Satışda yararsız məhsullar aşkarlanıb
01.03.10
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin keçirdiyi növbəti monitorinqlər zamanı
Bakının Nəsimi rayonunda
- Ak. Mirəli Qaşqay küçəsi, ev 10, mənzil 8 ünvanında Nurəhməd Ramazanova məxsus mağazada;
- M.Rəfili küçəsi, ev 17, mənzil 5 ünvanında Elşad Qurbanova məxsus mağazada;
- H.B.Əliyev küçəsi, ev 4 ünvanında Fəxrəddin Əhmədova məxsus mağazada;
- M.Qaşqay küçəsi, ev 54, mənzil 34 ünvanında “Jalə ticarət mərkəzi”ndə;
Nizami rayonunun Keşlə qəsəbəsində
- Sabir küçəsi, ev 31 ünvanında yerləşən “Əbülfət market”də;
- Sabir küçəsi, ev 11 ünvanında Aydın Yəhyayevə məxsus mağazada;
Nəsimi rayonunda
- M.Rəfili küçəsi, 15 ünvanında Zaur Kazımova məxsus mağazada;
- R.Behbudov küçəsi, ev 27 ünvanında “Həyat” MMC-yə məxsus “Həyat market”də;
- C.Hacıbəyli küçəsi, 39 ünvanında Əmrah Ağayevə məxsus mağazada;
- S.Rəhimov küçəsi, ev 195 ünvanında yerləşən “Real market”də;
- Azadlıq prospekti, ev 56, mənzil 7 ünvanında Ağasəf Eyvazova məxsus mağazada;
- R.Behbudov küçəsi, ev 27, mənzil 20 ünvanında “Dilşad market”də;
- S.Zeynalov küçəsi, 2A ünvanında Fazil Mirzəyevə məxsus ərzaq malları mağazasında;
Binəqədi rayonunun Rəsulzadə qəsəbəsində
- Azadlıq prospekti,157 ünvanında Emin Allahverdiyevə məxsus mağazada;
- Azadlıq prospekti, 203 ünvanında yerləşən “Darya minimarket”də;
- R.İsmayılov küçəsi, ev 8 ünvanında Şirinxanım Gülməliyevaya məxsus mağazada;
Gəncə şəhərində
- 2 nömrəli “Kəpəz” bazarı ətrafında Qeyrət Kərimova məxsus ərzaq malları mağazasında;
Quba şəhərində
- M.Füzuli küçəsində yerləşən “Pətək” pərakəndə ticarət mağazasında;
Şəki şəhərində
- M.Ə.Rəsulzadə küçəsində İlham Ramazanova məxsus ərzaq mağazasında;
ümumi çəkisi 1,3 tona yaxın saxlama müddəti ötmüş və etiketlənməsi normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq məhsulları, o cümlədən kolbasa məmulatları, makaron və un məmulatları, süd və süd məhsulları, qənnadı məmulatları, bal, yağlar, konservləşdirilmiş məhsullar, quru meyvələr, pivə, mineral sular, sərinləşdirici içkilər, şirələr, uşaq yeməkləri və s. aşkar olunmuş, satışdan çıxarılıb məhv edilmişdir.
Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının
İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati tədbirlər görüləcəkdir.
İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə məlumat vermələri xahiş olunur.













