Axtarış

Bəner
Bəner
Bəner
Bəner
Bəner
Bəner

Çovdar və pəhriz çörəyi alarkən diqqətli olun

fiko1_thumb100_İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin Bakı şəhəri, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, 257 ünvanında fiziki şəxs İmtiyaz Babayevə məxsus çörəkbişirmə sexində apardığı yoxlama zamanı sexin anbarında yalnız 1-ci növ buğda unu olduğu halda, bu undan bişirilmiş çörəyin “çovdar çörəyi” və “kəpəkli çörək” kimi markalanmaqla ticarət şəbəkəsinə buraxıldığı müəyyən edilmişdir.

Bundan başqa, sexə baxış keçirilərkən, üzərində “pəhriz çörəyi” yazılmış etiketlər də aşkar edilmişdir. Araşdırmalar zamanı sahibkarın “çovdar çörəyi” və “pəhriz çörəyi” istehsalı üçün uyğunluq və gigiyenik sertifikatlarının olmadığı, habelə malların üzərinə vurulan etiketlərdə istehsalçının adının göstərilmədiyi də müəyyən edilmişdir.

Bununla əlaqədar, “çovdar çörəyi” və “pəhriz çörəyi” istehsalının dayandırılması və məhsul istehsalı zamanı qüvvədə olan qanunvericiliyin tələblərinə əməl edilməsi barədə sahibkar İmtiyaz Babayevə icrası məcburi göstəriş verilmişdir. Eyni zamanda, haqsız rəqabət və istehlakçıların çaşdırılması hallarına yol verdiyi üçün İmtiyaz Babayev barəsində antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılmışdır.

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlakçılara üzərində istehsalçısı barədə məlumatlar olmayan “çovdar çörəyi” və “pəhriz çörəyi”ni almamağı tövsiyə edir.

Xəbərdarlıq , yeni pəncərədə açılır ! Çap

Bəner
Bəner
Bəner
Bəner
Bəner
Bəner