İstehlak bazarında növbəti monitorinqlər keçirilib
09.03.10
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin keçirdiyi növbəti monitorinqlər zamanı
Bakının Nizami rayonunda
- İ.Məmmədov küçəsi, 15C ünvanında Tapdıq Əzimova məxsus mağazada;
- B.Nuriyev küçəsi, ev 42 ünvanında yerləşən “Elnur market”də;
- R.Rüstəmov küçəsi, ev 3 ünvanında Yusif Məhərrəmova məxsus ərzaq mağazasında;
- K.Balakişiyev küçəsi, ev 48, mənzil 2 ünvanında Fuad Rzayevə məxsus mağazada;
- M.Abbasov küçəsi, 6 ünvanında Bəhlul Əliyevə məxsus mağazada;
- B.Nuriyev küçəsi, ev 67 ünvanında “Şamxal market”də;
- B.Nuriyev küçəsi, ev 65 ünvanında Azər Abdullayevə məxsus mağazada;
- Naxçıvanski küçəsi, 49 ünvanında Elşən Məmmədova məxsus ərzaq mağazasında;
Sabunçu rayonunun Bakıxanov qəsəbəsində
- E.Xəlilov küçəsində İsa Haqverdiyevə məxsus mağazada;
- M.Fətəliyev prospekti, ev 34/14, mənzil 2 ünvanında “Nahid market”də;
- M.N.İsmayılov küçəsi, 4090-cı məhəllədə Asif Hidayətova məxsus mağazada;
- 4090/94-cü ev ilə R.Axundov küçəsinin kəsişməsində Mahir İbrahimova məxsus mağazada;
- M.Əmirov küçəsi, ev 26 ünvanında “Elməddin 94 mini market”də;
- R.Axundov küçəsi, ev 38 ünvanında Ruslan Axundova məxsus mağazada;
Xaçmaz şəhərində
- N.Nərimanov küçəsində Coşqun İskəndərova məxsus pərakəndə ticarət obyektində;
Şəki şəhərində
- M.Ə.Rəsulzadə küçəsində Maksim Səmədova məxsus ərzaq mağazasında;
Goranboy rayonunda
- Elsəvər Quliyevə məxsus ərzaq malları mağazasında
ümumi çəkisi 880 kiloqrama yaxın saxlama müddəti ötmüş və etiketlənməsi normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq məhsulları, o cümlədən kolbasa, şəkər və qənnadı məhsulları, un məmulatları, yağlar, süd və süd məhsulları, pivə, meyvə şirələri, sərinləşdirici içkilər, uşaq yeməkləri, çay, kofe və s. aşkar olunmuş, satışdan çıxarılaraq məhv edilmişdir.
Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının
İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati tədbirlər görüləcəkdir.
İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə məlumat vermələri xahiş olunur.













