaliyyətlə məşğul olan insanların sağlamlığının və təhlükəsizliyinin mühafizəsi üzrə qaydalara aid sənədlər. Əsas tələblər yerinə yetirildikdən sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən xüsusi icazə müstəsna hallarda şərti olaraq da verilə bilər. Bu halda da xüsusi razılığa malik olan şəxslər bu Qanunu və digər qanunvericilik aktlarını rəhbər tuturaq öz vəzifələrini yerinə yetirirlər.
Maddə 6. Yeni elektrik qurğularının tikilməsinə, yaradılmasına və istismara verilməsinə xüsusi icazə
Elektrik enerjisi istehsal edən, ötürən və paylayan yüksək gərginlikli qurğular qanunvericiliklə müəyyən edilmiş hallar istisna olmaqla əvvəlcədən xüsusi icazə olmadan tikilə və işlədilə bilməz. Yeni elektrik qurğularının layihəqabağı əsaslandırmaları və layihəsi xüsusi icazə üçün müvafiq icra hakimiyyəti orqanına təqdim edilir. Elektrik və istilik enerjisi qurğularının quraşdırılması, işə salınması və istismarı daim müvafiq tələblərə və texniki standartlara cavab verməlidir.
Maddə 7. Xüsusi icazə almaq üçün tələblər
Xüsusi icazə almaq üçün aşağıdakı tələblər irəli sürülür: elektrik və istilik enerjisi tələbatının (miqdarının) effektiv təmin edilməsi; rayon hüdudlarında enerjinin qənaəti və səmərəli təchizatı; ətraf mühitə, tarix və mədəniyyət abidələrinə vurula biləcək ziyanın aradan qaldırılması. Bu fəsildəki səlahiyyətləri yerinə yetirmək üçün xüsusi icazəni alan şəxs lazımi texniki və maliyyə xarakterli informasiyaları təmin edir. İctimai və fərdi maraqların qorunması üçün ehtiyac olarsa, xüsusi icazəyə digər tələblər də əlavə etmək olar.
Maddə 8. Elektrik və istilik enerjisinin paylanmasına aid tələblər
İstehlakçılara elektrik və istilik enerjisinin paylanması üçün müvafiq icra hakimiyyəti orqanı ilə gələcək təchizatçı (paylayıcı) arasında müqavilə bağlanılır. Enerji paylanması müqavilələri əsasında verilən xüsusi icazə alan şəxsin aşağıdakı hüquqları vardır: müqavilədə nəzərdə tutulan sahə (ərazi) hüdudunda istehlakçıları elektrik və istilik enerjisi ilə təmin etmək; elektrik və istilik enerjisini nəql etmək; xüsusi icazə nəzərdə tutulan və xüsusi icazə fəaliyyəti üçün lazım olan bütün qurğuların tikilməsini və istismarını həyata keçirmək. Xüsusi icazə fəaliyyəti sahəsinin (ərazisinin) hüdudlarında enerji paylayıcısının vəzifələri: dövlət tənzimləməsinə uyğun olaraq özü verdiyi enerjinin qiymət və tariflərini müəyyən etmək, həmçinin enerjinin paylanması üçün istehlakçının energetik qurğulara qoşulmasının ümumi şərtlərini müəyyən etmək; müqavilə bağlanmış sahə (ərazi) hüdudunda istehlakçıların tələbi ilə onları energetik qurğulara qoşmaq və razılaşdırılmış qiymətlər, tariflər və şərtlər əsasında enerji ilə təchiz etmək; paylayıcının şəbəkəsinə qoşulan istehlakçıların enerjiyə tələbatını kəmiyyət və keyfiyyətcə müntəzəm ödəmək məqsədilə elektrik və istilik enerjisinin istehsalı, alınması və ötürülməsi üçün bütün tədbirləri görmək; müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında sənaye sahələrinin və istehlakçıların öz ehtiyaclarından artıq istehsal etdikləri elektrik və istilik enerjisinin satın alınması. İstehlakçı özü elektrik enerjisi istehsalçısıdırsa və ya paylayıcı aşkar iqtisadi səbəblərdən (nisbətən uzun və baha başa gələn məsafəyə az miqdarda enerji ötürmək sifarişi alırsa və həmin sahənin istehlakçılarını tez şəbəkəyə qoşa bilmirsə) istehlakçını şəbəkəyə qoşmaqdan imtina edirsə, həmin istehlakçılar enerji istehsal edən, nəql edən və paylayan digər müəssisələr tərəfindən təchiz edilə bilərlər. Müvafiq icra hakimiyyəti orqanı rayonun enerji təchizatı üzrə qaydalar müəyyən edir. Əgər rayona gətirilən enerjinin böyük hissəsi öz ehtiyaclarından artıq sənaye müəssisələrində, istilik və elektrik enerjisini birgə (kombinə) istehsal edən qurğularda və bərpa olunan enerji mənbələrində (külək, günəş və s.) istehsal edilirsə, həmin qaydalarda dövlət güzəştləri nəzərdə tutulmalıdır. Elektrik və istilik enerjisinin paylayıcı qurğusu paylaşdırma üzrə müqavilə əsasında işləyir və müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan ləğv edilə bilməz.
Azərbaycan Respublikasının qanunvericiliyi ilə elektrik və istilik enerjisinin paylanması üzrə başqa tələblər də nəzərdə tutula bilər.
Maddə 9. Rayonlar (ərazilər) üzrə enerji təchizatına xüsusi icazə
Müəyyən rayon (ərazi) hüdudunda elektrik və istilik enerjisi qurğusunun tikintisi, istismarı və enerji təchizatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən bir və ya bir neçə hüquqi və fiziki şəxslərə verilən xüsusi icazə əsasında həyata keçirilir.
Maddə 11. Elektroenergetikada müqavilə münasibətləri
Elektrik və istilik enerjisinin alqı-satqısı və mübadiləsi müqavilələr əsasında həyata keçirilir. Müqavilə «Elektrik və istilik enerjisindən istifadə etmə qaydaları»na uyğun tərtib edilməklə aşağıdakıları əks etdirməlidir: elektrik və istilik enerjisinin qiyməti, həcmi, təchizat recimi; şəbəkəyə qoşulma və ayırma şərtləri; enerjinin keyfiyyəti (gərginlik, tezlik və təchizatın etibarlılığı); istehlakçının dərəcəsi; enerji dəyərinin ödəmə şərtləri; təbii fəlakət və digər fors-macor halları istisna olmaqla qəza vəziyyətləri və enerjinin keyfiyyətinin aşağı olması nəticəsində dəyən ziyanın ödənilməsi şərtləri; istehlakçı-təchizatçı sərhədlərinin müəyyən edilməsi. İstehlakçı müqavilə müddəti qurtarmamış enerjidən imtina edərsə, təchizatçının müqavilə ilə əlaqədar çəkilmiş xərclərin ödənilməsini tələb etmək hüququ vardır. Enerjinin alqı-satqısı zamanı yaranan mübahisələrə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılır.
IV fəsil. Elektrik və istilik enerjisinin istehlakçıları
Maddə 15. Elektrik və istilik enerjisinin istehlakçılarının hüquqları
İstehlakçılar elektrik və istilik enerjisini təjhizatçılarla bağlanılmış müqavilələr əsasında alırlar. Elektrik və istilik enerjisi istehlakçısının (əhali istisna olmaqla) enerji təjhizatı şəbəkəsinə qoşulması və ya əlavə enerji (güj) alması üçün yeni tikinti (qurğu) və avadanlıq tələb edilə bilər. Bu halda istehlakçı həmin tikintilər (qurğular) və avadanlıqlar üçün tələb olunan xərjlərdə iştirak edir. Xərjlər müvafiq olaraq yeni güj sifarişçiləri arasında bölünə bilər. İstehlakçıların yerləşdiyi ərazidən asılı olmayaraq enerji təjhizatçısını seçmək hüququ vardır. Bu halda təjhizatçı enerjinin ötürülmə xərjlərinin ödənilməsində iştirak edir.
Azərbayjan Respublikasının Prezidenti
Heydər ƏLİYEV
Bakı şəhəri, 3 aprel 1998-ci il
№ 459-IQ














