Axtarış

Bəner
Bəner
Bəner
Bəner
Bəner
Bəner

İstehlakçıların hüquqlarının müdafiəsi və reklam haqqında qanunvericiliyin pozulmasına görə tərtib edilən sənədlərin rekvizitləri və onlardan istifadə Qaydaları

1. Ümumi müddəalar

1.1. Bu Qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» və «Reklam haqqında» Azərbaycan Respublikasının Qanunlarına, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə, Azərbaycan Respublikası Prezidentinin 11.06.2001-ci il tarixli, 495 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi haqqında Əsasnamə»yə uyğun hazırlanmışdır və istehlakçıların hüquqlarının müdafiəsi və reklam haqqında qanunvericiliyin pozulmasına görə sənədlərin tərtib edilməsi Qaydalarını müəyyən edir.

1.2. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Antiinhisar Siyasəti Departamentinin (bundan sonra Departament adlanacaq) müvafiq səlahiyyətli vəzifəli şəxsləri (əməkdaşları) şəxslər tərəfindən istehsal, satış, iaşə, məişət və xidmət sahələrində fəaliyyət göstərən obyektlərdən qanun pozuntuları ilə əlaqədar müraciətlər edildikdə, müvafiq sənədlər (protokol, qərar) tərtib edirlər.

2. İnzibati xəta haqqında protokol

2.1. İstehsal, satış, iaşə, məişət və xidmət sahələrində fəaliyyət göstərən obyektlərdə araşdırmalar aparılarkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə nəzərdə tutulmuş istehlakçıların hüquqlarının müdafiəsi və reklam haqqında qununvericiliyin pozulması halları müəyyən edildikdə Departamentin səlahiyyətli vəzifəli şəxsi (əməkdaşı) İnzibati xəta haqqında 2 nüsxədən ibarət protokol tərtib edir (əlavə 1).

İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir:

2.1.1. Protokolun nömrəsi, tərtib edildiyi tarix və yer;

2.1.2. Protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı;

2.1.3. Barəsində protokol tərtib edilən fiziki şəxs, vəzifəli şəxs və ya hüquqi şəxsin nümayəndəsi haqqında məlumat;

2.1.4. İnzibati xətanın törədildiyi yer, vaxt və xətanın mahiyyəti;

2.1.5. Məcəllənin bu xətaya görə məsuliyyət nəzərdə tutan müvafiq maddəsi;

2.1.6. Şahidlərin və zərərçəkmiş şəxslərin məlumat və izahatları;

2.1.7. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatı;

2.2. Protokol tərtib edilərkən barəsində inzibati xəta haqqında icraat aparılan fiziki şəxs, vəzifəli şəxs və ya hüquqi şəxsin nümayəndəsinə onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 371-374-cü maddələrində nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilir.

2.3. Barəsində protokol tərtib edilmiş fiziki şəxs, vəzifəli şəxs və ya hüquqi şəxsin nümayəndəsinə protokolla tanış olmaq imkanı yaradılır;

2.4. Protokol, onu tərtib etmiş şəxs tərəfindən və barəsində protokol tərtib edilən fiziki şəxs, vəzifəli şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində protokol tərtib edilən fiziki şəxs, vəzifəli şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində protokol tərtib edilən fiziki şəxs, vəzifəli şəxs və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar vermək və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. İzahatlar və mülahizələr protokola əlavə olunur. Protokolun surəti barəsində protokol tərtib edilən fiziki şəxs, vəzifəli şəxs və ya hüquqi şəxsin nümayəndəsinə təqdim edilir.

3. İnzibati tənbeh vermə haqqında qərar

3.1. İstehlakçıların hüquqlarının müdafiəsi və reklam sahələrində İnzibati xətalar törətmiş şəxslər haqqında tərtib edilmiş Protokola və iş üzrə toplanmış digər sənədlərə əsasən Departamentin səlahiyyətli vəzifəli şəxsi qərar qəbul edir. (əlavə 2).

3.1.1. İnzibati Xətalar Məcəlləsinin tələblərinin pozulması haqqında işə baxılması üzrə qərarda aşağıdakılar göstərilir;

3.1.2. Qərarı çıxaran vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı;

3.1.3. İşin baxılması tarixi və yeri;

3.1.4. Barəsində qərar qəbul edilmiş fiziki şəxs, vəzifəli şəxs və ya hüquqi şəxsin nümayəndəsi haqqında məlumat;

3.1.5. İşə baxılarkən müəyyən edilmiş hallar;

3.1.6. Məcəllənin törədilmiş inzibati xətaya görə məsuliyyət nəzərdə tutan müvafiq maddəsi;

3.1.7. Törədilmiş inzibati xətaya görə təyin edilən cərimə;

3.1.8. İnzibati xəta haqqında iş üzrə götürülmüş (məsul saxlanmaya verilmiş, satışdan çıxarılmış) yararsız (saxta, istifadə müddəti ötmüş) əmtəənin (şeyin) növü, miqdarı, çəkisi, harada yerləşdiyi barədə məlumat, sənədlərin surəti;

3.1.9. Qərardan şikayət verilməsi müddəti və Qaydası;

3.1.10. Qərarı çıxarmış vəzifəli şəxsin möhürlə təsdiq edilmiş imzası;

3.1.11. Barəsində protokol tərtib edilmiş fiziki şəxs, vəzifəli şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən qərarın surətinin alınmasını təsdiq edən imza.

3.2. İnzibati xəta haqqında iş üzrə götürülmüş və (məsul saxlanmaya verilmiş, satışdan çıxarılmış), yararsız (saxta, istifadə müddəti ötmüş) əmtəənin (şeylərin) məhv edilməsi barədə məhkəmə qarşısında iddia qaldırılır.

4. İnzibati xəta haqqında iş üzrə icraatın dayandırılması haqqında qərar

4.1. Səlahiyyətli vəzifəli şəxsin qərarı ilə inzibati xəta haqqında iş üzrə icraat aşağıdakı hallarda dayandırıla bilər: (əlavə 3)

4.1.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs qaçıb gizləndikdə və ya digər səbəblərdən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin olduğu yer müəyyən edilmədikdə:

4.1.2. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs psixi və ya digər ağır xəstəliyə tutulduqda;

4.1.3. İnzibati xətanı törədən şəxs müəyyən olunmadıqda;

4.2. İnzibati xəta haqqında iş üzrə icraatın dayandırılması haqqında qərarda aşağıdakı məhlumatlar göstərilir:

4.2.1. Qərarı çıxaran vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı;

4.2.2. İşin baxılması tarixi və yeri;

4.2.3. Barəsində protokol tərtib edilmiş fiziki şəxs, vəzifəli şəxs və ya hüquqi şəxs haqqında məlumat.

4.2.4. İşə baxılarkən müəyyən edilmiş hallar;

4.2.5. Məcəllənin iş üzrə icraatın dayandırılması üçün əsas olan maddəsi;

4.2.6. Qərarı çıxarmış vəzifəli şəxsin möhürlə təsdiq edilmiş imzası;

4.2.7. Barəsində qərar qəbul edilmiş fiziki şəxs, vəzifəli şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən qərarın surətinin alınmasını təsdiq edən imza.

4.3. İnzibati xətalar haqqında iş üzrə icraatın dayandırılmasına qədər səlahiyyətli vəzifəli şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan həyata keçirilməsi mümkün olan inzibati xəta haqqında iş üzrə bütün prosessual hərəkətləri aparmalı və inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması üçün səbəb olmuş halların aradan qaldırılması üçün qanunvericiliklə nəzərdə tutulan bütün tədbirləri görməlidir.

4.4. Qərarın 4.1.1—4.1.3 bəndlərində göstərilən hallar aradan qaldırıldıqda səlahiyyətli vəzifəli şəxsin qərarı ilə inzibati xəta haqqında iş üzrə icraat təzələnir.

5. İnzibati xəta haqqında işin icraata verilməsi haqqında qərar

5.1. Qanunvericiliklə nəzərdə tutulmuş aşağıdakı hallarda səlahiyyətli vəzifəli şəxs tərəfindən inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edilə bilər: (əlavə 4)

5.1.1. İnzibati xəta hadisəsi olmadıqda;

5.1.2. İnzibati xəta tərkibi olmadıqda;

5.1.3. Şəxs son zərurət vəziyyətində hərəkət etdikdə;

5.1.4. Şəxs zəruri müdafiə vəziyyətində hərəkət etdikdə;

5.1.5. İnzibati məsuliyyət müəyyən edən normativ hüquqi akt ləğv olunduqda;

5.1.6. İnzibati xəta haqqında işə baxılan vaxt Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 36-cı maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda;

5.1.7. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə Aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işini başlamaq haqqında qərar olduqda;

5.1.8. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öldükdə.

5.2. İnzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərarın surəti barələrində belə qərar qəbul edilmiş şəxslərə göndərilir.

5.3. Bu «Qaydalar»ın tələblərinin pozulması qanunvericiliklə müəyyən edilmiş Qaydada məsuliyyətə səbəb olur.

5.4. Bu «Qaydalar» dövlət qeydiyyatına alındığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikası Mərkəzi İcra Hakimiyyəti Orqanlarının Normativ Aktlarının Bülletenində dərc edilmişdir (№ 8-9, 2003-cü il, s. 3) («VES Consultancy» LLC).

Əlavə 1

Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Antiinhisar Siyasəti Departamenti

İnzibati xəta haqqında protokol № ______

«___» ______________ 20______ il

______________________ şəhəri (rayonu)

Mən, _________________________________________________________________________

(protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı)

______________________________________________________________________________

(barəsində inzibati xəta haqqında iş aparılan fiziki şəxs, vəzifəli şəxs və ya hüquqi şəxsin

______________________________________________________________________________

nümayəndəsinin soyadı, adı, atasının adı, ünvanı, VÖEN-i,

______________________________________________________________________________

bankdakı hesab nömrəsi, bankın adı)

Yoxlama aparılarkən müəyyən edildi:

______________________________________________________________________________

(inzibati xətanın törədildiyi yer, vaxt və xətanın mahiyyəti)

______________________________________________________________________________

______________________________________________________________________________

______________________________________________________________________________

______________________________________________________________________________

______________________________________________________________________________

______________________________________________________________________________

______________________________________________________________________________

Göstərilən hərəkətlərlə __________________________________________________________

(şəxsin soyadı, adı, atasının adı)

tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir.

Bu hal _______________________________________________________________________

(şahidlərin və zərərçəkmiş şəxslərin soyadı, adı, atasının adı, ünvanları)

______________________________________________________________________________

______________________________________________________________________________

___________________________________________________________________ təsdiq edilir.

Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan _______________________________

______________________________________________________________________________

(fiziki şəxs, vəzifəli şəxs və ya hüquqi şəxsin nümayəndəsi)

bildirdi: ______________________________________________________________________

______________________________________________________________________________

______________________________________________________________________________

______________________________________________________________________________

______________________________________________________________________________

______________________________________________________________________________

İmza: ___________________________

Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 410.2 maddəsinə uyğun olaraq inzibati xətanı törətmiş fiziki və ya vəzifəli şəxsə, hüquqi şəxsin nümayəndəsinə onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 371-374, şahidə isə 377-ci maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmişdir.

Protokolla tanış oldum: _________________________________________________________

(barəsində inzibati xəta haqqında iş aparılan fiziki şəxs, vəzifəli şəxs
və ya hüquq
şəxsin nümayəndəsinin imzası)

Protokolu almaqdan imtina etdi __________________________________________________

(vəzifəsi, soyadı, adı, atasının adı, imzası)

Qeyd: İnzibati xətaya yol vermiş şəxs tərəfindən protokola imza etməkdən imtina edildiyi halda, bu barədə protokolda müvafiq qeyd edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını və protokolun məzmunu haqda öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək və protokolun surətini almaq hüquqları vardır (izahat və mülahizələr protokola əlavə olunur).

Protokolun surətini aldım: _______________________________________________________

(şəxsin soyadı, adı, atasının adı, imzası və tarix)

Antiinhisar Siyasəti Departamentinin Direktoru (əməkdaşı)

______________________________________

(imzası, soyadı, adı; atasının adı)

M.Y.

Əlavə 2

Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Antiinhisar Siyasəti Departamenti

İnzibati tənbeh vermə haqqında
Qərar

«___» ______________ 20_____ il

____________________ şəhəri (rayonu)

Mən, İqtisadi İnkişaf Nazirliyi Antiinhisar Siyasəti Departamentinin Direktoru ______________________________________________________________________________

(qərarı qəbul edənin soyadı, adı, atasının adı)

istehlakçıların hüquqlarının müdafiəsi və reklam sahələrində mövcud qanunvericiliyin tələblərinə əməl olunmasının vəziyyətini araşdıran Departament əməkdaşları tərəfindən ______________________________________________________________________________

(barəsində inzibati xəta haqqında işə baxılan fiziki şəxs,

______________________________________________________________________________

vəzifəli şəxs və ya hüquqi şəxsin nümayəndəsinin soyadı, adı, atasının adı, ünvanı, VÖEN-i,

______________________________________________________________________________

bankdakı hesab nömrəsi, bankın adı)

______________________________________________________________________________

haqqında tərtib edilmiş «___» ___________ 200___ il tarixli ________________ nömrəli protokola və inzibati iş üzrə digər materiallara baxaraq müəyyən etdim:

______________________________________________________________________________

(işə baxılarkən müəyyən edilmiş hallar)

______________________________________________________________________________

______________________________________________________________________________

______________________________________________________________________________

______________________________________________________________________________

______________________________________________________________________________

______________________________________________________________________________

______________________________________________________________________________

______________________________________________________________________________

Göstərilən hərəkətlərlə __________________________________________________________

(inzibati xətaya yol vermiş şəxsin adı, soyadı)

tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin ___________ maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir.

Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci və 425—427-ci maddələrinə əsasən qərara aldım:

Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin ____________________ maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə ____________________________________

______________________________________________________________________________

(inzibati xətaya yol vermiş fiziki şəxs, vəzifəli şəxs və ya hüquqi şəxsin

nümayəndəsinin soyadı, adı, atasının adı, ünvanı,

VÖEN-i, bankdakı hesab nömrəsi, bankın adı)

________________________ şərti maliyyə vahidinin ________________________ misli qədər

(sözlərlə)

(__________________________________________ manat) məbləğində cərimə tətbiq edilsin.

(rəqəm və sözlərlə)

Cərimə 30 gündən gec olmayaraq Baş Dövlət xəzinədarlığı VÖEN 170013368 MB hesab №-si 0132030001031 210005 Müxbir hesab 0148010001031 VÖEN 140033786 S.W.I.F.T. BIK CTREAZ 22 hesabına ödənilsin.

İnzibati xəta haqqında iş üzrə götürülmüş sənədlərin surəti işə əlavə edilsin.

______________________________________________________________________________

(götürülmüş sənədlərin adları və sayı haqqında məlumat)

Məsul saxlanmaya verilmiş satışdan çıxarılmış, yararsız (saxta, istifadə müddəti ötmüş) əmtəələrin (şeylərin)

______________________________________________________________________________

(götürülmüş əmtəənin (şeyin) növü, miqdarı, çəkisi və harada yerləşdirildiyi barədə məlumat)

_________________________________________________________________ məhv edilməsi haqqında məhkəmə qarşısında iddia qaldırılsın.

Qərardan 10 gün müddətində məhkəməyə şikayət verilə bilər.

Qeyd: İnzibati cərimə göstərilən müddət ərzində ödənilmədikdə pozuntuya yol vermiş şəxsə qarşı İnzibati Xətalar Məcəlləsinin 451-ci maddəsi tətbiq edilsin.

Qərarın surətini aldım __________________________________________________________

(qərarın surətini alan şəxsin imzası, soyadı, adı, atasının adı)

Antiinhisar Siyasəti Departamentinin Direktoru

______________________________________

(imzası, soyadı, adı; atasının adı)

M.Y.

Əlavə 3

Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Antiinhisar Siyasəti Departamenti

İnzibati xəta haqqında iş üzrə icraatın dayandırılması haqqında
Qərar

«___» ____________ 20____ il

__________________ şəhəri (rayonu)

Mən, İqtisadi İnkişaf Nazirliyi Antiinhisar Siyasəti Departamentinin Direktoru ______________________________________________________________________________

(qərarı qəbul edənin soyadı, adı, atasının adı)

istehlakçıların hüquqlarının müdafiəsi və reklam sahələrində mövcud qanunvericiliyin

tələblərinə əməl olunmasının vəziyyətini araşdıran Departament əməkdaşları tərəfindən ______________________________________________________________________________

(barəsində inzibati xəta haqqında işə baxılan fiziki şəxs,

______________________________________________________________________________

vəzifəli şəxs və ya hüquqi şəxsin nümayəndəsinin soyadı, adı, atasının adı, ünvanı, VÖEN-i,

______________________________________________________________________________

bankdakı hesab nömrəsi, bankın adı)

______________________________________________________________________________

haqqında tərtib edilmiş «___» _____________ 200____ il tarixli _________________ seriyalı

________________ nömrəli protokola və inzibati iş üzrə digər materiallara baxaraq müəyyən etdim:

______________________________________________________________________________

(işə baxılarkən müəyyən edilmiş hallar)

______________________________________________________________________________

______________________________________________________________________________

______________________________________________________________________________

______________________________________________________________________________

______________________________________________________________________________

______________________________________________________________________________

(iş üzrə icraatın dayandırılması üçün əsaslar)

______________________________________________________________________________

______________________________________________________________________________

Göstərilən hərəkətlərlə __________________________________________________________

(inzibati xətaya yol vermiş şəxsin adı, soyadı)

tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin ___________ maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir.

Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 415-ci maddəsinə əsasən qərara aldım:

Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin _________________ maddəsinə əsasən ________________________________________________________________________

(inzibati xətaya yol vermiş fiziki şəxs, vəzifəli şəxs və ya hüquqi şəxsin

______________________________________________________________________________

nümayəndəsinin soyadı, adı, atasının adı, ünvanı,

______________________________________________________________________________

VÖEN-i, bankdakı hesab nömrəsi, bankın adı)

______________________________________________________________________________

barəsində inzibati xəta haqqında iş üzrə icraat dayandırılsın.

Qərarın surəti 3 gün müddətində barəsində qərar qəbul edilmiş fiziki və ya hüquqi şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə göndərilsin.

Qərardan 10 gün müddətində məhkəməyə şikayət verilə bilər.

Qərarın surətini aldım __________________________________________________________

(qərarın surətini alan şəxsin imzası, soyadı, adı, atasının adı)

Antiinhisar Siyasəti Departamentinin Direktoru

______________________________________

(imzası, soyadı, adı; atasının adı)

M.Y.

Əlavə 4

Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Antiinhisar Siyasəti Departamenti

İnzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında
Qərar

«____» ______________ 2003-cü il

____________________ şəhəri (rayonu)

Mən, İqtisadi İnkişaf Nazirliyi Antiinhisar Siyasəti Departamentinin Direktoru ______________________________________________________________________________

(qərarı qəbul edənin soyadı, adı, atasının adı)

istehlakçıların hüquqlarının müdafiəsi və reklam sahələrində mövcud qanunvericiliyin tələblərinə əməl olunmasının vəziyyətini araşdıran Departament əməkdaşları tərəfindən ______________________________________________________________________________

(barəsində inzibati xəta haqqında işə baxılan fiziki şəxs,

______________________________________________________________________________

vəzifəli şəxs və ya hüquqi şəxsin nümayəndəsinin soyadı, adı, atasının adı, ünvanı, VÖEN-i,

______________________________________________________________________________

bankdakı hesab nömrəsi, bankın adı)

______________________________________________________________________________

haqqında tərtib edilmiş «___» ____________ 200____ il tarixli __________________ nömrəli protokola və inzibati iş üzrə digər materiallara baxaraq müəyyən etdim:

______________________________________________________________________________

(işə baxılarkən müəyyən edilmiş hallar)

______________________________________________________________________________

______________________________________________________________________________

______________________________________________________________________________

______________________________________________________________________________

______________________________________________________________________________

______________________________________________________________________________

(iş üzrə icraatın xitam edilməsi üçün əsaslar)

______________________________________________________________________________

______________________________________________________________________________

Göstərilən hərəkətlərlə __________________________________________________________

(inzibati xətaya yol vermiş şəxsin soyadı, adı, atasının adı)

tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin ___________ maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir.

Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 416-cı maddəsinə əsasən qərara aldım:

Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin _________________ maddəsinə əsasən ________________________________________________________________________

(inzibati xətaya yol vermiş fiziki şəxs, vəzifəli şəxs və ya hüquqi şəxsin

______________________________________________________________________________

nümayəndəsinin soyadı, adı, atasının adı, ünvanı,

______________________________________________________________________________

VÖEN-i, bankdakı hesab nömrəsi, bankın adı)

______________________________________________________________________________

barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin.

Qərarın surətini aldım __________________________________________________________

(qərarın surətini alan şəxsin imzası, soyadı, adı, atasının adı)

Antiinhisar Siyasəti Departamentinin Direktoru

______________________________________

(imzası, soyadı, adı; atasının adı)

M.Y.

© VES Consultancy LLC

Xəbərdarlıq , yeni pəncərədə açılır ! Çap

Bəner
Bəner
Bəner
Bəner
Bəner
Bəner