Yararsız mallar satışdan çıxarılmışdır
01.02.10
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin keçirdiyi növbəti monitorinqlər zamanı
Bakının Binəqədi rayonunda
- Biləcəri qəsəbəsi, Ordubadi küçəsi, ev 1 ünvanında yerləşən “Bizim market”də;
- Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsi, ev 76 ünvanında “Mehriban market”də;
- Biləcəri qəsəbəsi, Q.Süleymanov küçəsi, ev 16 ünvanında Ramin Rəhimova məxsus mağazada;
Nərimanov rayonunda
- H.Əliyev küçəsi, ev 100 ünvanında yerləşən “Dərnəgül market”də;
- H.Əliyev küçəsi, ev 90A ünvanında “İntermarket” MMC-yə məxsus “Paterson market”də;
- Aşıq Molla Cümə küçəsi, ev 15B ünvanında yerləşən “Naf market”də;
- Atatürk prospekti, 47 ünvanında “Ordubad market”də;
- Atatürk prospekti, 2A ünvanında “Qurman Plyus” MMC-yə məxsus “Çariçino market”də
ümumi çəkisi 180 kiloqrama yaxın saxlama müddəti ötmüş ərzaq məhsulları, o cümlədən kolbasa və qənnadı məmulatları, yağlar, süd və süd məhsulları, pivə, meyvə şirələri, sular, düyü, kofe və s. aşkar olunmuş, satışdan çıxarılaraq məhv edilmişdir.
Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati tədbirlər görüləcəkdir.
İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə məlumat vermələri xahiş olunur.













