Satışda yararsız mallar aşkarlanıb
04.02.10
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin keçirdiyi növbəti monitorinqlər zamanı
Bakının Yasamal rayonunda
- Cəfərov Qardaşları küçəsi, ev 23 ünvanında yerləşən “Moskva ərzaqları” mağazasında;
- F.İbrahimbəyov küçəsi, 2 ünvanında “Bayram market”də;
- N.Nərimanov prospekti, ev 57/24 ünvanında Təranə Həsənovaya məxsus mağazada;
- N.Nərimanov prospekti, ev 58 ünvanında “Halal market”də;
- H.Cavid küçəsi, ev 30, mənzil 32 ünvanında “Təbriz market”də;
- İ.Qutqaşınlı küçəsi, ev 1, mənzil 28 ünvanında Şaiq Baqiyevə məxsus mağazada;
Səbail rayonunda
- M.Hüseyn küçəsi, ev 69 ünvanında “Home Tech market”də;
- M.Hüseyn küçəsi, ev 75 ünvanında “Ləziz market”də;
- M.Hüseyn küçəsi, ev 63 ünvanında Əhməd Rzayevə məxsus mağazada;
- M.Hüseyn küçəsi, ev 61 ünvanında İlqar Əliyevə məxsus mağazada;
- Şeyx Şamil küçəsi, ev 16 ünvanında “Aroma market”də;
- Şeyx Şamil küçəsi, ev 4 ünvanında Vüqar Məmmədova məxsus mağazada;
- B.Sərdarov küçəsi, ev 12, mənzil 4 ünvanında “Biskvit market”də;
- B.Sərdarov küçəsi, ev 2, mənzil 14 ünvanında Böyükağa Hüseynova məxsus mağazada;
Nərimanov rayonunda
-M.Qaşqay küçəsi, ev 94 ünvanında yerləşən “Everest market”də
ümumi çəkisi 380 kiloqrama yaxın saxlama müddəti ötmüş ərzaq məhsulları, o cümlədən kolbasa və qənnadı məmulatları, un məmulatları, yağlar, süd və süd məhsulları, konservləşdirilmiş məhsullar, pivə, meyvə şirələri, sular, düyü, çay, ədviyyatlar və s. aşkar olunmuş, satışdan çıxarılaraq məhv edilmişdir.
Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati tədbirlər görüləcəkdir.
İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə məlumat vermələri xahiş olunur.













