Axtarış

Bəner
Bəner
Bəner
Bəner
Bəner
Bəner

Normativ-texniki tələblərə cavab verməyən duzların satışı dayandırılmışdır

fiko6_thumb100_İstehlak bazarını normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan duzdan qorumaq məqsədilə İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti satışda olan duzların keyfiyyət və təhlükəsizliyinin laborator müayinəsinə başlanmışdır.

Aparılmış laborator müayinələr nəticəsində Binəqədi rayonu, Novxanı yolu, 7-ci kilometr ünvanında fəaliyyət göstərən “Hikmət” MMC-də istehsal edilmiş və kağız qutulara qablaşdırılmış 1-ci növ xörək duzunun tərkibində yodun miqdarının normadan az, “Ekstra” xörək duzunun tərkibində isə yodun miqdarının normadan çox olduğu müəyyən edilmişdir.

Bununla əlaqədar, “Hikmət” MMC-də duz istehsalının qanunauyğunluğu ilə bağlı yoxlamaya başlanmış və müəssisənin anbarında olan 1-ci növ xörək duzundan və “Ekstra” xörək duzundan nümunə götürülərək laborator müayinəyə göndərilmişdir.

Müəssisənin anbarından götürülmüş nümunələrin laborator müayinəsi zamanı da 1-ci növ xörək duzunun tərkibində yodun miqdarının normadan az, “Ekstra” xörək duzunun tərkibində isə yodun miqdarının normadan çox olduğu təsdiqlənmişdir.

Bununla əlaqədar, Dövlət Xidməti tərəfindən normativ-texniki sənədlərin tələblərinə cavab verməyən duzların satışının dayandırılması və ticarət şəbəkəsindən geri qaytarılması barədə “Hikmət” MMC-yə icrası məcburi göstəriş verilmişdir.

Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlakçılara insanların sağlamlığında xüsusi əhəmiyyət kəsb edən xörək duzu alarkən diqqətli olmağı və “Hikmət” MMC-nin istehsalı olan duzları almamağı tövsiyə edir.

Xəbərdarlıq , yeni pəncərədə açılır ! Çap

Bəner
Bəner
Bəner
Bəner
Bəner
Bəner